Azərbaycan Respublikası adından QƏRARDAD Şuşa rayonu İş № e-2(077)-117/2022 03.03.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi X1, İddiaçı «X3 Azərbaycan» QSC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı «X3 Azərbaycan» QSC Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki,iddiaçı «X3 Azərbaycan» QSC iddia ərizəsində 2(004)-4147/2019 saylı 28.06.2019-cu il tarixli qətnaməsinin icrası ilə əlaqədar ödənilmiş xidmət haqqının əvəzinin tutulmasını tələb etsə də,iş materiallarına qeyd edilən qətnamənin surətini əlavə etməmişdir ki,bu hal da məhkəmənin iddiaçının iddia tələbinin təmin olunub olunmadığını müəyyən etməyi mümkünsüzdür. Bundan başqa,iddia ərizəsinə əlavə edilmiş 30.03.2020-ci il tarixli aktda «X3 Azərbaycan» QSC tərəfindən "xxxx" MMC-yə 284,34 manat məbləğində xidmət haqqı ödənilməsi nəzərdə tutulsa da,bank tərəfindən həmin məbləğin "xxxx" MMC-yə ödənilməsini təsdiq sənəd iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə,qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki,iddia ərizəsinə iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi faktlar əlavə edilmədiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı «X3 Azərbaycan» QSC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən ərizə ilə məhkəməyə müraciət edə bilər Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində ondan Şuşa Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(077)-117/2022
Şuşa Rayon Məhkəməsi Qərardad — İş №e-2(077)-117/2022
03.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver