Məhkəmə qərarları › İş №e-2(076)-4161/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-4161/2025

17.12.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-4161/2025 17.12.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X14 Məsail oğlunun sədrliyi Rzazadə Leyla Elçin qızının katibliyi Ərizəçi: İddiaçı və onun nümayəndəsi (vəkil) Nümayəndə iştirakları ilə Ərizəçi İddiaçı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və vərəsə tanınma tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, mərhum əri X1 qalmış mirası qəbul etməyi faktını müəyyən edilməsi və ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə və evin yerləşdiyi 0.06 ha həyətyanı torpaq sahəsinə onun qanun üzrə vərəsə tanınmağına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsasladırmışdır ki, o ərizəçi, İddiaçı xx.xx.1966-cı ildə Şəmkir şəhərində anadan olmuşdur. 11 noyabr 1991-ci ildə Şəmkir şəhər sakini X3 ilə rəsmi nikah qeydə aldırmaqla ailə qurmuşdur. Birgə nikahdan 4 uşağı doğulub: 1. X5 - 20.08 1992-ci il 2. X4 – xx.xx.1993-cü il 3. X6 – xx.xx.1998-ci il 4. X7 – xx.xx.2005-ci ildə. Həyat yoldaşı X3 ilə birgə nikah müddətində ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini və evin yerləşdiyi həyətyanı torpaq sahəsini alqı-satqı yolu ilə əldə etmişlər. Həyat yoldaşı X3 19 dekabr 2014-cü ildə vəfat edib. Həyat yoldaşı vəfat edən günə kimi onunla bir aildə yaşamış və birgə təsərrüfat idarə etmişdir. Həyat yoldaşının dəfn xərclərini o çəkmiş və onun bütün yas mərasimləri yaşadığımız evdə verilib. Onun vəfatından sonra mirası faktiki olaraq o qəbul edib, idarə etmişdir. Hazırda da həmin miras mülkdə o yaşayır. Miras mülkü birgə nikah müddətində əldə etdiyi üçün, həmin evin və evin yerləşdiyi həyətyanı torpaq sahəsinin ½ hissəsi mülkiyyət hüququ ilə ona məxsusdur. Miras mülkdə yaşamaqla əmlakı faktiki olaraq, o qəbul edib, o idarə etdiyi üçün mirasın onun tərəfindən qəbul olunması faktı müəyyən olunmalıdır. Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Çünki mən Şəmkir rayon 1 saylı Notariat ofisinə müraciət edib, mərhum həyat yoldaşından qalan miras əmlaka qanun üzrə vərəsə tanınmağımı xahiş etdim. Lakin Şəmkir rayon 1 saylı Notariat ofisi 11 oktyabr 2025-ci il tarixli 1379 saylı məktubla mənə qanun üzrə vərəsəlik şəhadətnaməsi verməkdən imtina etmişdir. Əsas olaraq göstərdi ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinin mənasına görə “Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və bilməli olduğu üç ay ərzində mirası qəbul edə bilər. Mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir”. Buna görə də o hazırkı ərizə ilə məhkəməyə müraciət edir. İstəyir ki, məhkəmə mərhum əri X1 qalmış mirasın onun tərəfindən qəbul olunması faktını müəyyən etsin və onu həmin miras əmlaka qanun üzrə vərəsə tanısın. Mərhum ərindən Şəmkir şəhəri, Əzizbəyov küçəsində yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0.06 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Məhkəmə iclası zamanı ərizəçi İddiaçı əsasən ərizənin məzmununa uyğun izahat verdi və bu səbəbdən də ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə əsasən ərizənin məzmununa uyğun izahat verdi və bu səbəbdən də ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı şahid X2 izahatında bildirdi ki, 20 ildir ki, ərizəçi ilə qonşudur, onun mərhum əri 2014-cü ildə vəfat edib və onlar birgə yaşayıb təsərrüfat idarə ediblər. Məhkəmə iclası zamanı şahid X8 izahatında bildirdi ki, 20 ildir ki, ərizəçi ilə qonşudur, onun mərhum əri 2014-cü ildə vəfat edib və onlar birgə yaşayıb təsərrüfat idarə ediblər. Maraqlı şəxs Şəmkir Rayon 1 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və şahidlərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 19 dekabr 2014-cü ildə vəfat etmişdir. İşdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X3 ilə İddiaçı birgə nikahdan 4 uşağı doğulub: 1. X5 - 20.08 1992-ci il 2. X4 – xx.xx.1993-cü il 3. X6 – xx.xx.1998-ci il 4. X7 – xx.xx.2005-ci il tarixdə. İşdə olan müqavilənin surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə və evin yerləşdiyi 0.06 ha həyətyanı torpaq sahəsi birgə nikah zamanı alınmaqla X3 ilə İddiaçı mülkiyyətində olmuşdur. İşdə olan notariat əməliyyatının aparılmasından imtina edilməsinə dair xx.xx.2025–ci il tarixli qərardan görünür ki, miras əmlakı qəbul etmək üçün İddiaçı Notariat Kontoruna müraciət etmiş, lakin ərizəçi mirasın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulan müddəti buraxdığı üçün notariat əməliyyatının aparılmasından imtina edilmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla, o cümlədən ərizəçinin izahatı və digər iş materialları ilə müəyyən edilir ki, 19 dekabr 2014-cü il tarixdə vəfat etmiş mərhum X3 ərizəçinin əri olmuşdur. Məhkəmə, həmçinin müəyyən etdi ki, mərhum X1 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə və evin yerləşdiyi 0.06 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.9–cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. Ona görə də məhkəmə hesab edir ki, mərhumdan qalan mirasın ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1–ci maddəsinə əsasən ölmüş şəxsin əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1159.1 və 1159.1.1–ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər)bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3–cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1159.2–ci maddəsinə əsasən ikinci növbədə ölənin bacıları və qardaşları qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1133.2–ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1–ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, ərizəçi İddiaçı mərhum ərindən miras qalmış əmlakdan təyinatına uyğun olaraq istifadə etməklə, həmin miras əmlakı faktiki qəbul etmişdir. Bu səbəbdən həmin miras əmlak onun mülkiyyəti kimi qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 18 iyun 2014–cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246–cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248–ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri–müəyyənliyin, qeyri–sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, mərhum X1 qalmış mirası, onun ölümündən sonra qanun üzrə birinci növbəli vərəsəsi olan arvadı İddiaçı miras torpaq sahəsindən təyinatına uyğun olaraq istifadə etməklə faktiki olaraq qəbul etdiyindən mübahisəli miras əmlakdan pay almaq hüququ ona keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1–ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1243.2–ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna müraciət etdikdə, miras əmlaka sahiblik etməyə və ya faktiki idarə etməyə başladıqda və bununla da mirası şəksiz qəbul etdiyini nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3–cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255–ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə hesab edir ki, mübahisəli miras əmlak qanun üzrə vərəsə olan ərizəçi tərəfindən faktiki qəbul edildiyindən, ərizəçi mərhum İddiaçı qanun üzrə vərəsəsi tanınmalıdır. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi İddiaçı mərhum əri X1 qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə və evin yerləşdiyi 0.06 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakı qəbul etməsi faktı müəyyən edilsin. Ərizəçi İddiaçı mərhum əri X1 miras qalmış əmlaka qanun üzrə vərəsə tanınsın. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X17

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar