Məhkəmə qərarları › İş №e-2(078)-1221/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-1221/2023

25.12.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-1221/2023 25.12.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdeh Rzayeva (Quliyeva) Fəridə Hacı qızına qarşı mənzilin tərkib hissəsindən yaşayış və istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Rzayeva (Quliyeva) Fəridə Hacı qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Rzayeva (Quliyeva) Fəridə Hacı qızının Naxçıvan şəhəri, Xətai küçəsi, ev 29 ünvanında yerləşən, İddiaçı tam mülkiyyət hüququ ilə məxsus olan evin tərkib hissəsindən “yaşayış və istifadə” hüquqlarının itirilmiş (saxlanılmayan) hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsində iddia tələbini əsaslandıraraq bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi, vəkili və nümayəndəsi olduğu Quliyev X10 şəhəri, Xətai küçəsi, ev-29 ünvanında yerləşən evin tam hüquqlu mülkiyyətçisidir. Həmçinin onu da nəzərə almaq lazımdır ki, mülkiyyətçi hal-hazırda ailə üzvləri ilə birlikdə həmin evdə faktiki olaraq yaşayır. Həmin ev ona mərhum nənəsindən miras əmlak olaraq qalmış və iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Hazırki iş üzrə cavabdeh Rzayeva (Quliyeva) Fəridə Hacı qızı xx.xx.1981-ci il tarixində rəsmi nikah qeydiyyatına düşməklə ailə həyatı qurmuş və o tarixdən etibarən hazırki mübahisə predmeti olan evdən çıxıb getmişdir. Artıq təxminən 40 ildən çoxdur ki, o burada yaşamır, sadəcə olaraq övladları və nəvələri ilə birlikdə iddiaçının mülkiyyətində olan mənzildə pasport qeydiyyatında dayanır. Cavabdeh ailə qurub ayrıldıqdan sonra Naxçıvan şəhəri, 56-cı məhəllə, döngə-11, ev-4 (köhnə 56-cı məhəllə, ev-1) ünvanında torpaq alıb ev tikərək həmin ünvanda yaşayıblar. Həmin evin tikilməsinə 1989-1990-cı illərdə iddiaçı 8000 rubl da maddi köməklik etmişdir. İddiaçı cavabdehdən dəfələrlə mülkiyyətində olan evin pasport qeydiyyatından çıxmağı tələb etsə də, bunun bir nəticəsi olmamışdır. Hətta təxminən 5 il əvvəl də qeydiyyatdan çıxıb öz evlərinə qeydiyyata düşmələri üçün müvafiq sənədlərin hazırlanması məqsədi ilə cavabdehə 300 manat da pul ödəmişdir. Yuxarıda qeyd etdiyi kimi onun iddiaçının mülkiyyətində olan evdə pasport qeydiyyatında durması iddiaçının mülkiyyət hüquqlarının tam sərbəst hüquqi baxımdan həyata keçirməsinə ciddi maneələr yaradır. Həmçinin cavabdehin 2 oğlu və 3 nəvəsi də həmin evdə pasport qeydiyyatında dayanır. Yuxarıda qeyd etdiyi kimi cavabdeh artıq uzun müddətdir ki, təxminən 40 ildən çoxdur ki, pasport qeydiyyatında olan evdə yaşamır və buradan çıxıb getmişdir. Həmçinin onun o dövrdə qüvvədə olan Mənzil qanunverciliyinin tələbinə görə mövcud olmuş “yaşayış və istifadə” hüququ da artıq itirilmişdir. Yəni həmin dövrün mənzil qanunverciliyinin tələbi baxımından 6 aydan artıq daimi olaraq yaşayış yerini tərk edən zaman “yaşayış və istifadə” hüququ artıq saxlanılmır. Hazırki iş üzrə cavabdeh də daimi əsaslarla (nikah münasibətlərinə daxil olduğu üçün) yaşayış yerini tərk etmişdir. Mülki iş üzrə təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçıya mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil hüquqlarını müdafiə etdiyi və eyni zamanda nümayəndəsi olduğu İddiaçı iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsinə etirazının olmadığını bildirməsini nəzərə alan məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə əsaslanmaqla İddiaçı iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdeh Rzayeva (Quliyeva) Fəridə Hacı qızına rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarına gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə cavabdeh Rzayeva (Quliyeva) Fəridə Hacı qızının iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil İddiaçı ünvan 1 ünvanında yerləşən evin tam hüquqlu mülkiyyətçisi olduğunu, həmin evin ona mərhum nənəsindən miras əmlak olaraq qaldığını, Cavabdeh 1981-ci ildə rəsmi nikah qeydiyyatına düşməklə ailə həyatı qurduğunu, o tarixdən etibarən həmin evdən çıxıb getdiyini, təxminən 40 ildən çoxdur ki, o həmin evdə yaşamadığını, sadəcə olaraq övladları və nəvələri ilə birlikdə iddiaçının mülkiyyətində olan mənzildə pasport qeydiyyatında dayandığını, cavabdeh ailə qurub ayrıldıqdan sonra ünvan 3 ünvanında torpaq alıb ev tikərək həmin ünvanda yaşadığını, hətta həmin vaxtlar iddiaçı ilə münasibətləri yaxşı olduğundan həmin evin tikilməsinə 1989-1990-cı illərdə iddiaçının 8000 rubl köməklik etdiyini, iddiaçı cavabdehdən dəfələrlə mülkiyyətində olan evin pasport qeydiyyatından çıxmağı tələb etsə də, bunun bir nəticəsi olmadığını, hətta 5 il əvvəl də cavabdehin maddi imkanının olmadığını dediyi üçün iddiaçının qeydiyyatdan çıxıb öz evlərinə qeydiyyata düşmələri üçün müvafiq sənədlərin hazırlanması məqsədi ilə cavabdehə 300 manat pul verdiyini, Cavabdeh övladları və nəvələrinin iddiaçının mülkiyyətində olan mənzildə pasport qeydiyyatından çıxartmaq üçün İnzibati Məhkəməyə müraciət etdiklərini, Cavabdeh həmin evə yaşayış və istifadə hüququ olduğu üçün həmin şəxslərin evin qeydiyyatından çıxarılmalarının mümkün olmadığını bildirdiklərini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X13 ifadəsində İddiaçı ilə qonşu olduqlarını, İddiaçı bacısı Fəridənin təxminən 1980-ci ildə evlənib mübahisələndirilən evdən köçdüyünü, hal-hazırda öz evinin olduğunu və orada yaşadığını, Fəridənin evinin ünvan 4 ünvanında yerləşən evdə İddiaçı, onun yoldaşının və onun anasının yaşadığını, Cavabdeh həmin evdə çoxdandır görmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində İddiaçı ilə uşaqlıq dostu olduğunu, Cavabdeh öz evinin olduğunu və orada yaşadığını, əvvəllər İddiaçı ailəsinin hamısının Naxçıvan şəhəri, Xətai küçəsi, ev 29 ünvanında yerləşən evdə yaşadığını, İddiaçı böyük bacısı Fəridənin təxminən 1980-ci illərdə evlənib mübahisələndirilən evdən köçdüyünü, həmin evdə İddiaçı, onun yoldaşının və onun anasının yaşadığını, Cavabdeh həmin evdə çoxdandır görmədiyini bildirdi. Məhkəmə iddiaçının vəkil və nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutları, eyni zamanda işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan Naxçıvan şəhəri, Xətai küçəsi, ev 29 ünvanında yerləşən 0.0346 ha torpaq sahəsinin və onun üzərində olan 152.81 kv.m fərdi yaşayış evinin xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına Daşınmaz əmlakın dövlət reyestrində 18/24 nömrəli reyestr kitabının 4658 nömrəli vərəqində qeydiyyata alınması aydın olur. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər İcra Hakimiyyəti 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan İddiaçı Naxçıvan şəhəri, Xətai küçəsi, ev 29 ünvanında qeydiyyatda olması aydın olur. İddia ərizəsinə əlavə olunmuş AR DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan Cavabdeh Naxçıvan şəhəri, Xətai küçəsi, ev 29 ünvanında qeydiyyatda olması aydın olur. İş materiallarında olan Naxçıvan MR Daxili İşlər Nazirliyinin tərəfindən verilmiş 12 aprel 2023-cü il tarixli ******* nömrəli arayışdan məlum olur ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı, xx.xx.2011-ci il təvəllüdlü X9, xx.xx.2007-ci il təvəllüdlü X14, xx.xx.2014-cü il təvəllüdlü X15, xx.xx.2017-ci il təvəllüdlü X18, xx.xx.1992-ci il təvəllüdlü X16, xx.xx.1989-cu il təvəllüdlü X19, xx.xx.1983-cü il təvəllüdlü X17, xx.xx.1969-cu il təvəllüdlü X1 şəhəri, X31 küçəsi, ev 29 ünvanında qeydiyyatdadırlar. İddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 446068 nömrəli çıxarışdan Cavabdeh ilə X23 arasında 02 iyul 1981-ci il tarixdə nikahın bağlanması, həmin tarixdə bunun nikahın bağlanması haqqında akt qeydləri kitabında 147 nömrə ilə qeyd edilməsi və nikah bağlandıqdan sonra iddiaçının özünə cavabdehin soyadını yəni “Rzayeva” soyadını seçməsi aydın olur. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 28 aprel 2023-cü il tarixli, 04/307 nömrəli məktubda qeyd olunmuşdur ki, ünvan 8 ünvanında, 600 m2 torpaq sahəsində yerləşən, ümumi sahəsi 214,73 m2 olan fərdi yaşayış evi 02 mart 2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 27 noyabr 2023-cü il tarixli, 04/948 nömrəli məktubda qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasının daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına 21 iyun 2013-cü il tarixdə Naxçıvan şəhər 2-ci dövlət notariat kontorunun 31 may 2013-cü il tarixli, 2/V-01-83 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”si əsasında Naxçıvan şəhəri, X31 küçəsi, ev 29 ünvanında 666,64 m2 torpaq sahəsində yerləşən, ümumi sahəsi 131,88 m2 olan fərdi yaşayış evi qeydiyyata alınmışdır. İddiaçı bəhs olunan fərdi yaşayış evinin bir hissəsini Naxçıvan şəhər 3-cü dövlət notariat kontorunun 4 aprel 2014-cü il tarixli, 4/Ə-01-93 nömrəli müqaviləsi əsasında Seyidov MirDamət Seyidrza oğluna satmışdır. Bəhs olunan fərdi yaşayış evinin yerdə qalan 346 m2 torpaq sahəsi üzərində yerləşən 152,81 m2 tikili ilə birlikdə 23 dekabr 2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində Naxçıvan şəhər 3-cü dövlət notariat kontorunun 4 aprel 2014-cü il tarixli, 4/Ə-01-93 nömrəli müqaviləsi əsasında İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan 04 aprel 2014-cü il tarixli, 272544 nömrəli müqavilədən görünür ki, Naxçıvan şəhəri, Xətai küçəsi, ev 29 ünvanında yerləşən fərdi yaşayış evinin bir hissəsini Seyidov X2. Cavabdeh Rzayeva (Quliyeva) Fəridə Hacı qızının mübahisəli evdən istifadə ilə bağlı hüquq münasibətləri 1 sentyabr 2000-ci ilə qədər yarandığından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən bu hüquq münasibətlərinə həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan SSR-in 8 iyun 1992-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mənzil Məcəlləsi) müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli Qərarında göstərilir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsində göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 1982-ci ildən qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Lakin bu maddə həmin şəxslər arasında razılaşmanın formasını və reallaşmasının şərtlərini müəyyən etməməklə məsələni tərəflərin öhdəsinə buraxmış, yaşayış sahəsindən istifadə qaydası və xərclərdə iştirakın məbləği haqqında əmələ gələn mübahisələrin məhkəmə yolu ilə həllini müyyənləşdirmişdir. xx.xx.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin: 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində (İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir) və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. “Respublika Məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 1992-ci il 16 oktyabr tarixli 2 №-li qərarının (1994-cü il 20 may tarixli 4 №-li və 1998-ci il 25 mart tarixli 4 №-li qərarlarında edilmiş dəyişikliklərlə) 8-ci bəndində göstərilir ki, Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, qanunla daha uzun müddət nəzərdə tutulmamışdırsa, müvəqqəti olaraq başqa yerə getmiş kirayəçinin və onun ailə üzvlərinin yaşayış sahəsinə hüququ altı ay müddətinə saxlanılır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, bununla əlaqədar mübahisə yarandıqda, maraqlı şəxslərin iddiaları üzrə məhkəmə tərəfindən həyata keçirilir. Məhkəmə kirayəçinin və onun ailə üzvünün üzrlü səbəblərdən müəyyən edildiyindən artıq müddətə başqa yerə getdiyini müəyyən etdikdə, iddianı təmin etmir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh Rzayeva (Quliyeva) Fəridə Hacı qızı 40 ildən artıq müddətdir ki, mübahisəli mənzili daimi əsaslarla tərk etmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, cavabdeh Rzayeva (Quliyeva) Fəridə Hacı qızı hazırda Naxçıvan şəhəri, 56-cı məhəllə, döngə 11, ev 4 ünvanında yaşayır və həmin fərdi yaşayış evi onun mülkiyyətindədir. Qeyd edilənlərə əsasən müəyyən edildi ki, İddiaçı mübahisəli mənzilin mülkiyyətçisidir və cavabdeh 6 aydan çoxdur ki, mübahisəli mənzildə yaşamır, oranı daimi əsaslarla tərk etmişdir və onun qeydiyyatı formal xarakter daşıyır. Cavabdehin mübahisəli mənzildə qeydiyyatda qalması iddiaçıya mənzildən maneəsiz istifadə etməyə imkan vermir. Cavabdehin uzun müddətdir ki, mübahisəli mənzildə yaşamaması onun özünə başqa daimi yaşayış yeri seçməsi qənaətinə gəlməyə imkan verir. Cavabdehin mənzildə olan pasport qeydiyyatı hazırda formal xarakter daşımaqla “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsində təsbit edilmiş bu qanunun məqsədlərinin təmin edilməsinə xidmət etmir. Ona görə də, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs əmlakından maneəsiz (dinc) istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia tələbi təmin edilməli; -cavabdeh Rzayeva (Quliyeva) Fəridə Hacı qızının İddiaçı mülkiyyətində olan Naxçıvan şəhəri, Xətai küçəsi, ev 29 ünvanında yerləşən mənzilin tərkib hissəsindən yaşayış və istifadə hüququ itirilmiş hesab edilməli; -iddia təmin edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi cavabdeh Rzayeva (Quliyeva) Fəridə Hacı qızından alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh Rzayeva (Quliyeva) Fəridə Hacı qızının İddiaçı mülkiyyətində olan Naxçıvan şəhəri, Xətai küçəsi, ev 29 ünvanında yerləşən mənzilin tərkib hissəsindən yaşayış və istifadə hüququ itirilmiş hesab edilsin. İddia təmin edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi cavabdeh Rzayeva (Quliyeva) Fəridə Hacı qızından alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar