Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № e-2(076)-4623/2024 16.12.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızı İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması” barədə kiçik iddialara dair işlər üzrə ərizəsini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ : İddiaçı MMC iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh14 dekabr 2023-cü il tarixli, BY005628 nömrəli nisyə satış müqaviləsi üzrə ödənilməmiş 790 (yeddi yüz doxsan) manat məbləğində borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd olunan ərizə xx.xx.2024-cü il tarixdə Şəmkir Rayon Məhkəməsinə daxil olmuşdur. Ərizəçinin nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, ərizənin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, ərizəçinin nümayəndəsi və vəkili tərəfindən ərizənin qaytarılmasına dair ərizə verildiyindən, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 152, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi”nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. X1
Məhkəmə qərarları › İş №e-2(076)-4623/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №e-2(076)-4623/2024
16.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver