Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-1022/2024 26.11.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh MMC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-nin 22 aprel 2024-cü il tarixli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbi əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, Cavabdeh MMC-yə xx.xx.2023-cü il tarixdə menecer vəzifəsinə işə qəbul edilmişdir. İşlədiyi müddətdə nümunəvi işçi olmuş, intizam məsuliyyətinə cəlb edilməmişdir. Cavabdeh müəssisənin rəhbərliyinin şəxsi qərəzli münasibətinin nəticəsi olaraq xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. İşdən azad edilməsi barədə əmr və əmək kitabçası ona təqdim edilməmişdir. İşə bərpa olunması üçün cavabdehə mediasiyada iştirak etmək üçün təklif göndərmişdir. Cavabdeh isə mediasiya prosesində iştirak etməmişdir. Eyni zamanda bildirir ki, xx.xx.2024-cü il tarixdə öz hesabına məzuniyyətə çıxmışdır. Məzuniyyətdə olduğu dövrdə onun əmək müqaviləsinə xitam verilmişdir. Mülki iş üzrə 26 noyabr 2024-cü il tarixdə keçirilən məhkəmə baxış iclasında İddiaçı və Cavabdeh MMC-nin nümayəndəsi X3 aralarında bağlanmış 20 noyabr 2024cü il tarixli barışıq sazişi ilə məhkəməyə müraciət edərək işin məhkəmədə gedişi zamanı aralarında razılığa gəldiklərini və aşağıda qeyd edilən şərtlər daxilində barışıq sazişinin təsdiq edilməsini xahiş etdilər: - Bu Sazişə əsasən tərəflər belə razılığa gəlirlər ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi əmri ləğv edilsin. - İddiaçı məcburi iş buraxmaya görə ödənilməli olan 2450 (iki min dörd yüz əlli) manat əmək haqqının 1000 (bir min) manat məbləğində olan hissəsini noyabr ayının son on günlüyündə, qalan 1450 (bir min dörd yüz əlli) manat hissəsini isə 2025-ci il yanvar ayının sonunadək ödənilməsini cavabdeh qismində Cavabdeh MMC-nin direktoru X3 öz öhdəsinə götürür. - İddia ərizəsində tələb edilən əvvəlki iş yerinə bərpa edilmə və qalan əmək haqqı tələbindən imtina edərək bir daha belə bir tələbi olmayacağını İddiaçı öz öhdəsinə götürür. - Tərəflər bəyan edirlər ki, bu Sazişin 2.1-2.2-ci bəndlərində müəyyən edilən hallarla bağlı bir-birilərinə qarşı əlavə tələb və ya iddiaları yoxdur və olmayacaq. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Məhkəmə iş materiallarını, İddiaçı ilə Cavabdeh MMC-nin direktoru X3 arasında bağlanmış barışıq sazişinin şərtlərini araşdırıb yuxarıda qeyd olunan prosessual hüquq normalarına istinadən hesab edir ki, İddiaçı ilə Cavabdeh MMC-nin direktoru X3 arasında bağlanmış barışıq sazişinin şərtləri qanunazidd olmadığından, tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, həmin barışıq sazişi məhkəmə tərəfindən qəbul olunmalı, barışıq sazişinin şərtləri təsdiq olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.5-ci maddələrinə əsasən tərəflər barışıq sazişi imzalamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 262-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 20 noyabr 2024-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: -İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi əmri ləğv edilir. - İddiaçı məcburi iş buraxmaya görə ödənilməli olan 2450 (iki min dörd yüz əlli) manat əmək haqqının 1000 (bir min) manat məbləğində olan hissəsini noyabr ayının son on günlüyündə, qalan 1450 (bir min dörd yüz əlli) manat hissəsini isə 2025-ci il yanvar ayının sonunadək ödənilməsini cavabdeh qismində Cavabdeh MMC öz öhdəsinə götürür. - İddia ərizəsində tələb edilən əvvəlki iş yerinə bərpa edilmə və qalan əmək haqqı tələbindən imtina edərək bir daha belə bir tələbi olmayacağını İddiaçı öz öhdəsinə götürür. - Tərəflər bəyan edirlər ki, bu Sazişin 2.1-2.2-ci bəndlərində müəyyən edilən hallarla bağlı bir-birilərinə qarşı əlavə tələb və ya iddiaları yoxdur və olmayacaq. İddiaçı ilə Cavabdeh MMC-nin nümayəndəsi X3 arasında bağlanmış 20 noyabr 2024-cü il tarixli barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildiyindən mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-1022/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-1022/2024
26.11.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver