Məhkəmə qərarları › İş №e-2(077)-117/2025

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-117/2025

24.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-117/2025 24.04.2025 ŞUŞA RAYON MƏHKƏMƏSİ X5 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şuşa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 6034,13 manat borcun, qaz sayğacına edilmiş müdaxilələrə görə itirilmiş qazın dəyəri 263,52 manat və ödənilmiş 82,96 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Şuşa rayonu, Qaybalı kəndində qeydiyyatda olmaqla, Şamaxı rayonu, Məlhəm kəndində yaşayan Cavabdeh mənzilində istifadə edilmiş təbii qaza görə İddiaçı Ağsu X6 İdarəsinin Şamaxı Xidmət 6297,65 manat debitor borcu yaranmışdır. İddiaçı İBn Ağsu X6 İdarəsinin Şamaxı XS-də abonent kimi qeydiyyatda olan Cavabdeh mənzilinə 2010-cu ilin oktyabr ayında sayğac quraşdırımış, abonentin qaçqın statusu olduğundan abonentə 2016-cı il tarixə kimi qaçqın limiti ayrılmışdır. Lakin cavabdeh 2010-cu ildən 2016-cı ilin dekabr ayına kimi dövlət tərəfindən nəzərdə tutulmuş limitdən artıq təbii qaz istifadə etmişdir. Belə ki, Cavabdeh 2010-cu il üçün 27 manat, 2011-ci il üçün 112 manat, 2012-ci ili üçün 126 manat, 2013-cü il üçün 126 manat, 2014-cü ili üçün 112 manat 2015-ci ili üçün 126 manat və 2016-cı il üçün 102.50 manat. ayrılmışdır. Lakin abonent Cavabdeh ona ayrılmış limitdən artıq istifadə edərək 2016-cı ilin dekabr ayına kimi 2367,13 manat manat borcu yaranmış və yaranmış borc abonent bazasında öz əksini tapır. Qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış qazın alqı-satqısı barədə müqavilənin 2.3.1, 2.3.2 və 3.4 bəndlərinin tələblərinə əsasən istehlakçı bu müqavilənin və qazdan istifadə qaydalarının tələblərinə əməl etməklə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini 1 ay müddətində bank və ya poçt şöbələri vasitəsilə tam ödəməlidir. Bundan başqa xx.xx.2017-ci il tarixində ”Azəriqaz” X3 RQİİ-nin Şamaxı Xidmət Sahəsinin əməkdaşları Şamaxı rayonu, Məlhəm kəndində yaşayan Cavabdeh yaşadığı fərdi yaşayış evinə quraşdırılmış məişət qaz sayğacını növbədənkənar dövlət yoxlamasına göndərmək üçün açaraq götürmüşlər. Bununla bağlı xx.xx.2017-ci il tarixli akt tərtib edilmişdir. Mənzildən açılmış Elster-G4 markalı, **********4 nömrəli qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş, tərtib edilmiş 08.2017-ci il tarixli, 29/1710- 0933-1 nömrəli akta əsasən sayğacın klapanı kənar təsir nəticəsində sındırılıb sayğac istismara yararsız hesab edilmişdir. Həmin akta əsasən Cavabdeh mənzilində istifadə etdiyi qaz işlədici avadanlıqlar və onların parametrlərinə dair xx.xx.2017-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə İddiaçı İB-nin Ağsu RQİİ-nə göndərilmişdir. Həmin akta əsasən Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində xx.xx.2017-ci il tarixində itirilmiş qazın bərpası üzrə akt tərtib edilərək Cavabdeh Şamaxı XS-nin abonent bazasındakı **********02060 nömrəli abonent koduna 432 m3 – 86,40 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Yenidən xx.xx.2024-cü il tarixində ”Azəriqaz” X3 RQİİ-nin Şamaxı Xidmət Sahəsinin əməkdaşları Cavabdeh yaşadığı fərdi yaşayış evinə quraşdırılmış **********679 nömrəli məişət qaz sayğacına vizual baxış keçrilmiş, baxış zamanı sayğacın çıxış plastmas borusuna məftil salınaraq sağacın qaz sərfini qeyd etməməsi aşkar etmişdir. Həmin akta əsasən Cavabdeh mənzilində istifadə etdiyi qaz işlədici avadanlıqlar və onların parametrlərinə dair xx.xx.2024-cü il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə İddiaçı İB-nin Ağsu RQİİ-nə göndərilmişdir. Həmin akta əsasən Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində xx.xx.2024-cü il tarixində itirilmiş qazın bərpası üzrə akt tərtib edilərək Cavabdeh Şamaxı XS-nin abonent bazasındakı **********02060 nömrəli abonent koduna 1476 m3 – 177,12 məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Abonent Cavabdeh abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi səbəbindən itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Cavabdeh ilə bağlanmış təbii qazın alqı-satqısına dair müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən yaranmış mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda tərəflər məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, cavabdeh onunla bağlanılmış müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehə debitor borcun və dəymiş ziyanın ödənilməsi üçün bir neçə dəfə şifahi və yazılı xəbərdarlıq edilmişdir. Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə verərək, iddia tələbini qəbul etmədiyini, İddiaçı tərəfindən tələb olunan borcun əvvəlki illərdə yaranmış borc olduğunu göstərmiş, iddiaçı tərəfindən müddət ötürüldüyünə görə, tələbə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Lakin, cavabdeh məhkəməyə ərizə ünvanlayaraq, yolu uzaq olduğundan məhkəməyə gəlib-gedə bilməyəcəyini göstərmiş və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Qaz paylayıcısı İddiaçı İB ilə abonent Şuşa rayonu, Qaybalı kəndində qeydiyyatda olmaqla, Şamaxı rayonu, Məlhəm kəndində yaşayan Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, XS-56-00903/22 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin surətindən görünür ki, İddiaçı abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. İstismar olunan qaz qurğuları PQ-4 tipli qaz plitəsi, radiator və su qızdırıcıdan ibarətdir. İstehlakçının qaz sayğacının markası G-4, nömrəsi **********679-dur. X1 xx.xx.2017-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında aktının surətindən görünür ki, Şamaxı rayonu, Məlhəm kəndində Cavabdeh yaşadığı ünvanda sayğacın klapanının kənar təsir nəticəsində sındırıldığı aşkar olunmuş, dəymiş ziyanın hesablanması qərara alınmışdır. X1 Ağsu RQİİ-nin xx.xx.2017-ci il tarixli "Dəymiş ziyanıın bərpasına dair" tələbnaməsinin surətindən müəyyən olunur ki, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında itirilmiş qazın bərpası üçün hesabat aparılmış, 432 m3– 86,40 manat məbləğində qaz itkisi hesablanmışdır. X1 xx.xx.2024-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında aktının surətindən görünür ki, Şamaxı rayonu, Məlhəm kəndində Cavabdeh yaşadığı ünvanda qaz sayğacına vizual olaraq baxış keçirilən zaman sayğacın cıxıs plastmas borusuna məftil salaraq sayğacın qaz sərfinin qeyd etməsinə təsir edildiyi aşkar olunmuş, dəymiş ziyanın hesablanması qərara alınmışdır. X1 Ağsu RQİİ-nin xx.xx.2024-cü il tarixli "Dəymiş ziyanıın bərpasına dair" tələbnaməsinin surətindən müəyyən olunur ki, xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında itirilmiş qazın bərpası üçün hesabat aparılmış, 1476 m3 – 177,12 manat məbləğində qaz itkisi hesablanmışdır. Təqdim olunmuş **********2060 kodlu abonent saldosundan görünür ki, Cavabdeh təbii qazdan istifadəyə görə 2017-ci ilin sentyabr ayından 2025-ci ilin yanvar ayına qədər olan dövr ərzində İddiaçı İB-yə 6034,13 manat borcu yaranmışdır. Qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 82,96 manat dövlət rüsumu ödənilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 6-cı hissəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8-ci bəndinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 5.2-ci bəndinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra eilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Mülki qanunvericiliyə görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Beləliklə, işin müəyyən edilmiş mübahisəsiz hallarından da göründüyü kimi, tərəflər arasında qazdan istifadə üzrə müqavilə bağlanmış və onlar üzərilərinə müqavilə şərtlərinə uyğun müvafiq öhdəliklər götürmüşlər. Hazırda iddiaçı ”Azəriqaz” İstehsalat Birliyi iddia edir ki, 2017-ci ilin sentyabr ayından 2025-ci ilin yanvar ayınadək olan dövr ərzində Cavabdeh təbii qazdan istifadəyə görə 6297,65 manat məbləğində borcu yaranmış, həmçinin, ona xx.xx.2017ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt əsasında 86,40 manat məbləğində qaz itkisi, xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında isə 177,12 manat məbləğində qaz itkisi hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Məhkəmə analogiya kimi Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” 12 yanvar 2011-ci il tarixli Qərarına istinad etməyi zəruri hesab edir. Həmin qərarda qeyd edilmişdir ki, hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının tutulmasının Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətinin bitməsi həmin Məcəllənin 93.1.1-ci maddəsinə uyğun olaraq vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin bitməsi kimi qəbul olunaraq, tutulma müddəti bitmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar ümidsiz borc kimi silinməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə iddiaçı "Azəriqaz" İB-yə istehlakçılar tərəfindən öhdəliklər qanunvericiliklə müəyyən edilmiş müddətlərdə yerinə yetirilmədikdə, yaranmış borcların ödənilməsini təmin etmək üsulu kimi bir sıra hüquqlar verilməsinə baxmayaraq, (məsələn, istehlakçıya təbii qazın verilməsini dayandırmaq, məhkəmədə iddia qaldırmaq və s.) iddiaçı həmin hüquqlarından vaxtında istifadə etməmişdir. Digər tərəfdən, araşdırma zamanı müəyyən edilmişdir ki, zərərin hesablanmasına əsas olmuş aktlar tərtib edilərkən cavabdeh tərəfindən imzalanması barədə xüsusi qeyd edilməmiş, abonentin və ya ailə üzvlərindən hər hansı bir şəxsin iştirakı təmin edilməməklə aktın bir surəti digər tərəfə təqdim edilməmiş, formal olaraq abonentin imtina etməsi qeyd edilmişdir. Bundan əlavə, aktların tərtib edilməsi vaxtı evə baxış keçirilmədən fərqli qaz avadanlıqlarının olması qeyd edilməklə həmin avadanlıqların qaz sərfiyyatı nəzərə alınmışdır. Belə olan halda, müvafiq aktların tərtibi zamanı həqiqətən də, evə baxış keçirilməməsi, eyni zamanda abonentin və ya ünvanda yaşayan hər hansı bir ailə üzvünün imtina etməsinin formal olaraq göstərilməsi də öz təsdiqini tapır. Məhkəmə qeyd edir ki, iddiaçı təşkilat qaz sayğacına müdaxilənin məhz cavabdeh tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan ona yüksək məbləğdə cərimə hesablamışdır. İddiaçı tərəfin özünün istinad etdiyi halları, yəni zərərin hesablanmasına səbəb olmuş aktların qəbul edilməsi üçün əsas olmuş halları və aktların doğruluğunu sübut etmək vəzifəsi prosessual qanunvericiliyin tələblərinə əsasən onun üzərinə düşür ki, iddiaçı tərəfindən iddiada qeyd edilən və cavabdeh tərəfindən qəbul edilməyən hallar sübuta yetirilmədiyindən həmin aktlar üzrə hesablanmış zərər də cavabdehdən tutula bilməz. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarına və onların şərhinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun öz Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsaslanaraq hesab edir ki, araşdırılmış sübuttlarla Cavabdeh təbii qazdan istifadəyə görə borcunun 1012,80 manatının 2020-ci ilin fevral ayından əvvələ aid olması, həmin borc üzrə iddiaçının tələbetmə hüququnun keçməsi, hazırda cavabdehin iddiaçıya 5107,73 manat borcunun qalması müəyyən edildiyindən, iddia tələbi qismən təmin olunmalı, 5107,73 manat Cavabdeh tutularaq, İddiaçı İB-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 81 faiz həcmində təmin edildiyinə görə, məhkəməyə iddianın verilməsi üçün ödənilmiş 82,96 manat məbləğində dövlət rüsümunun 67,20 manat hissəsi cavabdehdən tututlub iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Аzərbaycan Рespublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 5107,73 (beş min bir yüz yeddi manat 73 qəpik) manat borc və dövlət rüsumunun 67,20 (altmış yeddi manat 20 qəpik) manat hissəsi İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar