Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-1831/2025 16.09.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Həşimov Ağaxan Habil oğlunun katibliyi İddiaçının nümayəndəsi Nümayəndə Cavabdehin nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, İddiaçı və azyaşlı uşağı xx.xx.2012-ci il təvəllüdlü X5 ilə birlikdə cavabdeh həyat yoldaşı Cavabdeh, məxsus olan. Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən, təsərrüfat başına kitabda cavabdehin adına qeydə alınmış fərdi yaşayış evinə köçürülmələri ilə bağlı və 50 manat mediasiya xərcinin, 50 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun həyat yoldaşıdır. Cavabdeh ilə xx.xx.2002-ci ildə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşuq. Birgə nikahımızdan 2005-ci il təvəllüdlü Elcan və 2012-ci il təvəllüdlü Teyxanım adlı uşaqlarımız olmuşdur. Cavabdehlə əvvəllər münasibətlərimiz normal olsa da, sonradan aramızdakı münasibət pozulmuşdur. Bu səbəbdən də cavabdeh məni azyaşlı uşağımla birlikdə yaşadığımız evdən qovmuşdur. Cavabdehla ailə həyatı qurarkən mən cavabdehin yaşadığı Şəmkir rayonu, Çinarlı qədəbəsində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdüm. Mənə məxsus olan cehiz əşyaları həmin evə yığılıb. 2024-cü - ilin sonlarına kimi həmin evdə mübahisəsiz köçmək istədiyi fərdi yaşayış evi Şəmkir rayonunun Çinarlı qəsəbəsində yerləşməklə, təsərrüfat başına kitabda cavabdeh X7 adına qeydə alınıb. Həmin evdə birgə nikah müddətində cavabdehlə tikinti işləri aparmışıq. Ustalara mən qulluq etmişəm,hesab edir ki uzun müddət bu evdə mübahisəsiz yaşadığım üçün, evin yerləşdiyi həyətyanı torpaq sahəsindən istifadə etdiyim və evdə birlikdə tikinti işləri apardığımız üçün mən bu evdən istifadə hüququ əldə etmişəm. Mənə və uşaqlarıma məxsus bütün əmlaklar hazırda bu evdədir. Bu səbəbdən də həmin evə uşağımla birlikdə köçməliyəm.Bizim ailə münasibətlərimiz 2002-ci ildən başladığı üçün hesab edirəm ki, hesab edir ki, uşaqları bu evdə anadan olduğundan, mən və uşaqları bu evdə uzun müddət yaşadığlarından, hazırda da bütün əşyaları bu evdə olduğundan, biz bu evdən istifadə hüququ əldə etmiş və yaşamışdır. Aralarında narazılıqlar baş verdiyindən hal-hazırda o, ata evində yaşayır. Ata evində uşağını saxlamaqda çətinlik çəkir. Odur ki, məhkəmə tərəfindən mübahisə predmeti olan fərdi yaşayış evinə azyaşlı uşağı ilə birlikdə köçürülməyini istəyir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı iddianı müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh adı əvvəllər X9 olmuşdur, sonradan adını müəyyən sənədləşdirmə ilə bağlı dəyişdirmişdir. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 məhkəmə iclası zamanı iddianı təkzib edərək, izahat göstərdi ki, mübahisəli fərdi yaşayış evi cavabdehə məxsus deyildi. İddiaçı həmin evdə evin əsl sakini kimi yaşamamışdır. O, mütəmadi olaraq evi tərk edib başqa ünvanlarda yaşamışdır. Sonuncu dəfə 2020-ci ildə həmin evdən çıxıb başqa ünvanda yaşamışdır. İddiaçının həmin evdən istifadə hüququ yoxdur. Cavabdeh adı əvvəllər X9 olmuşdur, sonradan adını müəyyən sənədləşdirmə ilə bağlı dəyişdirib Ruslan deyə etmişdir. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İddiaçı və Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə işə iclasa gəlməyən iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia tam əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Şəmki rayon Çinarlı qəsəbə İƏD-üzrə nümayəndəliyindən verilən arayışdan görünür ki, X3 rayon Çinarlı qəsəbəsi daima qeydiyatda olmala ailə üzvləri ilə birlikdə yaşayır. İşdə olan Şəmkir rayon Qeydiyyat şöbəsi tərəfindən verilən arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah haqqında 07 dekabr 2002-ci il tarixdə 07 nömrəli akt qeydi tərtib olunmuş, nikah bağlandıqdan sonra ərə Səmədov, arvada İmamverdiyeva soyadı verilmişdir. İşdə olan Şəmkir rayon Qeydiyyat şöbəsi tərəfindən verilən arayışdan görünür ki, 02 aprel 2012-ci il təvəllüdlü X1 rayon Çinarlı qəsəbəsində anadan olmuş, atası Cavabdeh anası isə İddiaçı olmuşdur. İşdə olan Gəncə 1 saylı Mediasiya təşkilatı tərəfindən verilən İlkin mediasiya prosesində iştirak edilməməsi barədə arayışdan görünür ki, İlkin mediasiya prosesində Cavabdeh iştirak etməmişdir. İşdə olan Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir ərazi idarəsi tərəfindən verilən arayışdan görünür ki, Cavabdeh adına hərhansı əmlak aşkar edilməmiş, X2 mərhum X4 və ailə üzvlərinin adına Şəmkir rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 60 nömrəli qərarı ilə JN-1015 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” əsasında ayrılmış 0.53 ha kənd təsərüffatı təyinatlı torpaq sahəsi aşkar edilmişdir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, İddiaçı Cavabdeh ilə xx.xx.2002-ci ildə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Evləndikləri vaxt el adəti ilə toyları olmuşdur. Toyları olan gün iddiaçı cavabdehin istifadəsində olan Şəmkir rayonu Çinarlı qəsəbəsində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Cehiz əşyaları da həmin evə yığılmışdır. Birgə nikahlarından 2005-ci il təvəllüdlü Elcan və 02 aprel 2012-ci il təvəllüdlü Teyxanım adlı uşaqları olmuşdur. Həmin vaxt cavabdeh iddiaçını ailə üzvü olaraq istifadəsində olan evə köçürmüş, onunla ümumi təsərrüfata malik olmuş, onun həmin evdə daimi yaşamasına razı olmuşdur. Ona görə də iddiaçı qeydi–şərtsiz mübahisəli fərdi yaşayış evinə köçmüşdür. Həmin mübahisəli fərdi yaşayış evi üzərində cavabdehin mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmamışdır. İddiaçı uzun müddət, yəni 2002-ci ildən 2024-cü ilin sonuna qədər mübahisəli evdə fasiləsiz olaraq yaşamışdır. Göstərilən tarixdən sonra isə iddiaçı cavabdehlə olan ailə daxili narazılıq nəticəsində evdən çıxmaq məcburiyyətində qalmışdır. Sonradan əri ilə arasında mübahisə yaranmış, o səbəbdən də, iddiaçı Cavabdeh iddiası əsasında 27 yanvar 2025-ci il tarixdə məhkəmə qaydasında ərindən ayrılmışdır. Cavabdeh isə onu və uşaqlarını mübahisəli evə buraxmamışdır. Hazırda iddiaçı yetkinlik yaşına çatmamış uşaqları ilə birlikdə müvəqqəti olaraq valideynlərinin evində məskunlaşmışdır. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. Hazırkı iş üzrə iddiaçı 2002-ci il tarixdə gəlin köçdüyündən tərəflər arasında mülki hüquq münasibəti həmin tarixdən yaranmışdır. Hazırda iddiaçı ilk dəfə gəlin köçdüyü, Şəmkir rayonu Çinarlı qəsəbəsində yerləşən fərdi yaşayış evinə köçmə tələbi irəli sürdüyündən mübahisəli hüquq münasibətinə həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, hazırki mübahisənin həllinə, cavabdehin mübahisəli fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydə alınmaması, habelə dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında verilmiş orderin olmaması səbəbindən, Mülki Məcəllənin 228.1, 228.2–ci maddələri və yaxud qüvvədə olan Mənzil Məcəlləsinin 30.4–cü maddəsi deyil, xx.xx.2009–cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 54–cü maddələri tətbiq edilməlidir. Belə ki, xx.xx.2009–cu il tarixədək qüvvədə olmuş, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53–cü maddəsinin 3–cü hissəsinə görə icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. Həmin Məcəllənin 54–cü maddəsinin 1–ci hissəsinə görə isə icarədar ailə üzvləri ilə birlikdə yaşayan ailə üzvlərinin razılğı ilə öz arvadını, uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Qeyd edilən maddənin 3–cü hissəsinə əsasən isə icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan diglər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Beləliklə, məhkəmə işin müəyən olunmuş hallarına hüquqi qiymət verərək belə qənaətə gəlir ki, yuxarıda sadalanan normaların tələblərinə əsasən, iddiaçının iddia tələbinin təmin edilməsi üçün işin tədqiq edilmiş halları üzrə kifayət qədər əsaslar mövcuddur. Məhkəmə, cavabdehin nümayəndəsinin izahatında mübahisəli fərdi yaşayış evinin cavabdehə məxsus olmaması, İddiaçı orada evin əsl sakini kimi yaşamamasını, mütəmadi olaraq evi tərk edib başqa ünvanlarda yaşamasını və onun evdən istifadə hüququ olmaması barədə dəlillərini əsaslı hesab etmir. Belə ki, iş materialları ilə müəyyən olunduğu kimi iddiaçı daimi yaşadığı evdən könüllü olaraq, hansısa bir niyyətini həyata keçirmək üçün deyil, ailədaxili narazılığın təsiri altında evdən çıxmaq məcburiyyətində qalmışdır. İddiaçı evdən daimi olaraq deyil, cavabdehlə aralarında olan narazılığa görə müvəqqəti olaraq çıxmışdır. Çünki işin müəyyən olunmuş həqiqi halları ilə də təsdiq edilir ki, iddiaçı daima mübahisəli evə qayıtmaq niyyətində olmuşdur. Məhkəmə hesab edir ki, əgər Cavabdehla iddiaçının münasibətləri normal şərtlər daxilində olsaydı, iddiaçı təkrarən mübahisəli fərdi yaşayış evinə mübahisəsiz olaraq sərbsət şəkildə qayıtmaq imkanını itirməzdi. Lakin iddiaçının ailə münasibətləri pozulduğuna görə cavabdeh onun mübahisəli evə qayıtmasına imkan verməmişdir. Məhkəmə cavabdehin iddiaçının mütəmadi olaraq mübahisəli evdən könüllü çıxıb başqa ünvanlarda yaşamasını işin həm faktiki, həm də həqiqi hallarına uyğun hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1–ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 27.3–cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Eləcə də, Avropa İnsan Hüquqları Məhkəməsi “X10rşı” xx.xx.1986–cı il tarixli Qərarında qeyd etmişdir ki, “İnsan Hüquqları və X20” Konvensiyanın 8–ci maddəsinin mənası baxımından 19 il həmin evdə yaşamayan şəxslər həmin evi öz mənzilləri adlandıra bilərlər. Bu nəticə belə bir fakta əsaslanır ki, uzun müddət həmin evdə yaşamadıqlarına baxmayaraq, ərizəçilərin həmişə ora qayıtmaq fikrləri vardır və həmin əlaqələr onların öz mənzili hesab etmək üçün yetərli idi. Məhkəmə, iddiaçının mübahisəli evə gəlin köçməsini, uşaqlarının həmin evdə doğulmasını, uzun müddət fasiləsiz olaraq orada yaşamasını, birgə təsərrüfatı aparmasını, habelə cavabdeh tərəfindən evdən qovulandan sonra da həmin evlə əlaqəsinin olmasını, iddiaçının həmin evi özünün daimi yaşayış yeri hesab etməsini sübut edən hal kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə, hesab edir ki, iddiaçının müəyyən müddətə məcburiyyət qarşısında evdən çıxmasını, onun daimi yaşamaq üçün köçüb yaşadığı evə olan hüququnun itirilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43–cü maddəsinin İ hissəsinin tələbinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə, həmçinin iddiaçı ilə Cavabdeh ilə birgə nikahından doğulmuş Elcan və Teyxanım adlı azyaşlı uşaqların mübahisəli evə köçürülmələrinə dair hissəsinə qiymət verərkən qənaətə gəlir ki, iddia həmin hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2–ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən nəzərə alır ki, azyaşlı uşaqlar doğulduğu andan cavabdehin istifadəsində olan mübahisəli evdə yaşamış, azyaşlı olduqları üçün ana ilə daha çox bağlı olmuş, hazırda da ana ilə birlikdə mübahisəli evə köçüb yaşamaları onların mənafelərinə daha çox uyğundur. Məhkəmə, tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, iddiaçı azyaşlı uşaqları ilə birlikdə təsərrüfat başına kitabda cavabdehin adına qeydə alınmış mübahisəli fərdi yaşayış evinə köçürülməlidir. İddiaçı tələb etmədiyi üçün ödənilmiş dövlər rüsümü iddiaçıya aid edilməlidir. Məhkəmə iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən, təsərrüfat başına kitabda Cavabdeh (X18) oğlunun adına qeydə alınmış fərdi yaşayış evinə köçürülsün Ödənilmiş 50 manat mediasiya xərci və 50 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №e-2(076)-1831/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-1831/2025
16.09.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver