Məhkəmə qərarları › İş №e-2(078)-1085/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-1085/2024

10.12.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-1085/2024 10.12.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X13 məhkəmə iclas katibliyi, Cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X9 və cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Şərur rayon Təhsil Şöbəsinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdehlər Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Şərur rayon Təhsil Şöbəsinə, ünvan 2 tam orta məktəbinə qarşı 57 nömrəli əmrin ləğvi, işə bərpa və işə bərpa olunanadək olan müddət ərzindəki əmək haqqının ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 57 nömrəli əmrin ləğv edilməsinə, onun işə bərpa olunmağına və işə bərpa olunanadək olan müddət ərzindəki orta aylıq əmək haqqının hesablanmaqla ona kompensasiya şəkildə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq ərizəsində qeyd etmişdir ki, o, 1999-cu ildən etibarən ünvan 2 tam orta məktəbində riyaziyyat fənnini tədris etmişdir. Daha sonra isə 2020-ci ilin fevral ayından etibarən həmin məktəbin direktoru vəzifəsinə təyin olunmuşdur. Lakin heç bir əsas olmadan Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin xx.xx.2024-cü il tarixli, 57 nömrəli əmri ilə xx.xx.2024-cü il tarixdən tutduğu vəzifədən azad olunmuşdur. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin xx.xx.2024-cü il tarixli, 57 nömrəli əmri işdən azad edilərkən ona təqdim edilməmişdir. O əmək kitabçasını əldə edərkən mübahisəli əmrlə işdən çıxarıldığını bilmişdir. Buna görə də tərəfindən Naxçıvan MR Təhsil Nazirliyinə əmri rəsmi şəkildə əldə etmək üçün 29 may 2024-cü il tarixdə ərizə ilə müraciət edilmişdir. Lakin əmr bu günədək ona rəsmi qaydada təqdim edilməmişdir. Əmr rəsmi qaydada əldə edildikdən sonra zərf ilə birlikdə məhkəməyə təqdim ediləcəkdir. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin xx.xx.2024cü il tarixli, 57 nömrəli əmrinə əsasən, guya o əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri lazımi səviyyədə yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq vəzifədən azad edilmişdir. Cavabdeh tərəfindən qəbul edilən əmr tam əsassız və qanunsuzdur. Belə ki, xx.xx.2024-cü il tarixdə direktoru olduğu ünvan 2 tam orta məktəbində yoxlama aparılmış və yoxlamanın nəticəsi xx.xx.2024-cü il tarixli akt tərtib olunmuşdur. xx.xx.2024-cü il tarixli aktla bağlı qeyd edir ki, ərizəyə əlavə edilmiş xx.xx.2024-cü il tarixli aktdan da göründüyü kimi aktda monitorinq zamanı aşkar edilmiş, yəni sinif jurnallarındakı qüsurlar özü tərəfindən törədilməmişdir. Direktor kimi o üzərinə düşən vəzifəni yerinə yetirmişdir və məktəb müəllimlərinin dərs keçmə fəaliyyətindən irəli gələn səhvlərini müvafiq olaraq sinif jurnallarında qeyd edərək aradan aldırılması üçün lazımi tapşırıqları vermişdir. Yəni onun məktəb direktoru vəzifəsindən azad olunmağı üçün həmin aktda qeyd olunanlar mötəbər əsas deyildir. Çünki aktda əks olunmuş faktlar bilavasitə onun əmək fəaliyyəti ilə əlaqədar deyildir. Müəllimlərin səhvlərinə gəldikdə isə, onları müvafiq sinif jurnallarında qeyd edərək öz vəzifəsini yerinə yetirmişdir. Bundan başqa aktdan da göründüyü kimi məktəbdə aparılmış monitorinq zamanı 2021-2022, 2022-2023 və 2023-2024-cü tədris illərinin sinif jurnallarına baxış keçirilmiş və nəticələri qeyd olunmuşdur. Əgər həmin aktda qeyd olunmuş nöqsanlar əsasında onu tutduğu vəzifədən azad etmişlərsə, nəzərə alınmalı idi ki, göstərilən xətaların əksəriyyətinə görə ona intizam tənbehi verilməsi üçün müddət keçmişdir. Digər hallar isə əmək qanunvericiliyində nəzərdə tutulmuş ən ağır intizam tənbehini, yəni AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini tətbiq etməyə, ümumiyyətlə, əsas yaratmır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü bəndinə əsasən, intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. Aktda qeyd olunmuş nöqsanlar üçün həm müddəti ötürülmüş, həm də müddəti ötürülməmiş digər hallarla bağlı qeyd edir ki, xx.xx.2024-cü il tarixli aktın 2-ci hissəsinin “b” bəndində qeyd olunmuş “İ sinif xx.xx.2022-ci ilə qədər həftəlik sinif saatlarının uçotu ilə sinif jurnallarının aparılmasına dair qeyd yeri dəyişik yazılıb, bu hal İİİ sinif jurnalında da təkrarlanmışdır” nöqsanı ilə bağlı qeyd etmək istəyir ki, İ və İİİ siniflərdə həftəlik sinif saatlarının uçotu ilə sinif jurnallarının aparılmasına dair qeyd yerinin dəyişik yazılması dərs müdirinin səhvi olub, vaxtilə həmin səhvləri özü aşkar etmiş və bu barədə hər iki jurnalda nöqsan olaraq qeyd aparmışdır. xx.xx.2024-cü il tarixli aktın 2-ci hissəsinin “c” bəndində “İV sinifdə fiziki-tərbiyə fənnindən Aytən Bağırova BSQ-də 5 şagirddən 4-nün qiymətləri ağardılmışdır” nöqsanı qeyd olunmuşdur. Bununla bağlı qeyd etmək istəyir ki, bu nöqsan dərs müdiri tərəfindən jurnalın arxasına yazılıb. Təkrar olmasın deyə o yenidən yazmamışdır. xx.xx.2024-cü il tarixli aktın 3-cü hissəsinin “a” bəndində qeyd olunmuş “Əmr kitabında Səkinə Cəfərovaya bu tədris ilində dərs nəzərdə tutulmasa da, tarif cədvəlində müəllimənin adına 10 saat Azərbaycan dili və ədəbiyyat dərsi verilmişdir” nöqsanı ilə bağlı qeyd etmək istəyir ki, əmr kitabında Səkinə Cəfərovaya dərs nəzərdə tutulmayıb, çünki müəllim analıq məzuniyyətində olub. Onun dərsləri Əliyeva Münəvvər və Məmmədov Kamilə verilib. Mühasibatlığa tarif cədvəlinə müəllimin adının salınması bildirilib. Müəllimin adı tarif cədvəlinə salınıb. Dərslərin digər müəllimlər arasında bölünməsi ilə bağlı ikinci əmr yazmamışdır. Çünki dərs bölgüsü pedaqoji şuranın iclası keçirilərkən aparılır, tarif cədvəli isə həmin iclas keçirildikdən sonra hazırlanır. Əvvəlcədən bu proseslər baş verdiyi üçün əmr də həmin vaxt yazılmışdır. xx.xx.2024-cü il tarixli aktın 3-cü hissəsinin “b” bəndində qeyd olunmuş “İİİ sinifdə xx.xx.2023cü il tarixdə keçirilən KSQ-də bal yazılmadan qiymət yazılmışdır” nöqsanı ilə bağlı qeyd etmək lazımdır ki, həmin nöqsana görə sinif jurnalında həm dərs müdiri A.Bağırova, həm də özü qeyd aparmışlar. xx.xx.2024-cü il tarixli aktın 3-cü hissəsinin “c” bəndində qeyd olunmuş “Vİİ sinifdə xx.xx.2023-cü il tarixdə 11 şagirddən 8-nə qaib yazılsa da, dərs keçirilmişdir” nöqsanı ilə bağlı qeyd etmək istəyir ki, 11 şagirddən 8-nə qaib yazan müəllim xx.xx.2023-cü il tarixdən bir neçə gün sonra öz hesabına məzuniyyətə çıxdığı üçün həmin vaxt heç nə edə bilməmişlər. xx.xx.2024-cü il tarixli aktın 3-cü hissəsinin “d” bəndində “X sinifdə informatika fənnindən isə xx.xx.2024, fransız dili fənnindən isə xx.xx.2023-cü tarixləri yazılmamışdır” nöqsanı qeyd olunmuşdur. Aktda göstərilən bu nöqsanların hamısı ilə bağlı jurnalın arxasında tərəfindən qeyd aparılmışdır. Hətta X sinif jurnalını yoxlayarkən aşkar etdiyi və aktda qeyd olunmamış digər nöqsanlar da vaxtilə tərəfindən qeyd kimi jurnalın arxasına yazılmış, müvafiq göstərişlər verilmiş, müəllimlərin izahatlarının alınması tapşırılmışdır. Məktəblərdə hər il monitorinq keçirilir və yoxlamanın yekunları barədə yekun akt tərtib olunur. Bu zaman belə çıxır ki, əvvəlki tədris illərində Şərur rayon Təhsil şöbəsinin əməkdaşları tərəfindən aparılmış yoxlamanın nəticələri onun direktorluq vəzifəsindən azad olunmağı üçün əsas olmamış, lakin 2024-cü ildə əsas olmuşdur? Həmçinin cavabdeh onunla əmək münasibətlərinə xitam verərkən onun təqsirinin olub-olmamasını müəyyənləşdirmək üçün ondan izahat almamış, əgər intizam xətasına yol vermişdisə, onun səbəbləri aydınlaşdırılmamışdır. Belə ki, AR Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci bəndinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 4 illik direktorluq fəaliyyəti dövründə heç vaxt intizam məsuliyyətinə cəlb edilməmiş və vəzifə öhdəliklərini daim tam şəkildə, hətta yüksək səviyyədə icra etmişdir. İşdən çıxarılma əmrində AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin istifadə edilməsi onun illər ərzində çəkdiyi zəhmətin yerə vurulması deməkdir. Bu da onun növbəti iş kariyerasına ciddi təsir göstərməklə yanaşı, illər ərzində qurduğu kariyerasının əsassız yerə mənfi nəticələnməsinə səbəb olmuşdur. Əlavə olaraq, cavabdeh tərəfindən ona daha yüngül intizam tənbeh tədbirləri tətbiq edilmədən birbaşa Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndində göstərilən “ç” yarımbəndindəki intizam tənbehi tətbiq edilmişdir, yəni əmək müqaviləsi həmin məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edilmişdir. Buna görə də onun barəsində AR Əmək Məcəlləsinin 186-cı maddəsində nəzərdə tutulmuş ən ağır intizam tənbeh növünün tətbiq edilməsi məhkəmə tərəfindən əsassız hesab olunmalıdır. Qeyd etmək lazımdır ki, işəgötürən işçi barəsində AR Əmək Məcəlləsinin 186-cı maddəsində nəzərdə tutulmuş ən ağır intizam tənbeh növünü tətbiq etməmişdən əvvəl, digər yüngül intizam tənbeh növlərindən istifadə etməli idi. Bundan başqa, AR Əmək Məcəlləsinin 186.3-cü bəndinin tələblərinə görə işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Qeyd olunanların heç biri cavabdehlər tərəfindən nəzərə alınmamış, onun konstitusion hüquqları pozulmuşdur. Buna görə də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin xx.xx.2024-cü il tarixli, 57 nömrəli əmrinin ləğv edilməsinə, onun işə bərpa olunmağına və işə bərpa olunanadək olan müddət ərzindəki orta aylıq əmək haqqının hesablanmaqla ona kompensasiya şəklində ödənilməsinə dair qətnamə çıxarılmalıdır. Tərəfindən xx.xx.2024-cü il tarixdə mediasiya təklifi ilə cavabdehə müraciət edilmişdir. Lakin müvafiq cavab məktubu verilmədiyi üçün xx.xx.2024-cü il tarixdə mediasiya müraciəti ilə mediasiya təşkilatına ərizə ünvanlanmışdır. xx.xx.2024-cü il tarixli, MŞM/24-C-00790 nömrəli mediasiya sessiyasında iştirak edilməməsi ilə bağlı arayışdan da göründüyü kimi aralarında əmək mübahisəsinə dair razılıq əldə edilməmişdir. İddiaçı 14 avqust 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək ərizədə qeyd etmişdir ki, o, İddiaçı 1999-cu ildən etibarən ünvan 2 tam orta məktəbində riyaziyyat fənnini tədris etmişdir. Daha sonra isə 2020-ci ilin fevral ayından etibarən həmin məktəbin direktoru vəzifəsinə təyin olunmuşdur. Lakin heç bir əsas olmadan Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin xx.xx.2024-cü il tarixli, 57 nömrəli əmri ilə xx.xx.2024-cü il tarixdən tutduğu vəzifədən azad olunmuşdur. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin xx.xx.2024-cü il tarixli, 57 nömrəli əmri işdən azad edilərkən ona təqdim edilməmişdir. O yalnız əmək kitabçasını əldə edərkən mübahisəli əmrlə işdən çıxarıldığını bilmişdir. Buna görə də tərəfindən Naxçıvan MR Təhsil Nazirliyinə əmri rəsmi şəkildə əldə etmək üçün 29 may 2024-cü il tarixdə ərizə ilə müraciət edilmişdir. Həmin müraciətdən sonra xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə əmr ona rəsmi qaydada təqdim edilmişdir. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin xx.xx.2024-cü il tarixli, 57 nömrəli əmri poçt zərfi ilə birlikdə hazırkı ərizəyə əlavə edilmişdir. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin xx.xx.2024-cü il tarixli, 57 nömrəli əmrinə əsasən, guya o əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri lazımi səviyyədə yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq vəzifədən azad edilmişdir. Cavabdeh tərəfindən qəbul edilən əmr tam əsassız və qanunsuzdur. Öncəliklə qeyd etmək lazımdır ki, işdən çıxarılma barədə əmr AR Əmək Məcəlləsinin 71-ci maddəsinin tələbləri baxımından əsaslandırılmamışdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndinin tələbinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin məcəllənin 71-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Belə ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin xx.xx.2024-cü il tarixli, 57 nömrəli əmrindən də göründüyü kimi heç bir əsaslandırma olmadan əmr tərtib olunmuşdur. İşdən çıxarma əmrində sadəcə əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri lazımi səviyyədə yerinə yetirmədiyi qeyd olunmuş, bununla bağlı heç bir əsaslandırma aparılmamışdır. Yəni cavabdeh tərəfindən hansı öhdəlikləri lazımi səviyyədə icra etmədiyi müəyyənləşdirilməmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci bəndinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 2ci bəndinə əsasən, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Xüsusilə qeyd etmək lazımdır ki, ərizəyə əlavə edilmiş işdən çıxarılma əmrindən də göründüyü kimi əmrin verilməsinə əsas Şərur Rayon Təhsil Şöbəsinin 11 mart 2024-cü il tarixli, 23 nömrəli təqdimatı və Şərur Rayon Təhsil X20 Komitəsinin 11 mart 2024-cü il tarixli, 01 nömrəli protokolu olmuşdur. Lakin həmkarlar ittifaqının üzvü olmağına baxmayaraq həmkarlar ittifaqı tərəfindən iclas onun iştirakı təmin edilmədən, izahatı alınmadan keçirilmişdir. Bundan başqa, Şərur Rayon Təhsil Şöbəsinin 11 mart 2024-cü il tarixli, 23 nömrəli təqdimatın və Şərur Rayon Təhsil X20 Komitəsinin 11 mart 2024-cü il tarixli, 01 nömrəli protokolun surəti də ona təqdim olunmamışdır. Əmrdən də göründüyü kimi onun işdən azad olunmağına əsas kimi göstərilmiş Şərur Rayon Təhsil Şöbəsinin 11 mart 2024-cü il tarixli təqdimatı və Şərur Rayon Təhsil X20 Komitəsinin 11 mart 2024-cü il tarixli protokolu onun hansısa təqsirinin olub-olmamasını müəyyənləşdirən sənəddir. Bununla bağlı qərəzli bir nüansı diqqətə çatdırmaq istəyir. Belə ki, xx.xx.2024-cü il tarixdə direktoru olduğu ünvan 2 tam orta məktəbində yoxlama aparılmış və yoxlamanın nəticəsi olaraq xx.xx.2024-cü il tarixli akt tərtib olunmuşdur. Hansı ki, həmin aktda məktəbdə aşkar edilmiş “nöqsanlar” qeyd olunmuşdur. Bu zaman belə bir nəticəyə gəlmək olar ki, Şərur Rayon Təhsil Şöbəsinin 11 mart 2024-cü il tarixli təqdimatı yoxlamanın nəticələrinə əsasən tərtib olunmuş xx.xx.2024-cü il tarixli aktdan əvvəl mövcud olmuşdur. Buna görə də Şərur Rayon Təhsil Şöbəsinin təqdimatının və Şərur Rayon Təhsil X20 Komitəsinin protokolu hansı səbəb və əsasla tərtib olunduğu sual altındadır. Əgər xx.xx.2024-cü il tarixli akt direktoru olduğu məktəbdə aparılmış yoxlamanın nəticəsində aşkar edilmiş nöqsanları müəyyənləşdirən sənəd idisə, nə üçün Şərur Rayon Təhsil Şöbəsinin 11 mart 2024-cü il tarixli təqdimatı və Şərur Rayon Təhsil X20 Komitəsinin 11 mart 2024-cü il tarixli protokolu həmin aktdan əvvəl tərtib olunmuşdur?? Belə ki, xx.xx.2024-cü il tarixdə direktoru olduğu ünvan 2 tam orta məktəbində yoxlama aparılmış və yoxlamanın nəticəsi olaraq xx.xx.2024-cü il tarixli akt tərtib olunmuşdur. xx.xx.2024-cü il tarixli aktla bağlı qeyd edir ki, ərizəyə əlavə edilmiş xx.xx.2024-cü il tarixli aktda qeyd olunan monitorinq zamanı aşkar edilmiş, yəni sinif jurnallarındakı qüsurlar onun tərəfindən törədilməmişdir. Direktor kimi o üzərinə düşən vəzifəni yerinə yetirmiş və məktəb müəllimlərinin dərs keçmə fəaliyyətindən irəli gələn səhvlərini müvafiq olaraq sinif jurnallarında qeyd edərək aradan qaldırılması üçün lazımi tapşırıqları vermişdir. Yəni onun məktəb direktoru vəzifəsindən azad olunmağı üçün həmin aktda qeyd olunanlar mötəbər əsas deyildir. Çünki aktda əks olunmuş faktlar bilavasitə onun əmək fəaliyyəti ilə əlaqədar deyildir. Müəllimlərin səhvlərinə gəldikdə isə, onları müvafiq sinif jurnallarında qeyd edərək öz vəzifəsini yerinə yetirmişdir. Bundan başqa aktdan da göründüyü kimi məktəbdə aparılmış monitorinq zamanı 2021-2022, 2022-2023 və 2023-2024-cü tədris illərinin sinif jurnallarına baxış keçirilmiş və nəticələri qeyd olunmuşdur. Əgər həmin aktda qeyd olunmuş nöqsanlar əsasında onu tutduğu vəzifədən azad etmişlərsə, nəzərə alınmalı idi ki, göstərilən xətaların əksəriyyətinə görə ona intizam tənbehi verilməsi üçün müddət keçmişdir. Digər hallar isə əmək qanunvericiliyində nəzərdə tutulmuş ən ağır intizam tənbehini, yəni AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini tətbiq etməyə, ümumiyyətlə, əsas yaratmır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü bəndinə əsasən, intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. Aktda qeyd olunmuş nöqsanlar iiçün həm müddəti ötürülmüş, həm də müddəti ötürülməmiş digər hallarla bağlı qeyd edir ki, xx.xx.2024-cü il tarixli aktın 2-ci hissəsinin “b” bəndində qeyd olunmuş İ sinif xx.xx.2022-ci ilə qədər həftəlik sinif saatlarının uçotu ilə sinif jurnallarının aparılmasına dair qeyd yeri dəyişik yazılıb, bu hal İİİ sinif jurnalında da təkrarlanmışdır” nöqsanı ilə bağlı qeyd etmək istəyir ki, İ və İİİ siniflərdə həftəlik sinif saatlarının uçotu ilə sinif jurnallarının aparılmasına dair qeyd yerinin dəyişik yazılması dərs müdirinin səhvi olub, vaxtilə həmin səhvləri özü aşkar etmiş və bu barədə hər iki jurnalda nöqsan olaraq qeyd aparmışdır. xx.xx.2024-cü il tarixli aktın 2-ci hissəsinin “c” bəndində “İV sinifdə fiziki-tərbiyə fənnindən Aytən Bağırova BSQ-də 5 şagirddən 4-nün qiymətləri ağardılmışdır” nöqsanı qeyd olunmuşdur. Bununla bağlı qeyd etmək istəyir ki, bu nöqsan dərs müdiri tərəfindən jurnalın arxasına yazılıb. Təkrar olmasın deyə o yenidən yazmamışdır. xx.xx.2024-cü il tarixli aktın 3-cü hissəsinin “a” bəndində qeyd olunmuş “Əmr kitabında Səkinə Cəfərovaya bu tədris ilində dərs nəzərdə tutulmasa da, tarif cədvəlində müəllimənin adına 10 saat Azərbaycan dili və ədəbiyyat dərsi verilmişdir ” nöqsanı ilə bağlı qeyd etmək istəyir ki, əmr kitabında Səkinə Cəfərovaya dərs nəzərdə tutulmayıb, çünki müəllim analıq məzuniyyətində olub. Onun dərsləri Əliyeva Münəvvər və Məmmədov Kamilə verilib. Mühasibatlığa tarif cədvəlinə müəllimin adının salınması bildirilib. Müəllimin adı tarif cədvəlinə salınıb. Dərslərin digər müəllimlər arasında bölünməsi ilə bağlı ikinci əmr yazmamışdır. Çünki dərs bölgüsü pedaqoji şuranın iclası keçirilərkən aparılır, tarif cədvəli isə həmin iclas keçirildikdən sonra hazırlanır. Əvvəlcədən bu proseslər baş verdiyi üçün əmr də həmin vaxt yazılmışdır. xx.xx.2024-cü il tarixli aktın 3-cü hissəsinin “b” bəndində qeyd olunmuş “İİİ sinifdə xx.xx.2023cü il tarixdə keçirilən KSQ-də bal yazılmadan qiymət yazılmışdır” nöqsanı ilə bağlı qeyd etmək lazımdır ki, həmin nöqsana görə sinif jurnalında həm dərs müdiri A.Bağırova, həm də özü qeyd aparmışlar. xx.xx.2024-cü il tarixli aktın 3-cü hissəsinin “c” bəndində qeyd olunmuş “Vİİ sinifdə xx.xx.2023-cü il tarixdə 11 şagirddən 8-nə qaib yazılsa da, dərs keçirilmişdir” nöqsanı ilə bağlı qeyd etmək istəyir ki, 11 şagirddən 8-nə qaib yazan müəllim xx.xx.2023-cü il tarixdən bir neçə gün sonra öz hesabına məzuniyyətə çıxdığı üçün həmin vaxt heç nə edə bilməmişlər. xx.xx.2024-cü il tarixli aktın 3-cü hissəsinin “d” bəndində “X sinifdə informatika fənnindən isə xx.xx.2024, fransız dili fənnindən isə xx.xx.2023-cü il tarixləri yazılmamışdır" nöqsanı qeyd olunmuşdur. Aktda göstərilən bu nöqsanların hamısı ilə bağlı jurnalın arxasında tərəfindən qeyd aparılmışdır. Hətta X sinif jurnalını yoxlayarkən aşkar etdiyi və aktda qeyd olunmamış digər nöqsanlar da vaxtilə tərəfindən qeyd kimi jurnalın arxasına yazılmış, müvafiq göstərişlər verilmiş, müəllimlərin izahatlarının alınması tapşırılmışdır. Məktəblərdə hər il monitorinq keçirilir və yoxlamanın yekunları barədə yekun akt tərtib olunur. Bu zaman belə çıxır ki, əvvəlki tədris illərində Şərur rayon Təhsil şöbəsinin əməkdaşları tərəfindən aparılmış yoxlamanın nəticələri onun direktorluq vəzifəsindən azad olunmağı üçün əsas olmamış, lakin 2024-cü ildə əsas olmuşdur? Həmçinin cavabdeh onunla əmək münasibətlərinə xitam verərkən onun təqsirinin olub-olmamasını müəyyənləşdirmək üçün ondan izahat almamış, əgər intizam xətasına yol vermişdirsə, onun səbəbləri aydınlaşdırılmamışdır. Belə ki, AR Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci bəndinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 4 illik direktorluq fəaliyyəti dövründə heç vaxt intizam məsuliyyətinə cəlb edilməmiş və vəzifə öhdəliklərini daim tam şəkildə, hətta yüksək səviyyədə icra etmişdir. İşdən çıxarılma əmrində AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç’' bəndinin istifadə edilməsi onun illər ərzində çəkdiyi zəhmətin yerə vurulması deməkdir. Bu da onun növbəti iş karyerasına ciddi təsir göstərməklə yanaşı, illər ərzində qurduğu karyerasının əsassız yerə mənfi nəticələnməsinə səbəb olmuşdur. Əlavə olaraq, cavabdeh tərəfindən ona daha yüngül intizam tənbeh tədbirləri tətbiq edilmədən birbaşa Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndində göstərilən “ç” yarımbəndindəki intizam tənbehi tətbiq edilmişdir, yəni əmək müqaviləsi həmin məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edilmişdir. Buna görə də onun barəsində AR Əmək Məcəlləsinin 186-cı maddəsində nəzərdə tutulmuş ən ağır intizam tənbeh növünün tətbiq edilməsi məhkəmə tərəfindən əsassız hesab olunmalıdır. Qeyd etmək lazımdır ki, işəgötürən işçi barəsində AR Əmək Məcəlləsinin 186-cı maddəsində nəzərdə tutulmuş ən ağır intizam tənbeh növünü tətbiq etməmişdən əvvəl, digər yüngül intizam tənbeh növlərindən istifadə etməli idi. Bundan başqa, AR Əmək Məcəlləsinin 186.3-cü maddəsinin tələblərinə görə işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Qeyd olunanların heç biri cavabdehlər tərəfindən nəzərə alınmamış, onun konstitusion hüquqları pozulmuşdur. Buna görə də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin xx.xx.2024-cü il tarixli, 57 nömrəli əmrinin ləğv edilməsinə, onun işə bərpa olunmağına və işə bərpa olunanadək olan müddət ərzindəki orta aylıq əmək haqqının hesablanmaqla ona kompensasiya şəklində ödənilməsinə dair qətnamə çıxarılmalıdır. Tərəfindən xx.xx.2024-cü il tarixdə mediasiya təklifi ilə cavabdehə müraciət edilmişdir. Lakin müvafiq cavab məktubu verilmədiyi üçün xx.xx.2024-cü il tarixdə mediasiya müraciəti ilə mediasiya təşkilatına ərizə ünvanlanmışdır. xx.xx.2024-cü il tarixli, MŞM/24-C-00790 nömrəli mediasiya sessiyasında iştirak edilməməsi ilə bağlı arayışdan da göründüyü kimi aralarında əmək mübahisəsinə dair razılıq əldə edilməmişdir. Mediasiya haqqında Azərbaycan Respublikası Qanunun 35.1-ci maddəsinə əsasən, Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 57 nömrəli əmrin ləğv edilməsinə, onun işə bərpa olunmağına və işə bərpa olunanadək olan müddət ərzindəki orta aylıq əmək haqqımın hesablanmaqla ona kompensasiya şəkildə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı 22 noyabr 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək ərizədə qeyd etmişdir ki, cavabdehlər Naxçıvan MR Təhsil Nazirliyi, Naxçıvan MR Təhsil Nazirliyi Şərur rayon Təhsil şöbəsi və ünvan 2 tam orta məktəbinə qarşı "57 nömrəli əmrin ləğvi, işə bərpa və işə bərpa olunanadək olun müddət ərzindəki əmək haqqının ödənilməsi tələbinə dair mülki iş məhkəmənin icraatındadır. Belə ki, xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclası zamanı cavabdeh Naxçıvan MR Təhsil Nazirliyi tərəfindən məhkəməyə bir sıra sənədlər təqdim olunmuşdur. Cavabdeh Naxçıvan MR Təhsil Nazirliyi tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə bağlı bir sıra xüsusatları diqqətə çatdırmaq istəyir. Öncəliklə qeyd etmək lazımdır ki, təqdim olunmuş bütün sənədlər bir-biri ilə ziddiyyət təşkil edir. Sənədlərin tarixində, hətta mətnində mövcud olan həmin səhvlər onların mötəbərliyinə şübhə yaradır. Muğancıq- Mehrab kənd tam orta məktəbində xx.xx.2024-cü il tarixdəki monitorinq yoxlamasının nəticəsi olaraq xx.xx.2024-cü il tarixli akt əlyazma şəklində həmin gün məktəbdə tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli əlyazma akt ilkin tərtib olunmuş sənəddir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş monitorinq yoxlamasına dair akt göründüyü kimi kompüter yazısıdır və aktın tərtib olunma tarixi xx.xx.2024-cü il kimi qeyd olunmuşdur. Lakin aktın məzmununda məktəbdə 12 mart 2024-cü il tarixdə monitorinq yoxlamasının aparıldığı qeyd olunmuşdur. Yəni sənədlərin tərib olunma tarixi ilə mətni bir-birinə qətiyyən uyğun gəlmir. Bundan başqa, əlyazma aktdan fərqli olaraq kompüter yazısı olan xx.xx.2024-cü il tarixli akta 3 yeni bənd əlavə olunmuş, cəmi 7 nəfər Şərur RTŞ-nin əməkdaşları tərəfindən imzalanmışdır. Yəni əlyazma aktda mövcud olan onun və məktəbin digər əməkdaşlarının imzası kompüter yazısı olan aktda yoxdur. Həmçinin kompüter yazısı olan xx.xx.2024-cü il tarixli aktı xx.xx.2024-cü il tarixli aktla müqayisə edərək oxuduqda məlumatlarda da müəyyən qədər fərqin olduğu, kompüter yazısı olan aktın məzmununun daha səliqəli tərzdə tərtib olunduğu aydın olacaqdır. Qeyd edilən xüsusatlardan belə bir nəticəyə gəlmək olar ki, sanki kompüter yazısı olan akt cavabdeh tərəfindən sonradan məhkəməyə təqdim etmək üçün tərtib olunmuş, üzərində dəyişikliklər və əlavələr edilmişdir. Bu isə həmin aktın qeyri-mötəbər sübut olduğuna dəlalət edir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş 11 mart 2024-cü il tarixli arayış da eynilə akt kimi sonradan məhkəməyə təqdim etmək üçün tərtib olunmuş, mətnindən də göründüyü kimi monitorinq yoxlamasının 12 mart 2024-cü il tarixdə olduğu qeyd olunmuşdur. Həmçinin arayışda da xx.xx.2024-cü il tarixdə tərtib olunmuş əlyazma aktda olmayan dəyişikliklər, əlavələr mövcuddur. Həmçinin cavabdeh tərəfindən məhkəməyə “Şərur rayon M.Mehrab kənd tam orta məktəbin direktoru barədə Məlumat” adlı sənəd təqdim olunmuş, həmin sənəddə cavabdeh tərəfindən kompüter yazısı ilə tərtib olunmuş xx.xx.2024-cü il tarixli akt və arayışda qeyd olunan məlumatlar öz əksini tapmış, əlavə olaraq Şərur RTŞ-nin xx.xx.2024-cü il tarixli təqdimatı, Şərur RTŞ-nin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2024-cü il tarixli, 01 nömrəli iclas protokoluna istinad olunmuşdur. 57 nömrəli əmrdən, həmçinin cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş “Məlumat”dan da göründüyü kimi işdən azad olunmağına əsas kimi göstərilmiş Şərur Rayon Təhsil Şöbəsinin 11 mart 2024-cü il tarixli təqdimatı və Şərur Rayon Təhsil X20 Komitəsinin 11 mart 2024-cü il tarixli protokolu onun hər hansı təqsirinin olub-olmamasını müəyyənləşdirən sənəddir. Bununla bağlı qərəzli bir nüansı diqqətə çatdırmaq istəyir. Belə ki, xx.xx.2024-cü il tarixdə direktoru olduğu ünvan 2 tam orta məktəbində yoxlama aparılmış və yoxlamanın nəticəsi olaraq əlyazma formasında xx.xx.2024cü il tarixli akt tərtib olunmuşdur. Hansı ki, həmin aktda məktəbdə aşkar edilmiş “nöqsanlar” qeyd olunmuşdur. Bu zaman belə bir nəticəyə gəlmək olar ki, Şərur Rayon Təhsil Şöbəsinin 11 mart 2024-cü il tarixli təqdimatı yoxlamanın nəticələrinə əsasən tərtib olunmuş xx.xx.2024-cü il tarixli əlyazma aktdan əvvəl mövcud olmuşdur. Buna görə də Şərur Rayon Təhsil Şöbəsinin təqdimatının və Şərur Rayon Təhsil X20 Komitəsinin protokolunun hansı səbəb və əsasla tərtib olunduğu sual altındadır. Əgər xx.xx.2024-cü il tarixli akt direktoru olduğu məktəbdə aparılmış yoxlamanın nəticəsində aşkar edilmiş nöqsanları müəyyənləşdirən sənəd idisə, nə üçün Şərur Rayon Təhsil Şöbəsinin 11 mart 2024-cü il tarixli təqdimatı və Şərur Rayon Təhsil X20 Komitəsinin 11 mart 2024-cü il tarixli protokolu həmin aktdan əvvəl tərtib olunmuşdur?? Bu suala cavab olaraq bildirir ki, cavabdehlər tarix səhvini ört-basdır etmək üçün guya xx.xx.2024cü il tarixinə rəsmiləşdirilmiş sənədi məhkəməyə təqdim etmişdirlər. Lakin həmin sənədlərin mətnində yoxlamanın tarixinin dəyişdirilməsi gözdən qaçırılmışdır. Yəni bu akt sanki məhkəməyə sonradan təqdim etmək üçün tərtib olunmuşdur. Məhkəməyə təqdim olunan Şərur RTŞ-nin 11 mart tarixinə rəsmiləşdirilmiş təqdimatının sənəd nömrəsi yoxdur. Sanki həmin təqdimat cavabdehlər tərəfindən tələsik şəkildə sırf məhkəməyə təqdim etmək məqsədilə sonradan hazırlanmış, dəqiq şəkildə tərtib edilməyə imkan olmamışdır. Həmçinin təqdimatın da tarixinin 11 mart olmasına baxmayaraq, mətnində digər sənədlərdə olduğu kimi monitorinq yoxlamasının 12 mart tarixində aparıldığı qeyd olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə Şərur Rayon Təhsil X8 Komitəsinin 11 mart 2024-cü il tarixli, 01 nömrəli iclasının protokolundan çıxarış da təqdim edilmişdir. İclas protokolundan Çıxarışda Şərur RTŞ-nin 11 mart 2024-cü il tarixli 02/20 nömrəli təqdimatı əsasında iclasın 11 mart tarixində keçirildiyi qeyd olunmuşdur. İclas protokolundan Çıxarışda qeyd olunmuşdur ki, Şərur RTŞ-nin müdiri Əli Mehdiyev guya fəaliyyəti ilə əlaqədar barəsində şikayətlər olduğuna görə əvvəllər ona xəbərdarlıqlar edildiyini, buna baxmayaraq onun əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyini bildirmişdir. Ona heç vaxt əmək fəaliyyəti ilə əlaqədar xəbərdarlıq edilməmişdir. Əksinə, təxminən 2023-cü ilin sentyabrından başlayaraq 2024-cü ilin yanvar ayına kimi Muğancıq-Mehrab kənd tam orta məktəbində onun, dərs müdirinin və təşkilatçının idarəçilik fəaliyyətinin yoxlanılması üçün sənədlərə, cədvəllərə, jurnallara baxış keçirilmiş, fəaliyyəti müsbət qiymətləndirilmişdir. Yəni iclas protokolundan Çıxarışda əks olunmuş Şərur RTŞ-nin müdiri Əli Mehdiyevin ona xəbərdarlıqlar edilməsi ilə bağlı məlumat qəti şəkildə həqiqəti əks etdirmir. Həmçinin ona xəbərdarlıqlar edilməsi barədə məlumatı təsdiqləyən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Əlavə olaraq cavabdeh tərəfin təqdim etdiyi xx.xx.2024-cü il tarixli akt, xx.xx.2024-cü il tarixli iclas protokolunun Çıxarışı, xx.xx.2024-cü il tarixli təqdimat və monitorinqlə bağlı arayışda iş üzrə ilkin sənəd olan xx.xx.2024-cü il tarixli əlyazma aktda olmayan məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi X5 və coğrafiya müəllimi X1 pul almağına dair məlumatlar əks olunmuşdur. Mübahisələndirilən Muğancıq-Mehrab kənd tam orta məktəbi üzrə keçirilən dərsdənkənar məşğələlərin cədvəli 2023-2024-cü tədris ili üçün tərtib olunmuş digər cədvəllər, sənədlər kimi nəzarəti təmin etmək, yoxlamaq məqsədilə onun iş masasının üzərində olmuş, kimsədən gizlədilməmişdir. Lakin məhkəməyə həmin sənədlərin guya onun tərəfindən gizlədildiyi barədə əsassız məlumat təqdim edilmişdir. Bir sözlə, məhkəməyə təqdim edilən sənədlərdəki əsassız məlumatlarla cavabdeh barəsində mənfi aura yaratmağa çalışılmışdır. Həmçinin bildirir ki, cavabdeh tərəfindən “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar məhkəməyə təqdim edilmişdir. Xüsusilə diqqətə çatdırmaq istəyir ki, barəsində cinayət işi başlanmamışdır. Həmçinin cinayət işinin başlanması belə mümkün deyildir. Belə ki, dəymiş ziyan 500 manatdan azdır. AR CM-nin 179-cu maddəsi ilə cinayət məsuliyyəti yaranması üçün AR CM-nin 177-ci maddəsinin qeyd hissəsindən də göründüyü kimi dəymiş ziyan 500 (beş yüz) manatdan yuxarı olmalıdır. Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, dəymiş ziyan 356,87 manatdır. Prokurorluğun qanunverciliyin tələblərinə zidd şəkildə əsaslandırılmış və qəbul edilmiş qərarı tərəfindən mübahisələndiriləcəkdir. Diqqətə çatdırmaq istəyir ki, barəsində olan işdən çıxarılma əmrinin əsası cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda göstərilən xüsusatlarla əlaqədar olmamışdır. Yəni tərəfindən iddia ərizəsinə əlavə edilmiş işdən çıxarma əmrinin əsasını təşkil edən xx.xx.2024-cü il tarixli, ilkin aktdan göründüyü kimi X21 və X14 ilə aralarında olan məsələ ilə bağlı hər hansı bir nöqsan qeyd olunmamışdır. Bu barədə məlumat cavabdeh tərəfindən sonradan əlavə olunduğu üçün sadəcə xx.xx.2024-cü il tarixli kompüter yazısı olan aktda əks olunmuşdur. Cavabdeh tərəfindən isə hazırda əsassız şəkildə bu hala istinad olunaraq barəsində olan işdən çıxarılma əmri əsaslandırılmağa çalışmışdır. Lakin 57 nömrəli işdən çıxarma əmrindən görünür ki, cavabdeh tərəfindən əmr bir cümlə ilə əsaslandırılmış, cinayət işinin başlanması barədə isə ümumiyyətlə, heç bir məlumat əks olunmamışdır. Bir sözlə, qeyd etmək lazımdır ki, işdən çıxarılma barədə əmr AR Əmək Məcəlləsinin 71-ci maddəsinin tələbləri baxımından əsaslandırılmamışdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndinin tələbinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin məcəllənin 71-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin xx.xx.2024-cü il tarixli, 57 nömrəli əmrindən göründüyü kimi heç bir əsaslandırma olmadan əmr tərtib olunmuşdur. İşdən çıxarma əmrində sadəcə əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri lazımi səviyyədə yerinə yetirmədiyi qeyd olunmuş, bununla bağlı heç bir əsaslandırma aparılmamışdır. Yəni cavabdeh tərəfindən hansı öhdəlikləri lazımi səviyyədə icra etmədiyi müəyyənləşdirilməmişdir. İndi isə sonradan tərtib olunan sənədlərlə əmrin qanuniliyinə haqq qazandırmağa çalışılmışdır. Qeyd etmək istəyir ki, AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tərtib olunmuş istənilən əmr ətraflı şəkildə işəgötürən tərəfindən əsaslandırılmalı, konkret olaraq hansı pozuntuların törədildiyi, səbəb olduğu nəticələr əks olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədri cənab İnam Kərimov tərəfindən Azərbaycan Respublikasının Prezident Administrasiyasına əmək müqaviləsinə xitam verilməsindən irəli gələn dövlət qulluqçusu olmayan işçilərlə inzibati orqan arasında yaranmış mülki mübahisələr, habelə əmək münasibətlərinin xüsusi növü olan inzibati orqanla dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən dövlət qulluqçuları arasında yaranmış inzibati mübahisələr çərçivəsində mövcud problemlər barədə məktubla məlumat verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin məktubunda göstərilən məsələlərin həlli istiqamətində zəruri tədbirlər görülməsini təmin etmək məqsədilə məsələnin aidiyyəti orqanların diqqətinə çatdırılması xahiş olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı yaranan müllki məhkəmə mübahisələrinə baxılması zamanı inzibati orqanların fəaliyyətində aşkar edilmiş qanunvericiliyin tələblərinin pozulması hallarına dair” Arayış tərtib olunmuşdur. Həmin arayışda Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə münasibətdə işdən çıxarma əmrinin tərtib olunması ilə bağlı belə qeyd olunmuşdur: “İlk növbədə qeyd edilməlidir ki, işəgötürən işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verərkən Azərbaycan Respublikası Əmək Məcəlləsində (bundan sonra Əmək Məcəlləsi) nəzərdə tutulmuş əmək müqaviləsinin ləğv edilməsi əsaslarının və qaydalarının tələblərinə əməl etməlidir. Əks təqdirdə, qanunvericiliyin tələblərinə əməl edilməməsi qəbul edilmiş əmək müqaviləsinə xitam verilməsi barədə əmrin etibarsız hesab edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qərarın qəbul edilməsini labüd edir... Dövlət orqanları, müəssisə və təşkilatları, publik hüquqi şəxslər tərəfindən əmək müqaviləsinə əmək funksiyasının və ya əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi əsası ilə xitam verilərkən ən çox yol verilən pozuntu Əmək Məcəlləsinin məhz 71-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulan şərtlərin mövcud olub-olmamasının ümumiyyətlə nəzərə alınmaması, ya da işin faktiki və hüquqi halları, eləcə də bu halları təsdiq və ya rədd edən sübutlar göstərilmədən lazımi qaydada Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan əmək vəzifələrinin kobud şəkildə pozulması halına münasibətdə yuxarıda qeyd edilən 71-ci maddənin 2-ci hissəsində nəzərdə tutulmuş şərtlərin mövcudluğu tələb edilməsə də, inzibati orqanlar nəzərə almalıdır ki, 72-ci maddənin "e” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi üçün işçinin əmək fəaliyyəti zamanı kobud səhvlərə və hüquq pozuntularına yol verməsi ilə yanaşı, həmin səhvlər və pozuntuların işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi halı baş verməlidir. Həmçinin qeyd edilən hallar müvafiq əmrdə əsaslandırılmalıdır. O da vurğulanmalıdır ki, dövlət orqanlarının, müəssisə və təşkilatlarının, publik hüquqi şəxslərin əmək müqaviləsinə xitam verilməsi barədə qəbul etdiyi əmrlər əksər hallarda faktiki hallara və buna müvafiq olaraq maddi hüquqi əsaslara söykənmir. Əmrlərdə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin bəndinə formal olaraq istinad edilməklə konkret olaraq hansı əsasa istinad edildiyi göstərilmədən pozuntu hesab edilən faktiki halların əvəzinə sadəcə işəgötürənin mülahizələri öz əksini tapır. Həmçinin baş vermiş pozuntu ilə bağlı araşdırma aparılmadan və işçidən yazılı izahat alınmadan, formal tərtib edilmiş aktlara istinad edilməklə, habelə həmkarlar ittifaqının olan işçinin əmək müqaviləsinə xitam verilməsi zamanı müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmadan, başqa sözlə lazımi qaydada icraat aparmadan işdən azad edilmə barədə qərar qəbul edirlər”. Cavabdeh onunla əmək münasibətlərinə xitam verərkən təqsirinin olub-olmamasını müəyyənləşdirmək üçün ondan izahat almamış, əgər intizam xətasına yol vermişdisə, onun səbəbləri aydınlaşdırılmamışdır. Belə ki, AR Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci bəndinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 4 illik direktorluq fəaliyyəti dövründə heç vaxt intizam məsuliyyətinə cəlb edilməmiş və vəzifə öhdəliklərini daim tam şəkildə, hətta yüksək səviyyədə icra etmişdir. İşdən çıxarılma əmrində AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin istifadə edilməsi onun illər ərzində çəkdiyi zəhmətin yerə vurulması deməkdir. Bu da onun növbəti iş karyerasına ciddi təsir göstərməklə yanaşı, illər ərzində qurduğu karyerasının əsassız yerə mənfi nəticələnməsinə səbəb olmuşdur. Əlavə olaraq, cavabdeh tərəfindən ona daha yüngül intizam tənbeh tədbirləri tətbiq edilmədən birbaşa Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndində göstərilən “ç” yarımbəndindəki intizam tənbehi tətbiq edilmişdir, yəni əmək müqaviləsi həmin məcəllənin 70ci maddəsinin «ç» bəndi ilə ləğv edilmişdir. Buna görə də onun barəsində AR Əmək Məcəlləsinin 186-cı maddəsində nəzərdə tutulmuş ən ağır intizam tənbeh növünün tətbiq edilməsi məhkəmə tərəfindən əsassız hesab olunmalıdır. Qeyd etmək lazımdır ki, işəgötürən işçi barəsində AR Əmək Məcəlləsinin 186-cı maddəsində nəzərdə tutulmuş ən ağır intizam tənbeh növünü tətbiq etməmişdən əvvəl, digər yüngül intizam tənbeh növlərindən istifadə etməli idi. Bundan başqa, AR Əmək Məcəlləsinin 186.3-cü maddəsinin tələblərinə görə işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Qeyd olunanların heç biri cavabdehlər tərəfindən nəzərə alınmamış, onun konstitusion hüquqları pozulmuşdur. İstər xx.xx.2024-cü il tarixli kompüter yazısı olan aktda, istər xx.xx.2024-cü il tarixli əlyazma aktda əks olunmuş 2021-2022, 2022-2023 və 2023-2024-cü tədris illərinin sinif jurnallarına baxış keçirilməsi nəticəsində aşkar edilmiş nöqsanlarla bağlı münasibətləri iddia ərizəsində qeyd olunmuşdur. Belə ki, bir daha diqqətə çatdırmaq istəyir ki, 2021-2022, 2022-2023-cü tədris illərinin sinif jurnalları üçün göstərilən xətaların əksəriyyətinə görə ona intizam tənbehi verilməsi üçün müddət keçmişdir. Cavabdeh isə məhkəməyə təqdim etdiyi sənədlərlə 2021-2022, 2022- 2023-cü tədris illərinə aid nöqsanları 2024-cü ildəki cinayət işi ilə əsassız şəkildə, aidiyyatı olmadan əlaqələndirməyə çalışmışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Qərardan görünür ki, hadisə 2023-2024-cü il tədris illərində baş vermiş, əvvəlki tədris illəri ilə heç bir əlaqəsi olmamışdır. Buna görə də əvvəlki tədris illəri ilə bağlı qeyd edir ki, o yenə də direktor kimi vəzifəsini yerinə yetirmiş, sinif jurnallarının axırında olan qeyd vərəqlərində mütəmadi olaraq iradlarını bildirmişdir. Sadəcə olaraq, ümumiyyətlə, əvvəlki illərin “nöqsanlarına” intizam tənbehi vermək üçün müddət keçdiyindən onların hər birinə izahlar verməyə, ətraflı şəkildə mübahisələndirməyə ehtiyac yoxdur. Buna görə də, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü bəndinə əsasən, intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. 2023-2024-cü il tarixli aktda qeyd olunmuş nöqsanlar üçün həm müddəti ötürülmüş, həm də müddəti ötürülməmiş digər hallarla bağlı aşağıdakı izahları bir daha diqqətə çatdırmaq istəyir. xx.xx.2024-cü il tarixli aktın 2-ci hissəsinin “b” bəndində qeyd olunmuş İ sinif xx.xx.2022-ci ilə qədər həftəlik sinif saatlarının uçotu ilə sinif jurnallarının aparılmasına dair qeyd yeri dəyişik yazılıb, bu hal İİİ sinif jurnalında da təkrarlanmışdır” nöqsanı ilə bağlı qeyd etmək istəyir ki, İ və İİİ siniflərdə həftəlik sinif saatlarının uçotu ilə sinif jurnallarının aparılmasına dair qeyd yerinin dəyişik yazılması dərs müdirinin səhvi olub, vaxtilə həmin səhvləri özü aşkar etmiş və bu barədə hər iki jurnalda nöqsan olaraq qeyd aparmışdır. xx.xx.2024-cü il tarixli aktın 2-ci hissəsinin “c” bəndində “İV sinifdə fiziki-tərbiyə fənnindən Aytən Bağırova BSQ-də 5 şagirddən 4-nün qiymətləri ağardılmışdır” nöqsanı qeyd olunmuşdur. Bununla bağlı qeyd etmək istəyir ki, bu nöqsan dərs müdiri tərəfindən jurnalın arxasına yazılıb. Təkrar olmasın deyə o yenidən yazmamışdır. xx.xx.2024-cü il tarixli aktın 3-cü hissəsinin “a” bəndində qeyd olunmuş “Əmr kitabında Səkinə Cəfərovaya bu tədris ilində dərs nəzərdə tutulmasa da, tarif cədvəlində müəllimənin adına 10 saat Azərbaycan dili və ədəbiyyat dərsi verilmişdir ” nöqsanı ilə bağlı qeyd etmək istəyir ki, əmr kitabında Səkinə Cəfərovaya dərs nəzərdə tutulmayıb, çünki müəllim analıq məzuniyyətində olub. Onun dərsləri Əliyeva Münəvvər və Məmmədov Kamilə verilib. Mühasibatlığa tarif cədvəlinə müəllimin adının salınması bildirilib. Müəllimin adı tarif cədvəlinə salınıb. Dərslərin digər müəllimlər arasında bölünməsi ilə bağlı ikinci əmr yazmamışdır. Çünki dərs bölgüsü pedaqoji şuranın iclası keçirilərkən aparılır, tarif cədvəli isə həmin iclas keçirildikdən sonra hazırlanır. Əvvəlcədən bu proseslər baş verdiyi üçün əmr də həmin vaxt yazılmışdır. xx.xx.2024-cü il tarixli aktın 3-cü hissəsinin “b” bəndində qeyd olunmuş “İİİ sinifdə xx.xx.2023-cü il tarixdə keçirilən KSQ-də bal yazılmadan qiymət yazılmışdır” nöqsanı ilə bağlı qeyd etmək lazımdır ki, həmin nöqsana görə sinif jurnalında həm dərs müdiri A.Bağırova, həm də özü qeyd aparmışlar. xx.xx.2024-cü il tarixli aktın 3-cü hissəsinin “c” bəndində qeyd olunmuş “Vİİ sinifdə xx.xx.2023-cü il tarixdə 11 şagirddən 8-nə qaib yazılsa da, dərs keçirilmişdir” nöqsanı ilə bağlı qeyd etmək istəyir ki, 11 şagirddən 8-nə qaib yazan müəllim xx.xx.2023-cü il tarixdən bir neçə gün sonra öz hesabına məzuniyyətə çıxdığı üçün həmin vaxt heç nə edə bilməmişlər. xx.xx.2024-cü il tarixli aktın 3-cü hissəsinin “d” bəndində “X sinifdə informatika fənnindən isə xx.xx.2024, fransız dili fənnindən isə xx.xx.2023-cü il tarixləri yazılmamışdır" nöqsanı qeyd olunmuşdur. Aktda göstərilən bu nöqsanların hamısı ilə bağlı jurnalın arxasında tərəfindən qeyd aparılmışdır. Hətta X sinif jurnalını yoxlayarkən aşkar etdiyi və aktda qeyd olunmamış digər nöqsanlar da vaxtilə tərəfindən qeyd kimi jurnalın arxasına yazılmış, müvafiq göstərişlər verilmiş, müəllimlərin izahatlarının alınması tapşırılmışdır. xx.xx.2024-cü il tarixli əlyazma aktla bağlı məlumat üçün bildirir ki, xx.xx.2024-cü il tarixli aktda qeyd olunan monitorinq zamanı aşkar edilmiş, yəni sinif jurnallarındakı qüsurlar onun tərəfindən törədilməmişdir. Direktor kimi o üzərinə düşən vəzifəni yerinə yetirmiş və məktəb müəllimlərinin dərs keçmə fəaliyyətindən irəli gələn səhvlərini müvafiq olaraq sinif jurnallarında qeyd edərək aradan qaldırılması üçün lazımi tapşırıqları vermişdir. Yəni onun məktəb direktoru vəzifəsindən azad olunmağı üçün həmin aktda qeyd olunanlar mötəbər əsas deyildir. Çünki aktda əks olunmuş faktlar bilavasitə onun əmək fəaliyyəti ilə əlaqədar deyildir. Müəllimlərin səhvlərinə gəldikdə isə, onları müvafiq sinif jurnallarında qeyd edərək öz vəzifəsini yerinə yetirmişdir. Yekun olaraq, yuxarıda ətraflı şəkildə qeyd olunmuş xüsusatlarla bağlı konkretləşdirilmiş məlumatları bir daha nəzərə çatdırmaq istəyir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərin tərtib olunma tarixi ilə mətnində yoxlamanın aparılması tarixində ziddiyyət mövcuddur. Belə ki, cavabdehin təqdim etdiyi sənədlərə görə yoxlamanın nəticəsi olan akt və digər sənədlər yoxlamadan əvvəl tərtib olunmuşdur. Cavabdehin sonuncu məhkəmə iclasında təqdim etdiyi xx.xx.2024-cü il tarixli akt, arayış və digər sənədlərin mətnində onların təqdim etdikləri xx.xx.2024-cü il tarixli ilkin, əlyazma aktdan fərqli olaraq dəyişikliklər və əlavələr mövcuddur. Yəni həm sənədlərin tərtib olunma tarixi və məzmun müəyyən qədər fərqlidir. Barəsində olan xx.xx.2024-cü il tarixli, 57 nömrəli əmr AR Əmək Məcəlləsinin tələblərini pozaraq, AR Ali Məhkəməsinin mövqeyinə, məhkəmə təcrübəsinə zidd olaraq tərtib olunmuşdur. Şərur RTŞ-nin Həmkarlar İttifaqının işdən çıxarılmağına dair iclası formal olaraq keçirilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixinə rəsmiləşdirildiyi göstərilən 01 nömrəli iclas protokolundan Çıxarışda qeyd olunan ona xəbərdarlıqlar edilməsi barədə məlumatlar həqiqəti əks etdirmir və cavabdeh tərəfindən bunu təsdiqləyən sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin işdən hansı səbəblərlə çıxarılmağı əsaslandırılmamış, konkret şəkildə müəyyənləşdirilməmişdir. 2021-2022, 2022- 2023-cü il tarixli tədris illərinin sinif jurnallarında nöqsanlar olduğu iddia olunan hallara dair intizam tənbehi tətbiq etmək üçün müddət keçmişdir. 2023-2024-cü il tarixli tədris ilinin sinif jurnallarında nöqsanlar olduğu iddia olunan hallara dair ətraflı şəkildə həm iddia ərizəsində, həm də burada izah verilmişdir. Hansı ki, qeyd edilən nöqsanlara dair intizam tənbehinin tətbiq edilinəsi zəruri olduğu fərz edilsə belə, həmin intizam tənbehi AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tətbiq edilməsi üçün əsas ola bilməz. Bütün bu qeyd edilənləri nəzərə alaraq cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş sənədlər mötəbər sübutlar hesab edilə bilməz. Buna görə də qətnamə çıxararkən qeyd etdikləri bütün xüsusatları nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddiaçı 10 dekabr 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək ərizədə qeyd etmişdir ki, cavabdehlər Naxçıvan MR Təhsil Nazirliyi, Naxçıvan MR Təhsil Nazirliyi Şərur rayon Təhsil Şöbəsi və ünvan 2 tam orta məktəbinə qarşı '‘57 nömrəli əmrin ləğvi, işə bərpa və işə bərpa olunanadək olan müddət ərzindəki əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş məhkəmənin icraatındadır. Belə ki, cavabdeh Naxçıvan MR Təhsil Nazirliyi Şərur rayon Təhsil Şöbəsi tərəfindən baxış iclasında məhkəməyə ərizə təqdim olunmuşdur. Həmin ərizədə guya tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddətin ötürüldüyü qeyd olunmuşdur. Məhkəməyə təqdim olunmuş həmin ərizə ilə bağlı bir sıra xüsusatları diqqətə çatdırmaq istəyir. İlk öncə onu qeyd edir ki, tərəfindən müddət ötürülməmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü bəndinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İşin hallarından da göründüyü kimi ona cavabdeh tərəfindən mübahisəli əmr, əmək kitabçası təqdim edilməmişdir. O əmək kitabçasını rəsmi qaydada aldıqdan sonra mediasiya təşkilatına əmrin təqdim edilməsini gözləmədən müraciət etmişdir. Buna görə də, müddətin ötürülməsindən söhbət gedə bilməz. Bundan başqa göründüyü kimi cavabdehlər tərəfindən sonuncu məhkəmə iclasları, yəni məhkəmə baxışı zamanı sənədlər təqdim olunmuşdur. Baxış iclasına qədər beş hazırlıq iclası təyin olunmasına baxmayaraq, məhkəmə iclaslarının vaxtını uzatmaq məqsədilə cavabdehlər tərəfindən qəsdən baxış iclasında sənədlər təqdim olunmuşdur. Bu isə əsassız olaraq məhkəmə iclasının uzanması, hazırlıq iclaslarında heç bir sənəd təqdim etməyərək ona vaxtında münasibət bildirmələrinin qarşısını almağa çalışılması deməkdir. Sual olunur ki, hansı səbəblə hər dəfə sonuncu məhkəmə prosesi hesab etdikləri iclaslarda cavabdehlər tərəfindən müəyyən sənədlər təqdim olunur?! Hansı səbəbdən cavabdeh müvafiq ərizələri hazırlıq iclasında təqdim etməmişdir?? Bu da həmin ərizə və sənədlərin sübut kimi qiymətləndirilməsini istisna edir. Şərur rayon Təhsil Şöbəsi tərəfindən təqdim olunmuş ərizənin mahiyyəti ilə bağlı isə qeyd edir ki, cavabdeh tərəf özü qeyd edir ki, xx.xx.2024-cü il tarixdə mediasiya prosesinin tətbiqi barədə tərəflərə təklif göndərilmişdir. Həmin mediasiya təklifi xx.xx.2024-cü il tarixli, 61 nömrəli əmrin ləğvi barəsində olmuşdur. Həmin əmr elə formada tərtib olunmuşdur ki, onun işdən çıxarılmağının elə məhz həmin əmr əsasında olduğu qənaətinə gəlmək olar. Çünki konkret əmək kitabçası təqdim edilmədiyi üçiin hansı əmr əsasında işdən azad edildiyi dəqiq məlum deyildi. xx.xx.2024-cü il tarixdə mediasiya təklifi göndərmələri belə müddəti ötürmək niyyətində olmadığının təsdiqidir. Hətta bununla bağlı tərəflərindən mediasiya rəyi belə alınmışdır. O işdən çıxarılan zaman da, ondan sonra da, mediasiya təklifi göndərən vaxt da cavabdehlər tərəfindən hüququ pozulmuş, əmək kitabçası ona təqdim edilməmişdir, əmək kitabçasını uzun mübarizədən sonra özü xx.xx.2024-cü il tarixdə təhsil şöbəsinə müraciət edərək əldə etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 3-cü hissəsinə əsasən, Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddənin tələbindən göründüyü kimi cavabdehlər tərəfindən tutduğu vəzifədən azad olunanda ona işdən çıxarılma əmri və əmək kitabçası verilməli idi. Lakin cavabdehlər əmək qanunvericiliyinin tələblərinə əməl etməmişdir. Buna görə də əsas əmr olan 15 mart tarixli, 57 nömrəli işdən çıxarılma əmri yalnız əmək kitabçasını əldə etdikdən sonra ona məlum olmuşdur. Çünki əmək kitabçasında konkret olaraq sadəcə 15 mart tarixli, 57 nömrəli əmr əsasında tutduğu vəzifədən azad olunduğu qeyd olunmuşdur. Əmək kitabçasında göstərilən əmr ona məlum olduqdan sonra cavabdeh Naxçıvan MR Təhsil Nazirliyinə ərizə ilə xx.xx.2024cü il tarixdə müraciət edərək xx.xx.2024-cü il tarixdə 15 mart tarixli, 57 nömrəli əsas əmri əldə etmişdir. Buna baxmayaraq əmək kitabçasını əldə etdikdən sonra əmrin verilməsini gözləmədən müddətin ötürülməməsi üçün tərəflərindən ikinci dəfə mediasiya prosesinin tətbiqi barədə təkliflər göndərilmişdir. Belə ki, əsas əmr və əmək kitabçası ona vaxtında təqdim edilsəydi, o da iki dəfə mediasiya prosesindən keçmək məcburiyyətində qalmazdı. Ümumiyyətlə çox maraqlıdır ki, niyə ona xx.xx.2024-cü il tarixli əmr yox, xx.xx.2024-cü il tarixli əmr təqdim edilmişdir? Bu da bir daha təsdiqləyir ki, cavabdeh qərəzli şəkildə qeyrimüəyyənlik, guya müddəti ötürdüyü görüntüsü yaratmağa çalışmışdır. Cavabdeh Şərur rayon Təhsil Şöbəsi məhkəməyə təqdim etdiyi ərizədə belə qeyd etmişdir: “Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi iddiaçının iddia ərizəsində bildirdiyi kimi Naxçıvan MR Təhsil Nazirliyinin 15 mart 2024-cü il tarixli, 57 nömrəli əmri ilə əmək kitabçasını alarkən tanış olmamışdır. Bundan başqa Məhkəmənin diqqətinə çatdırır ki, iddiaçının əmək kitabçasının verilməsi üçün müraciət etdiyi ərizə xx.xx.2024-cü il tarixlidir. İddia ərizəsində bildirdiyi kimi bu əmrlə əmək kitabçasında tanış olsa idi, əmri əldə etmək üçün müraciəti xx.xx.2024-cü il tarixindən sonra edərdi, lakın iddiaçı kitabçasını əldə etmədən əvvəl artıq xx.xx.2024-cü il tarixində sorğunu vermişdir”. Cavabdehin qeyd etdiyi bu məlumatlar yanlış və təhrif olunmuş formada məhkəməyə təqdim olunmuşdur. Onlar bu tip ərizələrlə məhkəmədə yalnış təəssürat yaratmağa çalışırlar. Öncəliklə qeyd etmək lazımdır ki, yuxarıda altından xətt çəkilmiş cümlədən də göründüyü kimi cavabdeh Şərur rayon Təhsil Şöbəsi xx.xx.2024-cü il tarixdə əmək kitabçasının verilməsi üçün müraciət edildiyini bildirir. Lakin o həmin tarixdə əmək kitabçasını əldə etmək üçün yox, 15 mart 2024-cü il tarixli əmri əldə etmək üçün müraciət etmişdir. Əmrin surətinin əldə edilməsi üçün xx.xx.2024-cü il tarixdə etdiyi müraciət xx.xx.2024cü il tarixdə qeydə alınmışdır. O artıq xx.xx.2024-cü il tarixdə əmək kitabçasını əldə etmişdir. Hətta mübahisəli əmri əldə etmək üçün tərəfindən edilmiş müraciətdə də qeyd edilmişdir ki, "Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin xx.xx.2024-cü il tarixli, 57 nömrəli əmri ilə tutduğu vəzifədən azad olunmuşdur. Lakin ona yalnız Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Şərur rayon Təhsil şöbəsinin xx.xx.2024-cü il tarixli, 61 nömrəli əmri ilə ünvan 2 tam orta məktəbinin direktoru vəzifəsindən azad edilərək həmin məktəbdə ixtisası üzrə müəllim kimi saxlanılmağı barədə olan əmr təqdim edilmişdir. Lakin əmək kitabçası tərəfindən rəsmi qaydada xx.xx.2024-cü il tarixdə əldə edilmişdir. Əmək kitabçasını əldə etdikdən sonra ona məlum olmuşdur ki, o Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin xx.xx.2024-cü il tarixli, 57 nömrəli əmri ilə tutduğu vəzifədən azad olunmuşdur. Naxçıvan MR Təhsil Nazirliyinin xx.xx.2024-cü il tarixli, 57 nömrəli əmri ona təqdim olunmamışdır. Hazırda məhkəməyə müraciət etmək üçün Naxçıvan MR Təhsil Nazirliyinin xx.xx.2024-cü il tarixli 57 nömrəli əmrinin əldə edilməsi zərurəti yaranmışdır". Yəni o əmri əldə etmək üçün olan müraciətində də əmək kitabaçasını aldıqdan sonra əmrdən məlumatlı olduğunu bildirmiş və mübahisəli əmrin təqdim olunmasını xahiş etmişdir. Belə ki, bir daha bildirir ki, o xx.xx.2024-cü il tarixdə əmək kitabçası ilə tanış olduqdan sonra xx.xx.2024-cü il tarixdə 15 mart 2024-cü il tarixli əmrin verilməsi üçün müraciət etmişdir. Yəni cavabdehin qeyd etdiyi əsaslandırma sadəcə yanlış, əsassız, təhrifedici məlumatdan ibarətdir. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi cavabdehlər qəsdən sonuncu məhkəmə proseslərində - baxış iclaslarında əsassız məlumatlar, sonradan tərtib olunmuş sənədlər təqdim edərək vaxtı uzatmağa, məhkəmədə yalnış təəssüratlar yaratmağa çalışır. Buna görə də iş üzrə yekun məhkəmə qətnaməsi çıxararkən qeyd etdikləri bütün xüsusatları nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə 10 dekabr 2024-cü il tarixə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə İddiaçı və iddiaçının vəkil və nümayəndəsi Nümayəndə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, lakin iddiaçının vəkil və nümayəndəsi Nümayəndə 10 dekabr 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək xx.xx.2024-cü il tarixdə saat 10:30-a təyin olunmuş məhkəmə iclasının onların iştirakları olmadan keçirərək iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə İddiaçı vəkili və nümayəndəsi Nümayəndə məhkəməyə göndərdiyi ərizəni nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçının və iddiaçının vəkil və nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə 10 dekabr 2024-cü il tarixə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə cavabdeh ünvan 2 tam orta məktəbinə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq ünvan 2 tam orta məktəbi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə cavabdeh ünvan 2 tam orta məktəbinin nümayəndəsinin iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. Mülki iş üzrə təyin olunmuş əvvəlki məhkəmə iclaslarında iştirak edən İddiaçı izahatında vəkili və nümayəndəsinin bildirdiklərinə əlavəsi olmadığını, sadəcə olaraq direktor olduğu müddət ərzində məktəbdə dəfələrlə yoxlama olduğunu, 2023-2024-cü tədris ilində Ədalət müəllimin özünün də yoxlamada iştirak etdiyini, hətta Şurada özünün şəxsi işlərinin və sənədləşmələrinin yaxşı iş kimi qeyd olunduğunu, məktəbdə direktor olduğu dövr ərzində də əmrləri Ədalət müəllimdən məsləhət alıb verdiyini, digər məktəblərin nümayəndələrinin gəlib onlardan nümunə götürdüklərini, protokolların ilkin təyin olunduğu müddətdə səthi yazılmış ola biləcəyini, lakin sonradan düzəltdiyini, 18 mart 2024-cü il tarixdə Şərur rayon Təhsil şöbəsinin müdiri Əli Mehdiyevin onun vəzifədən azad edilməsinə dair əmr verdiyini, sonra əmək kitabçasını Təhsil Nazirliyindən götürdüyünü, o zaman Təhsil Nazirliyinin 15 mart 2024-cü il tarixli əmri olduğunu gördüyünü, həmin əmri poçt vasitəsilə 10 iyulda aldığını, əmrin əslini ona təqdim etmədiklərini Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 57 nömrəli əmrin ləğv edilməsini, onun işə bərpa olunmağını və işə bərpa olunanadək olan müddət ərzindəki orta aylıq əmək haqqının hesablanmaqla ona ödənilməsini istədiyini bildirmişdir. Mülki iş üzrə təyin olunmuş əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə izahatında iddianı müdafiə etdiklərini, iddia ərizəsində və iddia ərizəsində əlavədə zəruri halların göstərildiyini, 11 mart 2024-cü il tarixdə Həmkarlar İttifaqının 1 nömrəli protokolu əsasında iddiaçının əmək müqaviləsinə xitam verildiyini, Həmkarlar İttifaqının iclasına iddiaçının da dəvət edilməli olduğunu, iddiaçının həmin iclasa dəvət olunması ilə bağlı iş materiallarında heç bir sənəd olmadığını, şəxsin iclasda iştirakının təmini ilə bağlı müvafiq sənəd olmalı olduğunu, dəvət olunduqdan sonra şəxs iclasda iştirak etməsəydi bunun iclasın keçirilib müvafiq qərar qəbul edilməsi üçün əsas olduğunu, ancaq iddiaçının həmin iclasa dəvət olunmadığını, bunun ciddi problem olduğunu, Həmkarlar İttifaqının bir iclası keçirildiyini, şəxsin iştirakının təmin olunmamasına baxmayaraq təxirə salınmadan bir iclas keçirilərək qərar qəbul edildiyini, şəxsin pedoqoji fəaliyyəti dövründə heç vaxt əmək məsuliyyətinə də cəlb edilmədiyini, birbaşa ən ağır cəzanı tətbiq etdiklərini, bunun qanunvericiliyin kobud şəkildə pozulması olduğunu, şəxsin barəsində əmr verildiyini və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq vəzifədən azad edildiyini, iddiaçının Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin 15 mart 2024-cü il tarixli, 57 nömrəli əmri ilə vəzifəsindən azad edildiyini, 11 mart 2024-cü il tarixdə Həmkarlar İttifaqının iclasının keçirildiyini, aktların isə 12 mart 2024-cü il tarixdə tərtib olunduğunu, şəxsin barəsində iclas keçirilib nəticə verildikdən 1 gün sonra pozuntular barədə akt tərtib olunmasının düzgün olmadığını, həmin aktlarda da 2021-2022-ci illərdəki səhvlərin qeyd edildiyini, həmin pozuntuları da qəbul etmədiklərini, ancaq elə səhvlər varsa belə həmin pozuntulara əsasən intizam tənbehi tətbiq edilməsi üçün 6 aylıq müddətin də buraxıldığını, həmin pozuntuların üstündən 2-3 il keçdiyini, Ədalət müəllimin özünün də bir neçə dəfə məktəbdə yoxlama keçirtdiyini, həmin vaxtı bu pozuntuların niyə diqqətini cəlb etmədiyini, 2022-ci ildə bu məsələ varıydısa həmin vaxt qaldırılmalı olduğunu, heç bir pozuntu olmadığını, hər il tam müsbət qiymətləndirildiyini, İddiaçı digər məktəb direktorları arasında nümunəvi direktor kimi təqdim edildiyini, İddiaçı 2024-cü ilin mart ayında öz arzusu ilə sentyabr ayında direktorluqdan çıxmaq istədiyini bildirdiyini, ona heç vaxt da verilmədiyini, şəxsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad etdiklərini, ancaq əmrin əsaslandırılmadığını, Əmək qanunvericiliyinə əsasən əmrin əsaslandırılmalı olduğunu, əsas olmadığını, şəxsin konstitusion hüquqlarının pozulduğunu, əmrin qanunsuz olduğunu, ləğv edilməli olduğunu, AR Ali Məhkəməsinin sədrinin məktubunda Əmək qanunvericiliyinin tələblərinə əməl edilməsinin zəruriliyinin göstərildiyini, həmçinin məktubda Əmək qanunvericiliyinin tələblərinə əməl olunmadıqda, əmr əsaslandırılmadıqda, səbəblər göstərilmədiyi halda əmrin etibarsızlığına səbəb olduğunu, 11 martda tərtib olunduğu qeyd edilmiş aktda saxtakarlığa yol verdiklərini, belə ki, həmin aktda da 12 mart tarixdə yoxlama keçirildiyinin qeyd edildiyini, yoxlama keçirilmədən akt tərtib olunmuş kimi görüntü yaratdıqlarını, hətta üzərinə də Təhsil şöbəsinin möhürünü vurduqlarını, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın da qanunsuz olduğunu, AR CM-nin 179-cu maddəsi ilə cinayət məsuliyyəti yaranması üçün AR CM-nin 177-ci maddəsinin qeyd hissəsindən də göründüyü kimi dəymiş ziyanın 500 (beş yüz) manatdan yuxarı olmalı olduğunu, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan dəymiş ziyanın 360 manat olduğununun göründüyünü, bunun heç cinayət məsuliyyəti yaratmadığını, həmin qərarı da mübahisələndirəcəklərini, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 57 nömrəli əmrin ləğv edilməsini, iddiaçının işə bərpa olunmasını və işə bərpa olunanadək olan müddət ərzindəki orta aylıq əmək haqqının hesablanmaqla iddiaçıya kompensasiya şəkildə ödənilməsini istədiklərini bildirmişdir. Mülki iş üzrə təyin edilmiş məhkəmə iclasında iştirak edən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X22 izahatında xx.xx.1977-ci il təvəllüdlü, ali təhsilli İddiaçı Şərur Rayon Təhsil Şöbəsinin xx.xx.2015-ci il tarixli 506 nömrəli əmri ilə ünvan 2 tam orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edildiyini, İddiaçı Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin xx.xx.2020-ci il tarixli 5 nömrəli əmri ilə ünvan 2 tam orta məktəbin direktoru vəzifəsinə təyin edildiyini, Şərur Rayon Təhsil Şöbəsinin xx.xx.2024-cü il tarixli 17 nömrəli əmri ilə “Şərur Rayon Təhsil Şöbəsi haqqında Əsasnamə”nin 4.7-ci bəndinə əsasən şöbənin tabeliyində olan ümumtəhsil müəssisələrində seçmə üsulu ilə son üç tədris ili 2021/2022, 2022/2023 və 2023/2024-cü (2024-cü ilin ötən dövrü ərzində) tədris ilində “Kargüzarlıq işinin təşkili”, normativ hüquqi aktların icrası və məktəb sənədlərinin tərtibi qaydalarının yoxlanılması məqsədilə komissiya yaradıldığını, qeyd olunan komissiya tərəfindən ünvan 2 tam orta məktəbdə “Kargüzarlıq işinin təşkili”, normativ hüquqi aktların icrası və məktəb sənədlərinin tərtibi qaydalarının yoxlanılması məqsədilə xx.xx.2024-cü il tarixdə monitorinq aparıldığını, ünvan 2 tam orta məktəbində aparılan monitorinq zamanı məktəb direktorun fəaliyyətində bir sıra nöqsanlar aşkar edildiyini, belə ki, kargüzarlıq işinin təşkili, dərs bölgüsünün mövcud normativ hüquqi sənədlərin tələblərinə uyğun təşkil edilmədiyini, əmək qanunvericililiyinin tələblərinə zidd olaraq G.Məmmədovanın məzuniyyətdə olmasına baxmayaraq onun tərəfindən sinif jurnallarının işlənildiyini, 1-ci sinifdə təhsil alan X.Qafarovun birinci yarımildən sonra (jurnalda qeydiyyat aparılmamışdır) dərsdə iştirak etməməsinə baxmayaraq tədris ilinin sonunda sinifdən-sinifə keçirildiyini, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə müəllim M.Əliyeva tərəfindən dərs buraxmasına baxmayaraq buraxılan və əvəzedilən dərslərin uçotu kitabında qeydiyyatın aparılmadığını, müvafiq əmrlə əmrləşdirilmədiyini, eləcə də həmin günlərin əmək haqqının dayandırılmadığını, 2022/2023-cü tədris illəri üçün buraxılan və əvəzedilən dərslərin uçotu kitabında müəllimlərin qeydiyyatının aparılmasına baxmayaraq bu barədə əmrlər verilmədiyini, 2023/2024-cü tədris illəri üçün əmrlər kitabında müəllim İddiaçı adına dərs saatı nəzərdə tutulmamasına baxmayaraq maliyyə pozuntusuna yol verilərək tarif cədvəlində 10 (on) saat Azərbaycan dili və ədəbiyyat dərsi verildiyini, 8-ci sinif şagirdi F.Abdullayevanın xx.xx.2024-cü il tarixdə məktəbdən azad olunmasına baxmayaraq fiziki tərbiyə fənnindən xx.xx.2024-cü il tarixə KSQ aparıldığını, 7-ci sinifdə xx.xx.2023-cü il tarixdə sinif üzrə cəmi 11 şagirdən 8-i gəlmədiyi halda, yəni Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Ümumi təhsil müəssisələri”nin 2024-2025-ci tədris ili üçün tədris planlarına zidd olaraq şagird sayı 50 faizdən az olmasına baxmayaraq ciddi pozuntulara yol verilməklə qayıb yazılmaqla yeni dərsin tədris olunduğunu, 4-cü sinifdə fiziki tərbiyə fənnindən BSQ-də 5 şagirddən 4-nün qiymətlərinin saxtalaşdırılaraq şişirdildiyini, 2021/2022 və 2022/2023-cü tədris illəri ərzində dərnəklərin keçirilməsi ilə bağlı heç bir sənədləşmə aparılmadığını, məktəbdə təhsilalanın təlim prosesində məzmun standartlarından irəli gələn bilik və bacarıqların mənimsənilməsinə yönəlmiş fəaliyyətin təşkili ilə bağlı keçirilən KSQ-lər zamanı ciddi pozuntulara yol verildiyini, bundan başqa monitorinq zamanı ünvan 2 tam orta məktəbin sabiq direktoru İddiaçı tərəfindən öz qulluq mövqeyindən istifadə edərək müvafiq üsullarla sənədləşdirməklə əvəzçilik qaydasında dərs məşğələlərinin saatlarının mənimsənilməsi, o cümlədən həmin dərs saatlarına görə bir neçə müəllimdən hər ay nağd şəkildə pul vəsaitinin alınması hallarına yol verməsinin müəyyən edildiyini, monitorinq zamanı aşkar olunmuş qanun pozuntusu və ciddi nöqsanların qeyd olunan məktəbin sabiq direktoru İddiaçı “Təhsil haqqında”, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası qanunlarına, “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2010-cu il tarixli 215 nömrəli Qərarına, Kargüzarlıq haqqında normativ hüquqi aktlara, Əmək Məcəlləsinin tələblərinə, Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmə ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2013-cü il tarixli 792 nömrəli Əmri ilə təsdiq olunmuş “Müvəqqəti təlimat”a, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Ümumi təhsil müəssisələri”nin 2024-2025-ci tədris ili üçün tədris planlarına və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 15 may 2024-cü il tarixli KQ-07 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsilverənlərin etik davranış Qaydaları”na, həmçinin məktəbin Nizamnaməsinə əməl etmədiyini göstərdiyini, bunun da qəsdən əmək funksiyasını, vəzifə borcunu yerinə yetirmədiyinə görə həmin dövrdə məktəbdə təhsilin, əmək və icra intizamının normal ahənginin pozulmasına, habelə əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi ilə nəticələndiyini, məhz bu baxımdan sabiq direktor İddiaçı özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini, eləcə də məktəbdə idarəçilik və təşkilatçılıq funksiyasını yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsi əsas götürülməklə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində əsasən tutduğu vəzifədən azad edilməsi ilə bağlı razılıq alınması üçün Şərur Rayon Təhsil X8 Komitəsinə təqdimat göndərildiyini, həmin təqdimata Şərur Rayon Təhsil X8 Komitəsinin xx.xx.2024-cü il tarixli (01 nömrəli iclas protokolu) iclasında baxılaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi ilə bağlı razılıq barədə qərar qəbul edildiyini, göstərilənlərə əsaslanaraq, Şərur Rayon Təhsil Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli 23 nömrəli “sabiq direktor İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilməsinin zəruriliyi barədə” Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə təqdimat göndərildiyini və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin xx.xx.2024-cü il tarixli 57 nömrəli əmri ilə İddiaçı Əmək Məcəlləsinin qeyd olunan maddəsi ilə ixtisas üzrə məktəbdə müəllim saxlanılmaqla, tutduğu vəzifədən azad edildiyini, məktəbdə formalaşan iş mühiti və üslubunun təlim - tərbiyə sisteminin idarə edilməsində dövlət standartlarının həyata keçirilməsinin məktəb direktorundan, onun şəxsiyyətindən birbaşa asılı olduğunu, məktəb direktoru - müəllimi, metodisti, dövlət inspektorunu, təsərrüfatçını, tədris prosesi təşkilatçısını, yaşlı və uşaq kollektivləri tərbiyəçisinin bir şəxsdə birləşdirməli olduğunu, burada elmi idarəetməyə nəinki hərtərəfli, mükəmməl yiyələnmək, həm də həqiqi fədakarlıq, seçdiyi işə son dərəcə sədaqətli olmağı tələb etdiyini, məktəb direktorunun məktəbdə təlimtərbiyə, maliyyə-təsərrüfat işinin düzgün qurulmasına, eləcə də işçilər arasıda vəzifə bölgüsünü düzgün aparılmasına cavabdeh şəxs olduğunu, məktəb direktorunun daxili intizam qaydalarına, kargüzarlığın və məktəb sənədlərinin düzgün aparılmasına, eləcə də məktəbdə baş verən bütün hərəkətlərə və ya hərəkətsizliyə görə məsuliyyət daşıdığını, məktəb direktorunun məktəbdə sağlam mənəvi-psixoloji durumun mövcud olmasını, pedaqoji işçilərin yaradıcı və təşəbbüskar fəaliyyəti, müasir pedaqoji innovasiyaların tətbiqi üçün hərtərəfli şəraitin yaradılmasını təmin etdiyini, qeyd olunanlara baxmayaraq məktəb direktoru tərəfindən nəinki, məktəbdə sağlam mənəvi-psixoloji durumun mövcud olmasını, təlim - tərbiyə, maliyyə təsərrüfat işinin düzgün qurulmasına, işçilər arasında vəzifə bölgüsünü düzgün aparılmasına, daxili intizam qaydalarına, kargüzarlığın və məktəb sənədlərinin düzgün aparılmasına nəzarət və tələbkarlığı həyata keçirmədiyini, hətta özü tərəfindən tabelikdəki müəllimlərə qarşı hər hansı formada cinayət tərkibi yaradan əməllər törətdiyini, nəticədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.1, 186.2, 310 və 313-cü maddələri əsas götürülərək sabiq direktor İddiaçı tərəfindən yol verilmiş qanun pozuntusuna hüquqi qiymət verilməsi ilə bağlı müvafiq sənədlərin tərtib edilərək Şərur Rayon Prokurorluğuna göndərildiyini, Şərur Rayon Prokurorluğu tərəfindən 08C-24 saylı material üzrə araşdırma aparıldığını, İddiaçı tərəfindən dövlətə vurmuş olduğu maddi ziyanı və cinayət məsuliyyətindən azad olunmaq üçün cinayət nəticəsində vurulmuş maddi ziyanı qanunla müəyyən edilmiş məbləğdə dövlət büdcəsinə ödədiyindən barəsində xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsilə yəni şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş hallar müəyyən edildiyi üçün cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edildiyini, məlum olduğu kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozulması ilə bağlı işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarının qeyd edildiyini, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndində isə iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallara aid edildiyini, məktəb direktorunun mövcud qanunvericiliyin tələblərinə zidd olaraq əmək vəzifələrini kobud şəkildə pozaraq iş vaxtı ərzində bilavasitə iş yerində cinayət tərkibi olan əməllərə yol verməsi həmin dövrdə məktəbdə təhsilin, əmək və icra intizamının normal ahənginin pozulmasına, habelə əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi ilə nəticələndiyini, Şərur Rayon Təhsil Şöbəsinin xx.xx.2020-ci il tarixli 17 nömrəli əmri ilə yaradılmış komissiya tərəfindən aparılan monitorinq zamanı aşkar olunmuş qanun pozuntusu və ciddi nöqsanlarla bağlı qeyd olunan Təhsil Şöbəsinin xx.xx.2024-cü il tarixdə 23 nömrəli təqdimatına və Şərur Rayon Təhsil X8 Komitəsinin xx.xx.2024-cü il tarixli razılıq barədə qərarına əsasən əmək qnunvericiliyinin mövcud müddəalarının əsas götürülərək sabiq direktor S.X12 Respublikası Təhsil Nazirliyinin xx.xx.2024-cü il tarixli 57 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində uyğun olaraq tutduğu vəzifədən azad edildiyini, “Təhsilverənlərin etik davranış Qaydalan”nın 2.2.1-ci bəndinə əsasən təhsilverənin cəmiyyət və dövlətin maraqları naminə öz fəaliyyətini keyfiyyətlə və səmərəli yerinə yetirməyə borclu olduğunu, təhsilverənin hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalı olduğunu, bu baxımdan Təhsilverənlərə qarşı törətdiyi əməllərə, eləcə də fəaliyyəti zamanı yol verdiyi ciddi pozuntulara görə Təhsil Nazirliyi və Şərur Rayon Prokurorluğu tərəfindən qəbul edilmiş əsaslı qərarların, eləcə də Məktəb kollektivində ona qarşı formalaşan fikirin, həmçinin kollektivdəki nüfuzunun nəzərə alınmasını məhkəmədən xahiş etdiyini, göstərilənləri nəzərə alaraq, sabiq direktor S.X12 Respublikası Təhsil Nazirliyinin xx.xx.2024-cü il tarixli 57 nömrəli əmrinin ləğvi, işə bərpa və işə bərpa olunanadək olan müddət ərzində əmək haqqının ödənilməsi tələbinə dair iddiasının əsassız hesab edilməli olduğunu, 15 mart 2024-cü il tarixli əmrin 10 iyun 2024-cü il tarixdə iddiaçıya göndərildiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş üzrə təyin edilmiş məhkəmə iclasında iştirak edən cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Şərur rayon Təhsil Şöbəsinin nümayəndəsi X18 izahatında məktəbdə aparılan yoxlama zamanı məşğələlərin gizlədilməsinin aşkar edildiyini, 2023-2024cü tədris ilində dərs saatının verilməsinin təsdiq olunduğunu, məktəbin ixtiyarına verildiyini, iddiaçı tərəfindən 5 saat fakültativ məşğələnin gizlədildiyini, 12 mart tarixində yoxlama zamanı bu halın aşkar edildiyini, direktor müavininin sentyabr ayında cədvəli tərtib etdiyini, imza etdiyini, direktorun təsdiq etdiyini, sonra da elan lövhəsinə vurulduğunu, dərs müdirinin məlumatı olmadığını, 5 saat dərsin digər yoldaşların adına yazıldığını, gizli yolla mənimsənildiyini, yoxlama zamanı şəxslərin izahatlarının alındığını, 11 martda Həmkarlar İttifaqının iclasının keçirildiyini, 12 martda komissiya yaradıldığını, yoxlama aparıldığını, Sinduz müəllimin yaxşı direktor və müəllim olduğunu, hər şeyin normal olduğunu, sadəcə yoxlama aparılanda belə bir halın ortaya çıxdığını, 2024-cü ilin mart ayına kimi problem çıxmadığını, sonradan aşkar olunan hallar olduğunu, jurnala baxdıqlarını, həmin vaxt aşkar olunduğunu, İddiaçı intizam məsuliyyətinə cəlb etmədiklərini, 2024-cü ildə yoxlama zamanı müəyyən saatların üzə çıxdığını, yoxlamanı komissiyanın apardığını, 11 martda Həmkarlar İttifaqının iclasının keçirildiyini, həmin iclasda özünün iştirak etdiyini, iddiaçının iclasdan məlumatı olduğunu, lakin iclasda iştirak etmədiyini, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq vəzifədən azad edilməsinə razılıq verildiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş üzrə təyin edilmiş əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Şərur rayon Təhsil Şöbəsinin nümayəndəsi X27 izahatında Həmkarlar İttifaqının 60-dan çox üzvü olduğunu, iclasın keçirilməsində yetərsay olması üçün həmin üzvlərin yarısından çoxunun iştirak etməli olduğunu, iclasın Təhsil şöbəsinin binasında keçirildiyini, Həmkarlar İttifaqının protokolunda iştirak edən şəxslərin sayının yazılmalı olduğunu bilmədiklərini, iclasda 30 nəfərdən artıq adam iştirak etdiyini, ancaq protokolda qeyd etmədiklərini, qeyd etməmələrinin özlərinin səhvi olduğunu, İddiaçı Həmkarlar İttifaqının sədrinin iclasa çağırdığını, özlərinin dəvət etdiklərini, şifahi olaraq dəvət etdiklərini, şəxsə poçt vasitəsilə xüsusi çatdırılma olmadığını, şəxsin izahat verməkdən imtina etdiyini bildirmişdir. İddia ərizəsinə əlavə olunmuş İddiaçı məxsus əmək kitabçasından İddiaçı: -10 yanvar 2020-ci il tarixli, 01 nömrəli əmrlə həmin tarixdən ünvan 2 tam orta məktəbinin ali təhsilli riyaziyyat müəllimi, 20 illik pedoqoji təcrübəyə malik eyni zamanda təlimtərbiyə işləri üzrə direktor müavininin 10 yanvar 2020-ci il tarixdən həmin vəzifədən azad edilməsi və Muğancıq-Mehrab kənd tam orta məktəbinə direktor vəzifəsinə təyin edilməsi; -15 mart 2024-cü il tarixli, 57 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən əmək müqaviləsi üzrə öhdəliklərini lazımi səviyyədə yerinə yetirmədiyinə görə 15 mart 2024-cü il tarixdən tutduğu vəzifədən azad edilməsi və ixtisası üzrə məktəbdə müəllim saxlanılması aydın olur. İddia ərizəsinə əlavə olunmuş Şərur Rayon M.Mehrab kənd tam orta məktəbinin 12 mart 2024-cü il tarixli aktının surətindən görünür ki, Muğancıq-Mehrab kənd tam orta məktəbində Şərur monitorinq zamanı aşkar edilmişdir ki, İ sinifdə təhsil alan Qafarov Xəyyam birinci yarımildən sonra şagirdin jurnalda adı yoxdur. Tədris ilinin sonunda sinifdən-sinifə keçirilmişdir. Mədətov Ayaz mart ayında adı qeyd olunub, sonrakı aylarda adı qeyd olunmayıb. Tədris ilinin sonunda sinifdən-sinifə keçirilmişdir. V sinifdə Tağızadə Xədicə adlı şagird 22 fevral 2022-ci il tarixdən məktəbə daxil olmuş lakin fiziki tərbiyə fənnindən 24 fevral 2022-ci il tarixdən kiçik summativ qiymətləndirmə və fiziki tərbiyə aid fiziki göstəricilər yazılmayıb. Buraxılan və əvəzedilən dərslərin uçotu kitabında 25 yanvar 2022-ci il tarixdə dərs buraxan müəllim Münəvvər Əliyeva Vİİ-İX-X siniflərdə 3 (üç) saat əvəzçilik verilsə Vİİ sinif jurnalında 2 (iki) saat yazılmışdır. 26 yanvar 2020-ci il tarixdə isə jurnalda 4 saat yazılsa da, əvəzçilik jurnalında 3 (üç) saat yazılmışdır. 2022-2023-cü tədris ilinə dair buraxılan və əvəz edilən dərslərin uçotu kitabında müəllimlərin qeydiyyatı aparılsa da, həmin müəllimlər ilə bağlı əmr verilməmiş və dərsləri əvəz edən müəllim deyil, dərs buraxan müəllimlər aparmışdır. İ sinif jurnalında 04 noyabr 2022-ci ilə qədər həftəlik sinif saatlarının uçotu ilə sinif jurnallarının aparılmasına dair qeyd yeri dəyişik yazılıb. Bu hal İİİ sinif jurnalında da təkrarlanmışdır. İV sinifdə fiziki tərbiyə fənnindən Aytən Bağırova BSQ-də 5 şagirddən 4-nün qiymətləri ağardılmışdır. İX sinifdə və Xİ sinifdə X17 fənnindən jurnalda bir tarixi qeyd etməmişdir. İbtidai sinif müəllimi Günay Məmmədova xx.xx.2022-xx.xx.2023-cü il tarixədək (ödəm) məzuniyyətdə olsa da, dərsləri başqa müəllimlərdə olmağına baxmayaraq məzuniyyətdə olduğu tarixlərdə jurnalları Günay Məmmədova yazmışdır. İV sinifdə təsviri incəsənət fənnini Günay Məmmədova tədris etsə də, xx.xx.2023-cü il tarixdən tədris ilinin sonunadak jurnallardakı xətlə Günay Məmmədovanın xətti üst üstə düşmür. 2023-2024-cü tədris ilinə dair Əmr kitabında Səkinə Cəfərovaya bu tədris ilində dərs nəzərdə tutulmasa da tarif cədvəlində müəllimin adına 10 (on) saat Azərbaycan dili və ədəbiyyatı dərsi verilmişdir. İİİ sinifdə xx.xx.2022-ci il tarixdə keçirilən KSQ-də bal yazılmadan qiymət yazılmışdır. Həmin sinifdə fevral ayının qaibları çıxarılmamışdır və bu hal İX sinifdə də olmuşdur. Vİİ sinifdə xx.xx.2023-cü il tarixdə 11 şagirddən 8-nə qaib yazılsa da dərs keçirilmişdir. Xİ sinifdə xx.xx.2024-cü il tarixdə biologiya fənnindən tarix yazılmamışdır. xx.xx.2024-cü il tarixdə Azərbyacan dili, xx.xx.2024-cü il tarixdə isə ədəbiyyat fənnindən keçirilən KSQ qiymətləndirilməmişdir. X sinifdə informatika fənnindən xx.xx.2024-cü il, Fransız dili fənnindən isə xx.xx.2023-cü il tarixləri yazılmamışdır. Xİ sinifdə Riyaziyyat fənnində dərslər Tamaşa Həsənovanın adına olsa da, sinif jurnalını xx.xx.2023-cü il tarixdən direktor İddiaçı yazmış və həmin dərsi tədris etmişdir. Vİİİ sinifdə şagird Fatimə Abdullayeva xx.xx.2024-cü il tarixdə azad olunsa da fiziki tərbiyə fənnindən xx.xx.2024-cü il tarixə KSQ aparılmışdır. Dərnək sənədləri ilə bağlı isə 2021-2022 tədris ilinə və 2022-2023-cü tədris ilinə aid dərnək jurnalı yerindədir lakin sənədləşmə ilə bağlı heç nə yoxdur. 2023-2024cü tədris ilinə dair bütün sənədləşmə və jurnal qaydasındadır. Akt Şərur RTŞ-nin baş məsləhətçisi Araz Əzimli, Şərur RTŞ-nin aparıcı məsləhətçisi İsmayıl Hüseynov, Şərur RTŞ-nin aparıcı məsləhətçisi Ədalət Əhmədov, Şərur RTŞ-nin aparıcı məsləhətçisi Etibar Quliyev, Şərur RTŞ-nin metodkabinet müdiri Pərvin Həsənov, Şərur RTŞ-nin metodisti Vüsalə Seyidova, Şərur RTŞ-nin metodisti Səkinə Fətullayeva, Şərur RTŞ-nin metodisti Elmira Cəfərova, Muğancıq-Mehrab kənd tam orta məktəbinin direktoru İddiaçı, Muğancıq-Mehrab kənd tam orta məktəbinin dərs müdiri Aytən Bağırova və Muğancıq-Mehrab kənd tam orta məktəbinin təçkilatçısı Tahirə Əliyeva tərəfindən imzalanmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin 15 mart 2024-cü il tarixli, 57 nömrəli əmrindən görünür ki, Muğancıq-Mehrab kənd tam orta məktəbinin direktoru İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini lazımi səviyyədə yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən 15 mart 2024-cü il tarixdən tutduğu vəzifədən azad edilməsi və ixtisası üzrə məktəbdə müəllim saxlanılması və Şərur rayon Təhsil Şöbəsinin müdiri Əli Mehdiyevin bu əmrdən irəli gələn vəzifələrin icrasının təmin edilməsi əmr edilmiş, əsas olaraq isə Şərur Rayon Təhsil Şöbəsinin 11 mart 2024-cü il tarixli, 23 nömrəli taqdimatı və Şərur Rayon Təhsil X20 Komitəsinin 11 mart 2024-cü il tarixli, 01 nömrəli protokolu göstərilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin 10 iyun 2024-cü il tarixli, 2/819 nömrəli məktubundan görünür ki, İddiaçı Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə ünvanladığı 03 iyun 2024-cü il tarixli müraciəti ilə əlaqədar ünvan 2 tam orta məktəbinin direktoru vəzifəsindən azad edilməyi barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin 2024-cü il 15 mart tarixli 57 nömrəli əmri İddiaçı 10 iyun 2024-cü il tarixdə göndərilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Şərur rayon Təhsil Şöbəsinin 18 mart 2024-cü il tarixli, 61 nömrəli əmrindən görünür ki, Muğancıq- Mehrab kənd tam orta məktəbinin direktoru İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini lazımi səviyyədə yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən 15 mart 2024-cü il tarixdən tutduğu vəzifədən azad edilməsi və ixtisası üzrə məktəbdə müəllim saxlanılması, ünvan 2 tam orta məktəbinə müvəqqəti nəzarətin təlim-tərbiyə işləri üzrə direktor müavini X2 həvalə edilməsi, Şərur rayon Təhsil şöbəsinin kadr üzrə məsləhətçi Türkanə Həsənovanın bu əmrdən irəli gələn vəzifələrin icrasını təmin etməsi əmr edilmiş, əsas olaraq isə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin 15 mart 2024-cü il tarixli, 57 nömrəli əmri göstərilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Şərur Rayon Təhsil Şöbəsinin müdiri X27 tərəfindən Şərur Rayon Təhsil X8 Komitəsinin sədri İsmayıl Hüseynova ünvanlanmış 11 mart 2024-cü il tarixli təqdimatın təsdiq edilmiş surətindən görünür ki, 12 mart 2024-cü il tarixində ünvan 2 tam orta məktəbində Şərur Rayon Təhsil Şöbəsinin monitorinq qrupu tərəfindən yoxlama aparılmışdır. Yoxlama zamanı məktəbin 3 (üç) illik (2021-2022, 2022-2023, 2023-2024-cü tədris illəri) fəaliyyəti və tədris pedaqoji sənədlərinin işlənilməsi vəziyyəti yoxlanılmışdır. Yoxlama zamanı aşkar edilmişdir ki, İ sinifdə təhsil alan Xəyyam Qafarovun adı birinci yarımildən sonra sinif jurnalında yazılmadığı halda qeyd olunmadığı halda tədris ilinin sonunda sinifdən-sinifə keçirilmişdir. V sinifdə Tağızadə Xədicə adlı şagird 22 fevral 2022-ci il tarixdən məktəbə daxil olmuş lakin fiziki tərbiyə fənnindən 24 fevral 2022-ci il tarixdən kiçik summativ qiymətləndirmə və fiziki tərbiyə aid fiziki göstəricilər yazılmayıb. Buraxılan və əvəzedilən dərslərin uçotu kitabında 25 yanvar 2022-ci il tarixdə dərs buraxan müəllim Münəvvər Əliyeva Vİİ-İX-X siniflərdə 3 (üç) saat əvəzçilik verilsə Vİİ sinif jurnalında 2 (iki) sat yazılmışdır. 26 yanvar 2020ci il tarixdə isə jurnalda 4 saat yazılsa da, əvəzçilik jurnalında 3 (üç) saat yazılmışdır. 2022- 2023-cü tədris ilinə dair buraxılan və əvəz edilən dərslərin uçotu kitabında müəllimlərin qeydiyyatı aparılsa da, həmin müəllimlər ilə bağlı əmr verilməmişdir. İ sinif jurnalında 04 noyabr 2022-ci ilə qədər həftəlik sinif saatlarının uçotu ilə sinif jurnallarının aparılmasına dair qeyd yeri dəyişik yazılıb. Bu hal İİİ, İV sinif jurnalında da təkrarlanmışdır. İV sinifdə fiziki tərbiyə fənnindən BSQ-də 5 şagirddən 4-nün qiymətləri ağardılmışdır. İX və Xİ sinifdə X17 fənnindən jurnalda bir dərsin tarixini qeyd etməyib. İbtidai sinif müəllimi Günay Məmmədova xx.xx.2022xx.xx.2023-cü il tarixədək məzuniyyətdə olsa da, dərsləri başqa müəllimlərdə olmağına baxmayaraq məzuniyyətdə olduğu tarixlərdə jurnalları Günay Məmmədova yazmışdır. İV sinifdə təsviri incəsənət fənnini Günay Məmmədova tədris etsə də, xx.xx.2023-cü il tarixdən tədris ilinin sonunadək jurnallardakı xətlə Günay Məmmədovanın xətti üst üstə düşmür. 2023- 2024-cü tədris ilinə dair Əmr kitabında Səkinə Cəfərovaya bu tədris ilində dərs nəzərdə tutulmasa da tarif cədvəlində müəllimin adına 10 (on) saat Azərbaycan dili və ədəbiyyatı dərsi verilmişdir. İİİ sinifdə xx.xx.2022-ci il tarixdə keçirilən KSQ-də bal yazılmadan şagirdə qiymət çıxarılmışdır. Həmin sinifdə fevral ayına buraxılan dərslərin miqdarı çıxarılmamışdır. Vİİ sinifdə xx.xx.2023-cü il tarixdə 11 şagirddən 8-i dərsə gəlmədiyindən “q” yazılmışdır və yeni dərs keçirilmişdir Xİ sinifdə xx.xx.2024-cü il tarixdə biologiya fənnindən tarix yazılmamış, xx.xx.2024-cü il tarixdə Azərbyacan dili, xx.xx.2024-cü il tarixdə isə ədəbiyyat fənnindən keçirilən KSQ qiymətləndirilməmişdir. X sinifdə informatika fənnindən xx.xx.2024-cü il, Fransız dili fənnindən isə xx.xx.2023-cü il tarixləri yazılmamışdır. Xİ sinifdə Riyaziyyat fənnində dərslər Tamaşa Həsənovanın adına olsa da, sinif jurnalını xx.xx.2023-cü il tarixdən direktor İddiaçı yazmış və həmin dərsi tədris etmişdir. Vİİİ sinifdə şagird Fatimə Abdullayeva xx.xx.2024-cü il tarixdə azad olunsa da fiziki tərbiyə fənnindən xx.xx.2024-cü il tarixə KSQ aparılmışdır. 2021- 2022, 2022-2023-cü tədris ilinə aid dərnək jurnalı qaydasında olsa da sənədləşmə ilə bağlı heç nə yoxdur. 2023-2024-cü tədris ilinə dair bütün sənədləşmə və dəmək işləri qaydasındadır. 2023-2024-cü tədris ilində Azərbaycan dili və ədəbiyyat müəllimi Vəfa Bayramovanm adına yazılan 1 (bir) saat və Coğrafiya müəllimi Nişanə Məmmədovanın adına yazılan 2 (iki) saat fakultativ məşğələ saatı direktor İddiaçı tərəfindən gizlədilərək adları qeyd olunan müəllimlərdən hər ay nağd şəklində pulunu almışdır. Yoxlama zamanı adları qeyd olunan hər iki müəllimin adlarına yazılan dərs məşğələlərinin tədris edilməyini və tədris edilməyən məşğələ saatlarının məbləğini bankomatdan çəkərək nəğd şəkildə İddiaçı verdiklərini öz izahatlarında bildirmişdilər. Yuxarıda qeyd olunanların nəzərə alınmasını və ünvan 2 tam orta məktəbinin direktoru İddiaçı özünün əmək funksiyası və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyindən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin tələblərini pozduğundan, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə münasibət bildirilməsini (rəy verilməsini) xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Şərur Rayon Təhsil X8 Komitəsinin 11 mart 2024-cü il tarixli, 01 nömrəli iclasının protokolundan çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 tam orta məktəbinin direktoru İddiaçı əmək müqaviləsinə xitam verilməsi məsələsi ilə bağlı iclas keçirilmiş və Şərur rayon Təhsil Şöbəsinin müdiri Əli Mehdiyev bildirmişdir ki, Muğancıq- Mehrab kənd tam orta məkətbinin direktoru İddiaçı haqqında məktəb müəllimləri tərəfindən dəfələrlə dərs bölgüsünə dair, dərnəklərin verilməsinə dair pozuntularla əlaqədar şikayətlər daxil olmuş, edilən xəbərdarlıqlara baxmayaraq məktəb direktoru özünün əmək funksiyası və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi, Azərbaycn Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin tələblərini pozduğu məktəb müəllimlərinin izahatlarından və bağlanmış aktlarla sübut edilmişdir. Həmkarlar İttifaqı Komitəsinin üzvü Ə.Əhmədov çıxış edərək qeyd etmişdir ki, məktəb direktoru haqqında məktəb müəllimlərinin mütəmadi şikayəti olmuş, son yoxlama zamanı isə müəllimlər öz izahatları ilə müəyyən məbləğdə pul vəsaitinin məktəb direktoru İddiaçı verdiklərini bildirmişlər. Məktəb rəhbəri və müəllim adına layiq olmayan davranışlar qəbuledilməzdir, məktəb direktoru haqqında ciddi tədbirlərin görülməsi vacibdir. Həmkarlar İttifaqı Komitəsinin üzvləri: Əzimli Araz, Quliyev Etibar bu məsələlərlə əlaqədar hər biri ayrı-ayrılıqda bildirmişlər ki, adı qeyd olunan məktəbdə ciddi nöqsanlara yol verilmişdir. Şərur Rayon Təhsil Şöbəsinin 11 mart 2024-cü il tarixli, 02/20 nömrəli təqdimatının nəzərə alınmış, Həmkarlar ittifaqı təşkilatının müraciəti müzakirə edilmiş, ünvan 2 tam orta məktəbinin direktoru İddiaçı, məktəb rəhbəri kimi əmək funksiyası və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi müəyyən edildiyindən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin tələblərini pozduğundan, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanan əmək müqaviləsinə xitam verilməsi məqsədəuyğun hesab edilmişdir. İş materiallarına əlavə olunmuş Şərur Rayon Təhsil X8 Komitəsinin 11 mart 2024-cü il tarixli iclasının 01 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, Şərur Rayon Təhsil Şöbəsinin 11 mart 2024-cü il tarixli 02/20 nömrəli təqimatı nəzərə alınmış və Şərur RTŞ-nin Həmkarlar İttifaqı Komitəsi X25 təqdimatı əsasında Muğancıq-Mehrab kənd tam orta məktəbi üzrə ilk Həmkarlar İttifaqı təşkilatının müraciəti müzakirə edilmiş, ünvan 2 tam orta məktəbinin direktoru İddiaçı, məktəb rəhbəri kimi əmək funksiyası və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi müəyyən edildiyindən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin tələblərini pozduğundan, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanan əmək müqaviləsinə xitam verilməsi məqsədəuyğun hesab edilmişdir. İş materiallarına əlavə olunmuş Şərur Rayon M.Mehrab kənd tam orta məktəbinin 11 mart 2024-cü il tarixli aktının təsdiq edilmiş surətindən görünür ki, 12 mart 2024-cü il tarixində ünvan 2 tam orta məktəbində Şərur Rayon Təhsil Şöbəsinin monitorinq qrupu tərəfindən yoxlama aparılmışdır. Yoxlama zamanı məktəbin 3 (üç) illik (2021-2022, 2022-2023, 2023- 2024-cü tədris illəri) fəaliyyəti və tədris pedaqoji sənədlərinin işlənilməsi vəziyyəti yoxlanılmışdır. Yoxlama zamanı aşkar edilmişdir ki, İ sinifdə təhsil alan Xəyyam Qafarovun adı birinci yarımildən sonra sinif jurnalında yazılmadığı halda qeyd olunmadığı halda tədris ilinin sonunda sinifdən-sinifə keçirilmişdir. V sinifdə Tağızadə Xədicə adlı şagird 22 fevral 2022-ci il tarixdən məktəbə daxil olmuş lakin fiziki tərbiyə fənnindən 24 fevral 2022-ci il tarixdən kiçik summativ qiymətləndirmə və fiziki tərbiyə aid fiziki göstəricilər yazılmayıb. Buraxılan və əvəzedilən dərslərin uçotu kitabında 25 yanvar 2022-ci il tarixdə dərs buraxan müəllim Münəvvər Əliyeva Vİİ-İX-X siniflərdə 3 (üç) saat əvəzçilik verilsə Vİİ sinif jurnalında 2 (iki) saat yazılmışdır. 26 yanvar 2020-ci il tarixdə isə jurnalda 4 saat yazılsa da, əvəzçilik jurnalında 3 (üç) saat yazılmışdır. 2022-2023-cü tədris ilinə dair buraxılan və əvəz edilən dərslərin uçotu kitabında müəllimlərin qeydiyyatı aparılsa da, həmin müəllimlər ilə bağlı əmr verilməmişdir. İ sinif jurnalında 04 noyabr 2022-ci ilə qədər həftəlik sinif saatlarının uçotu ilə sinif jurnallarının aparılmasına dair qeyd yeri dəyişik yazılıb. Bu hal İİİ, İV sinif jurnalında da təkrarlanmışdır. İV sinifdə fiziki tərbiyə fənnindən BSQ-də 5 şagirddən 4-nün qiymətləri ağardılmışdır. İX və Xİ sinifdə X17 fənnindən jurnalda bir dərsin tarixini qeyd etməyib. İbtidai sinif müəllimi Günay Məmmədova xx.xx.2022-xx.xx.2023-cü il tarixədək məzuniyyətdə olsa da, dərsləri başqa müəllimlərdə olmağına baxmayaraq məzuniyyətdə olduğu tarixlərdə jurnalları Günay Məmmədova yazmışdır. İV sinifdə təsviri incəsənət fənnini Günay Məmmədova tədris etsə də, xx.xx.2023-cü il tarixdən tədris ilinin sonunadak jurnallardakı xətlə Günay Məmmədovanın xətti üst üstə düşmür. 2023-2024-cü tədris ilinə dair Əmr kitabında Səkinə Cəfərovaya bu tədris ilində dərs nəzərdə tutulmasa da tarif cədvəlində müəllimin adına 10 (on) saat Azərbaycan dili və ədəbiyyatı dərsi verilmişdir. İİİ sinifdə xx.xx.2022-ci il tarixdə keçirilən KSQ-də bal yazılmadan şagirdə qiymət çıxarılmışdır. Həmin sinifdə fevral ayına buraxılan dərslərin miqdarı çıxarılmamışdır. Vİİ sinifdə xx.xx.2023-cü il tarixdə 11 şagirddən 8-i dərsə gəlmədiyindən “q” yazılmışdır və yeni dərs keçirilmişdir. Xİ sinifdə xx.xx.2024-cü il tarixdə biologiya fənnindən tarix yazılmamış, xx.xx.2024-cü il tarixdə Azərbyacan dili, xx.xx.2024-cü il tarixdə isə ədəbiyyat fənnindən keçirilən KSQ qiymətləndirilməmişdir. X sinifdə informatika fənnindən xx.xx.2024-cü il, Fransız dili fənnindən isə xx.xx.2023-cü il tarixləri yazılmamışdır. Xİ sinifdə Riyaziyyat fənnində dərslər Tamaşa Həsənovanın adına olsa da, sinif jurnalını xx.xx.2023-cü il tarixdən direktor İddiaçı yazmış və həmin dərsi tədris etmişdir. Vİİİ sinifdə şagird Fatimə Abdullayeva xx.xx.2024-cü il tarixdə azad olunsa da fiziki tərbiyə fənnindən xx.xx.2024-cü il tarixə KSQ aparılmışdır. 2021-2022, 2022-2023-cü tədris ilinə aid dərnək jurnalı qaydasında olsa da sənədləşmə ilə bağlı heç nə yoxdur. 2023-2024-cü tədris ilinə dair bütün sənədləşmə və dərnək işləri qaydasındadır. 2023-2024-cü tədris ilində Azərbaycan dili və ədəbiyyat müəllimi Vəfa Bayramovanın adına yazılan 1 (bir) saat və Coğrafiya müəllimi Nişanə Məmmədovanın adına yazılan 2 (iki) saat fakultativ məşğələ saatı direktor İddiaçı tərəfindən gizlədilərək adları qeyd olunan müəllimlərdən hər ay nağd şəklində pulunu almışdır. Yoxlama zamanı adları qeyd olunan hər iki müəllimin adlarına yazılan dərs məşğələlərinin tədris edilməyini və tədris edilməyən məşğələ saatlarının məbləğini bankomatdan çəkərək nəğd şəkildə İddiaçı verdiklərini öz izahatlarında bildirmişdilər. ünvan 2 tam orta məktəbinin direktoru İddiaçı özünün əmək funksiyası və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsini, məktəbin idarə olunmasında demokratiklik, şəffaflıq və aşkarlıq prinsiplərini pozması, ümumtəhsilin dövlət standartlarına əməl etməməsi ilə bağlı nöqsanlara yol verdiyi müəyyən edilmiş, həmin akt Şərur RTŞ-nin baş məsləhətçisi - Araz Əzimli, Şərur RTŞ-nin aparıcı məsləhətçisi - Etibar Quliyev, Şərur RTŞ-nin aparıcı məsləhətçisi - İsmayıl Hüseynov, Şərur RTŞ-nin aparıcı məsləhətçisi - Ədalət Əhmədov, Şərur RTŞ-nin metodkabinet müdiri - Pərvin Həsənov, Şərur RTŞ-nin metodisti - Vüsalə Seyidova və Şərur RTŞ-nin metodisti - Səkinə Fətullayeva tərəfindən imzalanmışdır. İş materiallarına əlavə olunmuş Şərur Rayon Təhsil Şöbəsinin 6 mart 2024-cü il 17 nömrəli əmri ilə yaradılmış komisiyyanın 11 mart 2024-cü il tarixdə M.Mehrab kənd tam orta məktəbində apardığı monitorinqlə bağlı arayışın təsdiq edilmiş surətindən görünür ki, 12 mart 2024-cü il tarixində ünvan 2 tam orta məktəbində Şərur Rayon Təhsil Şöbəsinin monitorinq qrupu tərəfindən yoxlama aparılmışdır. Yoxlama zamanı məktəbin 3 (üç) illik (2021-2022, 2022-2023, 2023-2024-cü tədris illəri) fəaliyyəti və tədris pedaqoji sənədlərinin işlənilməsi vəziyyəti yoxlanılmışdır. Yoxlama zamanı aşkar edilmişdir ki, 1 sinifdə təhsil alan Xəyyam Qafarovun adı birinci yarımildən sonra sinif jurnalında yazılmadığı halda qeyd olunmadığı halda tədris ilinin sonunda sinifdən-sinifə keçirilmişdir. V sinifdə Tağızadə Xədicə adlı şagird 22 fevral 2022-ci il tarixdən məktəbə daxil olmuş lakin fiziki tərbiyə fənnindən 24 fevral 2022-ci il tarixdən kiçik summativ qiymətləndirmə və fiziki tərbiyə aid fiziki göstəricilər yazılmayıb. Buraxılan və əvəzedilən dərslərin uçotu kitabında 25 yanvar 2022-ci il tarixdə dərs buraxan müəllim Münəvvər Əliyeva Vİİ-İX-X siniflərdə 3 (üç) saat əvəzçilik verilsə Vİİ sinif jurnalında 2 (iki) saat yazılmışdır. 26 yanvar 2020-ci il tarixdə isə jurnalda 4 saat yazılsa da, əvəzçilik jurnalında 3 (üç) saat yazılmışdır. 2022-2023-cü tədris ilinə dair buraxılan və əvəz edilən dərslərin uçotu kitabında müəllimlərin qeydiyyatı aparılsa da, həmin müəllimlər ilə bağlı əmr verilməmişdir. İ sinif jurnalında 04 noyabr 2022-ci ilə qədər həftəlik sinif saatlarının uçotu ilə sinif jurnallarının aparılmasına dair qeyd yeri dəyişik yazılıb. Bu hal İİİ, İV sinif jurnalında da təkrarlanmışdır. İV sinifdə fiziki tərbiyə fənnindən BSQ-də 5 şagirddən 4-nün qiymətləri ağardılmışdır. İX və Xİ sinifdə X17 fənnindən jurnalda bir dərsin tarixini qeyd etməyib. İbtidai sinif müəllimi Günay Məmmədova xx.xx.2022-xx.xx.2023-cü il tarixədək məzuniyyətdə olsa da, dərsləri başqa müəllimlərdə olmağına baxmayaraq məzuniyyətdə olduğu tarixlərdə jurnalları Günay Məmmədova yazmışdır. İV sinifdə təsviri incəsənət fənnini Günay Məmmədova tədris etsə də, xx.xx.2023-cü il tarixdən tədris ilinin sonunadək jurnalİardakı xətlə Günay Məmmədovanın xətti üst üstə düşmür. 2023- 2024-cü tədris ilinə dair Əmr kitabında Səkinə Cəfərovaya bu tədris ilində dərs nəzərdə tutulmasa da tarif cədvəlində müəllimin adına 10 (on) saat Azərbaycan dili və ədəbiyyatı dərsi verilmişdir. İİİ sinifdə xx.xx.2022-ci il tarixdə keçirilən KSQ-də bal yazılmadan şagirdə qiymət çıxarılmışdır. Həmin sinifdə fevral ayına buraxılan dərslərin miqdarı çıxarılmamışdır. Vİİ sinifdə xx.xx.2023- cü il tarixdə 11 şagirddən 8-i dərsə gəlmədiyindən “q” yazılmışdır və yeni dərs keçirilmişdir. Xİ sinifdə xx.xx.2024-cü il tarixdə biologiya fənnindən tarix yazılmamış, xx.xx.2024-cü il tarixdə Azərbyacan dili, xx.xx.2024-cü il tarixdə isə ədəbiyyat fənnindən keçirilən KSQ qiymətləndirilməmişdir. X sinifdə informatika fənnindən xx.xx.2024-cü il, Fransız dili fənnindən isə xx.xx.2023-cü il tarixləri yazılmamışdır. Xİ sinifdə Riyaziyyat fənnində dərslər Tamaşa Həsənovanın adına olsa da, sinif jurnalını xx.xx.2023-cii il tarixdən direktor İddiaçı yazmış və həmin dərsi tədris etmişdir. Vİİİ sinifdə şagird Fatimə Abdullayeva xx.xx.2024-cü il tarixdə azad olunsa da fiziki tərbiyə fənnindən xx.xx.2024-cü il tarixə KSQ aparılmışdır. 2021-2022, 2022-2023-cü, 2023-2024-cü tədris ilində Azərbaycan dili və ədəbiyyat müəllimi Vəfa Bayramovanın adına yazılan 1 (bir) saat və Coğrafiya müəllimi Nişanə Məmmədovanın adma yazılan 2 (iki) saat fakultativ məşğələ saatı direktor İddiaçı tərəfindən gizlədilərək adları qeyd olunan müəllimlərdən hər ay nağd şəklində pulunu almışdır. Yoxlama zamanı adları qeyd olunan hər iki müəllimin adlarına yazılan dərs məşğələlərinin tədris edilməyini və tədris edilməyən məşğələ saatlarının məbləğini bankomatdan çəkərək nəğd şəkildə İddiaçı verdiklərini öz izahatlarında bildirmişdilər. ünvan 2 tam orta məktəbinin direktoru İddiaçı özünün əmək funksiyası və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsini, məktəbin idarə olunmasında demokratiklik, şəffaflıq və aşkarlıq prinsiplərini pozması, ümumtəhsilin dövlət standartlarına əməl etməməsi ilə bağlı nöqsanlara yol verdiyi müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Şərur rayon prokurorluğunun müstəntiqi İİ dərəcəli hüquqşünas X28 tərəfindən qəbul edilmiş 25 aprel 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, toplanmış 08C-24 saylı material üzrə İddiaçı barəsində cinayət işinin başlanması rədd edilməsi, qərarın surətinin İddiaçı göndərilməklə, qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yaxud məhkəməyə şikayət vermək hüququnun izah edilməsi və məktəbin Azərbaycan-dili və Ədəbiyyat müəlliməsi X10 və məktəbin Coğrafiya müəlliməsi X3 əməlində heç bir cinayət tərkibi və ya inzibati xəta olmadığından barəsində cinayət işi və inzibati icraat başlanmaması qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Muğancıq-Mehrab kənd tam orta məktəbi üzrə keçirilən dərsdənkənar məşğələlərin cədvəlindən görünür ki, 5-ci siniflər üçün 2-ci günlər Azərbaycan dili fənnindən, 7-ci siniflər üçün 4-cü günlər coğrafiya fənnindən, 8-ci siniflər üçün 2-ci günlər coğrafiya fənnindən, 10-cu siniflər üçün 2-ci və 5-ci günlər riyaziyyat fənnindən dərsdənkənar məşğələ keçirilməsi nəzərdə tutulmuş və cədvəl 15 sentyabr 2023-cü il tarixdə İddiaçı tərəfindən təsdiq edilmişdir. İş materiallarına əlavə olunmuş Təhsil şöbəsinin aparıcı məsləhətçisi X18, Təhsil şöbəsinin aparıcı məsləhətçisi X15 və Təhsil şöbəsinin aparıcı məsləhətçisi X6 tərəfindən tərtib edilmiş 12 mart 2024-cü il tarixli aktın surətindən görünür ki, Muğancıq-Mehrab kənd tam orta məktəbində yoxlama aparılmış, məlum olmuşdur ki, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi X21 V-Vİ siniflərdə olan 1 (bir) saat fakultativ məşğələni tədris etməmişdir. İş materiallarına əlavə olunmuş 8-ci sinfin rəhbəri Məmmədova Nişanə, Əhmədov Ədalət, Quliyev Etibar, Hüseyinov İsmayıl və Əzimli Araz tərəfindən tərtib edilmiş 12 mart 2024-cü il tarixli aktın surətindən görünür ki, 8-ci sinifdə 2023-2024 cü tədris ilində müəllim X14 tərəfindən 1 saat fakultativ məşğələ keçirilməmişdir. İş materiallarına əlavə olunmuş Təhsil şöbəsinin baş mühasibi Həsənov Hicran İmran oğlu, Təhsil şöbəsinin mühasibi X19 və Təhsil şöbəsinin aparıcı məsləhətçisi X23 tərəfindən tərtib edilmiş 30 mart 2024-cü il tarixli aktın surətindən görünür ki, Muğancıq-Mehrab kənd tam orta məktəbində yoxlama aparılmış, məlum olmuşdur ki, məktəbin Coğrafiya müəllimi X3 adında 2023-2024-cü tədris ilinin sentyabr, oktyabr, noyabr, dekabr və fevral (5 ay) aylarında 2 (iki) saat fakültativ məşğələ olmuşdur. Vİİ sinifdə 1 saat dərsi Nişanə Məmmədova tədris etmişdir, lakin Vİİİ sinifdə digər 1 saat dərs tədris edilməmişdir. Tədris edilməyən 1 saatın pulu sentyabr ayı üzrə 16 manat 67 qəpik, oktyabr ayında 33 manat 32 qəpik, noyabr ayında 33 manat 32 qəpik, dekabr ayında 33 manat 32 qəpik, fevral ayında 33 manat 32 qəpik olmaqla cəmi 149 manat 95 qəpik olmaqla Nişanə Məmmədova tərəfindən bankomatdan çəkilərək direktor İddiaçı verilmişdir. İş materiallarına əlavə olunmuş Vİ sinifin sinif rəhbəri Həsənova Tamaşa, Şəkərova Ruqayə (şagird), Rəcəbova Fatimə (şagird) və Bayramov Təbriz (şagird) tərəfindən tərtib edilmiş 12 mart 2024-cü il tarixli aktın surətindən görünür ki, Vİ sinifdə 2023-2024-cü tədris ilində fakultativ məşğələ keçirilməmişdir. İş materiallarına əlavə olunmuş Şərur rayon Təhsil şöbəsinin aparıcı məsləhətçisi X18 və Şərur rayon Təhsil şöbəsinin aparıcı məsləhətçisi X6 tərəfindən tərtib edilmiş 12 mart 2024cü il tarixli aktın surətindən görünür ki, 12 mart 2024-cü il tarixdə Muğancıq-Mehrab kənd tam orta məktəbində İddiaçı sənədləri yoxlanılarkən məktəb direktoru tərəfindən əsas məktəb sənədlərinin əsasən təlimata uyğun şəkildə işlənməməsi, sanitar-gigyenik qaydalarına riayət edilməsi ilə əlaqədar müvafiq əmrləşmə aparılmaması, məktəbdə yeni tədris ili üçün “Fəaliyyət planı” və “Tədbirlər planı” təsdiqi haqqında əmr verilməməsi, məktəbdə fiziki tərbiyə və idman şurasının yaradılması haqqında əmr verilməməsi, məktəb HT ilə kollektiv və fərdi müqavilələrin bağlanması haqqında əmr verilməməsi, buraxılan və əvəzedilən dərslərin uçotu, əmək haqqının ödənilməsi haqqında əmr verilməməsi, tədris yoxlamalarının nəticələri haqqında məktəb pedoqoji şurasına təqdim olunan arayışlarda dərs təhlilinin nəticələri haqqında məlumat olmaması faktları aşkar edilmişdir. İş materiallarına əlavə olunmuş sinif rəhbəri Məmmədov Kamil, Məmmədov Səfər (şagird), Mirzəyeva Aytac (şagird) və Nəcəfova İnci (şagird) tərəfindən tərtib edilmiş 12 mart 2024-cü il tarixli aktın surətindən görünür ki, 2023-2024-cü tədris ilində bu günə qədər riyaziyyat fənnini İddiaçı tədris etmiş, son zamanlar riyaziyyat dərsində Həsənova Tamaşa sinifə daxil olaraq şagirdlərin jurnal üzrə qeydiyyatını apararaq dərs aparmışdır. İş materiallarına əlavə olunmuş Vİİ sinifin sinif rəhbəri Bayramova Vəfa, Quluzadə Elmir, Mirzəyeva Nuray, Mərdanov Kamandar, Əzizova Cəmilə, Mirzəyev Tural, Səfərov Teymur, Rzayev Cəlil, Məhərrəmova Türkay və Babayev Şükür tərəfindən tərtib edilmiş 12 mart 2024-cü il tarixli aktın surətindən görünür ki, Vİİ sinifdə 2023-2024-cü tədris ilində fakultativ məşğələ keçirilməmişdir. İş materiallarına əlavə olunmuş 11-ci sinifin sinif rəhbəri Məmmədov Kamil, Məmmədov Səfər (şagird), Mirzəyeva Aytac (şagird), Nəcəfova İnci (şagird) və Rzayeva Fatimə (şagird) tərəfindən tərtib edilmiş 12 mart 2024-cü il tarixli aktın surətindən görünür ki, 11-ci sinifdə 2023-2024-cü tədris ilində fakultativ məşğələ keçirilməmişdir. İş materiallarına əlavə olunmuş Təhsil şöbəsinin aparıcı məsləhətçisi X18, məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini X7 və təşkilatçı Əliyeva Tahirə tərəfindən tərtib edilmiş 14 mart 2024-cü il tarixli aktın surətindən görünür ki, məktəbində yoxlama zamanı məlum olmuşdur ki, məktəbin direktoru İddiaçı və təsərrüfat müdiri Namiq Seyidov işdə olmamışdır. İş materiallarına əlavə olunmuş ünvan 2 tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi V.Bayramova tərəfindən Şərur rayon Təhsil şöbəsinin yoxlama komissiyasının sədri E.Quliyevə verilmiş 12 mart 2024-cü il tarixli izahatda qeyd etmişdir ki, “Vİ-Vİİ siniflərdə Azərbaycan dilindən fakültativ dərs saatı (1 saat) keçməmişəm. Sentyabrdan bu tarixədək hər ay 37 manat pul vəsaitini məktəbin direktoruna vermişəm”. İş materiallarına əlavə olunmuş ünvan 2 tam orta məktəbinin coğrafiya müəllimi X14 tərəfindən Şərur rayon Təhsil şöbəsinin yoxlama komissiyasının sədri E.Quliyevə verilmiş 12 mart 2024-cü il tarixli izahatda qeyd etmişdir ki, “Vİİ sinif və Vİİİ sinifdə coğrafiyadan fakültativ dərsləri verilmiş, Vİİ sinifin fakültativ dərsini tədris edərək pulu özüm almışam. Vİİİ sinifdə olan 1 saat olan fakültativ məşğələ dərsini direktor Sinduzun tapşırığı ilə tədris etməmişəm. Lakin 1 saat dərsin pulunu sentyabrdan bu vaxtadək hər ay 33 manat bankomat kartından çəkərək Sinduz müəlliməyə vermişəm”. İş materiallarına əlavə olunmuş ünvan 2 tam orta məktəbinin coğrafiya müəllimi X14 tərəfindən Şərur rayon Təhsil şöbəsinin yoxlama komissiyasının sədri E.Quliyevə verilmiş 12 mart 2024-cü il tarixli izahatda qeyd etmişdir ki, “Vİİ sinif və Vİİİ sinifdə coğrafiyadan fakültativ dərs saatı (2 saat) keçməmişəm. Sadəcə jurnalı yazıb pulunu almamışam. Hər ay sentyabrdan bu vaxtadək 33 manat direktora vermişəm”. İş materiallarına əlavə olunmuş ünvan 2 tam orta məktəbinin təlim tərbiyə işləri üzrə direktor müavini Bağırova Aytən tərəfindən Şərur rayon Təhsil şöbəsinin yoxlama komissiyasının sədri E.Quliyevə verilmiş 12 mart 2024-cü il tarixli izahatda qeyd etmişdir ki, “məktəbdə olan fakültativ məşğələ haqqında mənim heç bir məlumatım yoxdur. Buna görə də cədvəl hazırlamamışam, jurnalların işlənməsindən xəbərim yoxdur. Yenə bildirmək istəyirəm ki, 11-ci sinifdə 5 saat riyaziyyat dərsi Həsənova Tamaşanın adına yazılıb və sinifə Tamaşa müəllimə girirdi və jurnal Tamaşa müəllimə tərəfindən yazılırdı”. İş materiallarına əlavə olunmuş ünvan 2 tam orta məktəbinin müəllimi X16 tərəfindən Şərur rayon Təhsil şöbəsinin yoxlama komissiyasının sədri E.Quliyevə verilmiş 12 mart 2024cü il tarixli izahatda qeyd etmişdir ki, “sinif rəhbəri olduğum V sinifdə il ərzində fakültativ məşğələ keçirilməmişdir. Məşğələ olduğu haqqında məlumatım yoxdur”. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Şərur Rayon Təhsil Şöbəsi tərəfindən Şərur Rayon Prokuroru X39 ünvanlanmış 30 mart 2024-cü il tarixli, 02/21 nömrəli məktubda görünür ki, Şərur Rayon Təhsil Şöbəsi tərəfindən 11-xx.xx.2024 tarixlərində Şərur rayon Muğancıq - Mehrab kənd tam orta məktəbində monitorinq aparılmışdır. Monitorinq zamanı nöqsanlar aşkar edilmiş bununla bağlı aktlar bağlanılmış, məktəbin Həmkarlar İttifaqının və eyni zamanda Şərur Rayon Həmkarlar İttifaqı Komitəsinin iclası keçirilmişdir. Şərur Rayon Təhsil Şöbəsinin təqdimatının əsasında, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Müvafiq əmri ilə ünvan 2 tam orta məktəbinin direktoru İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən maliyyə pozuntusu aşkar edildiyindən əmək müqaviləsinə xitam verilmişdir. Maliyyə pozuntusu ilə bağlı ünvan 2 tam orta məktəbində müvafiq yoxlamanın aparılması xahiş edilmişdir. Məhkəmə hesab edir ki, ilkin olaraq cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Şərur rayon Təhsil Şöbəsinin nümayəndəsinin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibət bildirilməlidir. Cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Şərur rayon Təhsil Şöbəsinin nümayəndəsi X27 29 noyabr 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək ərizəsində qeyd etmişdir ki, İddiaçı tərəfindən cavabdehlər Naxçıvan MR Təhsil Nazirliyi, Naxçıvan MR Təhsil Nazirliyi Şərur rayon Təhsil Şöbəsi və Şərur rayon Muğancıq kənd orta məktəbinə qarşı 57 nömrəli əmrin ləğvi, işə bərpa və işə bərpa olunanadək olan müddət ərzindəki əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi Naxçıvan MR Naxçıvan şəhər Məhkəməsinin icraatındadır (iş nömrəsi 2(078)-1085/2024). İddiaçı tərəfindən iddia qaldırılması üçün Əmək Məcəlləsi ilə müəyyən edilmiş prossesual müddət ötürülmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən hallardan başqa qalan bütün hallarda fərdi əmək mübahisələrinin həll edilməsi üçün işçi hüququnun pozulduğu aşkar edildiyi gündən 1 təvqim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 7-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. İddiaçının ləğvini tələb etdiyi 57 nömrəli əmr 15 mart 2024-cü il tarixlidir. İddiaçı cavabdehlər Naxçıvan MR Təhsil Nazirliyi, Naxçıvan MR Təhsil Nazirliyi Şərur rayon Təhsil Şöbəsi və Şərur rayon Muğancıq kənd orta məktəbinə qarşı Mediasiya Təklifi yalnız xx.xx.2024-cü il tarixində yazılmışdır. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o Naxçıvan MR Təhsil Nazirliyinin 15 mart 2024-cü il tarixli, 57 nömrəli əmrindən əmək kitabçasını alarkən xəbər tutmuş ona görə də xx.xx.2024-cü il tarixində sorğu vermişdir. Buna qədər yalnız Naxçıvan MR Təhsil Nazirliyi Şərur rayon Təhsil Şöbəsinin 18 mart 2024-cü il tarixli, 61 nömrəli əmri ilə tanış olmuşdur. Lakin həmin əmrin özündə də əmrin əsası olaraq Naxçıvan MR Təhsil Nazirliyinin 15 mart 2024-cü il tarixli, 57 nömrəli əmri olduğu görünür. İddiaçı Naxçıvan MR Təhsil Nazirliyi Şərur rayon Təhsil Şöbəsinin 18 mart 2024-cü il tarixli, 61 nömrəli əmri ilə 18 mart 2024-cü il tarixindən məlumatlıdır. Hətta bu əmrin ləğv edilməsi üçün xx.xx.2024-cü il tarixində Naxçıvan MR Təhsil Nazirliyi Şərur rayon Təhsil Şöbəsi və Şərur rayon Muğancıq kənd orta məktəbinə qarşı Mediasiya Təklifi göndərmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi iddiaçının iddia ərizəsində bildirdiyi kimi Naxçıvan MR Təhsil Nazirliyinin 15 mart 2024-cü il tarixli, 57 nömrəli əmri ilə əmək kitabçasını alarkən tanış olmamışdır. Bundan başqa iddiaçının əmək kitabçasının verilməsi üçün müraciət etdiyi ərizə xx.xx.2024-cü il tarixlidir. İddia ərizəsində bildirdiyi kimi bu əmrlə əmək kitabçasında tanış olsa idi, əmri əldə etmək üçün müraciəti xx.xx.2024-cü il tarixindən sonra edərdi, lakin iddiaçı kitabçasını əldə etmədən əvvəl artıq xx.xx.2024-cü il tarixində sorğunu vermişdir. Yekunda da qeyd edir ki, İddiaçı mübahisələndirdiyi Naxçıvan MR Təhsil Nazirliyinin 15 mart 2024-cü il tarixli, 57 nömrəli əmri ilə 18 mart 2024-cü il tarixindən tanış olsa da bununla bağlı mediasiya təklifini xx.xx.2024-cü il tarixində yəni, 2 aydan çox müddət keçdikdən sonra göndərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Odur ki, qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsini rəhbər tutaraq İddiaçı cavabdehlər Naxçıvan MR Təhsil Nazirliyi, Naxçıvan MR Təhsil Nazirliyi Şərur rayon Təhsil Şöbəsi və Şərur rayon Muğancıq kənd orta məktəbinə qarşı 57 nömrəli əmrin ləğvi, işə bərpa və işə bərpa olunanadək olan müddət ərzindəki əmək haqqının ödənilməsi tələbi üzrə iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdeh tərəfin diqqətinə çatdırır ki, cavabdeh tərəfindən əmək kitabçasının və əmrin iddiaçıya verilməsinə təşəbbüs göstərilməsini və ya həmin sənədlərin vaxtında ona verilməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, həmin sənədlər iddiaçıya cavabdehin təqsiri səbəbindən verilməmişdir. Həmin sənədləri iddiaçıya təqdim etmək cavabdehin vəzifəsidir, iddiaçının bununla bağlı cəhd etməli olması qanuvericiliklə müəyyən edilmir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya əmək kitabçası 24 may 2024-cü il tarixdə təqdim olunmuş, həmin vaxta qədər nə işçinin işdən çıxarılması barədə Naxçıvan MR Təhsil Nazirliyinin əmri nə də iddiaçının əmək kitabçası iddiaçıya təqdim edilməmişdir. Həmin sənədlər yalnız iddiaçının müraciətindən sonra ona təqdim edilmişdir. Halbuki Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Qeyd olunan qanunvericilik normasının tələbindən də göründüyü kimi cavabdeh tərəfindən əmək kitabçası və işdən çıxarılma barədə əmrin surəti işəgötürənin son haqqhesabı ilə birlikdə sonuncu iş günü iddiaçıya verilməli olduğu halda verilməmiş, iddiaçıya əmək kitabçası onun müraciətindən sonra 24 may 2023-cü il tarixdə verilmiş, əmrin surəti isə onun müraciətindən sonra 10 iyun tarixində poçt vasitəsilə ona göndərilmişdir. İddiaçı 15 iyun 2024cü il tarixdə mediasiya təşkilatına müraciət etmiş, 01 iyul 2024-cü il tarixdə ilkin mediasiya təşkilatında iştirak edilməməsi barədə arayış verilmişdir. Bundan sonra iddiaçı Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmiş, iddiaçının iddia ərizəsi 08 iyul 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İşin araşdırılması zamanı isə iddiaçıya son haqq hesabın verilməsi ilə bağlı hər hansı bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçının mübahisələndirdiyi əmr Naxçıvan MR Təhsil Nazirliyinin əmri olsa da Naxçıvan MR Təhsil Nazirliyi Şərur rayon Təhsil Şöbəsinin müdiri tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir. İş materiallarında isə onun Naxçıvan MR Təhsil Nazirliyinin adından çıxış etmək üçün səlahiyyətinin olmasını təsdiq edən hər hansı bir sənəd yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfin iddia müddətini tətbiq edilməsi barədə xahiş etməsi əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 379.1 və 379.1.6-cı maddəsinə əsasən tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı dayandırılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hisəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 6-cı madəsinə əsasən, bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin azad seçdiyi və ya könüllü razılaşdığı işlə həyatını təmin etmək hüququnu əhatə edən əmək hüququnu tanıyırlar və bu hüququn təmin olunması üçün müvafiq addımlar atacaqlar. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əməyin təhlükəsizliyi normalarına əməl etmək, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq, dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq, iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq, fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək, əmək qanunvericiliyinin tələblərinə əməl etmək işçinin əsas vəzifələri hesab olunur. Məhkəmə qeyd edir ki, ilkin olaraq hazırki mübahisə üzrə İddiaçı işdən çıxarılmasına əsas olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nazir vəzifələrini müvəqqəti icra edən nazir müavininin 15 mart 2024-cü il tarixli, 57 nömrəli əmrinin qanuniliyi yoxlanılmalıdır. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı ilə olan əmək müqaviləsi ləğv edilərkən müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatına müraciət edilməmiş, həmkarlar ittifaqı təşkilatının razılığı alınmamışdır. Şərur rayon Təhsil X8nın iclası keçirilsə də məhkəmə qeyd edir ki, işin araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının işəgötürən qismində Naxçıvan MR Təhsil Nazirliyi çıxış edir və onun işəgötürmə işdən çıxarılma əmrini nazir imzalayır. Göründüyü kimi hazırki mübahisə üzrə işəgötürən qismində Naxçıvan MR Təhsil Nazirliyi çıxış etdiyinə görə iddiaçının işdən çıxarılmasına razılıq verilməsi üçün həmkarlar ittifaqına müraciət də onun tərəfindən olunmalı və müraciət əsasında onun həmkarlar ittifaqının iclası keçirilməli idi. Lakin işin araşdırılması zamanı məhkəməyə təqdim olunan sənədlərdən görünür ki, Şərur Rayon Təhsil şöbəsinin müdirinin müraciəti əsasında Şərur Rayon Təhsil X8nın iclası keçirilmiş və iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsini 70-ci maddəsinin ç bəndi ilə işdən çıxarılmasına razılıq verilmişdir. Həmkarlar ittifaqına müraciət işə götürən tərəfindən olmadığından və işə götürən qismində çıxış edən idarənin həmkarlar ittifaqının iclası keçirilmədiyindən məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən çıxarılarkən həmkarlar ittifaqı təşkilatına müraciət edilməmiş və onun razılığı alınmadan iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80.1-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80.2-ci maddəsinə əsasən, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Qeyd olunan maddənin tələbindən də göründüyü kimi həmkarlar ittifaqı təşkilatının üzvü olan işçinin əmək müqaviləsi onun üzv olduğu həmkarlar ittifaqı təşkilatının razılığı alınmadan ləğv edilə bilməz, cavabdeh təşkilat iddiaçı ilə olan əmək müqaviləsini ləğv etməmişdən əvvəl həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət etməli, təqdimata müvafiq əsaslandırma sənədlərini əlavə etməli, həmin məsələyə həmkarlar ittifaqı təşkilatı tərəfindən baxılaraq qərar qəbul edildikdən sonra işçinin əmək müqaviləsinin ləğvi məsələsinə baxılmalı idi. Lakin cavabdeh Naxçıvan MR Təhsil Nazirliyinin nazir vəzifələrini müvəqqəti icra edən nazir müavini tərəfindən İddiaçı Şəməsddin qızının əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmr verilərkən qeyd olunan tələblərə əməl edilməmişdir. Məhkəmə tərəfindən cavabdeh təşkilata yuxarıda qeyd olunan sənədlərin məhkəməyə təqdim edilməsi təklif edilmiş, cavabdeh təşkilat tərəfindən isə Naxçıvan MR Təhsil Nazirliyi Şərur rayon Təhsil Şöbəsinin müdirinin müraciəti əsasında keçirilmiş həmkarlar ittifaqının iclas protokolu və qərarı məhkəməyə təqdim edilmişdir. Məhkəmənin yuxarıda da qeyd etdiyi kimi həmin müraciət əsasında keçirilən həmkarlar ittifaqının iclası qanunvericiliyin tələbinə uyğun olaraq nəzərə alına bilməz. Həmkarlar ittifaqları haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Həmkarlar ittifaqları istehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilərin, habelə pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün iş yeri, peşələr, sahələr üzrə və respublika səviyyəsində fərdi üzvlük prinsipi əsasında könüllü birləşdiyi, nizamnamələri və bu Qanun əsasında fəaliyyət göstərən müstəqil ictimai, qeyri-siyasi təşkilatdır. Həmkarlar ittifaqları haqqında Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə əsasən Həmkarlar ittifaqları öz üzvlərinin əmək hüquqlarını müdafiə edir, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məşğulluğa kömək göstərilməsi tədbirlərin həyata keçirilməsində iştirak edirlər. Qanunvericiliyin sadalanan normalarının da tələbindən göründüyü kimi Həmkarlar İttifaqı işçilərin əmək hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün yaradılan bir təşkilatdır, Həmkarlar İttifaqları işçinin əmək hüququnun müdafiəsi üçün yaradılsa da hazırki mülki iş üzrə müəyyən edilmişdir ki, Şərur Rayon Təhsil X8 təşkilatı işə götürən sayılmayan şəxs tərəfindən verilmiş təqdimata baxaraq iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən çıxarılmasına razılıq verməklə nəinki işçinin hüquqlarını müdafiə etmiş hətta birbaşa işçinin əmək hüquqlarını pozmuşdur. Həmçinin cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçının işdən çıxarılma məsələsi onun iştirakı ilə araşdırılmamış, əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı iddiaçı dinlənilmədən, ondan izahat alınmadan onun əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmr verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərti ilə cərimə etmək; əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Həmin Məcəllənin 187.1-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Göründüyü kimi əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək də intizam tənbehi sırasında göstərilməsinə, intizam tənbehi verilməmişdən əvvəl işçidən izahat verilməsinin tələb edilməli olmasına baxmayaraq iddiaçıdan izahat alınmamışdır. İddiaçının işdən çıxarılması ilə bağlı əmrdə Muğancıq-Mehrab kənd tam orta məktəbinin direktoru İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini lazımi səviyyədə yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən 15 mart 2024-cü il tarixdən tutduğu vəzifədən azad edilməsi qeyd olunmuşdur. Məhkəmə bununla bağlı qeyd edir ki, mübahisələndirilən əmr əmək qanunvericiliyinin tələblərinə əsasən lazımi qaydada əsaslandırılmamış, iddiaçının hansı əmək funksiyasının yerinə yetirməməsi, hansı vəzifəsini icra etməməsi, iddiaçının fəaliyyətində hansı nöqsanların aşkarlandığı əmrdə qeyd olunmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 9-cu bəndinə əsasən əmək funksiyası - əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin ə bəndinə əsasən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən əmək müqaviləsi üzrə öhdəliklərini lazımi səviyyədə yerinə yetirmədiyinə görə arqumenti əsaslı hesab edilə bilməz, belə ki, iddiaçının öz vəzifə funksiyalarını lazımi şəkildə yerinə yetirməməsi və bu vəzifə funksiyalarının yerinə yetirilməməsi nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması, mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi işin faktiki halları ilə sübut olunmur. Ziyan formal və ümumi mülahizələrdən ibarət olmamalı, əmlakda azalma və ya başqa şəkildə real mənfi vəziyyətin varlığı ilə təsdiqlənməlidir. Lakin cavabdeh, iddiaçının əmək müqaviləsi üzrə öhdəliklərini lazımi səviyyədə yerinə yetirmədiyinə istinad edərkən bunun nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya kiminsə hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad etməmiş və bununla bağlı hər hansı bir sübut təqdim etməmişdir. Həmçinin məhkəmə onu da qeyd edir ki, cavabdeh tərəf ünvan 2 tam orta məktəbində aparılan monitorinq zamanı məktəb direktorun fəaliyyətində bir sıra nöqsanlar aşkar edildiyini, bu səbəbdən İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verildiyini qeyd etsələr də, iş materiallarına əlavə edilmiş və cavabdeh tərəfdən məhkəməyə təqdim edilmiş aktlardan görünür ki, məktəbdə aparılan monitorinqin nəticəsini əks etdirən aktların əksər hissəsi 12 mart 2024-cü il tarixdə tərtib edilmişdir. Ancaq iddia ərizəsinə əlavə edilmiş İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə əmrdən görünür ki, həmin əmrin verilməsi üçün əsas olan Şərur Rayon Təhsil şöbəsinin müdirinin təqdimatı 11 mart 2024-cü il tarixdə verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 76-cı maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Yuxarıda sadalanan qanunvericilik normalarından da göründüyü kimi cavabdeh tərəf iddiaçı ilə bağlanmış əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edərkən yuxarıda sadalanan tələblərə əməl etməli idi. Ancaq cavabdeh Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin tələbləri pozulmuşdur. Halbuki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmçinin, məhkəmə onu da qeyd edir ki, qeyd olunanlar ilə bağlı sübut etmə yükü cavabdehin üzərinə qoyulmalıdır. Belə ki, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübut etmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək və icra intizamı ilə əlaqədar bütün sənədləşdirmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. Hazırki əmək mübahisəsindən və iş materiallarından göründüyü kimi iddiaçının tələblərini təkzib edəcək hər hansı mötəbər sübutlar mövcud deyil. Cavabdeh Naxçıvan MR Təhsil Nazirliyinin nümayəndəsi tərəfindən monitorinq zamanı ünvan 2 tam orta məktəbin sabiq direktoru İddiaçı tərəfindən öz qulluq mövqeyindən istifadə edərək müvafiq üsullarla sənədləşdirməklə əvəzçilik qaydasında dərs məşğələlərinin saatlarının mənimsənilməsi, o cümlədən həmin dərs saatlarına görə bir neçə müəllimdən hər ay nağd şəkildə pul vəsaitinin alınması hallarına yol verməsinin müəyyən edildiyini, nəticədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.1, 186.2, 310 və 313-cü maddələri əsas götürülərək sabiq direktor İddiaçı tərəfindən yol verilmiş qanun pozuntusuna hüquqi qiymət verilməsi ilə bağlı müvafiq sənədlərin tərtib edilərək Şərur Rayon Prokurorluğuna göndərildiyini, Şərur Rayon Prokurorluğu tərəfindən 08C-24 saylı material üzrə araşdırma aparıldığını, İddiaçı tərəfindən dövlətə vurmuş olduğu maddi ziyanı və cinayət məsuliyyətindən azad olunmaq üçün cinayət nəticəsində vurulmuş maddi ziyanı qanunla müəyyən edilmiş məbləğdə dövlət büdcəsinə ödədiyindən barəsində xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsilə yəni şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş hallar müəyyən edildiyi üçün cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edildiyini, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndində isə iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallara aid edildiyini, məktəb direktorunun mövcud qanunvericiliyin tələblərinə zidd olaraq əmək vəzifələrini kobud şəkildə pozaraq iş vaxtı ərzində bilavasitə iş yerində cinayət tərkibi olan əməllərə yol verməsi həmin dövrdə məktəbdə təhsilin, əmək və icra intizamının normal ahənginin pozulmasına, habelə əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi ilə nəticələndiyini qeyd etsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə əmr verilərkən onun tərəfindən cinayət əməli törədilməsi və onun həmin əməldə təqsirli sayılması ilə bağlı hər hansı bir araşdırmanın nəticəsini əks etdirən sənədə istinad edilməmiş, həmin əmrdə bu halla bağlı heçnə göstərilməmiş, iddiaçı ilə bağlanan əmək müqaviləsinə xitam verildikdən sonra yəni 30 mart 2024-cü il tarixdə monitorinqin nəticələrinin araşdırılması üçün prokurorluğa müraciət edilmişdir. Şərur Rayon Porkurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı isə 25 aprel 2024-cü il tarixdə qəbul edilmişdir. Göründüyü kimi iddiaçı ilə bağlanan əmək müqaviləsinə xitam verilərkən onun iş yerində hər hansı bir cinayət əməlini törətməsi və bununla bağlı təqsirli sayılmasını əks etdirən hər hansı bir məhkəmə hökmü mövcud olmamışdır. Məhkəmə bu halla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Göründüyü kimi cavabdeh təşkilat tərəfindən iddiaçının işdən çıxarılması üçün Naxçıvan MR Təhsil Nazirliyi Şərur rayon Təhsil Şöbəsi tərəfindən Naxçıvan MR Təhsil Nazirliyinə təqdimat verildikdən (11 mart tarixindən) sonra tərtib edilmiş aktlara və prokurorluq tərəfindən qəbul edilmiş qərara istinad edilməsi əsassızdır və işçinin əmək funksiyasını pozması kimi qiymətləndirilməklə iddiaçının işdən çıxarılması barədə əmrin verilməsi üçün əsas sayıla bilməz. Həmin aktlar və qərar sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə qeyd edir ki, akt müəyyən edilmiş fakt və hadisələri təsdiq edən sənəddir. Bir qayda olaraq o bir neçə şəxs və ya xüsusi olaraq təyin edilmiş şəxs tərəfindən həmin fakt və ya hadisənin baş verdiyi vaxt tərtib edilir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Əmək Məcəlləsinin 75.1-ci maddəsinə əsasən tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Lakin mülki iş materiallarından hazırki mübahisə üzrə belə halların olması müəyyən edilmir. Beləliklə yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə iddiaçı arasında bağlanılmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi barədə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nazir vəzifələrini müvəqqəti icra edən nazir müavininin 15 mart 2024-cü il tarixli, 57 nömrəli əmri qanuni hesab edilə bilməz. Bu səbəbdən həmin əmr ləğv edilməli və iddiaçı əvvəlki iş yerinə bərpa edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nazir vəzifələrini müvəqqəti icra edən nazir müavininin 15 mart 2024-cü il tarixli, 57 nömrəli əmrin ləğv edilməsi hissəsində tələb əsaslı hesab edildiyindən və iddiaçı əvvəlki iş yerinə bərpa olunmalı olduğundan, iddia tələbi işə bərpa olunanadək olan müddət ərzindəki əmək haqqının iddiaçıya ödənilməsi hissəsində də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafıq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. İddiaçının tələbinin cavabdehlər Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Şərur rayon Təhsil Şöbəsinə və ünvan 2 tam orta məktəbinə qarşı olan hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçının 15 mart 2024-cü il tarixli, 57 nömrəli əmrin ləğv edilməsi, işə bərpa və işə bərpa olunanadək olan müddət ərzindəki əmək haqqının ödənilməsi tələbinə cavab verməli olan şəxs Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Şərur rayon Təhsil Şöbəsi və ünvan 2 tam orta məktəbi deyildir, digər cavabdehdir. Buna görə də məhkəmə belə hesab edir ki, iddiaçının iddia tələbi Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Şərur rayon Təhsil Şöbəsinə və ünvan 2 tam orta məktəbinə dair hissədə iddiaya cavab verməli olmayan şəxslərə qarşı qaldırıldığına görə rədd edilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin edilməli; -Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nazir vəzifələrini müvəqqəti icra edən nazir müavininin 15 mart 2024-cü il tarixli, 57 nömrəli əmri ləğv edilməli; -İddiaçı ünvan 2 tam orta məktəbinin direktoru vəzifəsinə bərpa olunmalı; -Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməli; -iddia cavabdehlər Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Şərur rayon Təhsil Şöbəsinə və ünvan 2 tam orta məktəbinə münasibətdə rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nazir vəzifələrini müvəqqəti icra edən nazir müavininin 15 mart 2024-cü il tarixli, 57 nömrəli əmri ləğv edilsin. İddiaçı ünvan 2 tam orta məktəbinin direktoru vəzifəsinə bərpa olunsun. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. İddia cavabdehlər Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Şərur rayon Təhsil Şöbəsinə və ünvan 2 tam orta məktəbinə münasibətdə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar