Məhkəmə qərarları › İş №e-2(078)-1077/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-1077/2023

12.09.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-1077/2023 12.09.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh təşkilat Gəmiqaya X2 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı qanunsuz əmrin ləğv edilməsi, əmək haqqının ödənilməsi, tutduğu sonuncu vəzifəyə uyğun işə bərpa olunmağı və ona dəymiş mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: Əliyev X3 X2 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən çıxarılmağı barədə verilmiş qanunsuz əmrin ləğv edilməsi, məcburi işburaxma müddətinə görə əmək haqqısının ödənilməsi, tutduğu sonuncu vəzifəyə uyğun işə bərpa olunmağı və ona dəymiş mənəvi zərərə görə 20000 (iyirmi min) manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə hazırlıq iclasına gəlməmiş, lakin məhkəmədə nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə hazırlıq iclası iddiaçının iştirakı olmadan keçirilmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil1 məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə hazırlıq iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə hazırlıq iclası iddiaçının vəkili və nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. Cavabdeh təşkilat Gəmiqaya X2 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh təşkilatın nümayəndəsi məhkəmə hazırlıq iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə hazırlıq iclası cavabdeh təşkilatın nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. Cavabdeh təşkilat Gəmiqaya X2 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə ərizə göndərərək bildirmişdir ki, İddiaçı tərəfindən ilkin mediasiya sessiyasında iştirakın tələbləri pozulmuşdur və bu səbəbdən onun məhkəməyə təqdim etdiyi iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, İddiaçı ilə Gəmiqaya X2 "xxxx" MMC arasında mediator və ya mediasiya təşkilatı barədə hər hansı razılıq olmadığı halda, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etdiyini və ilkin mediasiya sessiyasının baş tutmadığına dair Bakı şəhər 18 saylı Mediasiya Təşkilatının verdiyi arayışı məhkəməyə təqdim etmişdir. Halbuki Mediasiya haqqında Qanunun 28.3-cü maddəsinə əsasən, tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Gəmiqaya X2 "xxxx" MMC-nin hüquqi ünvanı Naxçıvan şəhəri olduğu üçün, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə də Naxçıvan Şəhər Məhkəməsidir. Mübahisənin məhkəmə aidiyyəti Naxçıvan Şəhər Məhkəməsi olduğu üçün yuxarıda qeyd etdiyimiz Mediasiya haqqında Qanunun 28.3-cü maddəsinin tələbinə əsasən, ilkin mediasiya sessiyası da Naxçıvan şəhərində keçirilməli və həmin mediasiya təşkilatının verdiyi arayış məhkəməyə təqdim edilməli idi. Lakin iddiaçı cavabdehlə hər hansı razılaşma əldə etmədiyi halda, mediasiyanın keçirilməsi üçün Bakı şəhərində yerləşən 18 saylı Mediasiya Təşkilatına müraciət etmiş və həmin qurumun təqdim etdiyi arayışla əvvəlcə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinə və Bakı şəhəri, Nizami Rayon Məhkəməsi aidiyyat qaydası pozulduğuna görə iddia ərizəsini geri qaytardığından, daha sonra isə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.13-cü maddələrinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda, məhkəmə ərizəni baxılmamış saxlayır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsinə əsasən, aşağıdakı tələblərin birinə əməl edilmədən məhkəməyə müraciət edildikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır: 21.9.1. bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə; 21.9.2. tərəflər arasında “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı halda bu Qanunun 32.2-ci maddəsində nəzərdə tutulmuş protokol məhkəməyə edilmiş müraciətə əlavə edilmədikdə; 21.9.3. tərəflər arasında mediasiyaya dair qeyd-şərt olduğu halda bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərilməsi ilə əlaqədar başlamış mediasiya prosesinə bu Qanunun 21.7-ci maddəsində müəyyən edilmiş qaydada xitam verilmədikdə; 21.9.4. bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hallarda tərəf həmin maddədə nəzərdə tutulmuş arayışı məhkəməyə etdiyi müraciətə əlavə etmədikdə. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq, İddiaçı Gəmiqaya X2 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı işə bərpa tələbi barədə iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad çıxarılmasını xahiş edirik. İddiaçının vəkili və nümayəndəsi Vəkil2 məhkəmə hazırlıq iclasında verdiyi izahatında, vəsatətin əsassız olduğunu, mediasiya prosesinin düzgün keçirildiyini, Gəmiqaya X2 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhərində fəaliyyət göstərdiyini, bu əsasla da mediasiya prosesinin Bakı şəhərində həyata keçirildiyini, lazım olan sənədləri məhkəməyə təqdim etdiklərini, mediasiya prosesinin keçirilməsi zamanı hər hansı bir qanun pozuntusunun olmadığını, bu əsasla da ərizənin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh təşkilat Gəmiqaya X2 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı qanunsuz əmrin ləğv edilməsi, əmək haqqının ödənilməsi, tutduğu sonuncu vəzifəyə uyğun işə bərpa olunmağı və ona dəymiş mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 31 mart 2011-ci il tarixli, 3 nömrəli Qərarının 2-ci bəndinə əsasən, məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-in 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13cü maddələrində göstərilən əsaslar olduqda, məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0 və 259.0.13-cü maddələrinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9cu maddəsində göstərilən hallarda, məhkəmə ərizəni baxılmamış saxlayır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsinə əsasən, aşağıdakı tələblərin birinə əməl edilmədən məhkəməyə müraciət edildikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır: 21.9.1. bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə; 21.9.2. tərəflər arasında “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı halda bu Qanunun 32.2-ci maddəsində nəzərdə tutulmuş protokol məhkəməyə edilmiş müraciətə əlavə edilmədikdə; 21.9.3. tərəflər arasında mediasiyaya dair qeyd-şərt olduğu halda bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərilməsi ilə əlaqədar başlamış mediasiya prosesinə bu Qanunun 21.7-ci maddəsində müəyyən edilmiş qaydada xitam verilmədikdə; 21.9.4. bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hallarda tərəf həmin maddədə nəzərdə tutulmuş arayışı məhkəməyə etdiyi müraciətə əlavə etmədikdə. Məhkəmə belə hesab edir ki, mediasiya prosesi keçirilərkən qanunvericiliyin yuxarıda göstərilən tələbləri pozulmuşdur. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.2-ci maddəsinə əsasən, Bu Qanunun 28.1-ci maddəsində qeyd edilən mübahisələr üzrə ilkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparır. Həmin Qanunun 28.3-cü maddəsinə əsasən, tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. Həmin Qanunun 28.4-cü maddəsinə əsasən, məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı mövcud olmadıqda və ya həmin mediasiya təşkilatında işə baxılması mümkün olmadıqda, tərəflərdən hər hansı birinin müraciəti əsasında Mediasiya Şurası ilkin mediasiya sessiyasının aparılması üçün mediator müəyyən edə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərarverdi: İddiaçı Gəmiqaya X2 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı qanunsuz əmrin ləğv edilməsi, əmək haqqının ödənilməsi, tutduğu sonuncu vəzifəyə uyğun işə bərpa olunmağı və ona dəymiş mənəvi zərərin ödənilməsi tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar