Məhkəmə qərarları › İş №e-2(076)-1631/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-1631/2024

09.07.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-1631/2024 09.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı və onun vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə Cavabdeh faktiki istifadəsində olan, birgə nikah müddətində inşa etmiş olduğu, gözlənilən mülkiyyət hüququ olan Şəmkir rayonunun Yuxarı Seyfəli kəndində yerləşən fərdi yaşayış evinə köçürülmələrinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddia üzrə Cavabdeh keçmiş əridir. O onunla 2008-ci ilin yayında faktiki ailə qurmuşdur. Nikahlarını 09 iyun 2010-cü ildə Şəmkir rayonunun Yuxarı Seyfəli kənd İƏV-də rəsmi qeydə alınıb. Həmin nikahdan xx.xx.2010-ci il təvəllüdlü X12 və xx.xx.2012-ci il təvəllüdlü X9 iki uşağı olmuşdur. O, cavabdeh ilə ailə quranda cavabdehin atası Həsənə məxsus olan fərdi yaşayış evə gəlin köçmüşdür. Üç il orada yaşadıqdan sonra cavabdehə məxsus olan həyətyanı torpaq sahəsində fərdi yaşayış evi tikib həmin evə köçmüşlər. Hazırda ona və uşaqlarına məxsus olan bütün əmlaklar həmin evdədir. 2022-ci ilin oktyabr ayına kimi həmin evdə uşaqları ilə mübahisəsiz yaşamışdır. Ev iki otaqlı olmaqla, yaşayış və qeyri yaşayış sahəsindən ibarətdir. 2022-ci ilin oktyabr ayında cavabdehlə aralarında olan narazılığa görə, cavabdeh onu və azyaşlı iki uşağı ilə yaşadığı evdən qovmuşdur. Həmin vaxtdan o uşaqları ilə birlikdə ata evində yaşayır. Ata evində uşaq saxlamaq ona çox çətindir. Lakin cavabdeh onlara mübahisə predmeti olan evdə yaşamalarına imkan vermir. Buna görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İstəyir ki, məhkəmə onun uşaqları ilə birlikdə cavabdehin yaşadığı, Şəmkir rayonunun Yuxarı Seyfəli kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsinə dair qərar versin. Köçmək istədiyi və hazırda cavabdehin istifadəsində olan fərdi yaşayış evi cavabdehin faktiki istifadəsindədir Məhkəmə iclasında İddiaçı və onun vəkili Nümayəndə ərizəsində göstərilənlərə uyğun izahat verib iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X10 iddianı qismən qəbul edərək, bildirdi ki, İddiaçı onun gəlini olmuşdur. Onun və Cavabdeh birgə nikahından xx.xx.2010ci il təvəllüdlü X12 və xx.xx.2012-ci il təvəllüdlü X9 adlı 2 nəvəsi olmuşdur. İddiaçı iddia ərizəsində həmin evin nikah dövründə tikilməsini qeyd etmişdir, lakin həmin ev artıq iddiaçı gəlin gələn zaman tam hazır olmuş, lakin nikah bağladıqdan 2 il sonra mübahisəli mənzilə köçmüşlər. Qeyd edilən mübahisəli mənzilin yerləşdiyi torpaq sahəsi 1998-ci il tarixdə onun və ailə üzvlərinin adına verilmiş, iddiaçı gəlin köçənə qədər 10 il ərzində artıq həmin torpaq sahəsində evi öz vəsaitləri hesabına tikmişlər. Sünbül və Nazir arasında nikah məhkəmənin qərarı ilə pozulmuş və az yaşlı uşaqlar saxlanılması üçün aliment kəsilmişdir. Boşandıqdan sonra Sünbül atasının evə köçmüşdür və orda yaşayır. O, iddianın iddiaçı Sünbül Cəfəroya aid olan hissəsinin rədd edilməsi və xx.xx.2010-ci il təvəllüdlü X12 və xx.xx.2012-ci il təvəllüdlü X9 nəvələrinə aid olunan hissə təmin edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİ 530862 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2010-ci ildə anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİ 972625 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2012-ci ildə anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 1336 nömrəli arayışdan görünür ki, Cavabdeh və İddiaçı 09 iyun 2010-cu ildə nikah bağlamışdılar. Nikah bağlandıqdan sonra ərə “Bayramov”, arvada “ Cəfərova” soyadı verilmişdir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 2(076)-872/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, tərəflər arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2010-ci il təvəllüdlü X12 və xx.xx.2012-ci il təvəllüdlü X9 anaları İddiaçı yanında saxlanılması və onların saxlanılması üçün hər uşağa görə 180 manat məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan JN-2904A seriyalı 50413005 kodlu Torpağın Mülkiyyətə Verilməsinə dair şəhadətnaməsinin sürətindən görünür ki, Cavabdeh, X6, X7, X8, X2 Şəmkir rayon, Seyfəli kəndində 0.17 ha torpaq sahəsi verlmişdir. İş materiallarında olan 3-21-3-40/2-4991/2023 nömrəli xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X17 11 Saylı Şəmkir Ərazi İdarəsinin tərəfidnən verilmiş məktubundan görünür ki, Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yerləşən 0.17 ha həyətyanı torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23 oktyabr 1998-ci il tarixli, 56 saylı qərarı ilə Cavabdeh və ailə üzvlərinin adlarına JN-2904A saylı "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" tərtib edilmişdir. İş materiallarında olan 52 nömrəli 4 iyun 2024-cü il tarixli arayışdan görünür ki, Şəmkir rayonu Seyfəli kənd sakini Cavabdeh həqiqətən 2013-ci ilin noyabr ayından təbii qazdan istifadə edir və abonent kodu **********05850 olmaqla Şəmkir xidmət sahəsi üzrə qeydiyyatdadır. xx.xx.2024-cü il tarixinə təbii qazdan istifadəyə görə 211,54 manat borcu vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 01/400 nömrəli arayışdan görünür ki, Şəmkir rayon Şıxlı kənd sakinin Cavabdeh Şəmkir EŞ-nin kompüter bazasında xx.xx.2011-ci il tarixdən abonent kimi **********00745 saylı kod ilə qeydiyatdadır və 52455431 saylı elektrik sayğacından istifadə olunur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MŞG/1/MT007/2023-00367 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, Cavabdeh və Cavabdeh qızı xx.xx.2024-cü il tarixə saat 10:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sesiyasında iştirak etmişlər. Tələb birgə nikahlarından doğulmuş uşaqları ilə birlikdə, birgə nikah müddətində inşa etdiyi ilə fərdi yaşayış evinə köçüməyinə və həmin evdə yaşamağına razılıq verilməsi ilə bağlı olmuşdur. İddiaçı mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh 2008-ci ilin sentyabr ayında faktiki evlənməklə 2010-ci ildə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X12 və xx.xx.2012-ci il təvəllüdlü X9 adlı uşaqları doğulmuşdur. İddiaçı evləndikləri tarixdən, yəni 2008-ci ildən Şəmkir rayon Yuxarı Seyfəli kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüş. Lakin, iddiaçı ilə cavabdeh arasında mübahisə yaranmış və onlar arasında olan nikah məhkəmənin qərarı ilə pozulmuşdur. Bundan sonra İddiaçı uşaqları ilə birlikdə 2022-ci ildə həmin evdən çıxmışıdır. Onların nikahı 2023-cü ildə məhkəmə qətnaməsi pozulmuş, birgə nikahdan doğulmuş uşaqlar iddiaçının himayəsinə verilməklə, onların saxlanılmaları üçün cavabdehdən aliment tutulmuşdur. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, ata evində yaşaması ona və uşaqlarıdır. Məhkəmə qeyd edi ki, mübahisə predmeti olan yaşayış evinə iddiaçı və onun uşaqlarının köçürülməsi tələbinə qiymət verilərkən ilk öncə onun və uşaqlarını həmin evdən istifadə hüququnun yaranıb-yaranmaması məsələsinə diqqət edilməlidir. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Beləliklə, müəyyən edilir ki, mübahisəli mənzillə bağlı hüquq münasibətləri 2010-cu ildə, yəni nikahları rəsmi qeyd edildiyi tarixdə yaranmışdır. Belə ki, İddiaçı Cavabdeh ilə ailə quraraq mübahisəli mənzilə gəlin köçmüşdür. Göründüyü kimi tərəflər arasında mübahisəli hüquq münasibəti 01 oktyabr 2009-cu il tarixdən sonra yaranmışdır, Konstitusiya Məhkəməsinin qeyd olunan qərarına əsasən bu halda mübahisəyə Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə hesab edir ki, Mənzil Məcəlləsinin 30.4-ci maddəsinin tələbləri baxımından iddiaçı Cavabdeh keçmiş ailə üzvü hesab olunur. Belə ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-872/2023 nömrəli qətnaməsi ilə tərəflər arasında nikah pozulmuşdur. Nikah pozulduqdan sonra iddiaçı maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə müəyyən müddətə istifadə hüququnun saxlanılması ilə bağlı məhkəməyə müracət edə bilərdi. Hazırda isə iddiaçı 2 ilə yaxın müddətdir ki, mübahisəli mənzildə yaşamır. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində, eyni zamanda məhkəmə iclası zamanı izahatında mübahisəli əmlakın birgə nikah dövründə tikilməsini qeyd etsə də, cavabdehin nümayəndəsi həmin halı təsdiq etməmiş, iddiaçı isə qeyd etdiyi halı təsdiq edəcək sübutlarını məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvü olduğundan və özünü yaşayış sahəsi ilə təmin etməyə imkanın olmamasını təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, iddiaçı gəlin köçən zaman mübahisə predmeti olan yaşayış evi cavabdehin adına dövlət qeydiyyatına alınmadığından, ev birgə nikah dövründə əldə olunmadığından və cavabdehin həmin evdə istifadə hüququnun yaranmasına dair nə məhkəmə qətnaməsi nə də notarial qaydada təsdiq olunmuş saziş olmadığından iddiaçının həmin evdən istifadə hüququ yaranmamışdır. Bu səbəbdən onun həmin evə orada yaşayanların iradəsi ziddinə köçürülməsi əsassızdır. Avropa İnsan Hüquqları Məhkəməsi “X4rşı” xx.xx.1986-cı il tarixli Qərarında qeyd etmişdir ki, “İnsan Hüquqları və X13” Konvensiyanın 8-ci maddəsinin mənası baxımından 19 il həmin evdə yaşamayan şəxslər həmin evi öz mənzilləri adlandıra bilərlər. Bu nəticə belə bir fakta əsaslanır ki, uzun müddət həmin evdə yaşamağına baxmayaraq, ərizəçinin həmişə ora qayıtmaq fikri vardır və həmin əlaqələr onun öz mənzili hesab etmək üçün yetərli idi. Bundan başqa, tərəflərin birgə nikahdan doğmuş uşaqları Həsən Bayramov və Şəhla Bayramova Cavabdeh doğma uşaqları olmaqla mübahisəli evdə doğulduqlarından, həmin vaxtdan 2022-ci ilə kimi həmin evdə yaşadıqlarından, onlarla cavabdeh arasında mülki hüquq münasibəti doğulduqları andan, yəni Həsən Bayramova münasibətdə xx.xx.2010-cu il və Şəhla Bayramovaya münasibətdə xx.xx.2012-ci ildən yaranmışdır. Ona görə də həmin mübahisəli hüquq münasibətinə də yuxarıda qeyd edilən Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Məhkəmə qeyd edilən qanunvericilik normalarına əsasən hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş Həsən Bayramov və Şəhla Bayramova Cavabdeh ailə üzvüdür (uşaqlarıdır), mübahisəli fərdi yaşayış evi isə iddiaçı ilə yanaşı onun anası, qardaş və bacılarının adına verilmiş və onların istifadəsində olan torpaq sahəsindən ayrıla bilməyən tərkib hissəsi olmaqla torpaq sahəsi ilə vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. (Mülki Məcəllə 135.4-cü maddəsi) Məhkəmə işin müəyən olunmuş hallarına qiymət verərək hesab edir ki, yuxarıda sadalanan normaların tələblərinə əsasən Həsən Bayramovun və Şəhla Bayramovanın doğulduğu andan, yəni müvafiq olaraq xx.xx.2010-cu il və xx.xx.2012-ci il tarixdən mübahisəli evin yaşayış sahəsindən istifadə hüququ əmələ gəlmişdir. Onlar qeyd edilən tarixdən evdən məcburiyyət qarşısında çıxdıqları vaxta qədər, yəni 2022-ci ilin sonlarına qədər fasiləsiz olaraq həmin evdə yaşamış, həmçinin cavabdehlə birgə təsərrüfatı aparmış, həmin əsasla onların mübahisəli evin yaşayış sahəsindən cavabdehlə bərabər şərtlər daxilində istifadə etmək hüquqları əmələ gəlmişdir. Məhkəmə, tərəflərin birgə nikahından doğulmuş Həsən Bayramov və Şəhla Bayramovanın həmin ünvanda doğulub böyüməsini, cavabdehin ailə üzvü olmalarını və uzun müddət fasiləsiz olaraq mübahisəli evdə yaşamalarını sübut edən hal kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə, həmçinin hesab edir ki, birgə nikahdan doğulmuş uşaqların valideynləri arasında yaranmış mübahisə nəticəsində müəyyən müddətə məcburiyyət qarşısında evdən çıxması, onların daimi yaşamaq üçün köçüb yaşadığı fərdi yaşayış evinə olan hüququnun itirilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinin tələbinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Beləliklə, məhkəmə işin müəyən olunmuş hallarına qiymət verərək belə qənaətə gəlir ki, yuxarıda sadalanan normaların tələblərinə əsasən, iddia tələbi İddiaçı münasibətdə rədd edilməsi, iddiaçı ilə cavabdehin birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X12 və xx.xx.2012-ci il təvəllüdlü X5 münasibətdə isə iddia tələbinin təmin edilməsi üçün işin tədqiq edilmiş halları üzrə kifayət qədər əsaslar mövcuddur. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və iddiaçı ilə cavabdehin birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X12 və xx.xx.2012-ci il təvəllüdlü X1 rayonunun Yuxarı Seyfəli kəndində yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2010-cu il təvəllüdlü X12 və xx.xx.2012-ci il təvəllüdlü X1 rayonu Yuxarı Seyfəli kəndində yerləşən Cavabdeh yaşadığı fərdi yaşayış evinə köçürülsünlər. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar