Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-99/2022 10.11.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı Cavabdeh qarşı «əmlakın açıq hərracdan satılması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq,Sumqayıt şəhəri,7-8-12-ci məhəllə,ev 7A,mənzil 42 ünvanında yerləşən mənzilin açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri olan İddiaçı və Cavabdeh arasında paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının vəkili-nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizə verərək,Sumqayıt şəhəri,7-8-12-ci məhəllə,ev 7A,mənzil 42 ünvanında yerləşən mənzilin kompensasiya edilməklə alınması,bu mümkün olmadıqda həmin mənzilin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylarına mütənasib şəkildə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,Şuşa Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(077)-53/2019 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında olan nikah pozulmuşdur.Şuşa Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(077)-167/2019 saylı qətnaməsi ilə birgə nikah dövründə əldə edilmiş Sumqayıt şəhəri,7-8-12-ci məhəllə,ev 7A,mənzil 42 ünvanında yerləşən mənzildə İddiaçı payı ½ hissə,Cavabdeh payı isə ½ hissə müəyyən edilmişdir.Sumqayıt şəhəri,7-8-12-ci məhəllə,ev 7A,mənzil 42 ünvanında yerləşən mənzilin sahəsi 4.0 m² dəhlizdən, 11.2 m² və 14.8 m² yaşayış otağından, 1.1 m² balkondan, 4.9 m² mətbəxdən və 1.9 m² hamam tualetdən ibarət olmaqla,ümumilikdə 37.9 m² təşkil edir.İddiaçı mülkiyyətində olan mübahisəli mənzildə yaşamaq hüququndan məhrum edildiyindən payın naturada ayrılmasına dair məhkəmədə iddia qaldırmış,lakin Şuşa Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(077)-298/2021 saylı qətnaməsi ilə qeyd edilən mənzilin naturada ayrılması texniki cəhətdən mümkün olmadığından iddia təmin edilməmişdir.Bu səbəbdən qeyd edilən mənzilin açıq hərracda satılaraq əldə olunmuş məbləğin bərabər şəkildə bölünməsi məqsədəuyğundur.Bu məqsədlə İddiaçı Cavabdeh öz payını satmağı təklif etsə də,cavabdeh təklifi qəbul etməmiş və məktubu qəbul etməkdən imtina etmişdir. İddiaçı və Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər.İddiaçının vəkilinümayəndəsi Nümayəndə ərizə göndərərək,çoxsaylı məhkəmə iclaslarında iştirak etməyi ilə əlaqədar məhkəmə iclasına gəlməyəcəyini,işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.Cavabdeh gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki,aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməməlidir. İş materiallarında olan: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki,Sumqayıt şəhəri,7- 8-12-ci məhəllə,ev 7A,mənzil 42 ünvanında yerləşən daşınmaz əmlakın ½ hissəsinə İddiaçı, ½ hissəsinə Cavabdeh xüsusi mülkiyyət hüququ qeydiyyata alınmışdır; - Şuşa Rayon Məhkəməsinin 2(077)-298/2021 saylı 25 noyabr 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki,İddiaçı Cavabdeh qarşı «payın naturada ayrılması» tələbinə dair iddiası təmin edilməmişdir. - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli QXM427/M saylı qiymətləndirmə hesabatından görünür ki,Sumqayıt şəhəri,7-8-12-ci məhəllə,ev 7A,mənzil 42 ünvanında yerləşən daşınmaz əmlakın likvid dəyəri 42000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Beləliklə,işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, Sumqayıt şəhəri,7-8-12-ci məhəllə,ev 7A,mənzil 42 ünvanında yerləşən daşınmaz əmlakda ½ hissəsinə İddiaçı, ½ hissəsinə Cavabdeh payı müəyyən edilmişdir.İddiaçı əmlakın naturada bölünməsi barədə iddia qaldırsa da,mənzilin texniki cəhətdən bölünməsi mümkün olmadığından iddia tələbi təmin edilməmişdir.İddiaçı öz payını Cavabdeh təklif etsə də,cavabdeh bu təklifi qəbul etməmişdir.Həmçinin məhkəmə gedişatı zamanı Cavabdeh iddiaçıya 10000 manat məbləğində kompensasiya məbləği təklif etmiş,lakin iddiaçı qeyd edilən məbləğlə razılaşmamışdır. Məhkəmə iddia tələbinin “kompensasiya ödənilməklə mübahisəli mənzilin alınması” hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki,cavabdeh 10000 manat məbləğində kompensasiya təklif etsə də,iddiaçı həmin məbləğlə razılaşmadığından,həmçinin qeyd edilən kompensasiya məbləği evin likvid dəyərinin iddiaçıya məxsus pay hissəsinə düşən məbləğdən xeyli az olduğundan,iddia tələbi bu hissədə təmin olunmamalıdır. Məhkəmə hesab edir ki,paylı mülkiyyətin mülkiyyətçilərini ümumi əşyanın bölünməsinin şərtləri haqqında razılığa gəlmədiklərindən və ümumi əşyanın naturada bölünməsi texniki cəhətdən mümkün olmadığından mübahisəli Sumqayıt şəhəri,7-8-12-ci məhəllə,ev 7A,42 mənzil açıq hərracda satılmalı və hərracda əldə olunmuş məbləğ tərəflərin payına mütənasib surətdə bölüşdürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə qiymətləndirməyə ödəniləcək 300 manat məbləğində məhkəmə xərci vardır. Məhkəmə hesab edir ki,iddia qismən təmin edildiyindən,qiymətləndirmə xərcinə görə 150 manat iddiaçıdan,150 manat cavabdehdən tutualaraq "xxxx" MMC-nin "xxxx" ASC-nin İnşaatçılar filialı,H/h AZ53AİİB400600C**********226, M/h AZ37NABZ********************, kod 201360,SWİFT:AİİBAZ2X,VÖEN ********** nömrəli hesabına ödənilməlidir. Həmin Məcəllənin 218.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı və Cavabdeh ümumi birgə mülkiyyətində olan Sumqayıt şəhəri,7-8-12-ci məhəllə,ev 7A,42 nömrəli mənzil açıq hərracda satılsın. Satışdan əldə olunacaq pulun ½ hissəsi İddiaçı və ½ hissəsi Cavabdeh verilsin. İddiaçı 150 (bir yüz əlli) manat və Cavabdeh 150 (bir yüz əlli) manat məbləğində qiymətləndirmə xərci tutularaq "xxxx" MMC-nin "xxxx" ASC-nin İnşaatçılar filialı,H/h AZ53AİİB400600C**********226, M/h AZ37NABZ********************, kod 201360,SWİFT:AİİBAZ2X,VÖEN ********** nömrəli hesabına ödənilsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə,qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(077)-99/2022
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-99/2022
10.11.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver