Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-10/2023 21.09.2023 ŞUŞA RAYON MƏHKƏMƏSİ X3 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı “borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və yaşayış evindən çıxarılması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şuşa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Qurbanov Şikar Əvəz oğlunun xx.xx.2022-ci il tarixinə olan 6400,65 manat əsas borc, 3608,08 manat faiz borcu, 908,73 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 897,12 manat faiz borcu olmaqla, cəmi 11814,58 manat borcunun, 125,44 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 Bəhmən oğlundan və Cavabdeh4 müştərək qaydada tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Qurbanov Şikar Əvəz oğluna məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni yaşayış massivi, 107 saylı fərdi yaşayış evinə yönəldilərək açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldlməsi, ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehlərdən tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra fərdi yaşayış evinin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Yasamal filialı ilə Qurbanov Şikar Əvəz oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli 16102014/126667 saylı Əsas kredit müqaviləsinin tərkib hissəsi sayılan Əlavə kredit müqaviləsinə əlavə razılaşma imzalanaraq borcalana 36 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 25000 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh1 Bəhmən oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən zamin kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. İddiaçı ASC ilə Qurbanov Şikar Əvəz oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən, verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışına əsasən xüsusi mülkiyyət hüququ üzrə Qurbanov Şikar Əvəz oğluna məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni yaşayış massivi, 107 saylı fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Bu razılaşma dövlət notariat kontoru tərəfindən təsdiq edildikdən sonra fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2014-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Kredit müqaviləsinin 3.5-ci bəndinə əsasən borcalan müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və banka olan kredit üzrə borcunu ödəməmişdir. Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2020-ci il tarixli arayışına əsasən Qurbanov Şikar Əvəz oğlu vəfat etmişdir. Bakı şəhəri 46 və 17 saylı notariat kontorları tərəfindən təsdiq edilmiş xx.xx.2014-cü il tarixli və xx.xx.2014-cü il tarixli razılıq ərizələri ilə müəyyən olunmuşdur ki, X5 Əvəz oğluna məxsus fərdi yaşayış evinin faktiki vərəsəsi kimi həmin əmlakın idarəçiliyini onun həyat yoldaşı Cavabdeh2 həyata keçirir. Həmçinin, borclunun hüquqi varisi Cavabdeh2 xx.xx.2014-cü il tarixli razılıq ərizəsi ilə bildirmişdir ki, tərəflər arasında imzalanmış ipoteka müqaviləsinin şərtləri ilə tanış olmuş, banka olan əsas, faiz və digər borclar ödənilmədiyi təqdirdə tutmanın məhkəmədən kənar qaydada və ya məhkəmə yolu ilə həmin əmlaka yönəldilməsinə razılıq vermiş və bu halda bankın tələbinə əsasən əmlakı könüllü boşaltmağı öhdəsinə götürmüşdür. Bundan başqa, müvafiq ərizə anket məlumatlarına əsasən, Qurbanov Şikar Əvəz oğlunun digər vərəsəsi Cavabdeh3 da miras əmlakı fakitiki qəbul etmiş şəxs hesab olunur. Məhkəmə hazırlıq iclasında iştirak etmiş X5 Əvəz oğlunun vərəsələrindən olan qızı Cavabdeh4 da kredit borcunun təminatı olan və bankın xeyrinə ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni yaşayış massivi, 107 saylı fərdi yaşayış evinə faktiki sahiblik edərək digər vərəsələrlə birlikdə orada yaşadığını və əmlakın idarəçiliyini həyata keçirdiyini bildirmişdir. Beləliklə, cavabdehin həyat yoldaşı Cavabdeh2, övladları Cavabdeh3 və Cavabdeh4 miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakındakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, xx.xx.2021 tarixli **********294 saylı bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. xx.xx.2022-ci il tarixinə Qurbanov Şikar Əvəz oğlunun kredit üzrə cəmi borcu 11814.58 manat təşkil edir. Bundan 6400.65 manat əsas, 3608.08 manat faiz, 908.73 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 897.12 manat faiz borcu təşkil edir. Cavabdeh sonuncu dəfə xx.xx.2019-cu il tarixində 250 manat məbləğində ödəniş etmişdir. Prosesin gedişində iddiaçı yenidən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Qurbanov Şikar Əvəz oğlunun xx.xx.2022-ci il tarixinə olan 6400,65 manat əsas borc, 3608,08 manat faiz borcu, 908,73 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 897,12 manat faiz borcu olmaqla, cəmi 11814,58 manat borcunun, 125,44 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun ipotekanın hərrac yolu ilə satışından əldə edilən pul vəsaitindən tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Qurbanov Şikar Əvəz oğluna məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni yaşayış massivi, 107 saylı fərdi yaşayış evinə yönəldilməsi, əmlak satıldıqdan sonra fərdi yaşayış evinin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, qeyd edilən cavabdeh vərəsələr borcalanın adına olan kreditin ödənilməsindən yayınmış, həmçinin bu günə qədər faktiki sərəncamlarında olan miras əmlakın rəsmi şəkildə vərəsəlik qaydasında qəbul edilməsi ilə bağlı müvafiq notariat orqanına da müraciət etməmişlər. Baxmayaraq ki, iş üzrə cavabdehlər mərhuma məxsus fərdi yaşayış evinin idarəçiliyini həyata keçirməklə ondan faydalanırlar. Bununla belə, miras əmlakın hansı vərəsələr tərəfindən qəbul edilməsini gözləmək faydasız və mübahisənin uzun müddət həll edilmədən qalmasına səbəb ola bilər və son nəticədə iddiaçının qanunla qorunan mənafelərinə maddi ziyan vurulmuş olar. Miras əmlakın bu və ya digər vərəsə tərəfindən qəbul edilməsi də tutmanın həmin əmlaka yönəldilməsinin qarşısını almır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə ffƏrəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014- cü il 18 iyul tarixli Qərarı). Azərbaycan Respubikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələblərini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Qurbanov Şikar Əvəz oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 16102014/126667 saylı Əsas kredit müqaviləsinin surətindən görünür ki, borc alana 120 ay müddətinə 50000 manat məbləğində kredit limiti müəyyən etmişdir. Kredit məbləğinə hesablanmış faizlər, kredit ödənişləri və digər şərtlər tərəflərin razılığı ilə Əlavə kredit müqavilələri ilə tənzimlənir. müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. İddiaçı ASC ilə Qurbanov Şikar Əvəz oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 16102014/126667 saylı Əlavə kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən borcalana 36 ay müddətinə, illik faiz dərəcəsi 23% olmaqla, 25000 manat məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli əlavə razılaşmaya əsasən Əlavə kredit müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixədək uzadılmışdır. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 16102014/126667 saylı zaminlik müqaviləsindən görünür ki, zamin bank qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İddiaçı ASC ilə Qurbanov Şikar Əvəz oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 16102014/126667 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışına əsasən xüsusi mülkiyyət hüququ üzrə Qurbanov Şikar Əvəz oğluna məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni yaşayış massivi, 107 saylı fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Cavabdeh2 fərdi yaşayış evinin ipotekaya qoyulmasına və tutma yönəldikdə evdən çıxmağa razılığı notariat qaydasında təsdiqlənərək ipoteka müqaviləsinə əlavə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni yaşayış massivi, 107 saylı fərdi yaşayış evi xx.xx.2014-cü il tarixli 16102014/126667 saylı Əsas kredit müqaviləsinin tərkib hissəsi sayılan Əlavə kredit müqaviləsinin və əlavə razılaşmanın təminatı kimi xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 275 nömrəli reyestr kitabının 25606 nömrəli vərəqində qeydiyyata alınmışdır. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş xx.xx.2021-ci il tarixdə ipotekaqoyanın ünvanına göndərilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nə təqdim olunmuş və qeydiyyata alınmışdır. İpoteka bildirişinin qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ödənilmişdir. İddiaçı ASC-nin maliyyə arayışından görünür ki, Qurbanov Şikar Əvəz oğlunun kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə olan borcu 6400,65 manat əsas borc, 3608,08 manat faiz borcu, 908,73 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 897,12 manat faiz borcu olmaqla, cəmi 11814,58 manat təşkil edir. İş materiallarında olan AZ-İİ seriyalı, 002097 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Qurbanov Şikar Əvəz oğlu xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan Qurbanov Şikar Əvəz oğluna məxsus hesabdan çıxarışdan görünür ki, onun ölümündən sonra vərəsələri tərəfindən kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdə 400 manat, xx.xx.2019-cu il tarixdə 250 manat, xx.xx.2019-cu il tarixdə 250 manat və xx.xx.2019-cu il tarixdə 250 manat məbləğində ödənişlər edilmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, QXM-432M saylı qiymətləndirmə hesabatına əsasən ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni yaşayış massivi, 107 saylı fərdi yaşayış evinin bazar dəyəri 75000 manat, likvid dəyəri isə 67500 manat məbləğində qiymətləndirilmişdir. xx.xx.2023-cü il tarixli, 432 nömrəli hesab-fakturadan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni yaşayış massivi, 107 saylı fərdi yaşayış evinin qiymətləndirilməsi üçün "xxxx" MMC-nin hesabına 350 manat ödənilməlidir. xx.xx.2022-ci il tarixli, ********* saylı qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 125,44 manat dövlət rüsumu ödənilmişdir. Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Cavabdeh4 ərinin “2-ci Qarabağ müharibəsi” zamanı şəhid olması ilə əlaqədar mübahisənin məhkəmədənkənar həll edilməsi və kredit borcu üzrə müəyyən güzəştlərin edilməsi məqsədilə cavabdehlər iddiaçıya müraciət etmişlər. Bu məqsədlə kredit komitəsi yaradılmış və qeyd edilən məsələ müvafiq komitədə baxılıb qərar qəbul edilənədək məhkəmə baxışının 10-15 gün müddətinə təxirə salınması xahiş edilmişdir. Qərardadla mülki işin baxılma müddətinin uzadılması qərara alınmışdır. Beləliklə, işin məhkəmə baxışı zamanı araşdırılmış hallarına əsasən müəyyən edilmişdir ki, İddiaçı ASC-nin Yasamal filialı ilə Qurbanov Şikar Əvəz oğlu arasında bağlanmış xx.xx.2014cü il tarixli 16102014/126667 saylı Əsas kredit müqaviləsinin tərkib hissəsi sayılan Əlavə kredit müqaviləsinə əlavə razılaşma imzalanaraq borcalana 36 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 25000 manat məbləğində kredit verilmiş, Cavabdeh1 Bəhmən oğlu xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşımağı möhdəsinə götürmüş, xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən, xüsusi mülkiyyət hüququ üzrə Qurbanov Şikar Əvəz oğluna məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni yaşayış massivi, 107 saylı fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Qurbanov Şikar Əvəz oğlu xx.xx.2019-cu ildə ölmüşdür. X5 Əvəz oğlundan qalmış miras olan məxsus fərdi yaşayış evi vərəsələri həyat yoldaşı Cavabdeh2, övladları Cavabdeh3 və Cavabdeh4 faktiki olaraq qəbul etmişdir. Qurbanov Şikar Əvəz oğlunun ölümündən sonra vərəsələri tərəfindən kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdə 400 manat, xx.xx.2019-cu il tarixdə 250 manat, xx.xx.2019-cu il tarixdə 250 manat və xx.xx.2019-cu il tarixdə 250 manat məbləğində ödənişlər edilmişdir. Daha sonra, bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə müraciətlər olunmasına baxmayaraq kredit borcunun qaytarılması təmin edilməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-ci maddəsinə uyğun olaraq əgər öhdəlik onun icrası gününü və ya icra edilməli vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və 448.2-ci maddəsinə görə isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 307.4-cü maddəsinə əsasən ipoteka müqaviləsində ipoteka ilə təmin edilmiş öhdəlik, onun məbləği, əmələ gəlməsi əsasları və icra müddəti göstərilməlidir. Bu öhdəliyin hansısa müqaviləyə əsaslandığı hallarda həmin müqavilənin tərəfləri, bağlandığı tarix və yer göstərilməlidir. Əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir. 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə görə, bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir.Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi anından İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır. Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.3-cü maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Həmin Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il Qərarında göstərilmişdir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər”, kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə Mülki Məcəllənin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə əlavə hüququ yaranır”. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmçinin, qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, məhkəmə iclasında araşdırılan sübutlarla borcalan, xx.xx.2019-cu il tarixdə vəfat etmiş Qurbanov Şikar Əvəz oğlunun iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə xx.xx.2014-cü il tarixli 16102014/126667 saylı Əsas kredit müqaviləsinin tərkib hissəsi sayılan Əlavə kredit müqaviləsi və əlavə razılaşma üzrə 6400,65 manat əsas borc, 3608,08 manat faiz borcu, 908,73 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 897,12 manat faiz borcu olmaqla, cəmi 11814,58 manat borcunun qalması müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, borcun vaxtında ödənilməməsinə görə 908,73 manat məbləğində dəbbə pulunun alınması tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bu baxımdan məhkəmə belə bir nəticəyə gəlir ki, cavabdehin iddiaçıya 908,73 manat məbləğində dəbbə pulu tənasübsüz yüksək dəbbə pulu hesab olunmalı, buna görə tələb olunan dəbbə pulu 98,73 manat məbləğinədək azaldılmalıdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi borcun tutulması hissəsində qismən təmin edilməli, ilkin satış qiyməti 67500 manat məbləğində müəyyən edilməklə ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Qurbanov Şikar Əvəz oğluna məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni yaşayış massivi, 107 saylı fərdi yaşayış evinə tutma yönəldilərək açıq hərracda satılmalı, satışdan əldə olunmuş vəsait hesabına 6400,65 manat əsas borc, 3608,08 manat faiz borcu, 98,73 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 897,12 manat faiz borcu olmaqla, cəmi 11004,58 manat məbləğində borc iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir. Fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ən geci 1 (bir) ay ərzində boşaldılmalıdır. Bununla yanaşı, məhkəmə iddia tələbinin “satıldıqdan sonra fərdi yaşayış evinin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi” hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, müvafiq tələbi irəli sürmək hüququ ipoteka predmetini açıq hərracda əldə edən şəxsə aid olduğundan İddiaçı ASC-nin həmin tələblə çıxış etmək üzrə subyektiv hüququ yaranmamışdır. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı ASC xx.xx.2023-cü il tarixli ərizə ilə iddia tələbini dəqiqləşdirməsinə, kredit borcunun cavabdehlərdən tutulmasının əvəzinə, birbaşa ipoteka predmeti olan fərdi yaşayış evinə yönəldilməsini xahiş etməsinə, Cavabdeh1 cavabdeh qismində göstərməsinə baxmayaraq, son nəticədə ona qarşı heç bir tələb irəli sürməmişdir. Eyni zamanda, digər cavabdehlər mərhum borcalanın qanun üzrə vərəsələri olmaqla, miras əmlak olan fərdi yaşayış evini faktiki qəbul edərək, orada yaşayırlar. Cavabdeh1 isə mübahisəli evə dair hər hansı bir hüququ mövcud deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə görə isə iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Belə olan halda, məhkəmə hesab edir ki, iddia ərizəsində Cavabdeh1 qarşı heç bir tələb irəli sürülmədiyindən və onun ipoteka predmeti olan fərdi yaşayış evinə heç bir aidiyyəti olmadığından, iddia tələbi ona münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 94 faiz həcmində təmin edildiyinə görə, məhkəməyə iddianın verilməsi üçün ödənilmiş 125,44 manat məbləğində və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün ödənilmiş 40 manat məbləğində dövlət rüsümundan ibarət 165,44 manat məhkəmə xərclərinin 155,51 manat hissəsi Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni yaşayış massivi, 107 saylı fərdi yaşayış evinin hərracda satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni yaşayış massivi, 107 saylı fərdi yaşayış evinin hərracda satışından əldə olunmuş vəsait hesabına 350 manat məbləğində qiymətləndirmə xərci "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İpoteka predmeti olan, tam mülkiyyət hüququ ilə Qurbanov Şikar Əvəz oğluna məxsus, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni yaşayış massivi, 107 saylı fərdi yaşayış evinə tutma yönəldilsin və ilkin satış qiyməti 67500 (altmış yeddi min beş yüz) manat müəyyən edilməklə açıq hərracda satılsın. İpoteka predmetinin hərracda satışından əldə olunmuş vəsait hesabına 6400,65 manat əsas borc, 3608,08 manat faiz borcu, 98,73 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 897,12 manat faiz borcu olmaqla, cəmi 11004,58 (on bir min dörd manat 58 qəpik) manat məbləğində borc, məhkəmə xərclərinin 155,51 (bir yüz əlli beş manat 51 qəpik) manat hissəsi iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni yaşayış massivi, 107 saylı fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ən geci 1 (bir) ay ərzində boşaldılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İpoteka predmetinin hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına 350 (üç yüz əlli) manat məbləğində qiymətləndirmə xərci "xxxx" MMC-nin (VÖEN **********, "xxxx" ASC-nin “İnşatçılar” filialı, H/h AZ 53AİİB400600C**********226, M/h AZ37NABZ********************, Kod 201360, SWİFT: AİİBAZ2X, VÖEN **********) xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №e-2(077)-10/2023
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-10/2023
21.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver