Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-1187/2025 12.08.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı iddiaçı Səfərova (İbrahimova) Pərvanə İbrahim qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X7 qarşı miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının və miras əmlakda payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: İddiaçı Səfərova (İbrahimova) Pərvanə İbrahim qızı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X7 qarşı miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının və miras əmlakda payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, babası X1 miras qalmış Kəngərli rayonu, Şahtaxtı kəndində yerləşən 0.0969 ha torpaq sahəsindən ibarət miras əmlakın mərhum atası X10 tərəfindən qəbul olunması, onun vəfatından sonra miras əmlakın irsi transmissiya qaydasında onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktının və miras əmlakda payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə iddia ərizəsi daxil olduqda hakim onun Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilibverilməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsində iddia ərizəsinin forma və məzmunu öz əksini tapıb. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2 və 149.2.2-ci maddələrinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. İddiaçı Səfərova (İbrahimova) Pərvanə İbrahim qızı iddia ərizəsində cavabdehlər qismində Cavabdeh1, Cavabdeh2 və X8 qeyd etsə də, X4 rəsmi qeydə alındığı ünvanı ərizədə göstərmiş, lakin onun faktiki yaşadığı ünvanı göstərməmiş, sadəcə “Türkiyə Respublikası” yazmaqla kifayətlənmiş, həmçinin cavabdeh qismində qeyd etdiyi X4 şəxsiyyət vəsiqəsinin seriya nömrəsini də iddia ərizəsində qeyd etməmişdir. Həmçinin iddiaçı Səfərova (İbrahimova) Pərvanə İbrahim qızı iddia ərizəsində cavabdehlər qismində qeyd etdiyi Cavabdeh1 və Cavabdeh2 telefon nömrələrini, o cümlədən mobil telefon nömrələrini də ərizədə qeyd etməmişdir. Məhkəmə belə hesab edir ki, cavabdehin faktiki yaşadığı ünvanın iddia ərizəsində qeyd edilməməsi halı işə baxıldığı müddətdə ona məhkəmə bildirişlərinin çatdırılmasına, həmçinin onun məhkəmədə iştirakına, yəni işin məhkəmədə ədalətli araşdırılmasına maneə yaradacaq haldır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinə müvafiq olaraq, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin məhkəmə onu da qeyd edir ki, iddiaçı iddia ərizəsində babası X2 xx.xx.2006-cı il tarixdə vəfat etdiyini, babasından Kəngərli rayonu, Şahtaxtı kəndində yerləşən 0.0969 ha torpaq sahəsinin miras qaldığını, babası X2 23 sentyabr 2005-ci il tarixdə Vəsiyyətnamə ilə əmlakını atası X9 vəsiyyət etməsini qeyd etsə də iddia ərizəsinə əlavə edilmiş vəsiyyətnamədən görünür ki, X3 həmin vəsiyyətnamə ilə Kəngərli rayonu, Şahtaxtı kəndində yerləşən 0.0969 ha torpaq sahəsini deyil, Kəngərli rayonu, Şahtaxtı kəndində yerləşən iki mərtəbədən üç otaqdan ibarət evini X9 vəsiyyət etmişdir. İddia ərizəsinə əlavə edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan isə görünür ki, X2 adına qeydiyyata alınmış Kəngərli rayonu, Şahtaxtı kəndində yerləşən 0.0969 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsində vəsiyyətnamədə qeyd edilən ev yoxdur. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı Səfərova (İbrahimova) Pərvanə İbrahim qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X7 qarşı miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının və miras əmlakda payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılır. Qeyd olunan maddənin tələbini nəzərə alaraq hesab edirəm ki, iddiaçı Səfərova (İbrahimova) Pərvanə qızı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 14 iyun 2025-ci il tarixli, 11029 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Məhkəmə həmçinin onu da qeyd edir ki, Səfərova (İbrahimova) X5 Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə müraciət etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun özündə saxlanılmışdır. Ona görə də qeyd edilən sənədlərin iddiaçıya geri qaytarılmasına zərurət yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı Səfərova (İbrahimova) Pərvanə İbrahim qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X7 qarşı miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının və miras əmlakda payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı Səfərova (İbrahimova) Pərvanə qızı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 14 iyun 2025-ci il tarixli, 11029 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. İddiaçı Səfərova (İbrahimova) Pərvanə İbrahim qızına izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-1187/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-1187/2025
12.08.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver