Məhkəmə qərarları › İş №e-2(076)-2339/2025

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №e-2(076)-2339/2025

07.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № e-2(076)-2339/2025 07.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Şəmkir Rayon Məhkəməsinin hakimi Heydərova Nazlı Azər qızı, İddiaçı cavabdeh X2 oğluna qarşı “Qızıl zinyət əşyalarının geri qaytarlılması tələbi”nə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı “Qızıl zinyət əşyalarının geri qaytarlılması tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən (Lombard N°1) ilə İddiaçı arasında bağlanmış əşyanın lombardda girovu haqqında müqaviləyə xitam verilməsi və cavabdeh X1 (Lombard Ns1) xeyrinə girov qoyulmuş GJN/1 Na347524 nömrəli Girov bileti üzrə əyarı 750, çəkisi 5.8 q, dəyəri 870 manat olan bir ədəd qızıl üzüyün; GJN/1 Ns 347431 nömrəli Girov bileti üzrə əyarı 583, ümumi çəkisi 31.6 q, dəyəri 2.844 manat olan bir ədəd qızıl sepin, bir ədəd qızıl üzüyün və bir ədəd qızıl klonun və əyarı 750, çəkisi 13.3 q, dəyəri 1.995 manat olan bir cüt qızıl sırğanın; GJN/1 Na 347439 nömrəli Girov bileti üzrə əyarı 750, çəkisi 7.6 q, dəyəri 1.140 manat olan bir ədəd qızıl üzüyün və əyarı 585, ümumi çəkisi 24.5 q, dəyəri 2.940 manat olan bir ədəd qızıl komplektin; GJN/1 Na207550 nömrəli Girov bileti üzrə əyarı 750, çəkisi 49.2 q, dəyəri 7.380 manat olan bir ədəd qızıl saatın və əyarı 585, ümumi çəkisi 14 q, dəyəri 1.680 manat olan bir cüt qızıl sırğanın; GJN/1 Na 100022 nömrəli Girov bileti üzrə əyarı 750, ümumi çəkisi 86 q, dəyəri 12.900 manat olan bir ədəd qızıl üzüyün və bir ədəd qızıl saatın; GJN/1 Na 129490 nömrəli Girov bileti üzrə əyarı 750, çəkisi 35.1 q, dəyəri 5.265 manat olan bir ədəd qızıl qolbağının; GJN/1 Na 347558 nömrəli Girov bileti üzrə əyarı 750, çəkisi 49.2 q, dəyəri 7.380 manat olan bir ədəd qızıl saatın; GJN/1 Na 347061 nömrəli Girov bileti üzrə əyarı 750, çəkisi 8.8 q, dəyəri 1.320 manat olan bir ədəd qızıl üzüyün və əyarı 585, çəkisi 4.9 q, dəyəri 588 manat olan bir ədəd qızıl üzüyün; GJN/1 Na 155703 nömrəli Girov bileti üzrə əyarı 585, ümumi çəkisi 15.1 q, dəyəri 1.812 manat olan bir ədəd qızıl komplektin; GJN/1 Na238536 nömrəli Girov bileti üzrə əyarı 750, çəkisi 78.3 q, dəyəri 11.745 manat olan bir ədəd qızıl saatın; GJN/1 Na 207860 nömrəli Girov bileti üzrə əyarı 750, ümumi çəkisi 26.8 q, dəyəri 4.020 manat olan bir ədəd qızıl komplektin; GJN/1 Na 238847 nömrəli Girov bileti üzrə əyarı 585, ümumi çəkisi 7.3 q, dəyəri 876 manat olan bir cüt qızıl sırğanın; GJN/1 Na 072371 nömrəli Girov bileti üzrə əyarı 583, ümumi çəkisi 19.2 q, dəyəri 1.728 manat olan bir ədəd qızıl komplektin; GJN/1 Na273346 nömrəli Girov bileti üzrə əyarı 583, ümumi çəkisi 51.2 q, dəyəri 4.608 manat olan bir ədəd qızıl sepin, bir ədəd qızıl klonun və bir cüt qızıl sırğanın; GJN/1 Na 129190 nömrəli Girov bileti üzrə əyarı 585, çəkisi 2.3 q, dəyəri 276 manat olan bir ədəd qızıl qolbağının cavabdeh X3 oğlundan (Lombard Na 1) alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə aidiyyət qaydalarına uyğun olmayan formada verildiyi üçün geri qaytarılmalıdır. İddiaçı, iddia ərizəsinin forma və məzmununa dair zəruri tələbləri nəzərdə tutan Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinin tələblərinə əməl etməmişdir. Belə ki, qeyd olunan maddə, iddia ərizəsinin forma və məzmununa dair tələblərə əməl edilməsini iddiaçıya aid etmişdir, yəni iddia ərizəsinin giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrinə dair qanunla nəzərdə tutulmuş qaydalara əməl edilməsi iddiaçının vəzifəsi kimi təsbit edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. (MPM 35.2) -Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. (MPM 45.1) İddia ərizəsində cavabdehin ünvanı barədə hər hansı bir məlumat qeyd olunmamışdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi aidəyyəti üzrə verilmədiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və ona Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. (MPM 152.4.) Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh X2 oğluna qarşı “Qızıl zinyət əşyalarının geri qaytarlılması tələbi”nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Tərəfə izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququ var. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar