Məhkəmə qərarları › İş №e-2(078)-1012/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-1012/2024

24.06.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-1012/2024 24.06.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, iddiaçılar İddiaçı2, İddiaçı1 və X1 Cavabdeh qarşı birgə mülkiyyətdə olan mənzilə payların müəyyənləşdirilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: İddiaçılar İddiaçı2, İddiaçı1 və X3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə mülkiyyətdə olan, ünvan 1 ünvanında yerləşən mənzilə dair 5/8 (səkkizdə beş) hissədə İddiaçı2, 1/8 (səkkizdə bir) hissədə İddiaçı1, 1/8 (səkkizdə bir) hissədə X1 və 1/8 (səkkizdə bir) hissədə Cavabdeh paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə olunmuş etibarnamədən görünür ki, İddiaçı1 təmsil etmək üçün Vəkil etibarnamə verilmiş, iddia ərizəsi İddiaçı1 adından Vəkil tərəfindən imzalanmışdır. İddia ərizəsi digər iddiaçılar İddiaçı2 və X1 adından Vəkil tərəfindən imzalanmış, lakin iddia ərizəsinə Vəkil digər iddiaçılar İddiaçı2 və X1 adından iddia ərizəsini imzalamaq səlahiyyətini təsdiq edən etibarnamə əlavə edilməmişdir. Bununla da, iddia ərizəsi onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanması nəticəsini yaratmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 3.1-ci maddəsinə əsasən, məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. 73.1-ci maddəsinə müvafiq olaraq, nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1 və 152.1.2-ci maddələrinə müvafiq olaraq, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsi qaytarıldığına görə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Çünki Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Lakin Vəkil tərəfindən 09 fevral 2024-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu geri qaytarılmamalıdır. Ona görə ki, qeyd edilən dövlət rüsumu Naxçıvan Şəhər Məhkəməsinin 28 mart 2024-cü il tarixli 2(078)- 466/2024 nömrəli qərardadı ilə geri qaytarılmışdır və icra edilmişdir. İddiaçılar İddiaçı2, İddiaçı1 və X2 izah olunur ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qəraraaldım: İddiaçılar İddiaçı2, İddiaçı1 və X1 Cavabdeh qarşı birgə mülkiyyətdə olan mənzilə payların müəyyənləşdirilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılar İddiaçı2, İddiaçı1 və X2 izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, o rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar