Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-308/2025 03.03.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X12 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh): İddiaçı, onun nümayəndəsi (vəkil) Nümayəndə1 Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı): Cavabdeh3 (həmçinin ilkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1) nümayəndəsi (vəkil) Nümayəndə2 Cavabdeh: Cavabdeh1 iştirakı ilə İlkin İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı evə köçürülmə tələbinə dair ilk iddiası, qarşılıqlı iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı qarşı cehiz əşyalarının evdən çıxarılması tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İlkin İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı evə köçürülmə tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, Günay, Gülay və Ömər adlı azyaşlı uşaqları ilə birlikdə cavabdehlərə məxsus olan Şəmkir rayonu, Abbaslı kəndində JN–422A saylı “Torpağa Mülkiyyət Hüququna dair Şəhadətnamə”də göstərilən həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı qarşı cehiz əşyalarının evdən çıxarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus olan və Şəmkir rayonu Abbaslı kəndində yerləşən fərdi yaşayış evindən İddiaçı məxsus yataq dəstindən (çarpayı, tumuçka, termo–güzgü), 2 ədəd divandan, 2 ədəd kreslodan, 1 ədəd stoldan, 6 ədəd stuldan, 1 ədəd 3x5 ölçüdə gəvədən, 1 ədəd tək nəfərlik çarpayıdan, 1 ədəd dəmir vedrədən, 2 ədəd şirəli qazandan, 2 ədəd döşəkdən, 4 ədəd 1 nəfərlik yorğandan, 6 ədəd balıncdan, 1 ədəd televizordan, 1 ədəd sandıqdan, 1 ədəd şkafdan və 2 ədəd künclük şkafdan ibarət cehiz əşyalarının barədə haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlərdən Cavabdeh2 əri, Cavabdeh1 qayınanası, Cavabdeh3 qayınatası olmuşdur. Belə ki, o, Cavabdeh2 ilə 2008–ci ildə faktiki ailə qurmuş, nikahları xx.xx.2009–cu ildə Şəmkir rayonu Abbaslı kənd nümayəndəliyində qeydiyyata alınmışdır. Birgə nikahdan xx.xx.2009–cu il tarixdə Günay, xx.xx.2012–ci il tarixdə Gülay və xx.xx.2017–ci il tarixdə Ömər adlı uşaqları doğulmuşdur. Cavabdehlə əvvəllər münasibətləri yaxşı olmuş, lakin sonradan münasibətləri pozulduğu üçün ayrı yaşayırlar. Uşaqları da onun himayəsində yaşayır. O, Cavabdeh2lə ailə qurarkən digər cavabdehlərin də yaşadığı, Şəmkir rayonu Abbaslı kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüş, cehiz əşyaları da həmin evə yığılmışdır. 2024–cü ilin sentyabr ayınadək həmin evdə mübahisəsiz yaşamışdır. lakin aralarında baş vermiş narazılıq səbəbindən hazırda ata evində yaşayır. Lakin atası evində uşaqları saxlamaqda çətinlik çəkir. Ona görə də cavabdehlərə məxsus fərdi yaşayış evinə köçürülməsini istəyir. Həmçinin, qeyd edir ki, mübahisəli fərdi yaşayış evi cavabdehlərin paylı mülkiyyətində olan, Şəmkir rayonu Abbaslı kəndində yerləşən 0.24 ha həyətyanı torpaq sahəsində yerləşir. Həmin evi birgə nikah müddətində inşa etmişlər. Ustalara da qayınanası ilə birlikdə o, qulluq etmişdir. Əri və qayınatası fəhlə kimi tikintidə işləmişlər. Hesab edir ki, uzun müddət həmin evdə mübahisəsiz yaşadığı üçün, evin yerləşdiyi torpaq sahəsindən istifadə etdiyi üçün, eləcə də evi birlikdə inşa etdikləri üçün həmin evdən istifadə hüququ əldə etmişdir. Bu səbəbdən uşaqları ilə birlikdə həmin evə köçürülməlidir. Odur ki, Günay, Gülay və Ömər adlı azyaşlı uşaqları ilə birlikdə cavabdehlərə məxsus olan Şəmkir rayonu, Abbaslı kəndində JN–422A saylı “Torpağa Mülkiyyət Hüququna dair Şəhadətnamə”də göstərilən həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilk İddiaçı ilə Cavabdeh2 2008–ci ildə faktiki olaraq evlənmiş, birgə nikahdan xx.xx.2009–cu il tarixdə Günay, xx.xx.2012–ci il tarixdə Gülay və xx.xx.2017–ci il tarixdə Ömər adlı uşaqları doğulmuşdur. Aralarında olan narazılığa görə 2023–cü ildə ayrılmışlar. İlk iddiaçı oğlu Cavabdeh2lə ayrıldıqdan sonra uşaqları ilə birlikdə Şəmkir rayonu, Mahmudlu kəndində valideynlərinin yanında yaşamışdır. İddiaçı iddia tələbində qeyd etdikləri tamamilə əsassızdır. Belə ki, İddiaçı iddia etdiyi ev onun, Cavabdeh1, X1 və X4 paylı mülkiyyətindədir. Həmin paylı mülkiyyətdə Cavabdeh2 adı yoxdur. Həmin torpaq sahəsinin üzərində olan ev isə 1981–ci ildə onun valideyinləri tərəfindən inşa edilmişdir. Sonradan həmin evin təmir–bərpa işlərini özü öz vəsaiti ilə etdirmişdir. Həmin torpaq sahəsində yeni fərdi yaşayış evi inşa olunmamışdır. Hazırda oğlu Cavabdeh2 İddiaçı qarşı nikahın pozluması ilə bağlı mediasiya təklifi ünvanlamışdır. Hesab edir ki oğlu Cavabdeh2lə İddiaçı boşandıqdan sonra sonuncunun cehiz əşyalarının ona məxsus fərdi yaşayış evində qalmasının heç bir əsası yoxdur. Həmçinin, İddiaçı ona məxsus fərdi yaşayış evində heç bir istifadə hüququ yoxdur. Oğlu Cavabdeh2 paylı mülkiyyətdə olan torpaq sahəsində və həmin torpaq sahəsinin yerləşdiyi fərdi yaşayış evində heç bir hüquq yoxdur. İddiaçı isə bir ildən artıq müddətdir ki, evdən çıxıb getmişdir. 2023–cü ildə evdən çıxıb getdikdən sonra nikahın pozulması ilə bağlı Şəmkir Rayon Məhkəməsində iddia qaldırmış və həmin iddia tələbi baxılmamış saxlanılmşdır. Belə ki, İddiaçı görüntü yaratmaq məqsədi ilə guya barışıq niyyəti ilə evə qayıtmış, lakin bir həftədən sonra evdən çıxıb gedərək yenidən məhkəməyə iddia tələbləri ilə müraciət etmişdir. Artıq İddiaçı ilə bir evdə yaşamaqları mümkün deyildir, Hazırda ona məxsus evdə nə oğlu Cavabdeh2, nə də onun keçmiş arvadı İddiaçı yaşamırlar. Lakin İddiaçı cehiz əşyaları ona məxsus evdə olduğu üçün o, öz mülkiyyətindən rahat istifadə edə bilmir. İddiaçı cehiz əşyalarını ona məxsus evdən çıxarılmasını tələb etsə də o, əşyalarını çıxarmamışdır. Ona görə də hazırkı qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edib həmin cehiz eşyalarının ona məxsus fərdi yaşayış evindən məhkəmə qaydasında çıxarılması tələb etmək məcburiyyətində qalmışdır. Odur ki, ilkin iddia tələbinin rədd edilməsi, eləcə də, ona məxsus olan və Şəmkir rayonu Abbaslı kəndində yerləşən fərdi yaşayış evindən İddiaçı məxsus yataq dəstindən (çarpayı, tumuçka, termo–güzgü), 2 ədəd divandan, 2 ədəd kreslodan, 1 ədəd stoldan, 6 ədəd stuldan, 1 ədəd 3x5 ölçüdə gəvədən, 1 ədəd tək nəfərlik çarpayıdan, 1 ədəd dəmir vedrədən, 2 ədəd şirəli qazandan, 2 ədəd döşəkdən, 4 ədəd 1 nəfərlik yorğandan, 6 ədəd balıncdan, 1 ədəd televizordan, 1 ədəd sandıqdan, 1 ədəd şkafdan və 2 ədəd künclük şkafdan ibarət cehiz əşyalarının çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddianı müdafiə edərək, qarşılıqlı iddianı isə qəbul etməyərək verdiyi izahatında göstərdi ki, cavabdehlərdən Cavabdeh2 əri, Cavabdeh1 qayınanası, Cavabdeh3 qayınatası olmuşdur. Belə ki, o, Cavabdeh2 ilə 2008–ci ildə faktiki evlənməklə, xx.xx.2009–cu ildə rəsmi nikah qeyd etdirmişlər. Toy günü cavabdehlərin paylı mülkiyyətində olan, Şəmkir rayonu Abbaslı kəndində yerləşən 0.24 ha həyətyanı torpaq sahəsindəki fərdi yaşayış evinə gəlin köçmüş, cehiz əşyaları da həmin evdə yığılmışdır. Birgə nikahdan xx.xx.2009–cu il tarixdə Günay, xx.xx.2012–ci il tarixdə Gülay və xx.xx.2017–ci il tarixdə Ömər adlı uşaqları da həmin evdə doğulmuşdur. Qeyd edir ki, gəlin köçdüyü ev köhnə ev olmuş, lakin ikinci uşağı doğulandan bir müddət sonra həmin evi tamamilə sökərək yerində yeni ev inşa etmişlər. Həmin ev onların birgə nikah dövründə inşa edilmişdir. İlkin olaraq evin döşəmə–tavanı əri Bəhruz və baldızının əri Eyvaz tərəfindən inşa edilmiş, daha sonra digər işlər görülmüşdür. 2020–ci ildə isə əri işləmək üçün RF–na getmiş, oradan material almaq üçün pul yollamışdır. O da həmin pulu yığmış və əri gələndən sonra material alaraq evin navesini yığdırmışlar. Həmçinin, özü sosial almış, həmin pulu da materiala xərcləmişdir. Ustaların zəhmət haqlarını isə qayınanası vermişdir. Evi hissə–hissə inşa etmişlər və həmin müddətə ustalara o, qulluq etmişdir. Lakin ailə münasibətləri pozulduğundan qayınanası onu evdən qovalamışdır. O da əsəbiləşərək ərinə qarşı məhkəmədə aliment tələbinə dair iddia qaldırmışdır. Bundan sonra özü evə geri qayıtmış, az müddət yaşamış, lakin qayınanası onun aliment tələbindən imtina etməsini. əks halda evdən çıxmasını tələb etmişdir. Nəticədə qayınanası onu məcburi şəkildə evdən çıxarmışdır. Hazırda üç nəfər uşaqları ilə yaşamağa başqa yerləri yoxdur. Hesab edir ki, gəlin köçərkən evə qeyd–şərtsiz qəbul edildiyindən, uzun müddət həmin evdə birgə təsərrüfatı idarə etdiyindən. eləcə də, ev birgə nikah dövründə inşa edildiyindən onun həmin evdən istifadə hüququ yaranmışdır. Həmçinin, özünə və uşaqlarına mıxsus əşyalar da həmin evdə qalmışdır. Cavabdehlər isə onun həmin evə köçüb yaşamasına imkan vermirlər. Bu səbəbdən məhkəmədə iddia qaldırmışdır. Odur ki, qarşılıqlı iddianın rədd edilməsi, ilkin iddianın isə təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə1 nümayəndəsi olduğu şəxslə eyni məzmunlu izahat verərək, qarşılıqlı iddianın rədd edilməsi, ilkin iddianın isə təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı ilkin iddia üzrə Cavabdeh1 ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, həqiqətən iddiaçı onun oğlu Bərhuzla 2008–ci ildə faktiki evlənməklə, xx.xx.2009–cu ildə rəsmi nikah qeyd etdirmişdir. Birgə nikahdan xx.xx.2009–cu il tarixdə Günay, xx.xx.2012–ci il tarixdə Gülay və xx.xx.2017–ci il tarixdə Ömər adlı uşaqları da həmin evdə doğulmuşdur. Hazırda ilkin iddia tələbini qəbul etmir. Belə ki, özü 1982–ci ildə Cavabdeh3 ilə evlnmiş və qayınatasına məxsus evə gəlin köçmüşdür. 2006–cı ildə, yəni iddiaçı ilə oğlu evlənməmişdən əvvəl gəlin köçdüyü evin yanında 3 otaqdan ibarət əlavə ev inşa etməyə başlamışlar. Lakin köhnə evi sökməmişlər. Özü alver edir, heyvan saxlayır və kifayət qədər qazancı olur. Yeni inşa edilmiş evi də öz vəsaiti hesabına inşa etdirmişdir. Belə ki, 2006–cı ildə evin hörgüsü, 2010–cu ildə şiferi vurulmuş, 2015–ci ildə evin içərisi təmir edilmişdir. Ruziyə onun evində gəlin olarkən də evin təmir işləri davam etmiş, o, nəvələrinə baxdığına görə bəzən ustalara Ruziyə qulluq etmişdir. Lakin bütün vəsait onun tərəfindən xərclənmişdir. Həmin evin inşasına nə iddiaçı, nə də oğlu Bəhruz pul xərcləməmişdir. Odur ki, ilkin iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 nümayəndəsi (vəkil), (həmçinin ilkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi) Nümayəndə2 ilkin iddia tələbini qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etdi və əlavə olaraq göstərdi ki, mübahisəli fərdi yaşayış evi 1981–ci ildə Cavabdeh3 valideynləri tərəfindən inşa edilmişdir. 2006–cı ildə isə həmin evin ətrafında əlavə otaqlar tikilmişdir. İlkin iddiaçı isə 2008–ci ildə gəlin köçmüşdür. Lakin ailə münasibətlərinin pozulması zəmnində iddiaçı 2023–cü ildə evdən çıxmışdır. Sonradan barışsalar da, iddiaçı cəmi 4 gün cavabdehlərlə yaşamış və yenidən evdən çıxmışdır. Hazırda Cavabdeh2 iddiaçıya qarşı nikahın pozulması barədə iddia ərizəsi məhkəmənin icraatındadır. Əlavə olaraq qeyd edir ki, ilkin iddia tələbinin heç bir əsası yoxdur. Belə ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsi Şəmkir Rayon AİK–nın xx.xx.1998–ci il tarixli qərarı ilə Cavabdeh3, Cavabdeh1, X1 və X4 mülkiyyətinə verilmişdir. Göründüyü kimi evin yerləşdiyi torpaq sahəsi həmin şəxslərin paylı mülkiyyətində olsa da, Cavabdeh2 paylı mülkiyyətinə verilməmişdir. Eləcə də, evin bütün təmir–bərpa işləri Cavabdeh1 və Cavabdeh3 tərəfindən aparılmış, bütün xərclər onlar tərəfindən çəkilmişdir. Evin inşasında nə ilkin iddiaçının, nə də Cavabdeh2 heç bir köməkliyi olmamışdır. Hazırda tərəflərin ailə münasibətləri kəsilmişdir. Buna baxmayaraq, İddiaçı məxsus bəzi cehiz əşyaları hələ də cavabdehlərə məxsus evdə qalmaqdadır. Bu isə cavabdeh tərəfin mülkiyyət hüququnun pozulması deməkdir. Belə ki, mübahisəli ev Şəmkir Rayon AİK–nın qərarı ilə verilmiş həyətyanı torpaq sahəsində inşa edildiyindən Cavabdeh1 və Cavabdeh3 mülkiyyətə gözlənti hüquqları vardır. Odur ki, ilkin iddinın rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsini məhkəmədən xahiş edir. Üçüncü şəxslər Quliyeva (Əsgərova) Ülviyyə Namaz qızına və X2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, onların iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını, şahid ifadələrini, həmçinin işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ilkin iddia əsassız olduğundan rədd edilməli, qarşılıqlı isə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclası zamanı iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, ilkin İddiaçı onun bacısı qızı, cavabdehlər isə həmkəndliləridir. Bu səbəbdən tərəflərin toyunda yaxından iştirak etmişdir. Ruziyə cavabdehlərin evinə gəlin köçən zaman ev 2 kiçik otaqdan və 1 şüşəbənddən ibarət olmuş, hasar isə setkadan olmuşdur. Ruziyənin cehizləri də həmin köhnə evə yığılmışdır. Hazırki yaşadıqları evi isə Ruziyə gəlin gedəndən sonra inşa etmiş, köhnə evi tamamilə sökmüşlər. Hazırda ev tam şəraitlidir. Məhkəmə iclası zamanı iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, ilkin İddiaçı anası ilə qonşudur. Bu səbəbdən Ruziyənni toyunda iştirak etmişdir. Ruziyənin gəlin köçdüyü ev 2 kiçik otaqdan və 1 şüşəbənddən ibarət olmuş, cehiz də həmin evə yığılmışdır. Sonradan köhnə evin yanında əlavə ev inşa etmişlər. Hazırda isə köhnə evin sökülüb– sökülməməsindən məlumatı yoxdur. Məhkəmə iclası zamanı cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, cavabdehlərlə uzaq qohumdur. Həmçinin, özü hörgü ustasıdır. Cavabdehlərin yaşadıqları evi 2 otaq və 1 zaldan ibarət olmaqla, 2006–cı ildə o, inşa etmişdir. Evin üstünü isə kənddə olan başqa ustalar yığmışlar. O, özü 20 gün müddətinə evi inşa etmiş, lakin evin tamamilə nə vaxt hazır vəziyyətə gətirilməsini bilməmişdir. Həmçinin, Ruziyə ilə Bəhruzun toyu olanda sonra, yəni 2008–ci ildə əlavə 3 otaq tikilmiş, tikinti zamanı onlara Sənəm qulluq etmişdir. Ruziyəni evin hasarını inşa edən zamanı görmüşdür. Həmçinin, zəhmət haqqı kimi pulun əvəzindən cavabdehlər ona xırdabuynuzlu heyvan vermişlər. İşdə olan nikah haqqında arayışdan görünür ki, Cavabdeh2 ilə İddiaçı arasında xx.xx.2009–cu il tarixdə rəsmi nikah bağlanmışdır. İşdə olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Cavabdeh2 ilə İddiaçı birgə nikahından xx.xx.2009–cu il tarixdə Günay, xx.xx.2012–ci il tarixdə Gülay və xx.xx.2017–ci il tarixdə Ömər adlı uşaqları doğulmuşdur. İşdə olan DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024–cü il tarixli arayışından görünür ki, Şəmkir rayonu Abbaslı kəndində yerləşən 0.8058 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Cavabdeh3 və Cavabdeh2 ailə üzvlərinin adlarına ümumi birgə mülkiyyət hüququ üzrə xx.xx.2024–cü il tarixli **********40 reyestr nömrəli çıxarış verilmişdir. Şəmkir rayonu Abbaslı kəndində yerləşən “Torpağın Mülkiyyətə verilməsinə dair” JN– 422A saylı şəhadətnamə əsasında 0.24 ha həyətyanı torpaq sahəsi Cavabdeh3 və onun ailə üzvlərinin (Cavabdeh1, X1, X4) adlarına qeyd edilmişdir. İşdə olan Torpağın Mülkiyyətə verilməsinə dair JN–422A, KOD 50413068 saylı şəhadətnamədən görünür ki, Şəmkir rayonu AİK–nın xx.xx.1998–ci il tarixli 50 saylı qərarı ilə 0,24 ha həyətyanı torpaq sahəsi Cavabdeh3, Cavabdeh1, X1 və X4 mülkiyyətinə verilmişdir. İşdə olan Şəmkir rayonu İHB–nın Abbaslı kənd İƏD üzrə nümayəndəsinin məhkəmə sorğusuna xx.xx.2025–ci il tarixli5–76–40/2–01 nömrəli cavab məktubundan görünür ki, Abbaslı kənd sakini Cavabdeh3 evinə baxış keçirildi. Evin 1981–ci ildə tikintisi başlayıb 2006–cı ilə qədər fasilələrlə davam etmişdir. 2018–ci ildə ev əsaslı təmir olunmuş, 2024–cü ildə mətbəx və hamam tikilmişdir. Ev 3 otaq, bir zal, mətbəx və eyvandan ibarətdir. Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh2 2008–ci ildə faktiki ailə qurmuş və nikahları xx.xx.2009–cu il tarixdə Şəmkir rayonu Abbaslı kənd inzibati ərazi nümayəndəliyində rəsmi qeydə alınmışdır. Tərəflərin həmin nikahdan xx.xx.2009–cu il təvəllüdlü Günay, xx.xx.2012–ci il təvəllüdlü Gülay və xx.xx.2017–ci il təvəllüdlü Ömər adlı uşaqları doğulmuşdur. İddiaçı toydan sonra Cavabdeh2 ilə Şəmkir rayonu, Abbaslı kəndində yerləşən fərdi yaşayış evinə köçmüş və cehiz əşyaları da həmin evdə yerləşdirilmişdir. Sözügedən fərdi yaşayış evi torpağın mülkiyyətə verilməsinə dair JN–422A, KOD 50413068 saylı şəhadətnaməyə əsasən, Şəmkir rayonu AİK–nın xx.xx.1998–ci il tarixli 50 saylı qərarı ilə Cavabdeh3, Cavabdeh1, X1 və X4 mülkiyyətinə verilmiş 0.24 ha həyətyanı torpaq sahəsində yerləşir. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Məhkəmə, ilk öncə məhkəmə iclasında dindirilmiş şahid ifadələrinə qiymət verilməsini zəruri hesab edir. Belə ki, məhkəmə iclası zamanı iddiaçının vəsatəti əsasında dindirilmiş şahidlər keçmişdə baş vermiş hadisəni məntiqi ardıcıllıqla və ziddiyyətsiz təsvir edə bilməmiş, mübahisə barədə səthi və qeyri–dəqiq ifadələr vermişlər. Eləcə də, cavabdeh tərəfin vəsatəti əsasında dindirilmiş şahid də keçmişdə baş vermiş hadisəni konkret olaraq göstərə bilməmişdir. Bu səbəbdən məhkəmə şahid ifadələrinə tənqidi yanaşır və onların ifadəsini sübut növü kimi qəbul edilməsini əsaslı hesab etmir. Azərbaycan Respublikası Konstitusiyasının 13–cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin İİİ bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin İV bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 43–cü maddəsinin İ bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 43–cü maddəsinin İİ bəndinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1–ci maddəsinə əsasən Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5–ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui– istifadə olmasın. Həmin Məcəllənin 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4–cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 164.1–ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 165.1–ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Həmin Məcəllənin 213.1–ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2–ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.4–cü maddəsinə əsasən ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Həmin Məcəllənin 228–ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 180.1–ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2–ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək – onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 560.1–ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2–ci maddəsinə əsasən hüquqdan sui–istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.4–cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui– istifadədir. Azərbaycan Respublikasının Ailə Məcəlləsnin 31.1–ci maddəsinə əsasən ər–arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Həmin Məcəllənin 31.2–ci maddəsinə əsasən nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər–arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Həmin Məcəllənin 32.1–ci maddəsinə əsasən nikah müddətində ər–arvadın əldə etdikləri əmlak onların ümumi irgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2–ci maddəsinə əsasən ər–arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər–arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər–arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər–arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 32.3–cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Azərbaycan Respublikasının Mülki–Prosessual Məcəlləsinin 13.7–ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1–ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4–cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, ilkin iddia rədd edilməli, qarşılıqlı iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM–nin 217.2–ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5–ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4–cü maddələrinin şərh edilməsinə dair» 8 oktyabr 2013–cü il tarixli qərarında araşdıraraq bu nətcəyə gəlmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009–cu il oktyabrın 1–dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228–ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4–cü maddəsinin müddəaları tətbiq edilməlidir. İddiaçı mübahisəli yaşayış sahəsindən istifadə üzrə münasibətləri xx.xx.2009–ci il tarixdən yaranmışdır. Bu halda iddianın maddi–hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228–ci maddəsi təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə cavabdehlər Cavabdeh3, Cavabdeh1, o cümlədən üçüncü şəxslər Quliyeva (Əsgərova) Ülviyyə Namaz qızı, X2 məxsus torpaq sahəsində 1981–2006–cı illərdə fasilələrlə inşa edilmişdir. Həmin vaxt yaşayış sahəsi üzərində cavabdehlər Sənəm İsaq qızının və Cavabdeh3, o cümlədən üçüncü şəxslər Quliyeva (Əsgərova) Ülviyyə Namaz qızının, X1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamasına baxmayaraq, onların mülkiyyətində olan torpaq sahəsində yerləşməklə sahibliyindədir və sahibliyinin qanuniliyi, habelə evə gözlənilən mülkiyyət hüququ mübahisələndirilmir. İddiaçının fərdi yaşayış evinə gözlənilən mülkiyyət hüququ olan şəxslər arasında istifadə ilə bağlı hər hansı notarial razılaşması olmadığından məhkəmə hesab edir ki, iddiaçının mübahisəli fərdi yaşaış evindən istifadə hüququ yoxdur. Buna baxmayaraq, istər faktiki, istər rəsmi ailə münasibətləri çərçivəsində ümumi təsərrüfatla ərsəyə gəldiyi sübuta yetirilən tikili daşınmaz əmlakın dövlət reyestrindən keçməsə də, ondan mənzil ehtiyacını qarşılayan iqtisadi dəyər kimi istifadə olunması mümkündür. Belə ki, Ali Məhkəmənin Plenumunun “Ər–arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024–cü il tarixli qərarında vurğulanmışdır ki, Mülki Məcəllənin 180.2–ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər–arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər–arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər–arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır. İddiaçı tələbinin əsası kimi istinad etdiyi – mübahisəli evin onun və Cavabdeh2 ilə birgə nikah dövründə və onların birgə təsərrüfatı hesabına inşa edilməsi halını sübuta yetirə bilməmiş, bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Odur ki, onun həmin yaşayış sahəsinə köçürülməsi üçün qanuni əsas yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2–ci maddəsinə görə, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 2–ci maddəsinə əsasən də on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Uşaqlar analarının – İddiaçı yanında saxlandıqlarından və ataları faktiki olaraq Rusiya Federasiyasında yaşadığından məhkəmə hesab edir ki, ilkin iddia tələbi uşaqlara aid hissədə də rədd edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, qarşılıqlı iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli ev qarşılıqlı iddiaçının qanuni sahibliyindədir və həmin evə heç bir hüququ olmayan qarşılıqlı cavabdeh tərəfindən qarşılıqlı iddiaçının sahiblik hüququ pozulmuşdur.Bu səbəbdən qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məxsus əşyalar həmin evdən çıxarılmalıdır. Yuxarıda sadalananlara əsasən, məhkəmə hesab edir ki, ilkin İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı evə köçürülmə tələbinə dair ilk iddiası əsassız olduğundan rədd edilməli, qarşılıqlı iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı qarşı cehiz əşyalarının evdən çıxarılması tələbinə dair qarşılıqlı iddiası əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlarla əsasən və Azərbaycan Respublikasının Mülki–Prosessual Məcəlləsinin 216–220 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İlkin iddia rədd edilsin. İlkin İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı evə köçürülmə tələbinə dair ilkin iddiası əsassız olduğundan təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. Şəmkir rayonu, Abbaslı kəndində yerləşən və cavabdehlərin yaşadığı fərdi yaşayış evindən ilkin İddiaçı məxsus yataq dəsti (çarpayı, tumuçka, termo– güzgü), 2 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd 3x5 ölçüdə gəvə, 1 ədəd tək nəfərlik çarpayı, 1 ədəd dəmir vedrə, 2 ədəd şirəli qazan, 2 ədəd döşək, 4 ədəd 1 nəfərlik yorğan, 6 ədəd balınc, 1 ədəd televizor, 1 ədəd sandıq, 1 ədəd şkaf və 2 ədəd künclük şkaf çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X14
Məhkəmə qərarları › İş №e-2(076)-308/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-308/2025
03.03.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver