Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-3904/2025 17.12.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X11 Məsail oğlunun sədrliyi, Rzazadə Leyla Elçin qızının katibliyi katibliyi, İddiaçı, İddiaçı və onun nümayəndəsi (vəkil) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (Üçüncü şəxs kimi AR ƏMDX-nin DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi olmaqla) “Ölçmə işlərinin aparılmasına yaradılan maniənin aradan qaldırılması tələbi”nə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı, Cavabdeh qarşı “Ölçmə işlərinin aparılmasına yaradılan maneənin aradan qaldırılması tələbi”nə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, ona mərhum X1ndan miras qalmış, Şəmkir rayonu, Qılıncbəyli kəndində yerləşən,ferma binasında və binanın yerləşdiyi torpaq sahəsində üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılmasına, 100 (bir yüz) manat dövlət rüsumunun, 1000 (bir min) manat vəkil xidmət haqqının Cavabdeh alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o iddiaçıya mərhum X1ndan miras olaraq Şəmkir rayonunun Qılncbəyli kəndinin ərazisində ferma binası və binanın yerləşdiyi torpaq sahəsi miras qalmışdır. Mərhum X1 həmin ferma binasını Şəmkir rayonu, Qılıncbəyli YAİKnın 25 dekabr 1999-cu il tarixli 12 saylı qərarına əsasən satın almışdır. X1 xx.xx.2011-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra o ondan qalan miras əmlaka qanun üzrə vərəsə tanınmışdır. O hazırda həmin miras əmlakla bağlı mülkiyyət hüquqlarını qeydə aldırmaq üçün üçüncü şəxsə müraciət etmişdir. Müraciəti ilə bağlı olaraq müəyyən olundu ki, Cavabdeh üçüncü şəxs tərəfindən ərazidə ölçmə işlərinin aparılmasına maneə yaradır. Bu səbəbdən də DƏDRX 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən ölçmə işlərinin aparılması mümkün olmamışdır. Buna görə də hazırkı iddia ilə məhkəməyə müraciət edir. İstəyir ki, ölçmə işlərinə cavabdeh tərəfindən yaradılan maneə aradan qaldırılsın. İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə məhkəmə iclası zamanı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və bildirdi ki, DƏDRX 11 saylı Şəmkir Ərazi İdarəsinə ölçmə işlərinin aparılması üçün lazımi sənədləşmə işlərini həll etmişdir, buna baxmayaraq cavabdeh tərəfindən həmin idarənin əməkdaşlarının öz vəzifəsinin yerinə yetirilməsinə maniəçilik edilir və onlar ölçmə işlərini apara bilmirlər. Odur ki, Şəmkir rayonu, Qılıncbəyli kəndində yerləşən,ferma binasında və binanın yerləşdiyi torpaq sahəsində üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması haqqında qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəmə iclası zamanı Şəmkir rayonu, Qılıncbəyli kəndində yerləşən,ferma binasında və binanın yerləşdiyi torpaq sahəsində üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs AR ƏMDX-nin DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi məhkəmə iclasında nümayəndəsini təmin etməmiş və səbəblərini bildirməmişdir. Məhkəmə mülki işə AR ƏMDX-nin DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdənkeçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şəmkir rayon notariat ofisinin xx.xx.2025-ci il tarixli 341 saylı məktubundan görünür ki, Şəmkir rayon 1 saylı notariat ofisinda Səmkir rayonu, Qılınbəyli kəndinda yaşayan İddiaçı ərizəsina osasən marhum xx.xx.2011-ci ilda vafat etmiş X2 qalmış miras amlaka dair ərizəçinin miras qoyanla qohumluq əlaqəsini, habelə mirasın açıldğı yer və vaxt barədə taqdim edilmiş sonadlər əsasında xx.xx.2014-cü il tarixda 130 saylı vərəsəlik işi açılmış, marhumun varəsəsi ilkin olaraq İddiaçı müəyyənləşmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. İşdə olan YAİK-nın 25 dekabr 1999-cu il tarixli 12 saylı qərarına əsasən İddiaçı Şəmkir rayonu, Qılıncbəyli kəndində yerləşən,ferma binasını və binanın yerləşdiyi torpaq sahəsini satın almışdır. İşdə olan iddia ərizəsinə etirazda cavabdeh bildirmişdir ki, “Şəmkir rayon 1 saylı notariat ofisinda Səmkir rayonu, Qılınbəyli kəndinda yaşayan İddiaçı ərizəsina osasən marhum xx.xx.2011-ci ilda vafat etmiş X2 qalmış miras amlaka dair ərizəçinin miras qoyanla qohumluq əlaqəsini, habelə mirasın açıldğı yer və vaxt barədə taqdim edilmiş sonadlər əsasında xx.xx.2014-cü il tarixda 130 saylı vərəsəlik işi açılmış, marhumun varəsəsi ilkin olaraq İddiaçı müəyyənləşmişdir. iddiaçı iddia tələbində mənə qarşı tələb etdiyi torpaq sahəsi tam əsassız və qeyri qanunidir. Çünki 1999-cu ildən bu hu günə qədər həmin torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ferma mənə məsusdur və istifadəmdədir. Mən torpaq sahəsini Şəmkir Rayon Qılıncbəyli Bələdiyyəsi vasitəsi ilə icarəyə götürmüşəm. 26 ildirki həmin torpaq sahəsi mənim istifadəmdədir. Həmin torpaq sahəsində yerləşən ferma isə iddiaçının mərhum babasına təklif olunsada həmin ferma onun tərəfindən satın alınmamışdır. Bu illər ərzində iddiaçı tərəfindən mənə qarşı hər hansı bir irad bildirilməmişdir və mənə həmin fermanın alınması barədə heç bir məlumat verilməmişdir. Hətta həmin ferma iddiaçının özü tərəfindən sökülərək şəxsiləşdirilmişdir. Mən həmin torpaq sahəsini icraəyə götürdükdən sonra həmin torpaq sahəsində özümə məxsus ferma inşa etmişəm və hazırdada qanunlara riyat etməklə təsərüffat yaratmışam. Həmin təsərüffatda bir neçə ailə əmək haqqı almaqla dövlət vergisinidə vaxtı vaxtında ödəyirəm. Bu illər ərzində bu torpaq sahəsi ilə bağlı hər hansı bir mübahisə olmamışdırsa niyə həmin mübahisə indi yaranmışdır? Mənə elə gəlirki iddiaçının iddiası tam əsasızdır. Çünki bu müddət ərzində mənim orada gördüyüm işlərdən iddiaçının xəbəri olsa belə mənə heç bir irad bildirməmişdir. Buna görə də, düşünürəm ki, belə iddia tələbi mənə qarşı qəsdən və düşünülmüş şəkildə qaldırılmışdır. Buda sahibkarlqrın hüquqlarının pozulmasından və onların işlərinin əngəllşməsindən başqa bir şey deyildir. 26 ildir əkib beçərdiyim təsərüffat yaratdığım bir torpaq sahəsində indi hansı ölçmə işlərindən söhbət gedə bilər? İddiaçı bağqa bir tələblə bağlı məhkəməyə müraciət etmişdir. Lakin mülki iş baxılmamış saxlanılmışdır. İddianın təmin tədbiri olaraq tələbi isə rədd edilmişdir. Əsas isə bildirilmişdirki, məhkəməyə hansısa möhtəbər sübut təqdim olunmamışdır. Mən özün kolxozda işləmişəm və yem tadarkü il məşğul olmuşam və həmin ərazilərdə yerləşən torpaq sahələri mənim öhdəmdə olmuşdur. Ona görə də həmin torpaq sahəsində mənimdə haqqım olmuşdur. Mən bu illər ərzində heç bir qanun pozuntusuna yol vermədən təsərüffatımı işlədirəm və lazım gələrsə məhkəməyədə qanuni sənədlərimi təqdim edəcəyəm. Ona görə də, xahiş edirəm hazırda həmin işlə bağlı etirazımı nəzərə alıb əsassız iddianı rədd edəsiniz”. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddianın dəlilləri əsaslıdır. Cavabdehlər iddiaçının mülkiyyət hüququnu pozur, onun mülkiyyət hüququnu həyata keçirməyə maneə olur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13–cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdanist ifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir Azərbaycan Respublikası MM–in 152.1–ci maddəsinə əsasən mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Yuxarıda qeyd olunanlar onu göstərir ki, iddiaçının qeyd olunan əmlak üzərində mülkiyyət hüququ əldə etməyə qanuni gözləntisi var və bu gözlənti həm milli, həm də beynəlxalq hüquq baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir. Cavabdeh iddiaçının bu hüququnu həyata keçirməyə mane olur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının mübahisəli əmlak üzərində mülkiyyət hüququnu həyata keçirmək imkanı qanunla onun hüququ kimi nəzərdə tutulmuşdur. Cavabdeh isə onun bu hüququnu həyata keçirməsinə maneçilik yaradır. İnsan Hüquqları və X6 X4 1 saylı Protokolunun1–ci maddəsindəgöstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadəhüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən dövlət vərəsəlik hüququnatəminat verir. Azərbaycan Respublikası MM–in 157.4–cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158.1 və 158.1.2–ci maddələrinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququda əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.4–cü maddəsinə görə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır, cavabdeh tərəfindən iddiaçının mübahisəli əmlak üzərində hüquqlarını həyata keçirməsinə yaratdığı maniə aradan qaldırılmalıdır. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarınınəsası kimi istinadetdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, həmçinin iddianın 1000 manat vəkil xidmət haqqının cavabdehdən alınması” hissəsini əsaslı hesab etmir. Belə ki, işdə olan “Hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, iddiaçı ilə Şəmkir Rayon Vəkil Bürosunun vəkili Nümayəndə arasında mülki iş üzrə hüquqi yardımın göstərilməsinə dair müqavilə bağlanmışdır. Lakin, ödəniş barədə qəbz və ya digər sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121–ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq Qət etdi: İddia qismən təmin edilsin. Şəmkir rayonu, Qılıncbəyli kəndi ərazisində yerləşən ferma binasında və binanın yerləşdiyi torpaq sahəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Publik Hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşlarının həyata keçirdiyi fəaliyyətə Cavabdeh tərəfindən yaradılan maneə aradan qaldırılsın. Ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay üddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Quliyev
Məhkəmə qərarları › İş №e-2(076)-3904/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-3904/2025
17.12.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver