Məhkəmə qərarları › İş №e-2(076)-179/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-179/2025

03.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-179/2025 03.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi İsmayılova Sənubər Nəcəf qızının katibliyi İddiaçı İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma və maddi ziyan tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma və maddi ziyan tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, Cavabdeh2 və Cavabdeh1 ona və ailə üzvülərinə mülkiyyət hüququ ilə məxsus olan, Şəmkir rayononunun Morul kəndi ərazisində yerləşən, JN1906 saylı Torpağa mülkiyyət Hüququna dair Dövlət Aktında göstərilən 0.27 ha dövlət pay torpaq sahəsindən çıxarılmasına, 100 manat dövlət rüsumunun, 600 manat vəkil xidmət haqqının cavabdehlərdən müştərək qaydada alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, qeyd olunan ünvanda yaşayır. Cavabdeh1 onun qaynıdır. Cavabdeh2 Usub oğlu isə qonşusudur. Ona və ailə üzvülərinə Şəmkir rayon Aqrar İslahat Komissiyasının 22 iyul 2003-cü il tarixli 97 saylı qərarı ilə Şəmkir rayonunun Morul kəndi ərazisində 0.27 ha dövlət pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi cavabdeh şəxslər tərəfindən onun razılığı olmadan tutulmuş və əkilmişdir. Hər iki cavabdehdən ona məxsus olan torpaq sahəsindən çıxmalarını və ərazini ona təhvil vermələrini xahiş etmişdir. Lakin cavabdehlər könüllü olaraq torpaq sahəsini boşaltmaqdan imtina edirlər. Buna görə də məcbur olub hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İstəyir ki, məhkəmə ona və ailə üzvlərinə mülkiyyət hüququ ilə məxsus olan, Şəmkir rayonunun Morul kəndi ərazisində yerləşən 0.27 ha dövlət pay torpaq sahəsindən cavabdehlər Cavabdeh2 Usub oğlu və Cavabdeh1 çıxarılsın. Cavabdehin mübahisəli torpaq sahəsi ilə bağlı heç bir hüquq müəyyənedici sənədi yoxdur. O da mülkiyyət hüquqlarının bərpası üçün hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İstəyir ki, məhkəmə Cavabdeh2 Usub oğlunun və Cavabdeh1 ona və ailə üzvlərinə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsindən çxarılmasına dair qərar versin. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdehlər iddiaçıya məxsus torpaq sahəsini zəbt etmiş və heç bir hüquqi sənədləri olmadan istifadə etmişlər. Odur ki, iddianın təmin edilərək, JN-1906 KOD 50401004 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında iddiaçının mülkiyyətində olan, Şəmkir rayonu, Morul kəndində yerləşən 0.27 ha torpaq sahəsindən cavabdehlərin çıxarılması və həmin torpaq sahəsinin iddiaçıya təhvil verilməsi haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh1 məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı onun xalası qızı və qardaşının keçmiş arvadıdır. Mübahisəli torpaq sahəsi uzun müddətdir ki, onun istifadəsindədir və o, həmin sahəni təyinatına uyğun istifadə edir. Hazırda da torpaq sahəsi onun sahibliyində və istifadəsindədir. Torpaq sahəsi onun anasının və qardaşının olduğu üçün istifadə etmişdir. Anası bir neçə ildir ki, rəhmətə getmiş, qardaşı isə əlildir, özü özünü idarə edə bilmir. Odur ki, mübahisəli torpaq sahəsini icarəyə vermiş və pulu almışdır. Cavabdeh2 torpaq sahəsini istifadə etməsi üçün vermişdir. Torpaq sahəsi anasının qardaşının və iddiaçının paylı mülkiyyətində olmuşdur. Anasına və qardaşına məxsus torpaq sahəsini icarəyə verərkən, mübahisəli torpaq sahəsidə icarəyə verilmişdir. Lakin həmin torpağı zəbt etməmişdir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdeh2 məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etməyərək izahatında göstərdi ki, mübahisəli torpaq sahəsini istifadə etməsi üçün Cavabdeh1 və X6 ilə aralarında müqavilə bağlanmışdır. Hər il torpaq sahəsini istifadə etdiyinə görə taxılı aparmış Cavabdeh1 mərhum anasının evinə vermişdir. Hazırda 2 ildir torpaq sahəsini istifadə etmir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin yanında DƏDK və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə və X5 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan JN-1906 KOD 50401004 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Şəmkir Rayon AİK-nın xx.xx.2003-cü il tarixli 97 saylı qərarına əsasən Şəmkir rayonu, Morul kəndində yerləşən 0.27 ha torpaq sahəsi X1, X4 və X2 ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2024-cü il tarixli, 443 saylı müqavilədən görünür ki, İddiaçı Nümayəndə ilə 600 manat vəkil xidmət haqqı qarşılığında hüquqi yardımın göstərilməsi dair müqavilə bağlamışdır. İşdə olan məhkəmə tikinti–texniki ekspertizasının xx.xx.2025–ci il tarixli 10081/2024 nömrəli rəyindən görünür ki, X10 xəritəsinə əsasən JN-1906 KOD 50401004 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında İddiaçı və digərlərinin mülkiyyətində olan, Şəmkir rayonu, Morul kəndində yerləşən 0.20 ha torpaq sahəsi Cavabdeh2 tərəfindən istifadə olunur. JN-1906 KOD 50401004 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktında qeyd olunan 0.27 ha torpaq sahəsi 0.07 ha azalma ilə X10 xəritəsində 0.20 ha kimi qeyd olunmuşdur. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki, Şəmkir rayonu, Morul kəndində yerləşən 0.27 ha torpaq sahəsi JN-1906 KOD 50401004 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında İddiaçı mülkiyyətindədir. Lakin həmin torpaq sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə olunur. İddiaçı dəfələrlə həmin torpaq sahəsini könüllü olaraq qaytarmağı təklif etmiş, lakin cavabdeh iddiaçıya məxsus torpaq sahəsini qaytarmaqdan imtina etmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni, cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsində göstərilən şərtlərin cavabdehə münasibətdə məcmu halında mövcud olub–olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddiaçının qanunsuz zəbt edilmiş torpaq sahəsindən çıxarılması tələbində tətbiq olunan normada göstərilən şərtlər cavabdehə münasibətdə məcmu halında mövcuddur. Belə ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət tərəfindən tanınmışdır. Buna baxmayaraq, həmin torpaq sahəsi cavabdehlərin istifadəsində və sahibliyindədir. Cavabdehlərin həmin torpaq sahəsi üzərində heç bir hüququ qeydiyyata alınmamışdır. Ona görə də cavabdehlərin sahibliyi qanunsuzdur. İddiaçının cavabdehlərə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1–ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 152.1–ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2–ci maddəsinə əsasən sahiblik hüququ–əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3–cü maddəsinə əsasən istifadə hüququ–əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84–cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası MPM–in 76.1–ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2–ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM–in 14.2 və 77.1–ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Hazırkı mübahisənin həlli ilə əlaqədar olaraq məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçı mübahisənin faktiki halları ilə bağlı bütün sübutları məhkəməyə təqdim etmişdir. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Şəmkir rayonu, Morul kəndində yerləşən, iddiaçının və digərlərinin mülkiyyətində olan 0.20 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmalıdırlar. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, iddiaçının vəsatəti əsasında təyin edilmiş məhkəmə tikinti–texniki ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 50 manat məhkəmə xərci iddiaçıdan tutulmalıdır. Ödənilmiş 100 manat dövlət rüsumu və iddiaçı tərəfindən çəkilmiş vəkil xidmət haqqının 200 manat hissəsi cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. JN-1906 KOD 50401004 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında İddiaçı və digərlərinin mülkiyyətində olan və Şəmkir rayonu, Morul kəndində yerləşən 0.20 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılsın. İddiaçı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu və 200 (iki yüz) manat vəkil xidmət haqqı müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar