Məhkəmə qərarları › İş №e-2(077)-361/2022

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-361/2022

26.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-361/2022 26.10.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «müqavilə üzrə yaranmış borcun tutulması» tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «müqavilə üzrə yaranmış borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh şəxsi hesabında olan qalıq vəsaitindən artıq miqdarda xərclədiyi 55,59 (əlli beş manat əlli doqquz qəpik) manat məbləğində borcun və 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş,lakin onun iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki,iddia tələbi təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 445, 468, 741-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq müəyyən etdi: İddiaçı ASC ilə fiziki şəxs Cavabdeh arasında bağlanmış 07 mart 2019-cu il tariхli Qeyrikredit bank xidmətlərinin göstərilməsi haqqında baş sazışə əsasən cavabdehin adına plastik kart hesabı açılmışdır.Müqavilənin şərtlərinə uyğun olaraq hesab sahibi olan Cavabdeh açılmış AZ80AZEN******************** saylı plastik kart hesabına daxil olan pul vəsaitlərini qəbul etməyi və hesaba salmağı, hesabdan pul vəsaitlərini köçürməyi və verməyi, habelə hesab üzrə digər əməliyyatların aparılmasına dair imkan yaradılır.Bu müqavilənin şərtlətinə əsasən hesab üzrə əməliyyatlar hesabda mövcud olan pul vəsaiti həcmində aparılır. Həmin vəsaitin həcmindən artıq məbləğ istifadə edildikdə texniki Overdraft yaranır (Overdraft - hesabda olan qalıq vəsaitdən artıq miqdarda vəsitin xərclənməsi) və hesab sahibi Bankın tələbi ilə müvafiq vəsaiti Banka dərhal qaytarmalıdır.xx.xx.2022-ci il tarixdə Cavabdeh cari hesabında 0.91 manat məbləğində pul vəsaiti var idi. Borclunun onlayn hesanına xx.xx.2022-ci il tarixdə 16000 rus rublu və xx.xx.2022-ci il tarixdə 9900 rus rublu SBOL internet bankinq vasitəsi pul vəsaiti köçürülmüşdür.Onun onlayn hesabına həmin vəsaitlər onlayn qaydada ABŞ dolları məzənnəsinə konvertasiya edilərək daha sonra müvafiq olaraq 1-ci köçürmə üzrə 313.86 manat və 2-ci köçürmə üzrə 153.65 manat məbləğlərində əks olunmuşdur. Odur ki, xx.xx.2022-ci il tarixdə borclu 314 manat, xx.xx.2022-ci il tarixdə isə 150 manat (əlavə 2.25 manat xidmət haqqı tutulmuşdur) pul vəsaitlərini hesabından məxaric etmişdir.Köçürmələr üzrə vəsaitlərin göndərən tərəfin klirinqi (təsdiqi) banka məxsus sistemə müvafiq olaraq xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə daxil olmuşdur.1-ci köçürmə üzrə klirinq göndərilən günə məzənni fərqi olduğundan pul vəsaiti 256.1 manat məbləğində hesaba mədaxil edilmişdir.Lakin bu məlumat daxil olanadək borclu həmin məbləğdə yox,314 manat məbləğində məxaric etmişdir.Ona görə də, kliring daxil olana kimi borclu kartdan artıq vəsait məxaric etdiyinə görə 55.59 manat məbləğində overdraft yaranmışdır.Bildirilir ki, onlayn bank və ya bankomatlar üzərindən ölkə daxilində fəaliyyət göstərən digər prosesinq mərkəzlərinə və ya ölkədən kənarda fəaliyyət göstərən prosesinq mərkəzlərinə məxsus ödəniş kartlarından köçürülən vəsaitlər (Card to Card – Visa Direct, MasterCard MoneySend) “Hesab sahibi”-nin kart hesabına 3 (üç) bank günü ərzində mədaxil edilir.Cavabdehə xəbərdarlıq məktubu təqdim edilərək ona mübahisənin məhkəməyə qədər nizama saılnması təklif edilmiş,həmçinin, cavabdehə dəfələrlə edilmiş şifahi хəbərdarlıqlara baxmayaraq üzərinə düşdüyü öhdəlikləri icra etməmişdir. Göründüyü kimi,cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir.Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn,pulu ödəməli,əmlakı verməli,iş görməli,xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.Bu mənada,öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur.Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir.Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki,iddia tələbi təmin edilməli, cavabdehdən şəxsi hesabında olan qalıq vəsaitindən artıq miqdarda xərclədiyi 55,59 manat məbləğində borc və 30,40 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh şəxsi hesabında olan qalıq vəsaitindən artıq miqdarda xərclədiyi 55,59 (əlli beş manat əlli doqquz qəpik) manat məbləğində borcun və 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutulub İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar