Məhkəmə qərarları › İş №e-2(076)-2400/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-2400/2024

08.08.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-2400/2024 08.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X5 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi İddiaçı: İddiaçı MMC–nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC–nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMC iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 7.768,57 manat məbləğində vurulmuş ziyanın, ödənilmiş 60 manat mediasiya xidmət haqqının və 48 manat ödənilmiş dövlət rüsumunun alınması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddia İddiaçı MMC tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020–ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh satıcı–kassir vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2021–ci il tarixli 560 saylı əmrlə administrator vəzifəsinə keçirilmiş və “Tam maddi məsuliyyət haqqında” müqavilə imzalanmışdır. Cavabdeh xx.xx.2023–cü il tarixli əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2022–ci il tarixdə və xx.xx.2023–cü il tarixdə İddiaçı MMC–nin Oba Keşlə 6 və Nərimanov 6 mağazasında çalışdığı zaman aparılmış inventarizasiyalar nəticəsində cavabdehin cəmiyyətə ziyan vurması müəyyən edilmişdir. xx.xx.2022–ci il tarixli “İnventarizasiya Nəticələrinə dair Akt”a əsasən yekun ziyan məbləğinin 2.496,09 manat, xx.xx.2023–cü il tarixli “İnventarizasiya Nəticələrinə dair Akt”a əsasən yekun ziyan məbləğinin 5.651,16 manat olması məlum olmuşdur. İnventarizasiya yoxlamaları və mağaza sayımları zamanı Cavabdeh iştirakı təmin edilmiş, ondan iltizamnamə alınmış, iltizamnamənin qeyd hissəsində əskik gələn mallara razılığını bildirmiş və yoxlamanın nəticəsinə heç bir etiraz etməmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq qalıq borc 7.768,57 manat təşkil etmişdir. Dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh vurduğu ziyanı ödəməkdən yayınmışdır. Odur ki, iddianın təmin olunaraq cavabdehdən 7.768,57 manat məbləğində borcun, ödənilmiş 60 manat mediasiya xidmət haqqının və 48 manat dövlət rüsumunun alınıb İddiaçı MMC–yə verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı MMC–nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilərək, cavabdehdən 7.768,57 manat məbləğində borcun, ödənilmiş 60 manat mediasiya xidmət haqqının və 48 manat dövlət rüsumunun alınıb İddiaçı MMC–yə verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM–in 147–ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. İş materialları ilə müəyyən edilir ki, cavabdehin məlum olan axırıncı yaşayış yeri ünvan 1 ünvanı olmuş, məhkəmə bildirişləri cavabdehə çatdırılması üçün Şəmkir şəhər İƏD üzrə nümayəndəliyə və Şəmkir şəhər Mənzil İstismar Kontoruna xəbərnaməli poçt vasitəsilə göndərilmiş, nümayəndəliyin əməkdaşı xx.xx.2024-cü il tarixdə və İstismar Kontorunun əməkdaşı xx.xx.2024-cü il tarixdə xəbərnamələrə imza etməklə bildirişləri qəbul etmişdir. Ona görə də məhkəmə, Azərbaycan Respublikası MPM–in 147–ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2022–ci il tarixli 675 saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh İddiaçı MMC–yə satıcı–kassir vəzifəsinə işə qəbul olunmuşdur. İşdə olan xx.xx.2022–ci il tarixli 682 saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh İddiaçı MMC–də administrator vəzifəsinə keçirilmişdir. İşdə olan xx.xx.2022–ci il tarixli “Tam maddi məsuliyyət haqqında” müqavilədən görünür ki, həmin müqavilə İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış, cavabdeh tam maddi məsul vəzifəyə qəbul olunmuşdur. İşdə olan əmək müqaviləsinə xitam verilməsi haqqında bildirişdən görünür ki, Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023–cü il tarixli 79x saylı əmrlə xitam verilmişdir. İşdə olan xx.xx.2023–cü il tarixli 79x saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023–cü il tarixli 79x saylı əmrlə xitam verilmişdir. İşdə olan iltizamnamədən görünür ki, Cavabdeh yoxlamanın nəticəsinə heç bir etiraz etmədiyini qeyd etmişdir İşdə olan xx.xx.2023–cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil–təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2022–ci il tarixdə 2.496,09 manat, xx.xx.2023–cü il tarixdə 5.651,16 manat çatışmazlıq olması müəyyən edilmiş, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra qalıq borc 7.768,57 manat təşkil edir. İşdə olan cavabdehə ünvanlanmış xəbərdarlıq bildirişindən görünür ki, cavabdehə borcu xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan xx.xx.2023–cü il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”dan görünür ki, İddiaçı MMC–nin nümayəndəsi X2 ilkin mediasiya sessiyasında iştirak etmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış 12.2022–ci il tarixli 675 saylı əmrlə Cavabdeh İddiaçı MMC–yə satıcı–kassir vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2022–ci il tarixli 682 saylı əmrlə İddiaçı MMC–də administrator vəzifəsinə keçirilmiş və “Tam maddi məsuliyyət haqqında” müqavilə bağlanmışdır. Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023–cü il tarixli 79x saylı əmrlə xitam verilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə intizam xətasına yol vermiş, nəticədə xx.xx.2022–ci il tarixdə və xx.xx.2023–cü il tarixdə İddiaçı MMC–nin Oba Keşlə 6 və Nərimanov 6 mağazasında çalışdığı zaman aparılmış inventarizasiyalar nəticəsində cavabdehin cəmiyyətə ziyan vurması müəyyən edilmişdir. Belə ki, xx.xx.2022–ci il tarixli “İnventarizasiya Nəticələrinə dair Akt”a əsasən yekun ziyan məbləğinin 2.496,09 manat, xx.xx.2023–cü il tarixli “İnventarizasiya Nəticələrinə dair Akt”a əsasən yekun ziyan məbləğinin 5.651,16 manat olması məlum olmuş, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq qalıq borc 7.768,57 manat təşkil etmişdir. Bu səbəbdən cavabdehin cəmiyyət qarşısında 7.768,57 manat ödənilməmiş borcu qalmışdır. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191.1–ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 194.1–ci maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmin Məcəllənin 194.2–ci maddəsinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 199–cu maddəsinin a) bəndinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 202.1–ci maddəsinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçı hüquqi şəxsə maddi zərər vurmaqla əsassız varlanmış, bu səbəbdən həmin pul iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1–ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2–ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1–ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1–ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə cavabdehin hərəkətləri əsaslı olmadığından, heç bir hüquqi əsas olmadan əldə etdiyi pul vəsaitini iddiaçı hüquqi şəxsə qaytarmaq öhdəliyi yaranmışdır. Belə ki, cavabdeh məhkəmə iclası zamanı iddianı qəbul etməsə də, etirazının əsası kimi mötəbər mənbədən əldə edilmiş sübutları məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 7.768,57 manat məbləğində pul və 48 manat dövlət rüsumu alınıb iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin, iddianın “ödənilmiş 60 manat mediasiya xidmət haqqının cavabdehdən tutulması” hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanununun 36.5–ci maddəsinə əsasən mediasiyaya dair qeyd–şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtləniə zidd olaraq mediasiya sessiaysında üzrsüz səbəbdən isştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 7.768,57 (yeddi min yeddi yüz altmış səkkiz manat əlli yeddi qəpik) manat məbləğində pul alınıb İddiaçı MMC–yə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 48 (qırx səkkiz) manat dövlət rüsumu və 60 (altmış) manat mediasiya xidmət haqqı alınıb İddiaçı MMC–yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar