Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № e-2(076)-2384/2025 13.10.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızı, İddiaçı cavabdeh X3 qarşı sair öhdəliklər üzrə mübahisələr tələbinə dair iddiası üzrə mülki işə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM : İddiaçı Cavabdeh X4 (Lombard №1) ilə İddiaçı arasında bağlanmış əşyanın lombardda girovu haqqında müqaviləyə xitam verilməsi və cavabdeh X2 (Lombard №1) xeyrinə girov qoyulmuş GJN/1 №347524 nömrəli Girov bileti üzrə əyarı 750, çəkisi 5.8 q, dəyəri 870 manat olan bir ədəd qızıl üzüyün; GJN/1 №347431 nömrəli Girov bileti üzrə əyarı 583, ümumi çəkisi 31.6 q, dəyəri 2.844 manat olan bir ədəd qızıl sepin, bir ədəd qızıl üzüyün və bir ədəd qızıl klonun və əyarı 750, çəkisi 13.3 q, dəyəri 1.995 manat olan bir cüt qızıl sırğanın; GJN/1 № 347439 nömrəli Girov bileti üzrə əyarı 750, çəkisi 7.6 q, dəyəri 1.140 manat olan bir ədəd qızıl üzüyün və əyarı 585, ümumi çəkisi 24.5 q, dəyəri 2.940 manat olan bir ədəd qızıl komplektin; GJN/1 №207550 nömrəli Girov bileti üzrə əyarı 750, çəkisi 49.2 q, dəyəri 7.380 manat olan bir ədəd qızıl saatın və əyarı 585, ümumi çəkisi 14 q, dəyəri 1.680 manat olan bir cüt qızıl sırğanın; GJN/1 № 100022 nömrəli Girov bileti üzrə əyarı 750, ümumi çəkisi 86 q, dəyəri 12.900 manat olan bir ədəd qızıl üzüyün və bir ədəd qızıl saatın; GJN/1 № 129490 nömrəli Girov bileti üzrə əyarı 750, çəkisi 35.1 q, dəyəri 5.265 manat olan bir ədəd qızıl qolbağının; GJN/1 № 347558 nömrəli Girov bileti üzrə əyarı 750, çəkisi 49.2 q, dəyəri 7.380 manat olan bir ədəd qızıl saatın; GJN/1 № 347061 nömrəli Girov bileti üzrə əyarı 750, çəkisi 8.8 q, dəyəri 1.320 manat olan bir ədəd qızıl üzüyün və əyarı 585, çəkisi 4.9 q, dəyəri 588 manat olan bir ədəd qızıl üzüyün; GJN/1 № 155703 nömrəli Girov bileti üzrə əyarı 585, ümumi çəkisi 15.1 q, dəyəri 1.812 manat olan bir ədəd qızıl komplektin; GJN/1 №238536 nömrəli Girov bileti üzrə əyarı 750, çəkisi 78.3 q, dəyəri 11.745 manat olan bir ədəd qızıl saatın; GJN/1 № 207860 nömrəli Girov bileti üzrə əyarı 750, ümumi çəkisi 26.8 q, dəyəri 4.020 manat olan bir ədəd qızıl komplektin; GJN/1 № 238847 nömrəli Girov bileti üzrə əyarı 585, ümumi çəkisi 7.3 q, dəyəri 876 manat olan bir cüt qızıl sırğanın; GJN/1 №072371 nömrəli Girov bileti üzrə əyarı 583, ümumi çəkisi 19.2 q, dəyəri 1.728 manat olan bir ədəd qızıl komplektin; GJN/1 №273346 nömrəli Girov bileti üzrə əyarı 583, ümumi çəkisi 51.2 q, dəyəri 4.608 manat olan bir ədəd qızıl sepin, bir ədəd qızıl klonun və bir cüt qızıl sırğanın; GJN/1 № 129190 nömrəli Girov bileti üzrə əyarı 585, çəkisi 2.3 q, dəyəri 276 manat olan bir ədəd qızıl qolbağının cavabdeh X1 (Lombard № 1) alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsilə məhkəməyə yazılı ərizə ünvanlayaraq müştəri ilə bank arasında razılaşma əldə edildiyi üçün, iddianın baxılmamış saxlanmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçının nümayəndəsinin ərizəsi əsaslı olduğundan təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmaqla həmin mülki iş baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanır. İş materiallarından görünür ki, iddiaçının nümayəndəsi iddia ərizəsinin baxılmamış saxlanmasını tələb edir, o işə baxılmasına təkid etmir. Cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını tələb etmir. Tərəflərin bu hərəkətlərində qanuna zidd hal yoxdur və bu hər hansı üçüncü şəxsin mənafeyinə qarşı yönəlməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası, iddiaçının nümayəndəsinin ərizəsinə əsasən Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsində nəzərdə tutulan əsasla baxılmamış saxlanmalıdır. Həmçinin, məhkəmə qeyd edir ki, iddia ərizəsi baxılmamış saxlandığından ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələsi həll edilə bilər. İddia ərizəsinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə Şəmkir Rayon Məhkəməsinin hesabına 100 manat dövlət rüsumu ödənilmişdir. Ona görə də məhkəmə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu tam şəkildə iddiaçıya qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : İddiaçı cavabdeh X3 qarşı sair öhdəliklər üzrə mübahisələr tələbinə dair iddiası baxılmamış saxlansın. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Nazlı Heydərova
Məhkəmə qərarları › İş №e-2(076)-2384/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №e-2(076)-2384/2025
13.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver