Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-2887/2025 21.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, Həşimov Ağaxan Habil oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı əmək müqaviləsinə xitam verilməsi tələbinə dair mülki işə Şəmkir Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyənetdi: İddiaçı Cavabdeh MMC-nə qarşı əmək müqaviləsinə xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh MMC arasında xx.xx.2021ci il tarixində bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, kredit götürülməsi üçün 2025-ci ilin may ayının əvvəli banka müraciət etmişdir. O, sahibkarlıq fəaliyyəti ilə məşğul olur və adına VÖEN vardır. Bankda ona Cavabdeh MMC-də işlədiyini və 700 (yeddi yüz) manat məbləğində əmək haqqı aldığını bildirmişlər. Bu məbləğdə istədiyi kreditə görə az olduğundan, ona kredit verilməsindən imtina edilmişdir. Bundan sonra onun tərəfindən araşdırma aparılmışdır. Məlum oldu ki, onun xəbəri olmadan onunla Cavabdeh MMC arasında əmək müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə o, sürücü vəzifəsinə işə qəbul edilmişdir. Halbuki, o həmin müəssisədə heç vaxt çalışmamışdır. Bu müqavilə onun xəbəri olmadan bağlanmışdır. Buna görə də o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Qazax Tovuz Regional Şöbəsinə müraciət etmişdir. Həmin orqanın cavab məktubunda, Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin hazırda aktiv olduğu, əmək müqaviləsinə xitam verilməsi X1 Xidmətinin səlahiyyətləri xaricində olduğu, qeyd olunanlara əsasən əmək müqailəsinə xitam verilməsi ilə bağlı işə götürənə müraciət etməsi və əgər işəgötürən tərəfindən icra edilməzsə bu barədə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Buna görə də, Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsini ləğv edilməsini xahiş etmişdir. Müraciətindən bir aydan çox vaxt keçməsinə baxmayaraq heç bir cavab verilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkil) Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh MMC-nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5–ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş görünür ki, xx.xx.2025-ci il tarixli Kommersiya qurumlarının dövlət reyestri məlumatından görünür ki, Cavabdeh MMC vergi ödəyici olaraq (VÖEN **********) 14 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdadır və hüquqi ünvanı ünvan 1can Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli iş yerinə dair arayışdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən müddətsiz əmək müqaviləsi əsasında Cavabdeh MMC-də sürücü vəzifəsində işləyir və aylıq əmək haqqı 750.00 manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən müddətsiz əmək müqaviləsi əsasında Cavabdeh MMC-də sürücü vəzifəsində işə qəbul edilmiş və həmin əmək müqaviləsi qüvvədədir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ərizədən və poçt qəbzindən görünür ki, İddiaçı Cavabdeh MMC-nə ərizə ilə müraciət edərək, əmək müqaviləsinin onun xəbəri olmadan bağlandığını və həmin müəssisədə heç vaxt çalışmadığını göstərərək, onunla Cavabdeh MMC arasında olan əmək müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Şəmkir 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı Cavabdeh MMC ilə aralarında olan əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı Mediasiya Təşkilatına müraciət etmiş olsa da, Cavabdeh MMC-nin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixli müddətsiz əmək müqaviləsi əsasında işçinin aylıq əmək haqqının məbləği 750.00 manat müəyyən edilməklə Cavabdeh MMC-də sürücü işinə qəbul edilmiş və həmin əmək müqaviləsi xx.xx.2022-ci il tarixdə sistemə daxil edilmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin əmək müqaviləsi barədə ümumiyyətlə məlumatı olmadığını, cavabdeh müəssisə olan Cavabdeh MMC-də heç vaxt çalışmadığını bildirərək, onunla Cavabdeh MMC arasında olan xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, mülki iş materiallarında İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanması barədə əmək müqaviləsi bildirişi olsa da, tərəflər arasında həqiqətən həmin əmək müqaviləsinin bağlanması, əmək müqaviləsinin İddiaçı tərəfindən imzalanması mülki iş materialları və araşdırılmış sübutlarla müəyyən edilməmiş, həmçinin Əmək Qanunvericiliyinin tələbinə uyğun olaraq İddiaçı tərəfindən Cavabdeh MMC-nə əmək müqaviləsinin ləğv edilməsi barədə müraciət olunsa da, heç bir münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinə əsasən işəgötürənin əmək münasibətləri sahəsində daşıdığı əsas vəzifələrindən biri də Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək,əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq, işçilərin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmaq vəzifəsidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər və 68.2-ci maddəsinin a bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi tərəflərdən birinin təşəbbüsü qeyd edilmişdir. Həmin Məcəllənin 69.1-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-nə aralarında olan xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı 03 iyun 2025-ci il tarixdə müraciət etməsinə baxmayaraq, cavabdeh tərəfindən bir təqvim ayı ərzində İddiaçı ərizəsinə münasibət bildirilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsi Əmək Qanunvericiliyinin tələbləri pozulmaqla bağlandığından, həmçinin işçinin əmək müqaviləsinin ləğv edilməsi barədə müraciət etməsinə baxmayaraq cavabdeh tərəfindən əmək müqaviləsi ləğv edilmədiyindən, verilmiş iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixində bağlanmış əmək müqaviləsinə xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixində bağlanmış əmək müqaviləsinə xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №e-2(076)-2887/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-2887/2025
21.08.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver