Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-123/2024 04.11.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı-cavabdehin vəkili və nümayəndəsi Vəkil1, cavabdeh-iddiaçı təşkilatın nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı-cavabdeh İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı qanunsuz əmrin ləğv edilməsi, məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi və tutduğu sonuncu vəzifəyə uyğun işə bərpa olunmağı və ona dəymiş mənəvi zərərin ödənilməsi, eyni zamanda cavabdeh-iddiaçı "xxxx" MMC-nin iddiaçı-cavabdeh İddiaçı qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı vəkili və nümayəndəsi Vəkil1 cavabdeh "xxxx" MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən iddiaçının işdən çıxarılmağı barədə verilmiş qanunsuz əmrin ləğv edilməsi, məcburi işburaxma müddətinə görə əmək haqqının hesablanaraq ödənilməsi, tutduğu sonuncu vəzifəyə uyğun işə bərpa olunmağı və iddiaçıya dəymiş mənəvi zərərə görə 20000 (iyirmi min) manat məbləğində pulun cavabdeh təşkilatdan tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı-cavabdeh İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2019-cu ildə “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının "xxxx" (hazırki adı LG Bakı MMC) Məhdud Məsuliyyətli Cəmiyyətinə satış təmsilçisi vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə onun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əmək müqaviləsinə xitam verilib. O, 4 ilə yaxın həmin MMC-də işləyib, işlədiyi dövrdə heç bir pozuntu və nöqsana yol verməyib. Daha əvvəl ona əmək funksiyalarını lazımınca yerinə yetirməməyi barədə heç bir xəbərdarlıq edilməyib. Əmək müqaviləsinə xitam verilən hallara səbəb olacaq əməlin nədən ibarət olması ona bildirilməyib. Hətta bu barədə vəkili həmin MMC-yə əmrdən çıxarışın verilməsi barədə sorğu versə də, bu günə qədər həmin sorğuya cavab verilməyib. Cavabdehin onu qanunsuz və əsassız yerə işdən azad etməsi ona həm maddi, həm də mənəvi cəhətdən zərər vermişdir. Cavabdehin bu əsassız əmrinə görə o heç bir yerdə iş tapa bilmir. Ona görə də elə hesab edir ki, ona dəymiş mənəvi zərər cavabdehdən tutularaq ona ödənilməlidir. İşdən çıxarılmağı tamamilə qanunsuz və əsassızdır. Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin 15 noyabr 2023-cü il tarixli **********684700 saylı məktubundan görünür ki, 19 dekabr 2011-ci il tarixdən Naxçıvan MR Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alnmış “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının "xxxx" MMC-nin (VÖEN **********) xx.xx.2023-cü il tarixdə təsisiçisinin ümumi yığıncağının qərarına əsasən hüquqi adı dəyişdirilərək LG Bakı MMC adlandırılmışdır. Ona görə də hesab edir ki LG Bakı MMC iş üzrə cavabdeh qismində tanınmalıdır. Məhkəmədən əvvəl məsələnin həllini tapması üçün X1 müraciət etsə də cavabdeh mediasiya prosesində iştirak etmədi. Cavabdeh-iddiaçı "xxxx" MMC qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı 03 iyun 2019-cu il tarixdə əvvəlki adı X4 İttifaqının "xxxx" MMC olan Cavabdeh MMC-yə Satış təmsilçisi vəzifəsinə işə qəbul edilib. İddiaçı vəzifə öhdəliklərinə aşağıdakılar daxil olub: 1) Məhsulun yerli bazarda uğurlu satışını təmin etmək, sifarişləri qəbul etmək, sənədlər əsasında anbardan yükləri qəbul etmək, qablaşırmanın bütövlüyünü yoxlamaq, məhsulları yük maşınına yükləyərək ticarət nöqtələrinə çatdırmaq, yükləmə-boşaltma işlərinin düzgünlüyünə, yüklərin qorunmasına və yerləşdirilməsinə nəzarət etmək; 2) Yüklərin təyin olunmuş yerə çatmasını müşayiət etmək, ticarət nöqtələrinə məhsulları çatdırdıqdan sonra sənəd əsasında məhsulları satıcı-merçendayzere (müştəri təmsilçisinə), baş satıcıya, market anbardarına təhvil vermək, sənəd üzərində məhsulların qəbul-təhvilini rəsmiləşdirmək; 3) Satış obyektlərindən (müştərilərdən) satış pullarını qəbul edib müəssisənin xəzinəsinə təhvil vermək; və rəhbərliyin ona həvalə etdiyi və vəzifə təlimatında göstərilən digər vəzifələr. Lakin təəssüf ki, İddiaçı məhsulları müştərilərə çatdırsa da, müştərilərin məhsullara görə ödəmiş olduğu satış pullarını qəbul edib, müəssisənin xəzinəsinə ödəməmişdir. Belə ki, İddiaçı fəaliyyətinin auditi həyata keçirilmiş və onun müəssisəyə 23683.43 (iyirmi üç min altı yüz səksən üç manat 43 qəpik) manat məbləğində maddi zərər vurması aşkar edilmişdir. Bununla bağlı tərtib edilmiş audit aktı iddia ərizəsinə əlavə edilir. İddiaçı tərəfindən işəgötürənə vurulmuş bu zərər tam həcmdə ödənilməlidir. Mülki iş üzrə "xxxx" MMC-nin direktoru Seymur Rzalı tərəfindən iddiaya etiraz göndərilmiş və etirazda qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən işdən azad edilməsi tam qanuni olmuşdur. Belə ki, ki, iddiaçı onun fəaliyyətinin audit olunduğunu və fəaliyyətində ciddi nöqsanlar olduğunu bilərək, 01 aprel 2023-cü il tarixdən üzrlü səbəb olmadan və iş yerinə hər hasnı bir məlumat vermədən işə gəlməmişdir. 01 aprel 2023-cü il tarixdən Ramil işə gəlməməyinin səbəblərinin öyrənilməsi üçün dəfələrlə zəng olunsa da, o, telefon zənglərinə cavab vermədiyindən, 06 aprel 2023-cü il tarixində X4 İttifaqının "xxxx" MMC tərəfindən İddiaçı Bildiriş göndərilmişdir. Bildirişdə İddiaçı vəzifə öhdəlikləri xatırladılaraq, X4 İttifaqının "xxxx" MMC-nin direktoruna müraciət etməsi tələb edildmiş, əks halda Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq işdən azad ediləcəyi bildirilmişdir. Bildirişin surəti və onun göndərildiyini təsdiq edən poçt qəbzi etiraza əlavə edilir. Lakin Bildirişin göndərildiyi 06 aprel 2023-cü il tarixindən sonra da İddiaçı işə gəlməməmiş və MMC-nin rəhbərliyinə işə gəlməməyinin səbəblərinə dair hər hansı məlumat verməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin a) bəndinə əsasən, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir və bu hal işəgötürənə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə istinad etməklə, işçi ilə əmək müqaviləsinə xitam vermək hüququ verir. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Bundan başqa, İddiaçı işə gəlməməklə yanaşı, əmək müqaviləsi üzrə öhdəliklərini də yerinə yetirməmişdir. Belə ki, işəgötürən tərəfindən işçinin fəaliyyətinin auditi həyata keçirilmiş və onun əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyərək, işəgötürənə 23683.43 (iyirmi üç min altı yüz səksən üç manat 43 qəpik) manat məbləğində zərər vurması müəyyən edilmişdir. Müvafiq audit aktı əlavə edilir. Əmək Məcəlləsinin 72-ci maddəsinin c) bəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 2) Vurulmuş mənəvi zərərin ödənilməsi tələbinə dair Əmək Məcəlləsinin 290.3-cü maddəsinə əsasən, işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Əmək Məcəlləsinin 290-cı maddəsinin “Qeyd” hissəsinə əsasən, 290-cı maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Göründüyü kimi, Əmək Məcəlləsinin 290-cı maddəsinin Qeyd hissəsində işəgötürənin əmək münasibətləri prosesində işçiyə mənəvi zərər vurması halları dəqiq göstərilib ki, iddiaçı da öz iddia ərizəsində işəgğtürən tərəfindən qeyd edilən əməllərə yol verilməsini təsdiq edən hər hansı sübuta istinad etməyib. Əmək Məcəlləsinin tələblərini pozan iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70- ci ç) bəndinə əsasən xitam verilməsi heç bir halda işçiyə mənəvi zərər vurulması və ya delikt hesab edilə bilməz. Cavabdeh "xxxx" MMC-nin direktoru Seymur Rzalı məhkəmənin elektron ünvanına qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək İddiaçı vurulmuş maddi zərərin əvəzi olaraq 23683.43 (iyirmi üç min altı yüz səksən üç manat qırx üç qəpik) manat məbləğində pulun tutularaq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi icraata qəbul olunmuş və mülki işə iddiaçı-cavabdeh İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı qanunsuz əmrin ləğv edilməsi, məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi və tutduğu sonuncu vəzifəyə uyğun işə bərpa olunmağı və ona dəymiş mənəvi zərərin ödənilməsi, eyni zamanda cavabdeh-iddiaçı "xxxx" MMC-nin iddiaçıcavabdeh İddiaçı qarşı vurulmuş zərərin ödənilməsi tələbi çərçivəsində baxılmasına qərar verilmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə iddiaçı-cavabdeh İddiaçı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş vəkil və nümayəndə vasitəsilə məhkəmədə təmsil olunmuşdur. Məhkəmə işə iddiaçı-cavabdeh İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı-cavabdehin vəkili və nümayəndəsi Vəkil1 verdiyi izahatında ilkin iddianı müdafiə, qarşılıqlı iddianı rədd edərək bildirmişdir ki, tələb iddia ərizəsində qeyd edilib. Təmsil etdiyi şəxsin dediyi qədəri ilə təşkilat ləğv edilən son iş gününə qədər işdə olub. Ayrıca azad edilmə ilə bağlı ona heç bir müəssə tərəfindən bildiriş gəlməyib. Bir neçə işçi ilə birlikdə həmişə idarədə olub. İşdən azad edildikdən sonra Ramil dərhal vəkillə müqavilə bağlayıb. Mediasiyaya müraciət edibdir. Bu gün cavabdeh təşkilat iddia müddətinin keçdiyini bildirir. Lakin bu düzgün deyil. İddiaçı yalnış mediasiya və yalnış məhkəməyə müraciət edibdir. İddiaçı tərəfindən ona göndərilən sənədləri məhkəməyə təqdim edib. İddiaçının özü ilə danışıb. Cavabdeh-iddiaçı tərəfindən məhkəməyə təqdim edilən sənədlərlə bağlı iddiaçının nəzərinə çatdırıb. Məhkəməyə təqdim edilmiş sənədlərin əksəriyyətində imzalarının onun tərəfindən imzalanmadığını bildirir. Bir neçə sənəd onun tərəfindən imzalanıb. Əlavə olaraq təqdim edilən sənədləri kserosurətdir, əsli və notarial təsdiqli deyildir. İddiaçı ticarət nöqtələrində mövcud olan qiymət fərqlərinin qəbul etdiyi hissələrə dair məlumatı məhkəməyə təqdim edib. 4 ticarət nöqtəsi üzrə borcunun olduğunu iddiaçı etiraf edir. Bununla bağlı yazılı ərizə göndərmişdir. Həmin fərqlər ümumilikdə 587 manat təşkil edir. İddiaçı cavabdeh təşkilata razılıqla bağlı müraciət etmişdir. Əmr ləğv olunarsa tələbindən imtina edəcəyini bildirmişdir. Lakin cavabdeh təşkilat bunu qəbul etmir. Qeyd edilənlərin nəzərə alınaraq ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən cavabdeh-iddiaçı təşkilatın nümayəndəsi və vəkili Vəkil2 verdiyi izahatında ilkin iddianı rədd, qarşılıqlı iddianı müdafiə edərək bildirmişdir ki, cavabdeh-iddiaçı təşkilat qarşlıqlı iddia ərizəsində hər şeyi qeyd edib. Ortada İddiaçı tərəfindən təşkilata vurulan ziyan var. Ayrıca iddia müddəti keçib. İşçi düzgün olaraq işdən çıxarılıbdır. Ona vaxtında xəbərdarlıq göndərilmişdir. Ona görə də iddia müddətinin tətbiq edilməklə ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatını dinləyərək hesab edir ki, ilkin iddia rədd, qarşılıqlı iddia qismən təmin edilməlidir. İş materiallarında olan əmək kitabçasının surətindən aydın olur ki, İddiaçı xx.xx.2019-cu il tarixdə 113 nömrəli əmrlə ildə “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının "xxxx" (hazırki adı LG Bakı MMC) Məhdud Məsuliyyətli Cəmiyyətinə satış təmsilçisi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə 262 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmişdir. “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının "xxxx" (hazırki adı LG Bakı MMC) Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixdə əmək müqaviləsi bağlanmış, iltizam alınmış və tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin 15 noyabr 2023-cü il tarixli **********684700 saylı məktubundan görünür ki 19 dekabr 2011-ci il tarixdən Naxçıvan MR Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alnmış “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının "xxxx" MMC-nin (VÖEN **********) xx.xx.2023-cü il tarixdə təsisiçisinin ümumi yığıncağının qərarına əsasən hüquqi adı dəyişdirilərək "xxxx" MMC adlandırılmışdır. “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2019-cu il tarixli 260 nömrəli əmri ilə İddiaçı xx.xx.2019-cu il tarixdə şirkətin tələblərinə zidd olaraq hesablaşma qaydalarını pozduğu üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.3-cü bəndinə əsasən xəbərdarlıq elan edilmişdir. Mülki iş üzrə "xxxx" MMC-nin direktoru Seymur Rzalı tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə göndərilmiş və ərizdə qeyd edilmişdir ki, İddiaçı iddia tələblərini onunla əsaslandırıb ki, o heç bir nöqsana yol vermədiyi halda və bu barədə ona hər hansı məlumat verilmədən Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən işdən azad edilib. O hesab edib ki, qeyd edilən maddə ilə işdən çıxarılmağı ona 20,000 manat məbləğində mənəvi zərər vurub və məbləğ də MMC tərəfindən ona ödənilməlidir. İddiaçı iddia tələbi tamamilə əsassızdır və bu səbəbdən rədd edilməlidir. Bundan başqa, iddiaçı iddia ərizəsini Naxçıvan Şəhər Məhkəməsinə iddia müddətini ötürməklə verib. Belə ki, Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Əmək Məcəlləsinin 294.5-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Əmək Məcəlləsinin 296.7-ci maddəsinə əsasən isə, mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Mediasiya haqqında qanunun 35.1-ci maddəsinə əsasən, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur və Mediasiya haqqında qanunun 35.2-ci maddəsinə əsasən isə mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən, yəni “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” ilə bağlı arayışın verildiyi gündən bərpa olunmuş hesab olunur. İddiaçı işdən 04 may 2023-cü ildə azad edilib. 05 may 2023-cü il tarixdən hesablanmaqla, onun məhkəməyə müraciət üçün bir ay vaxtı olub. Lakin İddiaçı məhkəməyə müraciət edərkən bu müraciəti ötürüb. İddiaçı peşəkar vəkillərlə təmsil edildiyindən, onun bu vaxt itkisi heç bir halda üzrlü hesab edilə bilməz. Hətta iddiaçının peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, onun yanlış mediasiya təşkilatına və yanlış məhkəməyə müraciət edərkən itirdiyi vaxtları üzrlü hesab edib nəzərə alsaq belə, iddiaçı yenə də məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürüb. İlk məhkəməyə müraciət: İddiaçı tərəfindən ilk mediasiya təklifinin 15 may 2023-cü il tarixdə göndərilib və 18 saylı Mediasiya təşkilatı tərəfindən arayış 22 iyun 2023-cü il tarixində verilib. İddiaçı ilk dəfə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət edib. İddiaçı ilk dəfə məhkəməyə müraciət edərkən bir aylıq iddia müddətindən 13 gününü sərf edib. Hesablanması: 05 maydan 15 maya qədər olan müddət + 22 iyundan 25 iyun tarixinədək olan müddət = 13 gün İkinci dəfə məhkəməyə müraciət: İddiaçı baxmayaraq ki, vəkillə təmsil edilib yanlış olaraq aidiyyat qaydaları pozularaq, ilk dəfə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edib. Nizami Rayon Məhkəməsi 04 iyul 2023-cü il tarixli qərardadı ilə iddia ərizəsini qaidiyyat qayadaları pozulduğunda görə geri qaytarıb. Bundan sonra iddiaçı 21 iyul 2023-cü il tarixdə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edib. Bu müddətdə isə iddiaçı iddia müddətindən qalan 17 günü tam istifadə etmiş olub. Belə ki, 05 iyuldan məhkəməyə müraciət edildiyi 21 iyul tarixinədək 17 gün keçib ki, bunu da əvvəl istifadə edilmiş 13 günlük iddia müddətinin üzərinə gəlsək 30 gün edir. Göründüyü kimi, 21 iyul tarixində artıq iddiaçının 30 günlük iddia müddəti bitib. Üçüncü dəfə məhkəməyə müraciət: Naxçıvan Şəhər Məhkəməsi 12 sentyabr 2023-cü il tarixli qərardadı ilə iddiaçının iddia ərizəsini Mediasiya haqqında qanunun tələblərinin pozulmasına görə baxılmamış hesab edib. Bundan sonra iş materiallarından görünür ki, iddiaçı xx.xx.2023cü il tarixdə ilkin mediasiya sessiyasında iştirakla bağlı təklif göndərib. Baxmayaraq ki, cavabdeh nə bu təklifi, nə də mediasiya təşkilatının ilkin mediasiya sessiyasında iştirakla bağlı məktubunu alıb, hesab edək ki, müddətlər iddiaçının dediyi kimi olub. Yəni 15 sentyabrda yenidən mediasiya təklifi göndərilib. Burada da 12 sentyabrdan 15 sentyabr qədər olan müddətdə 3 gün vaxt sərf edilib. Mediasiya təşkilatının arayışının xx.xx.2023cü il tarixdə verildiyi, iddiaçının isə yenidən Naxçıvan Şəhər Məhkəməsinə xx.xx.2023-cü il tarixdə müraciət etdiyi görünür. Burada da sərf edilən müddət 10 gün olub. Göründüyü kimi, üçüncü dəfə məhkəməyə müraciətdə də iddia müddəti kimi hesablansa 13 gün sərf edilib. Dördüncü dəfə məhkəməyə müraciət: Naxçıvan şəhər Məhkəməsi iddiaçının iddia ərizəsini xx.xx.2023-cü il tarixdə cavabdehin dəqiqləşdirilməsi üçün yenidən geri qaytarıb. Bundan sonra isə iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edib. Naxçıvan Vergi Xidmətinin iddiaçıya xx.xx.2023-cü il tarixli məktubla cavab verdiyini nəzərə alınarsa, bu zaman da iddiaçı məhkəməyə müraciət etmək üçün 4 gün vaxt sərf edib. Baxmayaraq ki, iddiaçı iki nəfər peşəkar vəkillə təmsil edilib, onun yanlış mediasiya və yanlış məhkəmə müraciətlərinə sərf etdiyi vaxtları üzrlü hesab etsək, iddiaçı məhkəməyə yenə də iddia müddətini ötürməklə müraciət edib. Qeyd edilən hesablamalardan da görünür ki, o, məhkəməyə işdən çıxarıldıqdan ən azı 47 gün sonra müraciət edib ki, bu da iddia müddətinin ötürüldüyünü təsdiq edib. Hesablanması: 13 gün ilk məhkəməyə müraciət + 17 gün ikinci məhkəməyə müraciət + 13 gün üçüncü məhkəməyə müraciət + 4 gün dördüncü məhkəməyə müraciət = 47 gün Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. xx.xx.2023-cü il tarixdə “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının "xxxx" MMC tərəfindən İddiaçı göndərilmiş bildirişdə qeyd olunmuşdur ki, xx.xx.2019-cu il tarixdən hazırki tarixədək X4 İttifaqının ‘Bakı Satış Mərkəzi” MMC-nin satış şöbəsində satış təmsilçisi vəzifəsində işçi kimi qeydiyyatdadır. X3 əsasən vəzifələr daşıyır. xx.xx.2023-cü il tarixdən hazırki tarixədək heç hir üzürlü səbəb bsdirmədən işə gəlməmiş, bununla da əmək müqaviləsinin şərtlərini kobud şəkildə pozmuşdur. Dəfələrlə telefon bağlantısı qurmağa çalışsaq da, siz zənglərə cavab verilməyib. xx.xx.2023-cü il tarixdə audit aktı tərtib edilərək qeyd olunmuşdur ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər X2 "xxxx" MMC-nin auditi X5 tərəfindən, eyni şirkətdə satış təmsilçisi vəzifəsində çalışan İddiaçı isgəndər oğlunun işlədiyi ərazidə Təhvil-Təslim işləri aparılmış, Təhvil-Təslim zamanı aşağıdakı uyğunsuzluqlar aşkar edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 6-cı madəsinə əsasən, bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin azad seçdiyi və ya könüllü razılaşdığı işlə həyatını təmin etmək hüququnu əhatə edən əmək hüququnu tanıyırlar və bu hüququn təmin olunması üçün müvafiq addımlar atacaqlar. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əməyin təhlükəsizliyi normalarına əməl etmək, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq, dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq, iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq, fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək, əmək qanunvericiliyinin tələblərinə əməl etmək işçinin əsas vəzifələri hesab olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər ki, qanunvericilikdə nəzərdə tutulmuş belə məhdudiyyətlərdən biri də iddia müddətidir. Hüquqi müəyyənliyin və qətiliyin təmin edilməsi, cavabdehin “köhnəlmiş” tələblərdən müdafiə edilməsi və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısının alınması məqsədi ilə iddia müddətinin tətbiq edilməsi zəruridir (AR Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin AR Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair KM-nin Plenum qərarı, xx.xx.2023) Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Əmək Məcəlləsinin 294.5-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Əmək Məcəlləsinin 296.7-ci maddəsinə əsasən isə, mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Mediasiya haqqında qanunun 35.1-ci maddəsinə əsasən, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur və Mediasiya haqqında qanunun 35.2-ci maddəsinə əsasən isə mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən, yəni “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” ilə bağlı arayışın verildiyi gündən bərpa olunmuş hesab olunur. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq etməsi barədə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar qəbul edilməsi üçün əsasdır. Məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə müəyyən edilmiş müddət keçməmişdir və buna görə də cavabdeh təşkilatın müddətin tətbiqinə dair ərizəsi nəzərə alına bilməz. Belə ki, əmək qanunvericiliyi iddia müddətinin başlanğıcını hüququnun pozulmasını hesab edən şəxsin məhkəməyə müraciət etməsi hesab edir. Mediasiya prosesində mübahisənin həlli müddətin axımının dayandırıldığı haldır. İddiaçı mediasiya prosesi üçün qanunla müəyyən edilmiş müddətdə müraciət etmiş, lakin yalnış mediasiya təşkilatı və yalnış məhkəməyə müraciət etmişdir. Bu hal isə müddətin keçməsi üçün əsas deyildir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 9-cu bəndinə əsasən əmək funksiyası - əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 76-cı maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmçinin, məhkəmə onu da qeyd edir ki, qeyd olunanlar ilə bağlı sübut etmə yükü cavabdehin üzərinə qoyulmalıdır. Belə ki, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübut etmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək və icra intizamı ilə əlaqədar bütün sənədləşdirmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. İşin araşdırılmış halları ilə müəyyən edilir ki, cavabdeh təşkilat tərəfindən iddiaçının işdən azad edilməsi ilə bağlı əmək qanunvericiliyinin normalarına riayət edilmişdir. Belə ki, iddiaçının iş materiallarında olan 06 aprel 2023-cü il tarixli 19 nömrəli bildirişdən aydın olur ki, İddiaçı 01 aprel 2023-cü il tarixdən işdə olmaması, telefonla əlaqə yaradıla bilməməsi barədə rəsmi məktub göndərilmiş, birtəfəli qaydada işdən azad edilməsi barədə əvvəlcədən xəbərdar olunmuşdur. Bildirişi rəsmi göndərilməsi barədə poçt xəbərnaməsi iş materiallarına əlavə edilmişdir. İddiaçının nümayəndəsi qeyd edilən dövrdə iddiaçının işdə olduğunu bildirsə də bununla bağlı sübutlarını təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək Qanunvericiliyinə görə aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: -özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; -təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; -əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; Qarşılıqlı iddianın mahiyyətindən və işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı əmək vəzifələrini kobud şəkildə pozaraq üzürlü səbəb olmadan bir neçə iş günü işdə olmamış, eləcə də mülkiyyətçiyə təqsirli hərəkətləri nəticəsində maddi ziyan vurmuşdur. Belə ki, iddiaçının nümayəndəsi və vəkilinin təqdim etdiyi ərizədən vurulmuş ziyanın bir neçə satış nöqtəsi üzrə onun tərəfindən vurulması etiraf edilmiş, digər aktlarla isə özü etiraf etməsə də imza həqiqiliyi yoxlanılaraq iddiaçı tərəfindən imzalanması öz təsdiqini tapmışdır. Bütün bunlar belə qənaətə gəlməyə əsas verir ki, iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsi üçün cavabdeh təşkilatın əsası olmuşdur. Buna görə də ilkin iddia əsassız olduğundan rədd edilməlidir. Qarşılıqlı iddiaya hüquqi qiymət verərək məhkəmə hesab edir ki, qarşılıqlı iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191.1-ci maddəsinə görə əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 191.2-ci bəndinə görə aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Həmin Məcəllənin 194.2-ci bəndinə görə ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 199-cu maddəsində görə işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; Həmin Məcəllənin 202.1-ci bəndinə görə işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. İş materiallarına əlavə edilən tam maddi məsuliyyət haqqında müqavilədən aydın olur ki, 03 iyun 2019-cu il tarixdə işəgötürən adlanan X4 İttifaqının "xxxx" MMC-nin direktoru X6 ilə işçi X4 İttifaqının "xxxx" MMC-nin satış təmsilçisi vəzifəsində çalışan İddiaçı arasında müqavilə bağlanmışdır. Qarşılıqlı iddia tələbində vurulmuş maddi ziyanın müəyyən edilməsi üçün məhkəmənin müvafiq qərardadı ilə cavabdeh tərəfindən təqdim edilmiş 22 ədəd 13 mart 2023-cü il tarixli təhvil-təslim və tələbin güzəşti barədə akta, 14 ədəd 14 mart 2023-cü il tarixli təhvil-təslim və tələbin güzəşti barədə akta, 17 ədəd 15 mart 2023-cü il tarixli təhviltəslim və tələbin güzəşti barədə akta əsasən mövcud olan fərqin düzgün hesablanıbhesablanmaması, düzgün hesablanmamışdırsa sözügedən aktlara əsasən ümumi borcun nə qədər olması, eləcə də həmin aktlarda satış təmsilçisi qrafasında İddiaçı adının qarşısında olan imzanın ona məxsus olub-olmaması barədə kompleks məhkəmə xətşünaslıq və məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 23 aprel 2024-cü il tarixli, e-2(078)-123/2024 nömrəli qərardadı ilə iş üzrə kompleks məhkəmə-xəttşünaslıq və məhkəmə mühasibatlıq ekspertizası təyin edilərək, eksertizanın aparılması Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 513-514 nömrəli rəyində qeyd olunmuşdur ki, 22 ədəd 13 mart 2023-cü il tarixli təhviltəslim və tələbin güzəşti barədə akta, 14 ədəd 14 mart 2023-cü il tarixli təhvil-təslim və tələbin güzəşti barədə akta, 17 ədəd 15 mart 2023-cü il tarixli təhvil-təslim və tələbin güzəşti barədə aktlara əsasən göstərilən məbləğlərin düzgünlüyü nəzərə alındıqda mövcud fərq ümumilikdə 1597.82 manat, ümumi qalıq borc isə 9243.85 manat təşkil edir. Naxçıvan Şəhər Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, e-2(078)-123/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilərək, eksertizanın aparılması Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 922 nömrəli rəyində qeyd olunmuşdur ki, ekspertizaya təqdim olunmuş sənədlərdəki 22 ədəd 13 mart 2023-cü il tarixli təhvil-təslim və tələbin güzəşti barədə aktda, 14 ədəd 14 mart 2023-cü il tarixli təhvil-təslim və tələbin güzəşti barədə aktda, 17 ədəd 15 mart 2023-cü il tarixli təhviltəslim və tələbin güzəşti barədə aktda, “satış təmsilçisi” qrafasında soyadı, ad, atasının adı qrafasında qeyd olunmuş Ə.Ramil adının qarşısındakı imzalar iddiaçı-cavabdeh İddiaçı tərəfindən icra olunmuşdur. İddiaçı-cavabdeh İddiaçı ərizəsində bir neçə satış nöqtəsi üzrə ümumilikdə 587 manat borcunun yarandığını qeyd etmişdir. Halbuki təqdim edilmiş aktlar əsasında hesablanmış ekspert rəyində ümumi borcun məbləği 9243.85 (doqquz min iki yüz qırx üç manat səksən beş qəpik) manat təşkil etmişdir. Məhkəmə hər iki ekspert rəyini sübut qismində qiymətləndirir və rəyin əsasında müəyyən edilmiş məbləğin-9243.85 (doqquz min iki yüz qırx üç manat səksən beş qəpik) manatın iddiaçı-cavabdeh İddiaçı alınaraq cavabdeh-iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə qarşılıqlı iddianın qalan hissəsinin rədd edilməsi nəticəsinə gəlir. Belə ki, cavabdeh təşkilat tərəfindən təqdim edilən digər təhvil-təslim və tələbin güzəşti aktlarında satış təmsilçisi qrafası imzalanmadığından hər hansı sübut əhəmiyyəti daşımamışdır. Buna görə də həmin aktlarla bağlı hər hansı araşdırma aparmaq zərurəti olmamışdır. Nəticə: Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -İlkin iddia əsassız olduğundan rədd edilməli; -Qarşılıqlı iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, iddiaçı-cavabdeh İddiaçı vurulmuş ziyanın əvəzi olaraq 9243.85 doqquz min iki yüz qırx üç manat səksən beş qəpik) manat məbləğində pul alınaraq cavabdeh-iddiaçı "xxxx" MMC-nə ödənilməli, qarşılıqlı iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq belə hesab edir ki, cavabdeh-iddiaçı "xxxx" MMC tərəfindən X7 xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 150 (bir yüz əlli) manat və xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 11 (on bir) manat olmaqla ümumilikdə 161 manat dövlət rüsumundan iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 112.4 (bir yüz on iki manat qırx qəpik) manatı iddiaçı-cavabdeh İddiaçı alınaraq cavabdeh-iddiaçıya qaytarılmalıdır. Məhkəmə ekspert xərci ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki: Məhkəmə mühasibatlıq ekspertizasının aparılması üçün ekspertiza xərci olan 60 (altmış) manat iddiaçı-cavabdeh İddiaçı alınaraq X8 MR İdarəsinə ödənilməlidir. (Kod: 502906 VÖEN: **********, Müxbir hesab № AZ88NABZ******************** SWİFT BİK NAXCAZ21); Məhkəmə xətt və imzaların tədqiqi ekspertizasının aparılması üçün ekspertiza xərci olan 97 (doxsan) manat iddiaçı-cavabdeh İddiaçı alınaraq X8 MR İdarəsinə ödənilməlidir (Kod: 502906 VÖEN: **********, Müxbir hesab № AZ88NABZ******************** SWİFT BİK NAXCAZ21). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının MülkiProsessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İlkin iddia əsassız olduğundan rədd edilsin. Qarşılıqlı iddia qismən əsaslı olduğundan qismən təmin edilsin. İddiaçı-cavabdeh İddiaçı vurulmuş ziyanın əvəzi olaraq 9243.85 (doqquz min iki yüz qırx üç manat səksən beş qəpik) manat məbləğində pul alınaraq cavabdeh-iddiaçı "xxxx" MMC-nə ödənilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh-iddiaçı "xxxx" MMC tərəfindən X7 xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 150 (bir yüz əlli) manat və xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 11 (on bir) manat olmaqla ümumilikdə 161 manat dövlət rüsumundan iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 112.4 (bir yüz on iki manat qırx qəpik) manatı iddiaçı-cavabdeh İddiaçı alınaraq cavabdeh-iddiaçıya qaytarılsın. Məhkəmə mühasibatlıq ekspertizasının aparılması üçün ekspertiza xərci olan 60 (altmış) manat iddiaçı-cavabdeh İddiaçı alınaraq X8 MR İdarəsinə ödənilsin (Kod: 502906 VÖEN: **********, Müxbir hesab № AZ88NABZ******************** SWİFT BİK NAXCAZ21); Məhkəmə xərtt və imzaların tədqiqi ekspertizasının aparılması üçün ekspertiza xərci olan 97 (doxsan) manat iddiaçı-cavabdeh İddiaçı alınaraq X8 MR İdarəsinə ödənilsin (Kod: 502906 VÖEN: **********, Müxbir hesab № AZ88NABZ******************** SWİFT BİK NAXCAZ21). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №e-2(078)-123/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-123/2024
04.11.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver