Məhkəmə qərarları › İş №e-2(076)-471/2025

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №e-2(076)-471/2025

12.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № e-2(076)-471/2025 12.03.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Heydərova Nazlı Azər qızının sədrliyi Heydərov Cəmil Elxan oğlunun katibliyi İddiaçı, Cavabdeh2 qarşı “qızıl-zinət əşyalarının geri qaytarılması tələbi”nə dair iddiası üzrə iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM : İddiaçı, Cavabdeh2 qarşı “qızıl-zinət əşyalarının geri qaytarılması tələbi”nə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 (Lombard № 1) ilə İddiaçı arasında bağlanmış əşyanın lombardda girovu haqqında müqaviləyə xitam verilməsi və Cavabdeh2 (Lombard № 1) xeyrinə girov qoyulmuş GJN/1 № 347524 nömrəli Girov bileti üzrə əyarı 750, çəkisi 5.8 q, dəyəri 870 manat olan bir ədəd qızıl üzüyün; GJN/1 № 347431 nömrəli Girov bileti üzrə əyarı 583, ümumi çəkisi 31.6 q, dəyəri 2.844 manat olan bir ədəd qızıl sepin, bir ədəd qızıl üzüyün və bir ədəd qızıl klonun və əyarı 750, çəkisi 13.3 q, dəyəri 1.995 manat olan bir cüt qızıl sırğanın; GJN/1 № 347439 nömrəli Girov bileti üzrə əyarı 750, çəkisi 7.6 q, dəyəri 1.140 manat olan bir ədəd qızıl üzüyün və əyarı 585, ümumi çəkisi 24.5 q, dəyəri 2.940 manat olan bir ədəd qızıl komplektin; GJN/1 № 207550 nömrəli Girov bileti üzrə əyarı 750, çəkisi 49.2 q, dəyəri 7.380 manat olan bir ədəd qızıl saatın və əyarı 585, ümumi çəkisi 14 q, dəyəri 1.680 manat olan bir cüt qızıl sırğanın; GJN/1 № 100022 nömrəli Girov bileti üzrə əyarı 750, ümumi çəkisi 86 q, dəyəri 12.900 manat olan bir ədəd qızıl üzüyün və bir ədəd qızıl saatın; GJN/1 № 129490 nömrəli Girov bileti üzrə əyarı 750, çəkisi 35.1 q, dəyəri 5.265 manat olan bir ədəd qızıl qolbağının; GJN/1 № 347558 nömrəli Girov bileti üzrə əyarı 750, çəkisi 49.2 q, dəyəri 7.380 manat olan bir ədəd qızıl saatın; GJN/1 № 347061 nömrəli Girov bileti üzrə əyarı 750, çəkisi 8.8 q, dəyəri 1.320 manat olan bir ədəd qızıl üzüyün və əyarı 585, çəkisi 4.9 q, dəyəri 588 manat olan bir ədəd qızıl üzüyün; GJN/1 № 155703 nömrəli Girov bileti üzrə əyarı 585, ümumi çəkisi 15.1 q, dəyəri 1.812 manat olan bir ədəd qızıl komplektin; GJN/1 № 238536 nömrəli Girov bileti üzrə əyarı 750, çəkisi 78.3 q, dəyəri 11.745 manat olan bir ədəd qızıl saatın; GJN/1 № 207860 nömrəli Girov bileti üzrə əyarı 750, ümumi çəkisi 26.8 q, dəyəri 4.020 manat olan bir ədəd qızıl komplektin; GJN/1 № 238847 nömrəli Girov bileti üzrə əyarı 585, ümumi çəkisi 7.3 q, dəyəri 876 manat olan bir cüt qızıl sırğanın; GJN/1 № 072371 nömrəli Girov bileti üzrə əyarı 583, ümumi çəkisi 19.2 q, dəyəri 1.728 manat olan bir ədəd qızıl komplektin; GJN/1 № 273346 nömrəli Girov bileti üzrə əyarı 583, ümumi çəkisi 51.2 q, dəyəri 4.608 manat olan bir ədəd qızıl sepin, bir ədəd qızıl klonun və bir cüt qızıl sırğanın; GJN/1 № 129190 nömrəli Girov bileti üzrə əyarı 585, çəkisi 2.3 q, dəyəri 276 manat olan bir ədəd qızıl qolbağının Cavabdeh2 (Lombard № 1) alınaraq İddiaçı verilməsi, həmin qızıl-zinət əşyaları olmadıqda, onların dəyəri Cavabdeh2 (Lombard № 1) alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqqında məhkəməyə heç bir məlumat verməmişdir. İddiaçı nümayəndəsi (vəkili) Vəkil, məhkəməyə elektron ərizə ünvanlayaraq iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını, işin baxılmamış saxlanmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçının ərizəsi əsaslı olduğundan təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmaqla həmin mülki iş baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanır. İş materiallarından görünür ki, iddiaçının nümayəndəsi iddia ərizəsinin geri qaytarılmasını tələb edir, o işə baxılmasına təkid etmir. Cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını tələb etmir. Tərəflərin bu hərəkətlərində qanuna zidd hal yoxdur və bu hər hansı üçüncü şəxsin mənafeyinə qarşı yönəlməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı nümayəndəsi (vəkili) Vəkil ərizəsinə əsasən Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsində nəzərdə tutulan əsasla mülki iş baxılmamış saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : İddiaçı, Cavabdeh2 qarşı “qızıl-zinət əşyalarının geri qaytarılması tələbi”nə iddiası baxılmamış saxlansın. Tərəfə izah olunsun ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət edə bilər. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar