Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-2220/2025 17.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, Həşimov Ağaxan Habil oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, Cavabdeh ona toplam borc olaraq yaranmış 13697 (on üç min altı yüz doxsan yeddi) manat məbləğində pulun və məhkəmə rüsumu olaraq ödədiyi 131.09 manat pul məbləğinin məcburi qaydada alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o Cavabdeh ilə 2024-cü ilin oktyabr ayında Abșeron rayonu, Xırdalan şəhərində işlədiyi AL marketdə tanıș olmuşdur. Elçin ilə tanış olduqdan sonra o, lizinq işi ilə məşğul olduğunu, xarici dövlətdən avtomobil gətirərək satdığını bildirərək ona işçi lazım olduğunu və evdə onlayn qaydada işləyərək gündəlik 25 manat qazanc əldə edəcəyini demişdir. Bundan başqa Elçin əlavə qazanc əldə etmək üçün ona da avtomobil gətirə biləcəyini, avtomobili taksi kimi icarəyə verərək işlədəyəcəyinə, qazanc əldə edəcəyinə kömək edəcəyini, bunun üçün ilkin olaraq 8000- 9000 manat pul lazım olduğunu demişdir. O, onun bu yalanına inanmış və xx.xx.2024-cü il tarixdə Elçinlə Xırdalan şəhərində "köhnə bazar" adlanan yerin yaxınlığında görüşmüş, həmin ərazidə qizıl-zinət əşyalarını Xırdalan lombarda girov şəkilində (xx.xx.2024-cü il tarixli 117308 nömrəli Girov Bileti əsasında) qoyaraq ona əlbəəl 3000 manat və digər bir yaxınından aldığı 1500 manat manat nəqd pulu vermişdir. Bundan basqa xx.xx.2024-cü il tarixdə Xırdalan şəhərində Elçinin 5239 1517 3931 3123 nömrəli kart hesabına E-Manat ödəmə terminalı vasitəsi ilə 3200 manat və özünə məxsus Leobank kartından da Elçinin 5239 1517 3931 3123 nömrəli kart hesabına 1500 manat göndərmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixdə Xırdalan şəhərində Elçinin ona “Vatsapp” üzərindən göndərdiyi kart nömrəsinə E-Manat ödəmə terminalı vasitəsi ilə1400 manat göndərmișdir. Bundan basqa, xx.xx.2024-cü il tarixdə Elçinin 5239 1517 3931 3123 nömrəli kart hesabına 20 manat, xx.xx.2024-cü il tarixdə saat 18:20-də Elçinin 5239 1517 3931 3123 nömrəli kart hesabına 200 manat və xx.xx.2024-cü il tarixdə saat 18:22-də Elçinin 5239 1517 3931 3123 nömrəli kart hesabına 127 manat, xx.xx.2024-cü il tarixdə Elçinin 5239 1517 3931 3123 nömrəli kart hesabına 200 manat,xx.xx.2024-cü il tarixdə Elçinin 5239 1517 3931 3123 nömrəli kart hesabına 220 manat göndəmişdir. Bundan basqa xx.xx.2024-cü il tarixdə saat 14:24də Elçinin 5239 1517 3931 3123 nömrəli kart hesabına 812 manat, xx.xx.2024-cü il tarixdə saat 16:49-da Elçinin 5239 1517 3931 3123 nömrəli kart hesabına 480 manat və xx.xx.2024-cü il tarixdə saat 16:54-də Elçinin 5239 1517 3931 3123 nömrəli kart hesabına 500 manat göndərmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixdə Elçin ona zəng edərək avtomobilinin cəriməsinin olduğunu, ona 180 manat pul lazım olduğunu dediyi üçün həmin gün Leobank kartından Elçinin dediyi kart hesabına 180 manat pul göndərmișdir. Bundan başqa qızıl-zinət əşyalarını Xırdalan lombarda girov şəkilində (xx.xx.2024-cü il tarixli 117308 nömrəli Girov Bileti əsasında) qoyaraq ona əlbəəl verdiyi 3000 manat kreditin faiz əlavəsi olaraq 358 manat həmin Lombarda pul ödəyərək cavabdehin üzündən 358 manat ziyana düşmüş və cavabdehdən tələb edir. İşlə bağlı 102 qaynar xəttinə zəng edərək şikayət etmiş və Abşeron rayon Polis İdarəsində məsələ araşdırılmışdır. Cavabdeh ifadəsində onun guya cəmi 8400 manat verdiyini və onun həmin puldan 1700 manatını guya ona qaytardığını və pulu ona guya rayonda atasına məxsus xeyir-şər evinin təmiri üçün borc verdiyini bildirmiş və sonda ona cinayət işinin başlanmasının rədd edilməsi barədə polisin qərarı göndərilmişdir. Cavabdeh bu vaxta qədər ona heç bir pul məbləği ödəməmişdir. Onun məhkəməyə təqdim etdiyi bu qədər sübutun qarşısında cavabdehin ona pul verməsi barədə heç bir sübut yoxdur. Beləliklə də Cavabdeh onun 13.339 manat pulunu mənimsəmiş və ona vermək üçün Lombarddan götürdüyü kreditə görə 358 manat faiz ödəmişdir. Cavabdehin ona borcu toplam olaraq 13697 (on üç min altı yüz doxsan yeddi) manat təşkil edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, Elçin əlavə qazanc əldə etmək üçün ona da avtomobil gətirə biləcəyini, avtomobili taksi kimi icarəyə verərək işlədəyəcəyinə, qazanc əldə edəcəyinə kömək edəcəyini, bunun üçün ilkin olaraq 8000-9000 manat pul lazım olduğunu demişdir. O, onun bu yalanına inanmış və xx.xx.2024-cü il tarixdə Elçinlə Xırdalan şəhərində "köhnə bazar" adlanan yerin yaxınlığında görüşmüş, həmin ərazidə qizıl-zinət əşyalarını Xırdalan lombarda girov şəkilində (xx.xx.2024-cü il tarixli 117308 nömrəli Girov Bileti əsasında) qoyaraq ona əlbəəl 3000 manat və digər bir yaxınından aldığı 1500 manat manat nəqd pulu vermişdir. Bundan basqa xx.xx.2024-cü il tarixdə Xırdalan şəhərində Elçinin 5239 1517 3931 3123 nömrəli kart hesabına E-Manat ödəmə terminalı vasitəsi ilə 3200 manat və özünə məxsus Leobank kartından da Elçinin 5239 1517 3931 3123 nömrəli kart hesabına 1500 manat göndərmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixdə Xırdalan şəhərində Elçinin ona “Vatsapp” üzərindən göndərdiyi kart nömrəsinə E-Manat ödəmə terminalı vasitəsi ilə1400 manat göndərmișdir. Bundan basqa, xx.xx.2024-cü il tarixdə Elçinin 5239 1517 3931 3123 nömrəli kart hesabına 20 manat, xx.xx.2024-cü il tarixdə saat 18:20-də Elçinin 5239 1517 3931 3123 nömrəli kart hesabına 200 manat və xx.xx.2024-cü il tarixdə saat 18:22-də Elçinin 5239 1517 3931 3123 nömrəli kart hesabına 127 manat, xx.xx.2024-cü il tarixdə Elçinin 5239 1517 3931 3123 nömrəli kart hesabına 200 manat,xx.xx.2024-cü il tarixdə Elçinin 5239 1517 3931 3123 nömrəli kart hesabına 220 manat göndəmişdir. Bundan basqa xx.xx.2024-cü il tarixdə saat 14:24-də Elçinin 5239 1517 3931 3123 nömrəli kart hesabına 812 manat, xx.xx.2024-cü il tarixdə saat 16:49-da Elçinin 5239 1517 3931 3123 nömrəli kart hesabına 480 manat və xx.xx.2024cü il tarixdə saat 16:54-də Elçinin 5239 1517 3931 3123 nömrəli kart hesabına 500 manat göndərmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixdə Elçin ona zəng edərək avtomobilinin cəriməsinin olduğunu, ona 180 manat pul lazım olduğunu dediyi üçün həmin gün Leobank kartından Elçinin dediyi kart hesabına 180 manat pul göndərmișdir. Cavabdeh pulları almış, lakin ona avtomobil alıb verməmişdir. İşlə bağlı 102 qaynar xəttinə zəng edərək şikayət etmiş və Abşeron rayon Polis İdarəsində məsələ araşdırılmışdır. Cavabdeh ifadəsində onun guya cəmi 8400 manat verdiyini və onun həmin puldan 1700 manatını guya ona qaytardığını və pulu ona guya rayonda atasına məxsus xeyir-şər evinin təmiri üçün borc verdiyini bildirmiş və sonda ona cinayət işinin başlanmasının rədd edilməsi barədə polisin qərarı göndərilmişdir. Cavabdeh bu vaxta qədər ona heç bir pul məbləği ödəməmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan qəbzdən görünür ki, 200 manat pul 5522********9766 saylı kartdan 5239********3123 saylı karta köçürülmüşdür. İş materiallarında olan NN Lombard tərəfindən verilmiş arayışdan görünür ki, NN Lombard tərəfindən İddiaçı 3000 (üç min) manat kredit verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 117308 saylı girov biletindən görünür ki, İddiaçı 3000 (üç min) manat kreditin götürülməsi üçün bir cüt sırğa (adi qaş, 1 qaş düşmüş, zədəli) 5.3 qram, üzük (adi qaş, əyri) 4.19 qram 585 əyarlı, sep (batıqları olmuş) 14.9 qram, qolbaq 8.85 qram 750 əyarlı olan qızıl-zinət əşyalarını xx.xx.2024-cü il tarixədək girov qoymuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 10 yanvar 2025-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, ev 5-də yaşayan İddiaçı Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək və Abşeron RPİ-nə ərizə ilə müraciət edərək, xx.xx.2024-cü il tarixdə xarici dövlətdən avtomobil gətizdirəcəyi adı ilə Cavabdeh onu aldadaraq 14000 manat pulunu ələ keçirməsi barədə məlumat vermişdir. Müraciət əsasında Abşeron RPİnin TŞ-nin təhqiqatçısı Maarif Abbasov tərəfindən təhqiqat aparılmış, toplanmış material 16 yanvar 2025-ci il tarixdə İŞ-nə daxil olmuşdur. İzahatı alınmış Cavabdeh göstərmişdir ki, 2024-cü ilin noyabr ayında onun kart hesabına 3000 manat pul göndərərək, xeyir-şər evinin təmir işlərinə səfrf etməsini bildirmiş, təxminən 10-15 gün sonra Vəsilə yenidən ona oğlunun kart hesabından onun kart hesabına 3700 manat pul göndərəcəyini və bankomatdan həmin pulu çıxararaq 1700 manatını ona verməsini, 2000 manatı isə təmir işlərinə sərf etməsini demişdir. Həmin gün Vəsilə oğlunun kart hesabından onun kart hesabına 3700 manat göndərmiş, o, da həmin pulu bankomatdan çıxararaq 1700 manatını Vəsilə ilə görüşərək ona vermişdir. Daha sonra isə Vəsilə onun kart hesabına 900 və 800 manat göndərmiş, beləliklə Vəsilə ona ümumilikdə 6700 manat borc pul göndərmiş olmuş və o, da Vəsiləyə bildirmişdir ki, sözügedən xeyir-şər evi istifadəyə verilən kimi ondan aldığı borcunu hissə-hissə geri qaytaracaqdır. Lakin, bundan sonrakı vaxtlarda o, Vəsilənin ərinin olduğunu öyrəndiyi üçün ondan ayrılmaq qərarına gəmişdir. Vəsilədən get-gedə ayrılmaq qərarına gəlsə də Vəsilədən aldığı 6700 manat borc pulu geri qaytarmaq fikrində olduğunu bildirmişdir. İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilməsi və İddiaçı mübahisənin həll edilməsi üçün mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməsi qərara alınmışdır. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz göndərərək bildirmişdir ki, İddiaçı ona qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə Şəmkir rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia ərizəsində göstərir ki, guya ona 2024-cü ilin noyabr-dekabr aylarında cəmi 13.339 manat pul vermiş, bunun guya 4500 manatını (3000+1500 m) əlbəəl vermiş, qalan 8839 manatını isə kartına köçürmüş, əlbəəl verdiyini iddia etdiyi 3000 manat pulu lombarda qızıl qoyaraq faizlə götürdüyünü bildirərək buna görə ondan 358 manat məbləğində faiz borcunu da tələb etdiyini ümümilikdə ondan lombard faizi də daxil olmaqla 13.697 manat məbləğində pulu, üstəlik məhkəməyə ödədiyi 131 manat dövlət rüsumunu da ondan tələb etmiş və ərizəsində göstərir ki, guya pulları o iddiaçıdan maşın gətirmək adı ilə almışdır. İddiaçının iddia ərizəsində göstərdiyi tələbləri qismən qəbul etmiş, iddianın qəbul etmədiyi hissəsinə qəti etiraz edərək, iddianın qismən (qəbul etdiyi hissədə) təmin edilməsini, qalan hissəsin isə əsassız və sübutsuz olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, iddaçı ona verdiyi pulları guya ona xaricdən maşın gətirəcəyini vəd etdiyi üçün veribmiş, halbuki o iddiaçıdan rayondakı xeyir-şər evinin təmiri üçün borca pul almış və belə razılaşmışlar ki, pulu təmirdən sonra ona hissə-hissə qaytaracaq, o da razılaşıb bu şərtlə ki, o iddiaçıdan aralanmasın, münasibətləri davam etsin. Bildirir ki, o iddiaçıya maşın gətirəcəyini söz verməmiş və bu müddət ərzində heç bir söhbətlərində, telefon yazışmalarında aralarında maşın söhbəti olmamış, iddiaçı sadəcə ondan uzaqlaşmağı səbəbindən ona qarşı qərəzli mövqe tutmuş və hər cür vasitə ilə ondan verdiyindən əlavə pul qoparmaq və onu cəzalandıqmaq niyyətini güdmüşdür. Necəki onun barəsində Abşeron Polis İdarəsinə verdiyi şikayətlər - guya ona təcavüz etməyi, barəsində rüsvayedici videolar pavlaşmağı və s., lakin yalan olduğu sübut olunmuş və barəsində “cinayət işinin başlamasının rədd edilməsi” barədə 25 yanvar 2025ci il tarixdə qərar qəbul edilmişdir (qərarı etiraz ərizəsinə əlavə etmişdir). Bundan əlavə bildirir ki, iddiaçının lombarda qızıl qoyub faizlə pul götürdüyündən onun xəbəri olmamışdır. Sadəcə ona deyib ki, maşını lombarda sürsün onun orada işi var, yəni kartına yüklədiyi pulların lombarddan götürülən pul hesabına olduğunu bilməmiş, bu barədə ona deməmişdir. Bildirir ki, iddiaçı ona göndərdiyi pulları onun kartına atmış, əlbəəl ona nə 3 min, nə də 1500 manat məbləğində pul verilmişdir. Kartına cəmi 8400 manat pul atmış, onun da 1700 manatını özünün xahişi ilə özünə qaytarmışdır. Onun hazırda ona 6700 (altı min yeddi yüz) manat borcu vardır ki, onu da razılaşdığı kimi hissə-hissə ödəmək isətəsə də iddiaçı qəbul etmək istəmir və pulunu bütöv istəyir, o isə borclu olduğu məbləği birdəfəlik ödəmək imkanında deyildir. Bildirir ki, iddiaçının məhkəməyə təqdim etdiyi sübutlar əsasında hesablanmış borc məbləğini ona hissə-hissə qaytaracağına söz verir və borcunu (sübut olunan məbləği) müəyyən müddət ərzində tam ödəyəcəyinə əmin ola bilərsiniz. Etiraz ərizəsində göstərdiklərini nəzərə almaqla iddianın qismən (sübut olunan hissədə) təmin edilməsi, borc məbləğinin sübut olunmayan qalan hissəsi barədə tələbin təmin edilməməsi və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, iş materiallarında olan qəbzlərdən görünür ki, müxtəlif vaxtlarda kart hesablarına köçürmə həyata keçirilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Tətbiq edilən hüquq: Mülki Məcəllə Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Mülki Prosessual Məcəllə Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 106.4. Məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 739.2-ci maddəsində borc müqaviləsi predmetinin məbləğinin üç min manatdan çox olduğu halda, borc müqaviləsinin yazılı formada bağlanılması imperativ şəkildə göstərilmişdir. Cavabdehin iddiaçıya aldığı pul vəsaitlərini qaytaracağına dair hər hansı bir öhdəlik götürməsi barədə işdə heç bir sübut yoxdur. Onlar arasında öhdəlik və ya borc münasibətləri yaranmamışdır. Ona görə iddiaçının cavabdehdən pul vəsaitinin qaytarılması ilə bağlı iddiaya borc münasibətləri çərçivəsində baxılması yolverilməzdir. Bu baxımdan məhkəmə hesab edir ki, hazırki halda iddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091, 1092-ci maddələri təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmiş ki, İddiaçı Cavabdeh 8400 manat pul verməsi təsdiq olunur. Belə ki, cavabdeh hətta polis bölməsində vermiş olduğu izahatında da bildirmişdir ki, iddiaçıdan 8400 manat borca pul almışdır.Həmçinin cavabdeh məhkəməyə ünvanladığı etirazındada bu halı təsdiq etmişdir. Bu hal öz təsdiqini iş materiallarına əlavə edilmiş sübutlarla öz təsdiqini tam olaraq tapır. Məhkəmə iddiaçının cavabdehə ümumilikdə 13697 (on üç min altı yüz doxsan yeddi) manat pulu borc verməsini və hazırda bununla bağlı tələbini əsaslı hesab etmir, belə ki, iddiaçı cavabdehə ümumilikdə 13697 (on üç min altı yüz doxsan yeddi) manat pul verməsinə dair mötəbər sübutlar təqdim etməmişdir. Bununla belə məhkəmə iclasında müəyyən edilmişdir ki, 8400 manat məbləğində pul iddiaçı tərəfindən cavabdehə verilmişdir və bu hal nəticəsində cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Məhkəmə qeyd edir ki, cavabdeh öz etirazında borca aldığı 8400 manat puldan 1700 manatını iddiaçıya sonradan verdiyi bildirsədə, bu halı təsdiq edəcək mötəbər sübutlar təqdim edə bilməmişdir.Odur ki, hazırki halda iddiaçı iddia tələbinin cavabdeh tərəfindən ödənilməmiş borcun əvəzi qismində 8400 manat məbləğində pul tutulması hissəsinin əsaslılığını sübuta yetirmişdir . Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında 8400 manat pulun cavabdehə verilməsinə dair yazılı müqavilə olmasa da, cavabdeh özü etirazında iddiaçı tərəfindən həmin pulun cavabdehə verilməsini təsdiq edir. Tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğini ona qaytarmalıdır. Məhkəmə baxışı zamanı isə cavabdeh iddiaçıdan aldığı pulun tamamilə qaytarılmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin iddiaçıdan 8400 manat məbləğində borc pul alması, lakin həmin pulu tam şəkildə qaytarmaması sübuta yetirildiyindən iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası qismən əsaslı hesab edilərək qismən təmin edilməli və Cavabdeh 8400 (səkkiz min dörd yüz) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 131 (yüz otuz bir) manat 09(doqquz) qəpik dövlət rüsumundan ibarətdir. İddia qismən təmin olunduğundan Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun 84 (səksən dörd) manat hissəsi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki–Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 8400 (səkkiz min dörd yüz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Cavabdeh 84 (səksən dörd) manat məbləğində dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №e-2(076)-2220/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-2220/2025
17.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver