Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-98/2025 26.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı (üçüncü şəxslər DƏDRK 11 saylı Ərazi İdarəsi və Şəmkir rayon İcra və Probasiya Şöbəsi) “ümumi mülkiyyətdə olan payların naturada bölünüb təhvil verilməsi və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı (üçüncü şəxslər DƏDRK 11 saylı Ərazi İdarəsi və Şəmkir rayon İcra və Probasiya Şöbəsi) “ümumi mülkiyyətdə olan payların naturada bölünüb təhvil verilməsi və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23 oktyabr 1998-ci il tarixli 56 saylı qərarı ilə, JN-1823A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında Şəmkir rayonunun Aşağı Seyfəli (keçmiş Seyfəli) kəndi ərazisində yerləşən, cavabdehlərin ümumi paylı mülkiyyətində olan 0.27 ha həyətyanı torpaq sahəsindən borclu Cavabdeh3 əmlakına tutmanın yönəldilməsi üçün, mülkiyyətinə düşən payın naturada ayrılıb onlara təhvil verilməsinə, cavabdehlərin həmin torpaq sahəsindən çıxarılmasına və 100+1 manat dövlət rümunun cavabdehlərdən müştərək qaydada alınıb onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, digər iddiaçılar Banu və Ömər onun övladlarıdır. Cavabdeh3 mərhum ərinin atasıdır. Cavabdeh3 onlara və mərhum əri Əkbərə qarşı ağır cinayət hadisəsi törətmiş, yaşadığı evə bezin töküb, evi onlarla birlikdə yandırmışdır. Həmin hadisədən sonra həyat yoldaşı Əkbər almış olduğu yanıq xəsarətlərindən dünyasını dəyişmiş və onlar ağır yanıq xəsarətləri almış, almış olduğu xəsarətlərə görə maddi və mənəvi ziyan çəkmişlər. Onların Cavabdeh3 qarşı qaldırmış olduğu “maddi və mənəvi ziyan tələbinə dair” iddia Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 2(007)-1352/2023 saylı qətnaməsi ilə təmin olunmuş, Cavabdeh3 60.000 (atmış min) manat məbləğində pulun və 426 (dörd yüz iyirmi altı) manat dövlət rüsumunun alınıb onlara verilməsinə dair qərar qəbul olunmuşdur. Hazırda həmin qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Borclu Cavabdeh3 könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə müvafiq təşkilatlara sorğular göndərmişdir. Bu zamanı “Elektron icra” informasiya sistemindən çıxarışa əsasən müəyyən olunmuşdur ki, borclu Cavabdeh3 adına Şəmkir rayonunun Aşağı Seyfəli kəndində JN-1823A nömrəli şəhadətnamədə ümumi paylı mülkiyyətdə ümumi sahəsi 0.27 ha olan həyətyanı torpaq sahəsi vardır. İcra sənədinin icrasını təmin etmək üçün məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi barədə məcburi icra tədbirləri tətbiq edilmişdir. Bu səbəbdən Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 “borclunun əmlakının üzərinə həbs qoyulması barədə” təqdimatla Şəmkir rayon Məhkəməsinə müraciət etmiş və Şəmkir Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli 8(076)-21/2024 saylı qərardadı ilə Şəmkir rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilmiş, borclu Cavabdeh3 məxsus olan Şəmkir rayon, Aşağı Seyfəli kəndində yerləşən JN-1823A nömrəli ümumi sahəsi 0.27 ha həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Lakin həmin torpaq sahəsi borclunun və digər cavabdehlərin birgə mülkiyyətində olduğundan, həmin paylı mülkiyyətdən borclunun payı naturada ayrılmadığından, həmin əmlakın açıq hərracdan satışa çıxarılması və yaxud pulun əvəzində onlara təklif olunması mümkün deyildir. Buna görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər. Qeyd edilənlərə əsasən Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23 oktyabr 1998-ci il tarixli 56 saylı qərarı ilə, JN-1823A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında Şəmkir rayonunun Aşağı Seyfəli (keçmiş Seyfəli) kəndi ərazisində yerləşən, cavabdehlərin ümumi paylı mülkiyyətində olan 0.27 ha həyətyanı torpaq sahəsindən borclu Cavabdeh3 əmlakına tutmanın yönəldilməsi üçün, mülkiyyətinə düşən payın naturada ayrılıb onlara təhvil verilməsinə, cavabdehlərin həmin torpaq sahəsindən çıxarılmasına və 100+1 manat dövlət rümunun cavabdehlərdən müştərək qaydada alınıb onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, cavabdehlərin birgə mülkiyyətində olan mübahisə predmeti olan torpaq sahəsindən borclu Cavabdeh3 payının müəyyən edilib naturada ayrılmasına, 100+1 manat dövlət rüsumun cavabdehlərdən alınıb iddiaçıya verilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verib iddianın təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında bildirir ki, İddiaçı onun mərhum oğlunun arvadıdır. Əri Cavabdeh3 oğlu Əkbər Yaqubovu ailəsi ilə birgə yaşadıqları evi yandırmış və oğlu vəfat etmişdir. Cavabdeh3 törətdiyi cinayət əməlinə görə hal-hazırda müəyyən olunmuş cəzasını çəkir. Mərhum oğlu X1 qalan daşınmaz əmlakdan 0.30 ha torpaq sahəsini iddiaçı tərəfindən zəbt edilmişdir. O, mərhum X3 birinci dərəcəli vərəsəsidir.Qeyd edilən torpaq sahəsini naturada bölünməsi mümkün deyildir. Belə ki, torpaq sahəsinə ancaq bir istiqamətdən yol hərəkət hissəsi var. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, üçüncü şəxslər DƏDRK 11 saylı Ərazi İdarəsi və Şəmkir rayon İcra və Probasiya Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 185.5-ci maddəsinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehlərin və üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-18223A KOD 50413005 nömrəli torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamənin surətindən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 1998 -ci il 23 oktyabr tarixli qərarı ilə Şəmkir rayonu, Seyfəli kəndində yerləşən 0,27 ha həyətyanı torpaq sahəsi Cavabdeh3, X4, Cavabdeh1 və X2 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Vİİİ-MЮ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2016-cı il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuşdur. Ata qrafasında X7, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan Vİ-ИК 512183 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2017-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuşdur. Ata qrafasında X7, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 8(076)-21/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadın surətindən görünür ki, borclu Cavabdeh3 məxsus olan Şəmkir rayon, Aşağı-Seyfəli kəndində yerləşən JN-1823A nömrəli ümumi sahəsi 0.27 ha həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan 22 noyabr 2024-cü il tarixli 3-21-3-40/2-6720/24 nömrəli DƏDKR-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, Şəmkir rayonu, Aşağı Seyfəli kəndi ərazisində yerləşən JN-0823A nömrəli KOD 50413005 olan torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamə əsasında Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və X2 paylı mülkiyyətində olan olan 0.27 ha torpaq sahəsindən yerin cənub tərəfindən Cavabdeh3 payının ¼ hissədə 0,0675 ha olmaqla payının naturada ayrılması mümükündür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 10/225 saylı Məhkəmə ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, Şəmkir rayonu, Aşağı Seyfəli kəndi ərazisində yerləşən JN-0823A nömrəli KOD 50413005 olan torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamə əsasında Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və X2 paylı mülkiyyətində olan olan 0.27 ha torpaq sahəsindən yerin cənub tərəfindən Cavabdeh3 payının ¼ hissədə 0,0675 ha olmaqla payının naturada ayrılması mümükündür. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından aydın olur ki, JN-0823A nömrəli KOD 50413005 olan torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamə əsasında Şəmkir rayonu, Seyfəli kəndində yerləşən 0.27 ha torpaq sahəsi Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və X2 paylı mülkiyyətindədir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(076)- 1352/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Cavabdeh3 cəmi 60000 manat məbləğində pulu və 426 manat dövlət rüsum alınıb tələbkar İddiaçı ödənilməsi ilə əlaqədar Şəmkir Rayon Məhkəməsinin 8(076)-21/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə borclu Cavabdeh3 məxsus olan Şəmkir rayon, Aşağı-Seyfəli kəndində yerləşən JN-1823A nömrəli ümumi sahəsi 0.27 ha həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Məhkəmə iclasında iddiaçı tələbin icra edilməsi üçün borclunun birgə mülkiyyətdə olan payının ayrılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 238.1-ci maddəsinə daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları Mülki Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 220-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 224.1-ci maddəsinə əsasən paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. Məhkəmə tərəfindən işin müəyyən edilmiş halından görünür ki, Şəmki rayonu Seyfəli kəndində yerləşən 0.27 ha torpaq sahəsi cavabdehlərin birgə mülkiyyətindədir və birgə mülkiyyətçilərin hər birinin əmlakdan paylarının müəyyən olunması hüquqları vardır. Eyni zamanda məhkəmə qeyd edir ki, elə hallar olur ki, ümumi əmlakdan payın ayrılmasını mülkiyyətçinin özü yox, onun kreditoru tələb edir. Bu, o vaxt mümkün olur ki, paylı mülkiyyətin iştirakçısı hər hansı bir öhdəlik münasibətində (məsələn, borc, nisyə alqı-satqı və s. münasibətlərdə) borclu şəxs qismində çıxış edir və onun başqa əmlakı kreditorun tələblərini ödəmək üçün kifayət etmir. Hazırda göründüyü kimi Cavabdeh3 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pul tutularaq İddiaçı verilməsi qərara alınmışdır. Belə olan halda kreditor İddiaçı tələbi ilə borclu Cavabdeh3 birgə mülkiyətində payın müəyyən edilməsi və naturada ayrılmasını tələb edə bilər. Bundan başqa əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları müəyyən edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılmaqla müəyyən edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının nəticəsinə görə mübahisəli Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yerləşən 0,27 ha həyətyanı torpaq sahəsi naturada ayrılması da mümkündür. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, JN- 0823A nömrəli KOD 50413005 olan torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamə əsasında Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və X2 birgə mülkiyyətində olan Şəmkir rayonu, Seyfəli kəndində yerləşən 0.27 ha torpaq sahəsinə Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və X2 hər birinin 1/4 hissədə payları müəyyən edilməli, JN-0823A nömrəli KOD 50413005 olan torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamə əsasında Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və X2 birgə mülkiyyətində olan Şəmkir rayonu, Seyfəli kəndində yerləşən 0.27 ha torpaq sahəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadatsrı və Reyestri Publik Hüququi Şəxsinin mütəxəssis rəyinə əlavə edilmiş bölgü layihəsinin sxemlərinə uyğun olaraq Cavabdeh3 payı 1/4 hissədə naturada ayrılmalıdır. Azərbaycan Respublikası MPM–in 124.1–ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddia təmin edildiyindən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə xərci cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumundan ibarətdir. İddia tam təmin olunduğundan Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. JN-0823A nömrəli KOD 50413005 olan torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamə əsasında Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və X2 birgə mülkiyyətində olan Şəmkir rayonu, Seyfəli kəndində yerləşən 0.27 ha torpaq sahəsinə Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və X2 hər birinin 1/4 hissədə payları müəyyən edilsin. JN-0823A nömrəli KOD 50413005 olan torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamə əsasında Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və X2 birgə mülkiyyətində olan Şəmkir rayonu, Seyfəli kəndində yerləşən 0.27 ha torpaq sahəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadatsrı və Reyestri Publik Hüququi Şəxsinin mütəxəssis rəyinə əlavə edilmiş bölgü layihəsinin sxemlərinə uyğun olaraq Cavabdeh3 payı 1/4 hissədə naturada ayrılsın. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada dövlət rüsumunun əvəzi qismində 100 (yüz) manat tutularaq İddiaçı ödənilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) köçürülsün. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №e-2(076)-98/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-98/2025
26.05.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver