Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-194/2022 15.09.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X5 iclas katibliyi, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul tələbi»nə dair mülki işə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh **-PS-*** dövlət qeydiyyat nişanlı,“Nexia Ravon R3 SX” markalı avtomobilə dəymiş zərər nəticəsində "xxxx" ASC-yə ödənilmiş 1050 (bir min əlli) manat franşiza, 10088 (bir on min səksən səkkiz) manat itirilmiş qazancın və ödənilmiş 132 (yüz otuz iki) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,"xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış 25 noyabr 2019-cu il tarixli K-324A-PCC-19 nömrəli avtomobilin müddətli satışı üzrə müqaviləyə əsasən “Ravon R3 SX” minik markalı ** PD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi alıcıya,yəni İddiaçı MMC-yə verilmişdir.Yəni İddiaçı MMC şirkəti Digər Lizinq şirkətindən avtomobillər alaraq taksi fəaliyyəti göstərən şəxslərin istifadəsinə verir. (sublizinq)İddiaçı MMC ilə X3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən “Nexia Ravon R3” markalı **-PD-*** (sonra adlandırılacaq ** PS ***) dövlət qeydiyyat nişanlı avtomobil ona icarəyə verilmişdir.Sözügedən avtomobil sürücünün istifadəsinə xx.xx.2020-ci il tarixli AKT-a əsasən verilmişdir. Hazırki mülki iş üzrə sözügedən avtomobili icarəyə götürən X4 14 yanvar 2021-ci il tarixində saat 16:15 radələrində o, müqavilə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə ona təhvil verilən “Nexia Ravon R3 SX” markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Qaradağ rayonu istiqamətində hərəkətdə olan zaman Cavabdeh idarə etdiyi hüquqi sahibi X11 olan **-VB-*** dövlət qeydiyyat nişanlı “Hyndai Tucson” markalı nəqliyyat vasitəsi ilə toqquşmuşdur.Avtoqəza nəticəsində avtomobil sıradan çıxmış və təmir-bərpa işləri üçün 5558 (beş min beş yüz əlli səkkiz) manat məbləğində ziyan dəymişdir.Avtomobilin təmir olunması üçün "xxxx" ASC-yə 1050 (min əlli) manat franşiza ödənilmişdir.Əlavə olaraq **-PS-*** dövlət qeydiyyat nişanlı, “Nexia Ravon R3 SX” markalı avtomobilin qəzadan sonra təmir-bərpa işləri üçün İddiaçı MMC-yə 388 (üç yüz səksən səkkiz) gün ərzində avtomobil taksi kimi fəyaliyyət göstərməməsi nəticəsində gündəlik 26 (iyirmi altı) manat olmaqla ümumilikdə 10088 (on min səksən səkkiz) manat ziyan dəymişdir.Həmçinin avtomobil digər şirkətə məxsus olması səbəbindən qeyri şərtsiz aylıq cədvəl üzrə ödənişləri həyata keçirilməlidir. Qazanc əldə etmədən həmin lizinq borcu İddiaçı MMC tərəfindən ödənilmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı MMC-nin nümayəndəsi X6 iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh isə iddia tələbini qismən qəbul etdiyini və sözügedən nəqliyyat vasitəsinə dəyən ziyanın məbləğinin şişirildiyini bildirmişdir. Hazırkı məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı MMC-nin nümayəndəsi və Cavabdeh lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər.İddiaçı MMC-nin nümayəndəsi ərizə göndərərək məhkəmə baxışında iştirak edə bilməyəcəyini,məhkəmə baxışını onun iştirakı olmadan keçirilməsini və İddiaçı MMCnin xeyrinə yekun qərar çıxarılmasını xahiş etmişdir.Cavabdeh gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib,işin materiallarını araşdırıb,işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarında olan: - "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli K-324A- PCC-19 saylı müqavilədən görünür ki, "xxxx" MMC “Ravon R3 SX” minik markalı ** PD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini İddiaçı MMC satmağı, İddiaçı MMC isə müqavilənin ayrılmaz hissəsi olan 2 nömrəli Əlavə ilə müəyyən edilmiş şərtlərlə dəyərini "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. - İddiaçı MMC ilə X3 arasında bağlanmış 20 noyabr 2020-ci il tarixli 418-254-221- 136-5/İ saylı nəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki,X3 “Ravon R3 SX” minik markalı (nəqliyyat vasitəsinin əvvəlki dövlət qeydiyyat nişanı ** PD *** olmuş,sonrakı ** PS ***) nəqliyyat vasitəsini xidməti ehtiyaclar üçün (müvafiq icra hakimiyyəti orqanından VÖEN almaqla lisenziyalı taksi fəaliyyəti ilə məşğul olmaqdan ötrü) öz istifadəsinə götürmüşdür. - İddiaçı MMC-nin xx.xx.2020-ci il tarixli 418-254-221-136-5/İ saylı icarə müqaviləsi əsasında müvəqqəti icarəyə verilən “Ravon R3 SX” markalı ** PD *** dövlət nömrə nişanlı avtomobilin faktiki texniki vəziyyəti və təhvil-təsliminə dair aktdan görünür ki,“Ravon R3 SX” markalı ** PD *** dövlət nömrə nişanlı avtomobil sol qabaq və arxa qapı əzik,sol arxa qanad əzik,sağ arxa qanadda kiçik əzik,1 ədəd kiçik batıq,kapotda batıq,qabaq buferin sağ buynuzunun üç tərəfi yüngül əzik və arxa buferin sağ,sol tərəfləri cızıq,siyrilmə,sol-sağ güzgüdə cızıq vəziyyətində X2 təhvil verilmişdir. - TP414636 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki,Cavabdeh xx.xx.2021-ci il tarixdə saat 16:15-də “Hyundai Tucson minik” markalı, ** VB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 40 manat məbləğində cərimə edilmişdir. - AB 56287 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai Tucson minik” markalı ** VB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X9 mülkiyyətindədir. - xx.xx.2021-ci il tarixli Preyskurantın surətindən görünür ki,“Ravon R3 SX” markalı ** PD *** dövlət nömrə nişanlı avtomobilə ümumilikd 5558 manat məbləğində maddi ziyan dəymişdir. - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 217/22 saylı arayışından görünür ki, “Ravon R3 SX” markalı ** PD *** dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə ağır qəza ilə servis mərkəzinə daxil olmuş,gedən uzunmüddətli təmir prosesindən sonra xx.xx.2022ci il tarixdə istismar üçün təhvil verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə iclasında işin faktiki halları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki,"xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2019cu il tarixli K-324A-PCC-19 saylı müqaviləyə əsasən “Ravon R3 SX” markalı ** PD *** dövlət nömrə qeydiyyat nişanlı nəqliyyat vasitəsini "xxxx" MMC İddiaçı MMC-yə müddətli satmışdır. İddiaçı MMC isə 20 noyabr 2020-ci il tarixli 418-254-221-136-5/İ saylı nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən sözügedən avtomobili gündəlik 26 manat ödəməklə taksi fəaliyyəti ilə məşğul olmaqdan ötrü X1 istifadəsinə vermişdir. X3 qeyd edilən avtomobil ilə hərəkətdə olarkən xx.xx.2021-ci il tarixdə cavbadeh Cavabdeh idarə etdiyi “Hyundai Tucson minik” markalı ** VB *** dövlət nömrə qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur.Qeyd edilən yol-nəqliyyat hadisəsində Cavabdeh təqsirli bilinmiş və barəsində TP414636 nömrəli inzibati tənbeh vermə haqqında qərar verilərək inzibati cərimə edilmişdir.Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitəsinə dəyən ziyanın aradan qaldırılması məqsədilə avtomobil xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" MMC-də təmir prosesində olmuşdur. Məhkəmə iddianın “1050 manat franşiza məbləğinin tutulması” hissəsinə münasibətdə bildirir ki,iddiaçı tərəf franşiza məbləğinə dair sığorta müqaviləsini və ya bu fakı təsdiq edən hər hansı bir sübutu,həmçinin İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə 1050 manat franşiza məbləğinin ödənilməsini təsdiq edən hər hansı bir sübut təqdim edilmədiyindən iddia tələbi bu hissədə təmin olunmamalıdır. Bundan başqa,iddiaçı “Nexia Ravon R3 SX” markalı avtomobilin qəzadan sonra təmir-bərpa işləri üçün İddiaçı MMC-yə 388 gün ərzində avtomobil taksi kimi fəyaliyyət göstərməməsi nəticəsində gündəlik 26 manat olmaqla ümumilikdə 10088 manat ziyan dəydiyini bildirsədə məhkəmə hesab edir ki,sözügedən nəqliyat vasitəsinin təmir bərpa işlərinin 388 gün çəkməsi iddiaçının hərəkətsizliyi nəticəsində süni şəkildə məbləğin şişirdilməsinə gətirib çıxarmışdır.Məhkəmə hesab edir ki,nəqliyyat vasitəsinin təmir bəpa işləri ağlabatan müddətdə,yəni 30 gün müddətində hesablanması daha məqsədəuyğun hesab etmək olar.Ona görə də,cavabdehdən 30 gün üçün gündəlik 26 manat olmaqla,ümumilikdə 780 manat ziyan tutularaq iddiaçıya ödənilməli və iddia tələbi bu hissədə qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 40 manatı cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə,məhkəmə hesab edir ki,iddia tələbi qismən təmin edilməli,Cavabdeh 780 manat maddi ziyan və 40 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməli,iddia tələbi qalan hissədə əsassız olduğundan rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 780 (yeddi yüz səksən) manat maddi ziyan və 40 (qırx) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(077)-194/2022
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-194/2022
15.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver