Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-3107/2024 18.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı, üçüncü şəxs qismində DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsi cəlb edilməklə “Ölçmə işlərinin aparılmasına yaradılan maneənin aradan qaldırılması tələbi”nə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı, üçüncü şəxs qismində DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsi cəlb edilməklə “Ölçmə işlərinin aparılmasına yaradılan maneənin aradan qaldırılması tələbi”nə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, Şəmkir şəhəri Seyfəli kəndində yerləşən mərhum əri X2 miras qalmış həyətyanı torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evində üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX–nin 11 saylı Ərazi İdarəsinin əməkdaşları tərəfindən ölçmə işlərinin aparılmasına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneənin aradan qaldırılması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələblərini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh2 onun qayını, Cavabdeh1 isə onun arvadıdır. Onun mərhum əri X9 işləmək üçün Ukrayna Respublikasına getmiş və xx.xx.2022-ci ildə vəfat etmişdir. Şəmkir rayon 1 saylı Notariat Kontoru tərəfindən o və uşaqları mərhum ərinin vərəsəsi kimi tanınmışlar. Şəmkir rayonu Seyfəli kəndində yerləşən torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ölçülməsi ilə bağlı DƏDRX 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmişdir. Mütəxəssis tərəfindən Şəmkir rayonu Seyfəli kəndində yerləşən torpaq sahələrinin və fərdi yaşayış evinin müayinəsi zamanı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən maneə yaradıldığından ölçmə işlərinin aparılması mümkün olmamışdır. Ölçmə işlərinə cavabdehlər tərəfindən yaradılan maneənin aradan qaldırılmasını istəyir. Buna görə də hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqda lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən məhkəməyə məktub ünvanlanaraq, iş həcminin çoxluğu ilə bağlı məhkəmə prosesində iştirak edə bilməyəcəklərini bildirmişlər və işə onların iştirakı olmadan baxılaraq, qanunauyğun qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehlərin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan “Daşınmaz əmlak üzərində hüququların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişdən görünür ki, mübahisəli torpaq sahəsində başqa şəxs yaşamaqla mübahisəli halı olması səbəbindən ölçmə işlərinin aparılması mümkün olmamışdır. İşdə olan nikah haqqında şəhadətnamənin notariat qaydasında təsdiqlənmiş surətindən görünür ki, X9 ilə İddiaçı 08 fevral 2013-cü ildə nikahlarını rəsmiləşdirmişlər. İşdə olan ölüm haqqında şəhadətnamənin notariat qaydasında təsdiqlənmiş surətindən görünür ki, X9 26 sentyabr 2021-ci ildə Ukrayna Respublikasının Donetsk şəhərində vəfat etmişdir. İşdə olan Şəmkir rayon notariat ofisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 76 saylı məktubdan görünür ki, Şəmkir rayonu Aşağı Seyfəli kəndində yaşayan İddiaçı ərizəsinə əsasən mərhum xx.xx.2021-ci ildə vəfat etmiş X2 qalmış miras əmlaka dair xx.xx.2024-cü il tarixdə 22 saylı vərəsəlik işi açılmış, mərhumun vərəsəsi İddiaçı müəyyənləşmişdir. İşdə olan hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən Arayışdan görünür ki, Şəmkir rayonu Aşağı Seyfəli kəndində yerləşən 0.39 ha həyətyanı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə X4, X8, X5 və Cavabdeh2 adına qeyd edilmişdir. İşdə olan hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən Arayışdan görünür ki, Şəmkir rayonu Aşağı Seyfəli kəndində yerləşən 0.23 ha həyətyanı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə X4, X8, X5 və Cavabdeh2 adına qeyd edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, X9 öldükdən sonra arvadı İddiaçı onun vərəsəsi kimi müəyyənləşmişdir. Hazırda iddiaçı mərhum əri X2 miras qalmış ümumi birgə mülkiyyət hüququ ilə X6, X10, X7 və Cavabdeh2 məxsus Şəmkir rayonu Aşağı Seyfəli kəndində yerləşən 0.39 ha və 023 ha həyətyanı torpaq sahələri üzərində vərəsə olaraq mülkiyyət hüquqlarının qeydiyyata alınmasına görə DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən müəyyən ölçmə işlərinin aparılması zərurəti yaranmış, lakin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 heç bir əsas olmadan tərəflərin hüquqlarını pozmaqla lazımi hərəkətlərin həyata keçirilməsinə maneçilik törətmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddianın dəlilləri əsaslıdır. Cavabdehlər iddiaçının mülkiyyət hüququnu pozur, onun vərəsə olaraq mülkiyyət hüququnu həyata keçirməyə mane olurlar. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13–cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası MM–in 152.1–ci maddəsinə əsasən mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Yuxarıda qeyd olunanlar onu göstərir ki, iddiaçının qeyd olunan əmlak üzərində mülkiyyət hüququ əldə etməyə qanuni gözləntisi var və bu gözlənti həm milli, həm də beynəlxalq hüquq baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir. Cavabdehlər iddiaçının bu hüququnu həyata keçirməyə mane olur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının mübahisəli əmlak üzərində mülkiyyət hüququnu həyata keçirmək imkanı qanunla onun hüququ kimi nəzərdə tutulmuşdur. Cavabdehlər isə onun bu hüququnu həyata keçirməsinə maneçilik yaradır. İnsan Hüquqları və X3 X1 1 saylı Protokolunun 1–ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası MM–in 157.4–cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158.1 və 158.1.2–ci maddələrinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.4–cü maddəsinə görə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlər tərəfindən ölçmə işlərinə yaradılan maneənin aradan qaldırılması hissəsində əsaslıdır, cavabdehlər tərəfindən iddiaçının mübahisəli əmlak üzərində hüquqlarını həyata keçirməsinə yaratdığı maneə aradan qaldırılmalıdır. Məhkəmə, həmçinin iddianın “400 manat vəkil xidmət haqqının cavabdehlərdən alınması” hissəsini qismən əsaslı hesab edir. Belə ki, işdə olan “Hüquqi yardımın göstərilməsi haqqında” xx.xx.2024–cü il tarixli müqavilədən görünür ki, İddiaçı ilə Şəmkir Rayon Vəkil Bürosunun vəkili Nümayəndə arasında mülki iş üzrə hüquqi yardımın göstərilməsinə dair müqavilə bağlanmışdır. İşdə olan ödəmə qəbzindən görünür ki, İddiaçı xx.xx.2024–cü il tarixdə Şəmkir Rayon Vəkil Bürosunun vəkili Nümayəndə hesabına 400 manat pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121–ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hazırki mülki işin hallarını və iddiaçının nümayəndəsinin işdə iştirakını hərtərəfli araşdıraraq, hazırki iş üzrə cavabdehlərdən vəkil xidmət haqqının əvəzi kimi 200 manat pulun alınıb iddiaçıya verilməsini daha məqsədə müvafiq hesab edir. Ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. İddia qalan hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən Arayışlar əsasında Şəmkir rayonu Aşağı Seyfəli kəndində yerləşən torpaq sahələrində və üzərindəki fərdi yaşayış evində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsinin əməkdaşlarının həyata keçirdiyi fəaliyyətə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneə aradan qaldırılsın. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 200 (iki yüz) manat vəkil xidmət haqqı alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 100 (bir yüz) manat məbləğində dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №e-2(076)-3107/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-3107/2024
18.11.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver