Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-1101/2024 12.08.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, Naxçıvan şəhəri, C.Məmmədquluzadə 27 ünvanında yerləşən iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair işlər üzrə sadələşdirilmiş iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyənetdim: "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 05 fevral 2021-ci il tarixli, 2021/001 saylı “Ödəniş kartlarının əldə edilməsinə və istifadəsinə dair” müqaviləyə əsasən xx.xx.2024-cü il tarixə olan 2087.18 (iki min səksən yeddi manat 18 qəpik) manat borcun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 40.87 (qırx manat 87 qəpik) manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat bank xidmət haqqının tutularaq "xxxx" ASC-də olan bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "xxxx" ASC tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə “Naxçıvan Dövlət Universiteti” arasında bağlanmış 05 fevral 2021-ci il tarixli, 2021/001 saylı “Ödəniş kartlarının əldə edilməsinə və istifadəsinə dair” müqaviləyə əsasən Cavabdeh adına Bankda kart hesabı açılmış, bank kartı emissiya olunmuşdur və 01 dekabr 2022-ci il tarixli, 23 saylı təhvil-təslim aktına əsasən “Naxçıvan Dövlət Universiteti” tərəfindən kart Cavabdeh təhvil verilmişdir. Müqavilənin 4.4.3-cü bəndinə əsasən kart hesabında olan vəsaitin qalığı həddində əməliyyatlar həyata keçirmək, kart hesabı üzrə overdraft hallarına yol verməmək Borcalan üçün vəzifə kimi müəyyən olunsa da, müqavilə şərtləri Borcalan tərəfindən pozulmaqla kart hesabı üzrə overdrafta (limitdən artıq istifadə) yol verilmişdir. Bu səbəbdən tərəfimizdən Borcalan ilə dəfələrlə telefonla əlaqə saxlanılmış və Borcalana xəbərdarlıq məktubları ünvanlanaraq borc məbləği dəqiq göstərilməklə borcun icrası tələb edilmişdir. İddiaçının tələbinin əsaslandığı sənədlər “Ödəniş kartlarının əldə edilməsinə və istifadəsinə dair” müqavilə, təhvil-təslim aktı, overdraft borcuna dair maliyyə arayışı, kart hesabından çıxarışdır. “Ödəniş kartlarının əldə edilməsinə və istifadəsinə dair” müqavilənin 6.1-ci maddəsinə əsasən müəyyənləşdirilmişdir ki, tərəflər bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsinə görə qarşı tərəfə vurduğu ziyana görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar və qarşı tərəfə vurduğu zərəri tam həcmdə ödəməyə borcludurlar. “Ödəniş kartlarının əldə edilməsinə və istifadəsinə dair” müqavilənin 10.1-ci maddəsinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minir və icrası tərəflər üçün məcburidir. Cavabdeh 05 fevral 2021-ci il tarixli, 2021/001 saylı “Ödəniş kartlarının əldə edilməsinə və istifadəsinə dair” müqaviləyə əsasən xx.xx.2024-cü il tarixə 2087.18 (iki min səksən yeddi manat 18 qəpik) manat overdraft borcu öhdəliyi vardır. İddiaçı təşkilat sonda qanunvericiliyin müvafiq maddələrinə istinad edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə “Naxçıvan Dövlət Universiteti” arasında bağlanmış 05 fevral 2021-ci il tarixli, 2021/001 saylı “Ödəniş kartlarının əldə edilməsinə və istifadəsinə dair” müqaviləyə əsasən Cavabdeh adına Bankda kart hesabı açılmış, bank kartı emissiya olunmuşdur və 01 dekabr 2022-ci il tarixli, 23 saylı təhvil-təslim aktına əsasən “Naxçıvan Dövlət Universiteti” tərəfindən kart Cavabdeh təhvil verilmişdir. Müqavilənin 4.4.3-cü bəndinə əsasən kart hesabında olan vəsaitin qalığı həddində əməliyyatlar həyata keçirmək, kart hesabı üzrə overdraft hallarına yol verməmək Borcalan üçün vəzifə kimi müəyyən olunsa da, müqavilə şərtləri Borcalan tərəfindən pozulmaqla kart hesabı üzrə overdrafta (limitdən artıq istifadə) yol verilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli 149 nömrəli arayışdan belə müəyyən olunur ki, 05 fevral 2021-ci il tarixli, 2021/001 saylı “Ödəniş kartlarının əldə edilməsinə və istifadəsinə dair” müqaviləsi üzrə Cavabdeh "xxxx" ASC-nə həmin tarixə 2087.18 (iki min səksən yeddi manat 18 qəpik) manat borcu yaranmışdır. Borcalan Cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il taixdə bildiriş göndərilmiş və borcun ödənilməsinə dair xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə görə, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya (1092.1.1.) əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə (1092.1.2.). Həmin Məcəllənin 1094-cu maddəsinə görə, əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə xx.xx.2024-cü il tarixdə daxil olmuş ərizə üzrə xx.xx.2024-cü il tarixdə Cavabdeh bildiriş göndərmişdir. Lakin cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməklə Cavabdeh 05 fevral 2021-ci il tarixli, 2021/001 saylı “Ödəniş kartlarının əldə edilməsinə və istifadəsinə dair” müqaviləyə əsasən 2087.18 (iki min səksən yeddi manat 18 qəpik) manat məbləğində borc iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 Portalına xx.xx.2024-cü il tarixdə ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 40.87 (qırx manat 87 qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidmət haqqı olmaqla 41.27 (qırx bir manat 27 qəpik) manat Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdim: İddia təmin edilsin. Cavabdeh 05 fevral 2021-ci il tarixli, 2021/001 saylı “Ödəniş kartlarının əldə edilməsinə və istifadəsinə dair” müqaviləyə əsasən 2087.18 (iki min səksən yeddi manat on səkkiz qəpik) manat məbləğində borc iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 Portalına xx.xx.2024-cü il tarixdə ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 40.87 (qırx manat 87 qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidmət haqqı olmaqla 41.27 (qırx bir manat iyirmi yeddi qəpik) manat Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №e-2(078)-1101/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-1101/2024
12.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver