Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-2256/2025 21.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı elektrik enerjisindən istifadəyə görə yaranmış debitor borcunun ödənilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcla əlaqədar pul tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 946 (doqquz yüz qırx altı) manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 1045 saylı Sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş istehlakçıların aylıq enerji sərfinin miqdarını, dəyərini və ödənişini özündə əks etdirən abunə haqqında dövriyə cədvəlindən göründüyü kimi, abonent kodu **********02220 olan Cavabdeh ilə elektrik enerjisindən istifadə etməsi ilə bağlı xx.xx.2025-ci il tarixə iddiaçı "xxxx" ASC-yə cəmi 946 (doqquz yüz qırx altı manat) manat məbləğində borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı Cavabdeh dəfələrlə müraciət olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi elekrik enerjisinin haqqı olan 946 manat borcunu bu günə qədər ödəməyərək "xxxx" ASC-yə zərər vurmuşdur. "xxxx" ASC-nin əməkdaşları hər ay Cavabdeh ünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq (hesab-faktura) təqdim etməsini tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. Qeyd etməyi zəruri hesab edirlər ki, hazırkı iş üzrə Cavabdeh 2024-cü ilin təxminən iyul ayında "xxxx" ASC-yə qarşı “xx.xx.2021-ci il tarixli,025920 saylı və xx.xx.2024-cü il tarixli, 000061 saylı aktlar üzrə hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Şəmkir rayon məhkəməsinə müraciət etmişdir. İşin məhkəmə hazırlıq iclasında Cavabdeh iştirak etməsinə baxmayaraq işin məhkəmə baxış iclasına gəlməmişdir. Odur ki, məhkəmə iddiaçı Cavabdeh "xxxx" ASC-yə qarşı “Borcun silinməsi” tələbinə dair 2(076)-1690/2024 saylı iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılmasına dair xx.xx.2024-cü il tarixli Qərardad qəbul etmişdir. Bundan sonra Cavabdeh məhkəməyə yenidən iddia ərizəsi ilə müraciət etmişdir.Lakin iddiaçı Cavabdeh yenə məhkəməyə gəlməmişdir. Məhkəmə isə iddiaçı Cavabdeh "xxxx" ASC-yə qarşı “Borcun silinməsi” tələbinə dair 2(076)- 3357/2024 saylı işin baxılmamış saxlanılmasına dair xx.xx.2024-cü il tarixli Qərardad qəbul etmişdir. Göstəririk ki, yuxarıda qeyd etdiyi kimi Cavabdeh hal-hazıra 946 manat məbləğində ödənilməmiş borcu vardır. Həmin borcun yaranmasına səbəb "xxxx" ASC-nin Satışa Nəzarət İdarəsinin əməkdaşları tərəfindən Şəmkir rayonu, Zəyəm qəsəbəsində yaşayan və fəaliyyət göstərən abonentlər tərəfindən elektrik enerjisinin talanmasının qarşısının almaq məqsədi ilə, eləcə də abonentlərin elektrik enerjisindən istifadə qaydalarının tələblərinə əməl edib-etməmələrini araşdırmaq məqsədi ilə onların sayğac uçot dəstlərinə baxış keçirilmişdir. Həmin gün əməkdaşları tərəfindən "xxxx" ASC-nin ORACLE məlumat satış bazasında **********02220 saylı istehlakçı kodu ilə qeydə alınmış Cavabdeh da yaşadığı evi üçün quraşdırılmış sayğac uçot dəstinə baxış keçirilmişdir. Baxış zamanı “fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olur. Kənar xətt sayğac sxemini qıdalandıran xəttin izolyasiyası pozularaq budaqlanma yolu ilə çəkilmişdir” qüsuru faktı aşkar edilmişdir”. Sayğac uçot dəstinə baxış keçirilən əməkdaşları tərəfindən mobil telefon vasitəsi ilə videoçəkiliş aparılmışdır. Aşkar olunmuş enerji pozuntularına dair əməkdaşları tərəfindən “EEİQ”-nın tələbinə uyğun olaraq 12 mart 2024-cü il tarixli, AKT NİM № 000061 saylı akt tərtib edilmişdir. Sayğac uçot dəstinə baxış keçirilən zaman xüsusi ölçmə cihazı olan Am permaşa vasitəsi ilə ölçmə aparılan zaman məlum olmuşdur ki, kənar xətdən axan yük; P = 2,4 kvt (iki tamonda dörd) P = 0 P = 6,16 kvt. Cavabdeh barəsində tərtib olunmuş həmin akta əsasən "xxxx" ASC-nin nəzdində fəaliyyət göstərən Aktlar üzrə Komissiya tərəfindən ona dəyəri 1002,71 (bir min iki manat yetmiş bir qəpik) manat təşkil edən 210 gün üçün 8467 kvts miqdarında itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə hesabat aparılmışdır. Toplanılmış sənədlərə əlavə edilmiş İstehlakçının aylıq enerji sərfiyyatının midarını, dəyərini və ödənişini özündə əks etdirən Abunə haqqında dövriyə cədvəlinin görünür ki, Cavabdeh barəsində “EEİQ”-nın tələbinə uyğun tərtib olunmuş qeyd olunan akt və akta əsasən itirilmiş enerjinin bərpası məqsədi ilə hesablanmış məbləğ istehlakçının abunə koduna işlənmişdir. İş üzrə toplanılmış sənədlərdən görünür ki, Cavabdeh enerji resurslarının talanması ilə məşğul olmuş, nəticədə səhmlərinin 100% Dövlətə məxsus olan "xxxx" ASC-yə zərər vurmuşdur. Odur ki, Azərbaycan Respublikasının Elektroenergetika haqqında Qanununun 19.16-cı maddəsinə əsasən Cavabdeh barəsində toplanılmış sənədlər araşdırılma aparılmasaı üçün xx.xx.2024-cü il tarixli, 1/857 saylı məktubla Şəmkir rayon prokuroru, Baş Ədliyyə Müşaviri cənab A.Hətəmova göndərilmişdir. Şəmkir rayon prokurorluğunda material üzrə araşdırılma aparılmış və Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində olan X1 Agentliyinin Tovuz filialının inzibati xəta iş üzrə 28 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli qərarı ilə Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 282.1-ci maddəsi ilə nəzərdə tutulan inzibatı xətanı törətdiyindən həmin maddə ilə 100 (bir yüz) manat məbləğində cərimə olunmuşdur. Aşağıdakı hüquqi əsaslara görə hesab edirlər ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-cı il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.2- ci bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Cavabdehə debitor borcunu könüllü olaraq ödəməsi üçün tərəfindən ona xx.xx.2025-ci il tarixli, 01/2025 saylı pretenziya məktubu ilə müraciət olunmuşdur. Pretenziya poçt vasitəsi ilə ona göndərilməsinə və cavabdeh tərəfindən alınmasına baxmayaraq onun tərəfindən borc məbləği hal-hazıra kimi ödənilməmişdir. Qeyd edilənlərə əsasən Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 946 (doqquz yüz qırx altı) manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 məhkəmə iclası zamanı iddianı müdafiə edərək ərizənin məzmununa uyğun izahat verdi və iddia tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qismən qəbul edərək izahatında göstərdi ki, o, həqiqətən kənar xətdən istifadə etmiş, lakin bunu qəsdən etməmişdir. Bildirdi ki, bu xətdən cəmi 2 gün ərzində istifadə etmişdir. Evdə körpə uşaqlarının olduğunu, həyat yoldaşının xəstə olması səbəbi ilə sayğacdan kənar xəttdən istifadə etmişdir. Həmçinin, mütəmadi olaraq ödəniş etdiyini, ödənişlərin yarısının borcdan silindiyini, yarısının isə balansına köçürüldüyünü bildirdi. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan 05 yanvar 2025-ci il tarixli, ******* nömrəli “Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısına dair bir tipli müqavilə”dən görünür ki, elektrik sayğacı Şəmkir rayonu, Zəyəm qəsəbəsi sakini Cavabdeh evinin çölündə quraşdırılmışdır. İşdə olan abunəçi haqqında cədvəldən görünür ki, abonent kodu **********02220 olan Cavabdeh adına olan sayğac üzrə xx.xx.2024-cü il tarixdə akt tərtib edilmiş və 1186,81 manat məbləğində borc hesablanmışdır. Həmçinin iş materiallarında olan xx.xx.2024-cü il tarixli, 3-15-2-10/2-282/2024 nömrəli Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində olan X1 Agentliyinin Tovuz filialı tərəfindən tərtib edilmiş məktubdan və ona əlavə edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən fərdi yaşayış evində sayğacdan kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulma nəticəsində 1002,71 manat məbləğində ziyan vurulmuşdur. Ona görə, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 282.1-ci maddəsi ilə nəzərdə tutulan inzibatı xətanı törətdiyindən həmin maddə ilə 100 (bir yüz) manat məbləğində cərimə olunmuşdur. İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025–ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdehə elektrik enerjisindən istifadəyə görə sayğac üzrə borcunun olduğu barədə məlumat verilərək borcun ödənilməsi tələb edilmiş, əks halda məhkəmədə iddia qaldırılacağı bildirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Cavabdeh məxsus 50334148 nömrəli sayğaca E.E.İ.Q-ya uyğun baxış keçirilən zaman məlum olmuşdur ki, qəzalı vəziyyətdə olan yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olur. Kənar xətt sayğac sxeminin qidalandırıcı xəttinə qoşulmuşdur. Ölçmə zamanı kənar xətdən axan yük P = 2,4 kVt, P = 0, P = 6,16 kVt olaraq müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli NİM AKT №000061 nömrəli aktdan görünür ki, X4 məxsus quraşdırılmış sayğaca baxış zamanı məlum olmuşdur ki, fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olur. Kənar xətt, sayğac sxemini qidalandıran xəttin izolyasiyası pozularaq buxarlanma yolu ilə çəkilmişdir. Bu səbəbdən 8467 kVts (2,4 kVt × 24 saat × 0,7 × 210 gün) həcmində elektrik enerjisi sərfiyyatı və 1002,71 manat məbləğində cərimə hesablanmışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, cavabdeh Zalova X5 rayonu, Zəyəm qəsəbəsiində yaşayır və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xidmət dairəsində olan sayğacdan yaşadığı evdə istifadə edir. Cavabdeh elektrik sayğacı üzrə 1002,17 manat dəyərində enerji istifadə etsə də, hazırki vaxtadək yaranmış borcunu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005–ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 1.1–ci bəndində göstərilmişdir ki, məişət abonenti (əhali)–yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Həmin Qaydaların 1.2–ci bəndində qeyd edilmişdir ki, bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 7.6–cı bəndində göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri – cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Həmin Qaydaların 8.17–1–ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 10.18.9–1–ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18–ci və 7.19–cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17–2–ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17–ci və 8.17–1–ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17–ci və 8.17–1–ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qaydaların 8.26–cı bəndinə görə məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar özünəxidmət üsuluna, əvvəlcədən ödəmə üsuluna və ya enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yazılmış ödəmə sənədlərinə əsasən aparılır. Qaydaların 8.32–ci bəndinin “b” yarımbəndində göstərilmişdir ki, məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Qaydaların 9.1–ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin "Dövlət Enerjinəzarət" İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Göründüyü kimi məişət abonenti olan iddiaçının adına qeydə alınmış sayğaca "xxxx" ASC–nin əməkdaşları tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evinə baxış keçirmiş və fərdi yaşayış evində abonent Cavabdeh tərəfindən sayğacın kənar xətt vasitəsilə dövrədən kənarlaşdırılması müəyyən edilmişdir. Qeyd edilən pozuntuya görə 24 saat olmaqla 210 gün müddətindən ziyan hesablanmış və 1002,71 manat ziyan müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, dəymiş ziyanın qeyd edilən 90 günlük müddət üçün hesablanması daha ağlabatan və inandırıcı olardı. Belə ki, iddiaçı da həmin halı öz izahatı ilə təsdiq edir. Cavabdeh isə bu halın əksini müəyyən edəcək sübut təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə dəymiş ziyanın məbləği hesablanarkən 90 günlük müddət və günün 24 saatı nəzərə alınmaqla hesabat aparılmalı və itirilmiş enerjinin dəyəri 373,74 manat (2.4 kvt x 24 saat x (0,7) x 90 gün =3628,8 kvts; 700 kvts x 0.09 qəpik =63 manat, 1400 kvts x 0.08 qəpik=112 manat, 1528,8 kvts x 0.13 qəpik= 198,74 manat, cəmi 373,74 manat) müəyyən edilməli, cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir . Ona görə də məhkəmə hesab edir ki, cavabdehdən sayğac üzrə sərf etdiyi enerjinin əvəzi olaraq 374,74 manat debitor borcu alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh yaşadığı Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən fərdi yaşayış evində quraşdırılmış elektrik sayğacı üzrə 373,74 (üç yüz yetmiş üç manat yetmiş dörd qəpik) manat debitor borcu alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №e-2(076)-2256/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-2256/2025
21.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver