Məhkəmə qərarları › İş №e-2(078)-1029/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-1029/2022

18.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-1029/2022 18.10.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, Biləsuvar rayon Yuxarı Ağalı kəndində qeydiyyatda olub, ünvan 1 ünvanında yaşayan İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyənetdim: İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3147 (üç min bir yüz qırx yeddi) manat, hüquqi yardıma görə ödənilmiş 150 (yüz əlli) manat, dövlət rüsumuna görə ödənilmiş 54 (əlli dörd) manat olmaqla ümumilikdə 3351 (üç min üç yüz əlli bir) manatın tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında 16 oktyabr 2014-cü il tarixli 4-xx.xx.2014 nömrəli kredit müqaviləsi bağlanmışdır. 16 oktyabr 2014-cü il tarixli 4-xx.xx.2014 -SM108 nömrəli Zaminlik Müqaviləsinin 2.1-ci bəndində qeyd olunmuşdur ki, İddiaçı sözügedən kredit müqaviləsinə zamin olmuşdur. "xxxx"ASC tərəfindən verilmiş 31 avqust 2022-ci il tarixli, 463 saylı arayışdan görünür ki, borclu Cavabdeh kredit borcunu ödəmədiyi üçün Zaminlik müqaviləsinin tələblərinə uyğun olaraq İddiaçı kart hesabından cəmi 3147 AZN pul vəsaiti Nicat Səfəralı oğlunun krediti ödənməsi üçün tutulmuşdur. "xxxx" ASC tərəfindən verilmiş 5 sentyabr 2022-ci il tarixli, 476 saylı arayışdan görünür ki, 16 oktyabr 2014-cü il tarixli Zaminlik Müqaviləsinə 29 oktyabr 2019-cu il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinə əsasən Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. İddiaçı sonda qanunvericiliyin müvafiq normalarına istinad edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: xx.xx.2014-cü il tarixli 4-xx.xx.2014SM108 saylı Zaminlik müqaviləsindən görünür ki, "xxxx" ASC-nin Cəlilabad filialı ilə Cavabdeh arasında bağlanmış "16" oktyabr 2014cü il tarixli 4-xx.xx.2014 №11 Kredit Müqaviləsinə əsasən 10000 (on min) manat məbləğində 36 (otuz altı) ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi "xxxx" ASC-nin Cəlilabad filialı ilə İddiaçı arasında həmin tarixdə Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtinə görə Zamin Borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə Kreditor qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakı, banklardakı vəsaitləri, qiymətli kağızlan və s. hesabına ödənilməsini öhdəsinə götürür. xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin Cəlilabad filialı tərəfindən verilmiş 463 nömrəli arayışda qeyd olunmuşdur ki, "xxxx" ASC ilə fiziki şəxs İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 4-16.2014-SM108 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh 10000 (on min) AZN məbləğində kreditə zamin durmuşdur. Borclu kredit borcunu ödəmədiyi üçün Zaminlik müqaviləsinin tələblərinə uyğun olaraq İddiaçı kart hesabından cəmi 3147 (üç min bir yüz qırx yeddi) AZN vəsait Cavabdeh xeyrinə tutulmuşdur. xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin Cəlilabad filialı tərəfindən verilmiş 476 nömrəli arayışda qeyd olunmuşdur ki, "xxxx" ASC ilə fiziki şəxs İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 4-16.2014-SM108 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh Səfərəli oğluna 10000 (on min) AZN məbləğində kreditə zamin olmuşdur. Hal hazırda kredit tam bağlanmış və xx.xx.2019 tarixində müqaviləyə xitam verilmişdir. Borcalan Cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il taixdə pretenziya göndərilmiş və borcun ödənilməsinə dair xəbərdarlıq edilmişdir. İddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 475.1-ci maddəsinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinə əsasən Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə xx.xx.2022-ci il tarixdə daxil olmuş ərizə üzrə xx.xx.2022-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin Cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə Cavabdeh 3147 (üç min bir yüz qırx yeddi) manat pul İddiaçı xeyrinə tutulmalıdır. Ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə ********* nömrəli qəbzlə Azərbaycan Respublikası Mərkəzi X1 ödənilmiş 54 (əlli dörd) manat dövlət rüsumu və vəkilə hüquqi yardım üçün xx.xx.2022-ci il tarixli qəbzlə ödənilmiş 150 (bir yüz əlli) manat xidmət haqqı Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdim: İddia təmin edilsin. Cavabdeh 3147 (üç min bir yüz qırx yeddi) manat pul İddiaçı xeyrinə tutulsun. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə ********* nömrəli qəbzlə Azərbaycan Respublikası Mərkəzi X1 ödənilmiş 54 (əlli dörd) manat dövlət rüsumu və vəkilə hüquqi yardım üçün xx.xx.2022-ci il tarixli qəbzlə ödənilmiş 150 (bir yüz əlli) manat xidmət haqqı Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar