Məhkəmə qərarları › İş №e-2(076)-2201/2024

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №e-2(076)-2201/2024

20.05.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № e-2(076)-2201/2024 20.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X3 Mirzağa oğlunun sədrliyi Kazımova Şəhanə Namiq qızının katibliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Şəmkir rayon 1 saylı Dövlət Notraiat ofisinə və X2 qarşı sazişin və çıxarışların ləğv olunması, ümumi mülkiyyətdə olan torpaq sahəsindən və fərdi yaşayış evindən payların naturada ayrılıb təhvil verilməsi, torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddia ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Şəmkir rayon 1 saylı Dövlət Notraiat ofisinə və X2 qarşı sazişin və çıxarışların ləğv olunması, ümumi mülkiyyətdə olan torpaq sahəsindən və fərdi yaşayış evindən payların naturada ayrılıb təhvil verilməsi, torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçılar öz adlarına tərtib edilmiş xx.xx.2017-ci il tarixli Çıxarışın və cavabdeh X1 adına tərtib edilmiş Çıxarışın ləğv edilməsini məhkəmədən xahiş etsə də, iddia ərizəsinə cavabdeh X1 adına tərtib edilmiş Çıxarışı əlavə etməmiş, habelə həmin çıxarışı “Elektron Məhkəmə” sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərməmişdir. Belə olan halda məhkəmə iddiaçılar tərəfindən konkret olaraq hansı çıxarışın ləğvinin tələb edilməsini müəyyən edə bilməmişdir. Bu da məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, tələb qeyri-müəyyən şəkildə məhkəməyə verilmişdir ki, bununla iddiaçı, iddia ərizəsinin forma və məzmununa dair zəruri tələbləri nəzərdə tutan Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinin tələblərinə əməl etməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə məhkəmə hesab edir ki, ərizə məhkəməyə təqdim edilərkən qanunun qeyd edilən müddəanın tələblərinə riayət edilməmiş və yuxarıda göstərilən nöqsanla məhkəməyə təqdim edilmişdir. Odur ki, MPM-in qeyd edilən tələbinə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Eləcə də, iddiaçılar, iddia ərizəsinə əlavə edilən sənədlər siyahısının 3-cü sırasında 2 ədəd Çıxarışın ərizəyə əlavə etdiklərini qeyd etsələr də, iş materiallarında yalnız 1 ədədiddiaçıların adına tərtib edilmiş Çıxarış aşkar edilmişdir. Bu barədə Şəmkir Rayon Məhkəməsində akt tərtib edilərək imzalanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Şəmkir rayon 1 saylı Dövlət Notraiat ofisinə və X2 qarşı sazişin və çıxarışların ləğv olunması, ümumi mülkiyyətdə olan torpaq sahəsindən və fərdi yaşayış evindən payların naturada ayrılıb təhvil verilməsi, torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçılara geri qaytarılsın. İddiaçılara izah edilsin ki, qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar