Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-1860/2024 14.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı və onun vəkili Nümayəndə, Cavabdeh “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” X14 nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” X7rşı “əvvəlki vəzifəyə bərpa olunma və vəzifə maaşının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəmkir Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” X7rşı “əvvəlki vəzifəyə bərpa olunma və vəzifə maaşının ödənilməsi tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” X15 tərəfindən xx.xx.2023-cü il tarixində verilmiş 18- 1-73/3-1-3106/2023 saylı əmrin ləğv olunmasına, onun barəsində olan əmrin yenidən verilməsinə və 2023-cü ilin dekabr ayından qətnamə icra olunan müddətə kimi əlavə vəzifə maşının cavabdehdən alınıb ona verilməsinə dair qətnamə qəbul etməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2008-ci ilin avqust ayının 3-dən cavabdeh müəssisədə kadrlar üzrə mütəxəssis vəzifəsində işləmiş, hazırda da həmin vəzifəni icra edir. Lakin, Şöbənin adı dəyişmişdir. İşlədiyi müddətdə heç bir qanun pozuntusuna yol verməmişdir. İşə müddətsiz qəbul olunmuşdur. Cavabdeh tərəfindən 27 sentyabr 2023-cü ildə 18-1-73/3-1-2208/2023 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 61ci maddəsinin 2-ci və 3-cü hissələrinə əsasən İnsan Resursları şöbəsinin şöbə müdiri vəzifəsi 2023-cü ilin əvvəlindən ona həvalə edilmişdir. Qeyd olunan əmrə əsasən həm onun, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsi ilə əlaqədar olaraq ona əlavə olaraq haqq ödənilmişdir. Qeyd olunan vəzifənin icrası ilə əlaqədar olaraq barəsində xx.xx.2023-cü il tarixli əmrə qədər bir neçə dəfə eyni məzmunlu əmr verilmiş və həmin əmrləri layiqincə və qüsursuz yerinə yetirmişdir. Lakin buna baxmayaraq onun şöbə müdiri vəzifəsini icra etməsinə dair müqavilə başa çatmadığı halda, cavabdeh tərəfindən həmin vəzifəyə 15 dekabr 2023-cü il tarixli 18-1-73/3-1- 3106/2023 saylı əmrlə başqa bir işçi təyin olunmuşdur. Hesab edir ki, onun barəsində verilmiş əmr qüvvədə olduğu halda həmin əmrin üzərinə yeni bir əmrin verilməsi qanun pozuntusu kimi qiymətləndirilməlidir. Həmin əmrlə razı deyil və ləğv olunmasını istəyir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi (vəkil) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” X14 nümayəndəsi X5 iddianı qəbul etməyərək öz izahatında göstərdi ki, İddiaçı Şəmkir Rayon Xəstəxanasının Publik Şəxsin kadrlan şöbəsində mütəxəssis vəzifəsinə işə götürülmüşdür. Sonra isə Şəmkir Rayon Mərkəzi Xəstəxanası” X14 İnsan resursları şöbəsində şöbə müdiri vəzifəsinin icrası ona həvalə edilmiş və həmin vəzifənin maaşı ona ödənilmişdir. Lakin iddiaçı həmin vəzifəyə müqavilə əsasında təyin edilməmiş, əmr üzrə müvəqqəti icra etmişdir. Sonra isə həmin vəzifəyə başqa adam təyin edilmiş və əmək funksiyasının icrası həvələ edilməsi haqqında əmr İddiaçı münasibətdə xitam verilmişdir. Ona görə də hesab edir ki, iddia əsasızıdır və rədd edilməlidir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2008-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı “Şəmkir Rayon Mərkəzi Xəstəxanası”-nda kadrlar şöbəsində müfəttiş vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli yenilənmiş (yenidən tərtib edilmiş) əmək müqaviləsindən görünür ki, həmin tarixdən İddiaçı “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” X14də İnsan resursları şöbəsinə kadr üzrə mütəxəssis vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 2400K nömrəli “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” X14 direktoru E.İsmayılov tərəfindən verilmiş əmrdən görünür ki, “Şəmkir rayon Mərkəzi Xəstəxanası" X14 İnsan resursları şöbəsinin Kadr üzrə mütəxəssisi İddiaçı 12 dekabr 2022-ci il tarixdən həmin şöbənin şöbə müdiri vəzifəsinin icrasının həvalə edilməsinə əmr verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli PHŞ-6-73/3-1-731/2023 nömrəli “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” X14 direktoru E.İsmayılov tərəfindən verilmiş əmrdən görünür ki, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində "Şəmkir Rayon Mərkəzi Xəstəxanası" X16də tibbi xidmətin təşkilinin monitorinqi nəticəsində aşkar olunan nöqsanlara görə insan resursları şöbəsinin kadrlar üzrə mütəxəssisi İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin "a" bəndinə əsasən töhmət verilməsinə əmr verilmişdir. Əsas: Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən gələn xx.xx.2023-cü il tarixli məktubu. İş materiallarında olan xx.xx.2023-cü il tarixli PHŞ-6-73/3-1-1067/2023 nömrəli “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” X14 direktorun E.İsmayılov tərəfindən verilmiş əmrdən görünür ki, Şəmkir Rayon X4 resursları şöbəsinin Kadrlar üzrə mütəxəssisi İddiaçı İnsan resursları şöbəsinin şöbə müdiri vəzifəsinin müvəqqəti icrası xx.xx.2023-cü il tarixindən həvalə edilməsinə və ona əmək haqqı arasında olan fərq ödənilməsinə əmr verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli PHŞ-18-1-73/3-1-2208/2023 nömrəli “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” X14 direktoru E.İsmayılov tərəfindən verilmiş əmrdən görünür ki, İnsan resursları şöbəsinin Kadr üzrə mütəxəssisi İddiaçı xx.xx.2023-cü il tarixdən həmin şöbənin şöbə müdiri vəzifəsinin icrasının həvalə edilməsi əmr edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 18-1-73/3-1-3106/2023 nömrəli “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” X14 direktoru E.İsmayılov tərəfindən verilmiş əmrdən görünür ki, X3 15 dekabr 2023-cü il tarixindən "Şəmkir Rayon Mərkəzi Xəstəxanası" X14in İnsan resursları şöbəsində şöbə müdiri vəzifəsinə 1 ştat vahidi əsas iş yeri üzrə işə qəbul edilməsinə əmr verilmişdir. Əsas: Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən göndərilən işə qəbul haqqında bildiriş. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 2(104)-1934/2022 nömrəli Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsindən görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(076)-3055/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş və iddiaçı X1 başqa vəzifəyə keçirilməsi barədə İcbari Tibbi Sığorta üzrə X10 Ərazi Bölmələrinin İdarəetmə Birliyi Şəmkir Rayon Mərkəzi xəstəxanasının xx.xx.2021-ci il tarixli 700 nömrəli əmrinin ləğv edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” X16 apellasiya şikayəti vermişdir. Şikayət təmin edilməmiş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(076)-3055/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, MŞG/MT007/2023-00016 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” X14 nümayəndələri xx.xx.2024-cü il tarixdə saat 15:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sesiyasında iştirak etməmişdi. İddiaçı mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” X14də İnsan resursları şöbəsinə kadr üzrə mütəxəssis vəzifəsində işləyir. Həmçinin, “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” X14 direktoru E.İsmayılovun xx.xx.2022-ci il tarixli, 2400K nömrəli əmri ilə “Şəmkir rayon Mərkəzi Xəstəxanası" X14 İnsan resursları şöbəsinin şöbə müdiri vəzifəsinin icrası İddiaçı həvalə edilmişdir. “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” X14 direktoru E.İsmayılovun xx.xx.2023-cü il tarixli PHŞ-6- 73/3-1-1067/2023 nömrəli əmri ilə Şəmkir Rayon X4 resursları şöbəsinin kadrlar üzrə mütəxəssisi İddiaçı İnsan resursları şöbəsinin şöbə müdiri vəzifəsinin müvəqqəti icrası həvalə edilmiş və ona əmək haqqı arasında olan fərqin ödənilməsi əmr edilmişdir. Daha sonra “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” X14 direktoru E.İsmayılovun xx.xx.2023-cü il tarixli PHŞ-18-1-73/3-1-2208/2023 nömrəli əmri ilə İnsan resursları şöbəsinin Kadr üzrə mütəxəssisi İddiaçı xx.xx.2023-cü il tarixdən həmin şöbənin şöbə müdiri vəzifəsinin icrasının həvalə edilməsi əmr edilmişdir. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən göndərilən işə qəbul haqqında bildiriş əsasında “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” X14 direktoru E.İsmayılovun xx.xx.2023-cü il tarixli 18-1-73/3-1-3106/2023 nömrəli əmri ilə X6 15 dekabr 2023-cü il tarixindən "Şəmkir Rayon Mərkəzi Xəstəxanası" X14in İnsan resursları şöbəsində şöbə müdiri vəzifəsinə 1 ştat vahidi əsas iş yeri üzrə işə qəbul edilmişdir. İddiaçı həmin əmri qanunsuz hesab etdiyi üçün xx.xx.2023-cü il tarixli 18- 1-73/3-1-3106/2023 nömrəli əmrin ləğv olunması, onun barəsində olan əmrin yenidən verilməsi və 2023-cü ilin dekabr ayından qətnamə icra olunan müddətə kimi əlavə vəzifə maşının cavabdehdən alınıb ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, iddia tələbi əmrin ləğv edilərək əvvəl müvəqqəti tutduğu vəzifənin icrası ilə əlaqədar yeni əmrin verilməsi və əmək haqqının ödənilməsi ilə bağlı olduğundan həmin münasibətlərə Əmək Məcəlləsinin həmin münasibətləri tənzimləyən normaları tətbiq edilməldir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 61-ci maddəsinin 1-ci bəndinə əsasən müəyyən səbəbdən iş yerində olmayan işçinin əmək funksiyasının icrasına tərəflərin razılığı ilə yol verilir. Bu zaman əmək haqqı bu Məcəllənin 162-ci maddəsində nəzərdə tutulan qaydada ödənilir. Həmin Məcəllənin 61-ci maddəsinin 2-ci bəndinə əsasən, boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir. Həmin Məcəllənin 61-ci maddəsinin 3-cü bəndinə əsasən, boş vəzifə üzrə işçiyə üç aydan çox olmayan müddətə əmək funksiyasının yerinə yetirilməsi həvalə edilə bilər. Bu müddət bitdikdən sonra ya əvəzedici işçi onun razılığı ilə həmin vəzifəyə keçirilir, ya hər iki vəzifə birləşdirilərək əvəzedici işçinin əmək funksiyasının genişləndirilməsi ilə əlaqədar yeni əmək müqaviləsi bağlanılır, ya da boş vəzifəyə yeni işçi götürülür. İş materialları müəyyən olunur ki, İddiaçı “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” X14 direktoru E.İsmayılovun xx.xx.2022-ci il tarixli, 2400K nömrəli əmri ilə “Şəmkir rayon Mərkəzi Xəstəxanası" X14 İnsan resursları şöbəsinin şöbə müdiri vəzifəsinin icrası həvalə edilmiş, sonra ona yenidən “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” X14 direktoru E.İsmayılovun xx.xx.2023-cü il tarixli PHŞ-6-73/3-1-1067/2023 nömrəli əmri ilə Şəmkir Rayon X4 resursları şöbəsinin şöbə müdiri vəzifəsinin müvəqqəti icrası həvalə edilərək, ona əmək haqqı arasında olan fərqin ödənilməsi əmr edilmişdir. Daha sonra “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” X14 direktoru E.İsmayılovun xx.xx.2023-cü il tarixli PHŞ-18- 1-73/3-1-2208/2023 nömrəli əmri ilə İddiaçı İnsan resursları şöbəsinin şöbə müdiri vəzifəsinin icrasının həvalə edilmişdir. 15 dekabr 2023-cü il tarixdə isə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən göndərilən işə qəbul haqqında bildirişi əsasında “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” X14 direktoru E.İsmayılovun xx.xx.2023-cü il tarixli 18-1-73/3-1-3106/2023 nömrəli əmri ilə X6 "Şəmkir Rayon Mərkəzi Xəstəxanası" X14in İnsan resursları şöbəsində şöbə müdiri vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı Şəmkir Rayon X4 resursları şöbəsinin şöbə müdiri vəzifəsinin icrası ilə əlaqədar olaraq barəsində xx.xx.2023-cü il tarixli əmrə qədər bir neçə dəfə eyni məzmunlu əmr verildiyini, həmin əmrləri layiqincə və qüsursuz yerinə yetirdiyini, onun şöbə müdiri vəzifəsini icra etməsinə dair müqavilə başa çatmadığı halda, cavabdeh tərəfindən həmin vəzifəyə 15 dekabr 2023cü il tarixli 18-1-73/3-1-3106/2023 saylı əmrlə başqa bir işçi təyin edildiyini və bu baxımdan “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” X14 direktoru E.İsmayılovun xx.xx.2023-cü il tarixli 18-1-73/3-1-3106/2023 nömrəli əmrinin ləğv edilməli olduğunu qeyd etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 61-ci maddəsinin 1-ci bəndinə əsasən müəyyən səbəbdən iş yerində olmayan işçinin əmək funksiyasının icrasına tərəflərin razılığı ilə yol verilir. Həmin Məcəllənin 61-ci maddəsinin 3cü bəndinə əsasən, boş vəzifə üzrə işçiyə üç aydan çox olmayan müddətə əmək funksiyasının yerinə yetirilməsi həvalə edilə bilər. Bu müddət bitdikdən sonra ya əvəzedici işçi onun razılığı ilə həmin vəzifəyə keçirilir, ya hər iki vəzifə birləşdirilərək əvəzedici işçinin əmək funksiyasının genişləndirilməsi ilə əlaqədar yeni əmək müqaviləsi bağlanılır, ya da boş vəzifəyə yeni işçi götürülür. İş materiallarına əlavə edilmiş əmrlərdən görünür ki, “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” X14 İnsan resursları şöbəsinin Kadr üzrə mütəxəssisi İddiaçı həmin şöbənin şöbə müdiri vəzifəsinin icrasının həvalə edilməsi barədə xx.xx.2023-cü il tarixli PHŞ-18-1-73/3-1-2208/2023 nömrəli əmrdən əvvəl də ona “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” X14 direktorunun E.İsmayılovun xx.xx.2022-ci il tarixli, 2400K nömrəli əmri ilə “Şəmkir rayon Mərkəzi Xəstəxanası" X14 İnsan resursları şöbəsinin şöbə müdiri vəzifəsinin icrası həvalə edilmiş və daha sonra “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” X14 direktoru E.İsmayılovun xx.xx.2023-cü il tarixli PHŞ-6-73/3-1- 1067/2023 nömrəli əmri ilə ona yenidən İnsan resursları şöbəsinin şöbə müdiri vəzifəsinin müvəqqəti icrası həvalə edilmişdir. Göründüyü j=kimi hər əmrlə üç aylıq həmin vəzifə İ. Adıgözəlovaya həvalə edilmişdir. Əmək Qanunvericiliyinin tələbindən də göründüyü kimi boş vəzifə üzrə işçiyə üç aydan çox olmayan müddətə əmək funksiyasının yerinə yetirilməsinin həvalə edilə bilməsi nəzərdə tutulduğundan İddiaçı İnsan resursları şöbəsinin şöbə müdiri vəzifəsinin icrasının həvalə edilməsi barədə sonuncu əmr olan “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” X14 direktoru E.İsmayılovun xx.xx.2023-cü il tarixli PHŞ-18-1-73/3-1-2208/2023 nömrəli əmrinin 3 ayı tamam olmasından 12 gün əvvəl Qanunvericilikdə nəzərdə tutulmuş qaydada 15 dekabr 2023-cü il tarixdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən göndərilən işə qəbul haqqında bildirişi əsasında “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” X14 direktoru E.İsmayılovun xx.xx.2023-cü il tarixli 18-1-73/3-1-3106/2023 nömrəli əmri ilə X6 "Şəmkir Rayon Mərkəzi Xəstəxanası" X14in İnsan resursları şöbəsində şöbə müdiri vəzifəsinə işə qəbul edilmişdir Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” X7rşı “əvvəlki vəzifəyə bərpa olunma və vəzifə maaşının ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməldir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 233 -ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilməsin. İddiaçı cavabdeh “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” X7rşı “əvvəlki vəzifəyə bərpa olunma və vəzifə maaşının ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №e-2(076)-1860/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-1860/2024
14.08.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver