Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-2298/2025 12.09.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi (vəkil) Nümayəndə, Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Şəmkir rayon 1 saylı Notariat ofisinə və Cavabdeh2 qarşı “xx.xx.2017-ci il tarixli 2V-08 reyestr nömrəli, xx.xx.2025-ci il tarixli 2V- 128, 2V-129 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması, xx.xx.2025-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın ləğv olunması, miras əmlakın əvvəlki vəziyyətə qaytarılması, miras əmlaka qanun üzrə vərəsəliyin müəyyən olunması” tələbi üzrə mülki işə məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Şəmkir rayon 1 saylı Notariat ofisinə və Cavabdeh2 qarşı “xx.xx.2017-ci il tarixli 2V-08 reyestr nömrəli, xx.xx.2025-ci il tarixli 2V- 128, 2V-129 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması, xx.xx.2025-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın ləğv olunması, miras əmlakın əvvəlki vəziyyətə qaytarılması, miras əmlaka qanun üzrə vərəsəliyin müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Şəmkir rayon 1 saylı Notarit kontorunda mərhum valideynləri X15 və X1 qalmış miras əmlaka görə cavabdeh qardaşları Cavabdeh2 adına 0.333 ha torpaq sahəsinə görə tərtib olunmuş xx.xx.2017-ci il tarixli 2V-08 reyestr saylı qanun üzrə vərəsəlik şəhadətnaməsinin, Şəmkir rayonunun Təzəkənd kəndində yerləşən fərdi yaşayış evinə və evin yerləşdiyi 0.06 ha həyətyanı torpaq sahəsinə görə tərtib edilmiş xx.xx.2025-ci il tarixli 2V-128, 2V-129 reyestr saylı qanun üzrə vərəsəlik şəhadətnamələrinin etibarsız hesab olunmasına, Cavabdeh2 adına üçüncü şəxs tərəfindən tərtib olunmuş xx.xx.2025--ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın ləğv olunmasına, miras əmlakın əvvəlki vəziyyətə qaytarılmasına və miras əmlaka qanun üzrə vərəsəliyin müəyyən olunmasına, onların miras əmlaka qanun üzrə vərəsə tanınmaqlarına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 qeyd olunan ünvanda ailə üzvləri ilə birlikdə yaşayırlar. İddia tələbi üzrə cavabdeh – Cavabdeh2 onların doğma qardaşıdır. Mərhum ataları X15 ilə mərhum anaları X7 1969-cu ildə faktiki ailə qurmuşlar. Onların rəsmi nikahı 04 iyun 1971-ci ildə qeydə alınmışdır. Onların rəsmi nikahından xx.xx.1970-ci il təvəllüdlü İddiaçı1, xx.xx.1971-ci il təvəllüdlü İddiaçı2 və xx.xx.1974-cü il təvəllüdlü Cavabdeh2 adlı uşaqları doğulmuşdur. Mərhum valideynləri vəfat edən günə kimi bir ailədə, bir təsərrüfatda yaşamışlar. Mərhum anası X7 05 aprel 2010-cu ildə, mərhum atası X15 isə 30 avqust 2011-ci ildə vəfat etmişlər. Onlardan miras olaraq Şəmkir rayonunun Təzəkənd kəndində həm həyətyanı torpaq sahəsi, həm də fərdi yaşayış evi qalmışdır. Həm fərdi yaşayış evi, həm də həyətyanı torpaq sahəsi ilə bağlı cavabdeh qardaşları Cavabdeh2 qanun üzrə vərəsə tanınmışdır. Cavabdeh Şəmkir rayon 1 saylı notariat ofisi 09 yanvar 2017-ci il tarixli 2V- 08 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə mərhum atalarından qalan, Şəmkir rayonunun Təzəkənd kəndində yerləşən 0.333 ha pay torpaq sahəsinə miras əmlaka cavabdeh qardaşları Cavabdeh2 qanun üzrə vərəsə tanınmışdır. Həmçinin, cavabdeh Şəmkir rayon 1 saylı notariat ofisi xx.xx.2025-ci il tarixli 2V-128 və 2V-129 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” ilə hər iki valideynlərindən qalan miras əmlaka cavabdeh qardaşları Cavabdeh2 qanun üzrə vərəsə tanımışdır. Həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Cavabdeh2 həm miras ev, həm də miras torpaqla bağlı mülkiyyət hüquqlarını üçüncü şəxs DƏDRX 11 saylı Şəmkir Ərazi İdarəsində dövlət qeydiyyatına aldırmış və öz adına xx.xx.2025-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış əldə etmişdir. Halbu ki, iddiaçılar mirası faktiki olaraq qəbul edib, idarə etmişlər. Bu ilin fevral ayına kimi iddiaçı X16 həmin mülkdə mübahisəsiz yaşamışdır. Hazırda da ona məxsus olan bütün əmlaklar həmin mülkdədir. Hesab edirlər ki, həmin vərəsəlik işi üzrə cavabdeh Şəmkir rayon 1saylı Notariat ofisində tərtib olunmuş 09 yanvar 2017-ci il tarixli 2V-08, xx.xx.2025-ci il tarixli 2V-128 və 2V- 129 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” etibarsız hesab olunmalı və miras əmlak əvvəlki vəziyyətə qaytarılmalıdır. Eyni zamanda cavabdeh qardaşlarının adına üçüncü şəxs DƏDRX 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış ləğv olunmalıdır. Məhkəmə iclasında iddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi (vəkil) Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, iddiaçılar və Cavabdeh2 qardaşdırlar. İddiaçı2 yaşamağa evi olmamışdır. O, qardaşı Elşənin ailəsi ilə birlikdə atasından və anasından miras qalmış əmlakda yaşamışdır. Hətta İddiaçı2 məxsus əşyalar da, həmin evdə olmuşdur. Cavabdeh2 arvadı sonradan səs göndərərək, İddiaçı2 məxsus əşyaları onların evindən götürməsini tələb etmişdir. İddiaçılar da qardaşları Cavabdeh2 kimi miras əmlakdan istifadə edərək, mirası qabul etmişlər. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək, izahatında bildirdi ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 onun qardaşlarıdır. Mərhum atası X15 2000-ci ildə qardaşları Elçin və İsmayılı başqa təsərrüfata ayırmış və onlar da həmin vaxtdan başqa ünvanda yaşamışlar. Qardaşları İddiaçı2 Bakı şəhərində, İddiaçı1 isə Gəncə şəhərində evi vardır. Qardaşı İddiaçı2 Rusiya Federasiyası vətəndaşı olmaqla, orada yaşayır. O 3-4 ildən bir Azərbaycan Respublikasına gələndə ailəsi ilə yola getmədiyi üçün onun evinə gəlmiş və müvəqqəti olaraq onun evində qeydiyyata düşmüşdür. Valideynləri 2010-2011-ci illərdə vəfat etmişlər, həmin vaxtlarda isə iddiaçılar özlərinə məxsus evlərdə yaşamışlar. Son zamanlarda qardaşı İsmayıl arabir ailəsi ilə yola getmədikdən gəlib onlarda arabir qalmışdır, qardaşına məxsus əşyalar onun evində yoxdur. Mərhum atası Vahid İsmayılov və mərhum anası Briliyant İsmayılova vəfat edərkən qardaşları İsmayıl və və Elçin başqa ünvanlarda yaşamışlar. Onlar yalnız gəlib yas mərasimində iştirak edib getmişlər. İddiaçılar mərhum atalarından qalmış miras əmlakı qəbul etməmişlər. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Digər cavabdeh Şəmkir rayon 1 saylı Notariat ofisinə və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin məhkəmə iclasında cavabdehin və üçüncü şəxsin nümayəndələri iştirak etmədiklərindən, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehlərin və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının nümayəndəsinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərdi ki, İddiaçı2 atası, Cavabdeh2 əmisidir. 2000-ci ildə atası və anası ev alıb Bakı şəhərinə köçmüşlər. Həmin vaxt ailə münasibətləri yaxşı olmuşdur. 10 ilə yaxındır anası ilə atasının ailə münasibətləri yaxşı deyildir və ayrı yaşayırlar. Atası İsmayıl isə 8 ildir ki, insult xəstəsidir. Atası İddiaçı2 yaşamağa evi yoxdur. Belə ki, anası ilə ayrı yaşayırlar. Cavabdeh2 isə ona atasından miras qalmış evdə yaşamağa icazə vermir. Hesab edir ki, onun atasının da həmin miras əmlakda payı vardır və o maneəsiz həmin evdə yaşamalıdır. Atası daim Rusiyada işləmiş, anası ilə ailə münasibətləri pozulduqdan sonra atası Azərbaycan Respublikasına gələndə ünvan 2 kəndində yaşamışdır. Nənəsi və babası vəfat edərkən atasının daimi yaşadığı yer Rusiya olmuş, lakin atası gəlib yas yerində iştirak etmişdir. Atasının əşyaları da Cavabdeh2 evində olmuş, lakin 2025-ci ilin mart ayında cavabdeh atasının əşyalarını evdən çıxartmışdır. Atasının yaşamağa başqa evi yoxdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin vəsatəti əsasında şahid qismində dindirilmiş X9 verdiyi ifadəsində göstərdi ki, onlar ailəliklə Gəncə şəhərində yaşayırlar. Yaşadıqları ev çox balacadır. 24 ildir ki, bir otaqlı evdə yaşayırlar, həmin evdə yaşaya bilmirlər. Orta məktəbdə Gəncə şəhərində təhsil almışdır. Atası Rusiya Federasiyasında işləyir, 3 ildir ki, Azərbaycan Respublikasına gələ bilmir. Əmisi Cavabdeh2 isə miras evi öz adına keçirtmişdir. Onlar da atalarının payının bölünüb verilməsini istəyirlər. O Şəmkir rayonunda doğulmuş, nənə-baba evində yaşamışlar. 2001-ci ildən Gəncə şəhərində yaşayırlar. Cavabdeh2 digər əmisi İsmayılı evdən çıxartdıqdan sonra onlara məlum oldu ki, əmisi Elşən evi öz adına keçirtmişdir. Əmisi İsmayıl da Rusiya Federasiyasında yaşamışdır. O insult keçirtdikdən sonra Rusiyadan gələndə əmisi Elşəngildə qalmışdır. Əmisi İsmayılın yaşamağa başqa evi yoxdur. O nənə-babasından miras qalmış evin birinci mərtəbəsində yaşamışdır İş materiallarında olan xx.xx.2025-ci il tarixli nikah haqqında arayışdan görünür ki, X15 ilə X5 04 iyun 1971-ci ildə 16 nömrəli akt qeydi ilə nikahlarını rəsmiləşdirmişlər və arvada İsmayılova soyadı verilmişdir. İş materiallarında olan xx.xx.1971-ci il tarixli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiqlənmiş surətindən görünür ki, İddiaçı2 xx.xx.1971-ci il tarixdə Şəmkir rayonu, Təzəkənd kəndində anadan olmuşdur. Ata qrafasında X15, ana qrafasında X6 qeyd edilmişdir. İş materiallarında olan xx.xx.1973-cü il tarixli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiqlənmiş surətindən görünür ki, İddiaçı1 xx.xx.1970-ci il tarixdə Şəmkir rayonu, Təzəkənd kəndində anadan olmuşdur. Ata qrafasında X15, ana qrafasında X6 qeyd edilmişdir. İş materiallarında olan Şəmkir rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X15 30 avqust 2011-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Şəmkir rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025ci il tarixli ölüm haqqında arayışdan görünür ki, X7 03 aprel 2010-cu il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışdan görünür ki, ünvan 2 kəndində yerləşən 0.06 ha torpaq sahəsi X12, X2 və Cavabdeh2 ümumi birgə mülkiyyətində və 199.60 kv.m fərdi yaşayış evi tam olaraq X12 mülkiyyətindədir. İş materiallarında olan 2V-08 nömrəli reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2011-ci ildə ölmüş X12 vərəsəsi Cavabdeh2dur və o xx.xx.2010-cu ildə X14 verilmiş **********83 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən ünvan 2 kəndi ünvanında yerləşən ümumi sahəsi 0.333 ha olan torpaq sahəsindən 1/1 hissədə pay almalıdır. İş materiallarında olan 2V-128 nömrəli reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2011-ci ildə ölmüş X12 vərəsəsi Cavabdeh2dur və o miras əmlakdan tam hissədə pay almalıdır. X14 verilmiş **********64- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışa əsasən ünvan 2 kəndi ünvanında yerləşən ümumi sahəsi 0.06 ha torpaq sahəsinin ona düşən hissəsindən və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evindən ibarətdir. İş materiallarında olan 2V-129 nömrəli reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2010-cu ildə ölmüş X2 vərəsəsi Cavabdeh2dur və o miras əmlakdan tam hissədə pay almalıdır. X3 verilmiş **********64- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışa əsasən ünvan 2 kəndi ünvanında yerləşən ümumi sahəsi 0.06 ha torpaq sahəsinin ona düşən hissəsindən ibarətdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 2 kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən 199.60 kv.m fərdi yaşayış evi Cavabdeh2 mülkiyyətinə verilmişdir. Beləliklə, məhkəmə araşdırılmış sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, X15 ilə X7 faktiki evlənməklə nikahlarını 04 iyun 1971-ci ildə rəsmiləşdirmişlər. X15 ilə X4 birgə nikahlarından xx.xx.1970-ci il təvəllüdlü İddiaçı1, xx.xx.1971-ci il təvəllüdlü İddiaçı2 və xx.xx.1974-cü il təvəllüdlü Cavabdeh2 adlı uşaqları doğulmuşdur. X7 05 aprel 2010-cu ildə və X15 30 avqust 2011-ci ildə vəfat etmişlər. xx.xx.2025-ci il tarixli, ********** nömrəli hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayış əsasında ünvan 2 kəndində yerləşən 0.06 ha torpaq sahəsi X12, X2 və Cavabdeh2 ümumi birgə mülkiyyətinə və 199.60 kv.m fərdi yaşayış evi tam olaraq X12 mülkiyyətinə verilmişdir. Cavabdeh2 mərhum atası X10 və mərhum anası X1 qalmış mirası faktiki olaraq qəbul etmişdir. Bundan sonra Cavabdeh2 2V-08 nömrəli reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında xx.xx.2011-ci ildə ölmüş X12 vərəsəsi tanınmış və o xx.xx.2010-cu ildə X14 verilmiş **********83 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən ünvan 2 kəndi ünvanında yerləşən ümumi sahəsi 0.333 ha olan torpaq sahəsindən və 2V-128 nömrəli reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında isə o X14 verilmiş **********64-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışa əsasən ünvan 2 kəndi ünvanında yerləşən ümumi sahəsi 0.06 ha torpaq sahəsinin ona düşən hissəsindən və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evindən miras pay almışdır. 2V-129 nömrəli reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında xx.xx.2010-cu ildə ölmüş X2 vərəsəsi Cavabdeh2dur və o X3 verilmiş **********64-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışa əsasən ünvan 2 kəndi ünvanında yerləşən ümumi sahəsi 0.06 ha torpaq sahəsinin Briliyant İsmayılovaya düşən hissəsindən pay almışdır. xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında ünvan 2 kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən 199.60 kv.m fərdi yaşayış evi Cavabdeh2 mülkiyyətinə verilmişdir. Məhkəmə, həmçinin müəyyən etdi ki, miras açılan vaxt iddiaçılar mirası nə faktiki, nə də rəsmi qaydada qəbul etməmişlər. Belə ki, məhkəmə iclasında iştirak edən Cavabdeh2 hələ valideynlərinin sağlığında iddiaçılar olan qardaşlarının 2000-ci ildə başqa ünvanlara köçərək, ayrı təsərrüfatda yaşadıqlarını, valideynlərinin sağlığında və onların vəfatından sonra da mübahisəli evdə yalnız onun və ailə üzvlərinin yaşadığını, qardaşı İddiaçı2 isə Rusiya Federasiyasından gəldikdə müvəqqəti onlarda qaldığını bildirmiş, iddiaçıların nümayəndəsi isə iddiaçılar İddiaçı2 və İddiaçı1 mərhum valideynlərindən qalmış mirası faktiki idarə etməklə, həmin miras əmlakdan istifadə etmələrini, İddiaçı2 yaşamağa başqa evi olmadığından daim orada yaşadığını, onun əşyalarının da miras əmlakda olduğunu, bununla da iddiaçıların mərhum valideynlərindən qalmış mirası faktiki etməsini bildirmiş olsa da, həmin halı təsdiqləyəcək mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Hətta, məhkəmə iclasında iddiaçının nümayəndəsinin vəsatəti əsasında dindirilmiş şahidlər də ifadələrində iddiaçılar İddiaçı2 və İddiaçı1 hələ valideynlərinin sağlığında ailələri ilə köçüb başqa ünvanlarda yaşadığını, iddiaçıların valideynləri vəfat edərkən onların yalnız yas mərasimində iştirak etdiklərini, hazırda isə iddiaçılardan İddiaçı2 ailəsindən ayrıldığından yaşamağa başqa evi olmadığını, İddiaçı1 isə ailəsinin yaşadığı evin kiçik olduğunu ona görə də mərhum valideynlərindən qalmış miras əmlakdan paylarının bölünməsini istədiklərini bildirməklə işin halları barədə ümumi ifadə vermişlər. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla iddiaçılar İddiaçı2 və İddiaçı1 mərhum valideynlərindən qalmış mirası onların ölümündən sonra qanunvericiliklə müəyyən edilmiş müddətdə faktiki və ya rəsmi qaydada qəbul etmələri müəyyən edilməmişdir. Azərbayсan Respublikası Mülki Məсəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, miras qoyanlar X7 05 aprel 2010-cu ildə və X15 30 avqust 2011-ci ildə ölmüş, həmin vaxtdan mirasın açıldığı iddiaçılara bəlli olmuşdur. Buna baxmayaraq, iddiaçılar qanunla müəyyən edilən müddətdə mirasın qəbul edilməsi üçün heç bir hərəkət etməmişlər. Bundan başqa, iddiaçıların nümayəndəsi iddia ərizəsində qeyd olunan miras əmlakı valideynlərinin vəfatından sonra da ondan miras qalmış əmlakı faktiki olaraq qəbul edib, idarə etdiklərini və İddiaçı2 2025-ci ilin fevral ayına kimi mübahisəli əmlakda yaşadığını, yaşamağa başqa evinin olmadığını göstərmişdir. Lakin, məhkəmə iclasında Cavabdeh2 mərhum valideynləri vəfat edərkən qardaşları İddiaçı2 və İddiaçı1 başqa-başqa ünvanlarda yaşadığını, valdieynlərindən miras qalmış əmlakı yalnız onun faktiki qəbul edərək, idarə etdiyini qeyd etmişdir. İddiaçıların nümayəndəsi isə qeyd edilən qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi üçün başqa heç bir əsas gətirməmiş, şəhadətnamənin etibarsız hesab edilməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi hissəsində iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə, həmçinin iddianın Cavabdeh2 adına üçüncü şəxs tərəfindən tərtib olunmuş xx.xx.2025--ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın ləğv olunmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də təmin edilməməlidir. Məhkəmə hesab edir ki, mübahisəli torpaq əmlaka dair verilmiş xx.xx.2025-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarış törəmə hüquq münasibəti olub, həmin torpaq əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən törənmişdir. Buna görə də mübahisəli əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnmənin etibarsız hesab edilməsinə dair hissədə iddia əsassız olduğundan, törəmə hüquq münasibəti olan mübahisəli əmlaka dair cavabdeh İddiaçı1 adına verilmiş dövlət reyestrindən çıxarış da ləğv edilməməlidir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə, həmçinin iddianın miras əmlakın əvvəlki vəziyyətə qaytarılması və miras əmlaka qanun üzrə vərəsəliyin müəyyən olunması və onların miras əmlaka qanun üzrə vərəsə tanınmaqlarına dair hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi mübahisənin əsasını təşkil edən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi hissəsindən birbaşa asılı olduğundan və iddia da həmin hissədə əsassız hesab edildiyindən, iddia qeyd olunan hissədə də təmin edilə bilməz. Beləliklə, yekun olaraq məhkəmə hesab edir ki, iddia tələbinin əsası kimi göstərilmiş hallar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilmədiyindən iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Şəmkir rayon 1 saylı Notariat ofisinə və Cavabdeh2 qarşı “xx.xx.2017-ci il tarixli 2V-08 reyestr nömrəli, xx.xx.2025-ci il tarixli 2V- 128, 2V-129 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması, xx.xx.2025-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın ləğv olunması, miras əmlakın əvvəlki vəziyyətə qaytarılması, miras əmlaka qanun üzrə vərəsəliyin müəyyən olunması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №e-2(076)-2298/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-2298/2025
12.09.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver