Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-128/2023 09.06.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İlk tələb üzrə iddiaçı və ikinci tələb üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil, ilk tələb üzrə cavabdeh, ikinci tələb üzrə iddiaçı Cavabdeh nümayəndəsi X4 və vəkili X6 iştirakları ilə, İlk tələb üzrə iddiaçı, ikinci tələb üzrə cavabdeh İddiaçı ilk tələb üzrə cavabdeh, ikinci tələb üzrə iddiaçı Cavabdeh qarşı mənzildən məcburi çıxarılma, qanunsuz sahibliyə və istifadəyə son qoyulması və mülkiyyətdə olan daşınmaz əmlakdan istifadəyə maneənin aradan qaldırılmaqla qanuni sahibinə qaytarılması və ilk tələb üzrə cavabdeh, ikinci tələb üzrə iddiaçı Cavabdeh ilk tələb üzrə iddiaçı, ikinci tələb üzrə cavabdeh İddiaçı qarşı daşınmaz əmlakda ½ paylarda mülkiyyət hüququnun tanınması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, tam mülkiyyət hüququ ilə ona məxsus ünvan 10-da yerləşən mənzildən Cavabdeh məcburi qaydada çıxarılması, qanunsuz sahibliyə və istifadəyə son qoyulması və mülkiyyətdə olan daşınmaz əmlakdan istifadəyə maneənin aradan qaldırılmaqla qanuni sahibinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək məhkəmə hazırlıq iclası təyin edilmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək ünvan 10-da yerləşən daşınmaz əmlakda ½ paylarda mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli qərardadı ilə sözügedən 2(110)-112/2023 nömrəli mülki iş Naxçıvan şəhər Məhkəməsinin icraatında olan 2(078)- 128/2023 nömrəli işlə birləşdirilməsi üçün göndərilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 15 fevral 2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı mənzildən məcburi çıxarılma, qanunsuz sahibliyə və istifadəyə son qoyulması və mülkiyyətdə olan daşınmaz əmlakdan istifadəyə maneənin aradan qaldırılmaqla qanuni sahibinə qaytarılması tələbinə dair e-2(078)-128/2023 nömrəli mülki işə iddiaçı Cavabdeh İddiaçı qarşı daşınmaz əmlakda ½ paylarda mülkiyyət hüququnun tanınması tələbinə dair 2(110)-112/2023 nömrəli mülki iş birləşdirilərək eyni icraat daxilində baxılmasına qərar verilmişdir. İlk tələb üzrə iddiaçı, ikinci tələb üzrə cavabdeh İddiaçı ilk tələb üzrə cavabdeh, ikinci tələb üzrə iddiaçı Cavabdeh qarşı mənzildən məcburi çıxarılma, qanunsuz sahibliyə və istifadəyə son qoyulması və mülkiyyətdə olan daşınmaz əmlakdan istifadəyə maneənin aradan qaldırılmaqla qanuni sahibinə qaytarılması və ilk tələb üzrə cavabdeh, ikinci tələb üzrə iddiaçı Cavabdeh ilk tələb üzrə iddiaçı, ikinci tələb üzrə cavabdeh İddiaçı qarşı daşınmaz əmlakda ½ paylarda mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə ilk tələb üzrə cavabdeh, ikinci tələb üzrə iddiaçı Cavabdeh işə sədrlik edən hakim Məmmədov Qabil Neymət oğluna etdiyi etiraz Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasının 2(0108)-40/2023 nömrəli 06 mart 2023-cü il tarixli qərardadı ilə etiraz təmin olunmuşdur. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə ilk tələb üzrə iddiaçı və ikinci tələb üzrə cavabdeh İddiaçı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, o, məhkəmədə nümayəndə və vəkil vasitəsilə təmsil olunmuşdur. Bunu nəzərə alan məhkəmə məhkəmə baxışı iclasını ilk tələb üzrə iddiaçı və ikinci tələb üzrə cavabdeh İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasnın vaxtı və yeri barədə ilk tələb üzrə cavabdeh və ikinci tələb üzrə iddiaçı Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, o, məhkəmədə nümayəndə və vəkil vasitəsilə təmsil olunmuşdur. Bunu nəzərə alan məhkəmə məhkəmə baxışı iclasını ilk tələb üzrə cavabdeh və ikinci tələb üzrə iddiaçı Cavabdeh Ramniz qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İlk tələb üzrə iddiaçı və ikinci tələb üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil iddiasını müdafiə edərək ilk tələbin mahiyyəti üzrə izahatında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi və nümayəndəsi olduğu İddiaçı ilə X12 ilə xx.xx.2017-ci il tarixində el adətənənəsinə uyğun olaraq toy etməklə faktiki nikah münasibətlərinə daxil olmuş, xx.xx.2017-ci il tarixində isə Naxçıvan şəhər Nikah evində rəsmi nikah qeydiyyatından keçmişlər. Onların birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X17 və xx.xx.2020-ci il təvəllüdlü X13 adlı iki övladı olmuşdur. Uzun müddətdir ki, onlar arasında ailə münasibətlərinə faktiki olaraq son qoyulmuş, nikahları Şərur Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuş, uşaqların saxlanılması üçün aliment müəyyən olunmuşdur. Cavabdeh “Gənclər Şəhərciyi” yaşayış kompleksi, D bloku 9-cu mərtəbədə yerləşən və tam mülkiyyət hüququ üzrə hazırki iş üzrə İddiaçı məxsus mənzilin qapısını sındırmış və mülkiyyətçinin razılığı olmadan həmin mənzilə daxil olaraq orada məskunlaşmış və hal-hazırkı günədək də orada yaşamaqda davam etməkdədir. İddiaçı ailəsinin bərpası üçün əlindən gələni etmiş, lakin bunun bir nəticəsi olmamışdır. Belə ki, 23 dekabr 2020-ci ildə övladının problemi ilə əlaqədar olaraq Bakı şəhərinə 3 aylıq gedib qayıtdıqdan sonra hazırki iş üzrə cavabdeh “Gənclər Şəhərciyi” yaşayış kompleksində yerləşən mənzilə yox, öz atasıgilin evinə getmiş və övladlarını da özü ilə aparmışdır. Sonradan hazırki iş üzrə iddiaçı tərəfindən cavabdehə evinə qayıtması üçün təkidlə müraciətlər edilsə də, bunun bir nəticəsi olmamışdır. İddiaçı bildirdiyinə görə Cavabdeh dəfələrlə ailədaxilində problemlər yaratmış, özbaşına evdən çıxıb getmiş, həmçinin onun anası da bu ailəyə kənardan müdaxilələr etmişdir. İddiaçı neçə vaxtdır ki, övladlarını da görə bilmir. Nəinki iddiaçı, onun valideynləri də öz nəvələrini görməkdən məhrum olmuşdurlar. Təmsil etdiyi şəxs həmin mənzili birgə nikah dövründə əldə etməmişdir. Belə ki, tərəflər rəsmi nikaha 06 mart 2017-ci il tarixində girmişlər. İddiaçı isə həmin mənzili 26 yanvar 2017-ci ildə əldə etmişdir. Belə ki, iddiaçı "xxxx" MMC ilə mənzil tikinti müqaviləsi bağlamış və həmin mənzili əldə etmişdir. İddiaçı mənzili əldə etmək üçün lazım olan sənədləri müvafiq MMC-yə təqdim etmiş və həmin sənədlər içərisində “subaylıq haqqında arayış” da təqdim olunmuşdur. Yəni iddiaçı nikahdan bir neçə ay öncə həmin mənzili əldə etmək üçün iradə ifadəsi göstərmiş, ilkin ödəniş həyata keçirmişdir. Daha sonra isə 06 mart 2017-ci il tarixində ilkin müqavilənin davamı kimi isə İpoteka-Alqı-satqı və Kredit müqaviləsi bağlamışdır. Yəni daşınmaz əmlak ipoteka müqaviləsi ilə əldə edilmiş və halhazırda da əmlakın yüklülüyü davam etməkdədir. İlkin müqaviləsi olmasa idi ilkin müqavilənin davamı kimi kredit və İpoteka-Alqı-satqı müqaviləsi bağlana bilməzdi. Nəticə etibarı ilə həmin mənzil iddiaçının özü tərəfindən əldə edilmiş və bu əmlak birgə nikah dövründə qazanılan əmlak deyildir. Lakin cavabdeh hal-hazırda həmin mənzildə məskunlaşaraq iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırmış, həmin mənzilə qanunsuz sahiblik etməkdə davam edir. İddiaçı həmin mənzilin qanunsuz sahiblikdən azad olunmasını və mənzilin ona qaytarılmasını xahiş edir. İlk tələb üzrə iddiaçı və ikinci tələb üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil ikinci tələbin mahiyyəti üzrə izahatında bildirmişdir ki, təmsil etdiyi şəxs həmin mənzili birgə nikah dövründə əldə etməmişdir. Belə ki, tərəflər rəsmi nikaha 06 mart 2017-ci il tarixində girmişlər. İddiaçı isə həmin mənzili 26 yanvar 2017-ci ildə əldə etmişdir. Belə ki, iddiaçı "xxxx" MMC ilə mənzil tikinti müqaviləsi bağlamış və həmin mənzili əldə etmişdir. İddiaçı mənzili əldə etmək üçün lazım olan sənədləri müvafiq MMC-yə təqdim etmiş və həmin sənədlər içərisində “subaylıq haqqında arayış” da təqdim olunmuşdur. Yəni iddiaçı nikahdan bir neçə ay öncə həmin mənzili əldə etmək üçün iradə ifadəsi göstərmiş, ilkin ödəniş həyata keçirmişdir. Daha sonra isə 06 mart 2017-ci il tarixində ilkin müqavilənin davamı kimi isə İpoteka-Alqı-satqı və Kredit müqaviləsi bağlamışdır. Yəni daşınmaz əmlak ipoteka müqaviləsi ilə əldə edilmiş və hal-hazırda da əmlakın yüklülüyü davam etməkdədir. İlkin müqaviləsi olmasa idi ilkin müqavilənin davamı kimi kredit və İpoteka-Alqı-satqı müqaviləsi bağlana bilməzdi. Nəticə etibarı ilə həmin mənzil iddiaçının özü tərəfindən əldə edilmiş və bu əmlak birgə nikah dövründə qazanılan əmlak deyildir. Qeyd etdiklərini nəzərə alaraq İddiaçı vəkili və nümayəndəsi Vəkil ilk tələb üzrə iddianın təmin, ikinci tələb üzrə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında ilk tələb üzrə cavabdeh ikinci tələb üzrə iddiaçı Cavabdeh izahatında bildirmişdir ki, o, ilkin tələbi qətiyyən qəbul etmir. Həmin ev nikaha daxil olduqları gün alqı-satqı müqaviləsi ilə alınıb. İlk başdan ipoteka üçün ilkin ödəniş edilib və Emin həmin ödənişə imza edib. Lakin elə ilkin ödənişlə bağlı 33000 (otuz üç min) manat pulu da məhz onun valideynləri verib. Sonradan öyrənmişlər ki, Emin və qayınatası ilkin ödəniş olan 33000 (otuz üç min) manat əvəzinə 17000 (on yeddi min) manata qədər pul ödəyiblər. Ancaq pulu onun valideynləri verib. Evin alqı-satqısı məhz nikaha daxil olduqları gün baş tutub. Özünün həmin evdə ½ payı mövcuddur. İlk tələb üzrə cavabdeh ikinci tələb üzrə iddiaçı Cavabdeh nümayəndəsi X3 ilk tələbin mahiyyəti üzrə izahat verərək bildirmişdir ki, tərəflər 2017-ci ildə rəsmi nikahdan keçməklə evləniblər. Birgə nikahdan iki uşaqları doğulub. Son zamanlar yola getmədiklərindən aralarında mübahisələr olurdu. Bu səbəbdən Emin məhkəmədə nikahın pozulması tələbi ilə iddia qaldırdı və Şərur Rayon Məhkəməsinin qətnaməsi ilə aralarında olan nikah pozuldu. Tərəflər birlikdə yaşadığı dövrdə 06 mart 2017-ci il tarixdə ipoteka ilə fərdi yaşayış evi almışdılar. Həmin yaşayış evi keçmiş həyat yoldaşı Eminin adına qeydə alınmışdır. Həmin yaşayış onların birgə nikah dövründə alqı-satqı müqaviləsi ilə Eminin adına alındığından onların ortaq əmlakları sayılır. Ona görə də həmin fərdi yaşayış ½ payının müəyyən olunmasını istəyir. İlkin tələbi qətiyyən qəbul etmirlər. Həmin ev tərəflər nikaha daxil olduğu gün alqı-satqı müqaviləsi ilə alınıb. İlk başdan ipoteka üçün ilkin ödəniş edilib və Emin həmin ödənişə imza edib. Lakin elə ilkin ödənişlə bağlı 33000 (otuz üç min) manat pulu da məhz onlar verib. Sonradan öyrənmişlər ki, Emin və atası Nüsrət həkim ilkin ödəniş olan 33.000 (otuz üç min) manat əvəzinə 17.000 (on yeddi min) manata qədər pul ödəyiblər. Ancaq pulu da onlar verib. Evin alqı-satqısı məhz nikaha daxil olduqları gün baş tutub. Qızının həmin evdə ½ payı mövcuddur. İlk tələb üzrə cavabdeh ikinci tələb üzrə iddiaçı Cavabdeh nümayəndəsi X3 ikinci tələbin mahiyyəti üzrə izahat verərək bildirmişdir ki, onun bir övladı olmuş və mükəmməl təhsil almışdır. Özünün maddi imkanı yaxşı olduğuna görə övladını evlə təmin etmək istəmişdir. İddiaçı təhlükəsizlik orqanında xidmət edən zaman qızı ilə tanış olmuş, qızı həkimdir. Onlar tanış olduqdan sonra evlənmək istəmiş, hər iki ailə bu evliliyə razılıq vermişdir. Həmin vaxt Emin Naxçıvan şəhərində kirayə yaşayırdı və əmək haqqı 600 manat idi. Qızı isə həkim idi və qazancı yaxşı olurdu. Bundan əlavə anası hazırlıq müəllimi idi və pulunu övladı üçün yığırdı. Özü isə fərdi işlə məşğul idi və maddi imkanı yaxşı idi. Tərəflər arasında nişan olduqdan sonra hər iki ailə belə razılığa gəlmişdir ki, qızı üçün evi onlar alsınlar və evi tam şəkildə almaq üçün maddi imkanları olmuşdur. Övladı və nişanlısı “Cahan Gənclər şəhərciyi”ndən ev bəyənmişdir. Həmin evlə təmirsiz olur və onlar əllərində bütöv şəkildə pul ev almağa getmişdir. Orada həmin işlərə baxan Hüseyn adlı şəxslə Eminin atası Nüsrət həkimin münasibəti yaxşı olduğuna görə danışmışa və sonra onlara həkim bildirmişdir ki, evin tam pulunu ödəməsinlər. İlkin ödəniş ödəsinlər, evi ipoteka ilə götürsünlər, çünki evin içi təmirsizdir və onun maddi imkanı yoxdur ki, evi təmir etdirsin. Evi onlar təmir etdirsinlər. Onlar qohum olduqları üçün heç bir narazılıq etməmişdir və evin dəyərinin 90000 (doxsan min) manat olduğu onlara bildirilmiş, həmin pulun 33000 (otuz üç min) manatını ilkin ödəniş kimi verilməli olduğunu demişdirlər. Onlar da arvadı ilə Cahanın evlərin satıldığı ofisinə getmiş, pulu orada Nüsrət həkimə vermişdilər. Satış işinə baxan Hüseyn adlı şəxs müqaviləyə Eminin imza etməli olduğunu dediyi üçün onlar gözləməyib getmişdir. Nikaha düzdükləri gün günün ikinci yarısında evin alqı-satqı və ipoteka müqaviləsi imzalanmışdır. Ev birgə nikahda alınıb. İlkin ödəniş də onların puludur. Sadəcə olaraq onları aldadıb aldıqları ilkin ödəniş pulunun yarısının ödənildiyini çox sonralar öyrənmişlər. Ev onun qızının və iki xəstə övladının haqqıdır. Evdə qızının ½ hissədə pay hüququnun müəyyən edilməsini xahiş etmişdir. İlk tələb üzrə cavabdeh, ikinci tələb üzrə iddiaçı Cavabdeh vəkili X14 nümayəndənin izahatına əlavəsi olmadığını bildirib, ilk tələbin rədd, ikinci tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında şahid X15 ifadəsində bildirmişdir ki, ilkin tələb üzrə cavabdeh ikinci tələb üzrə iddiaçı Cavabdeh onun qızıdır. Aminə onun yeganə övladıdır. Aminə ilə Emin hazırda rəsmi olaraq boşanıblar. Hazırda Aminə ixtisası üzrə 2 aylıq kursdadır. Aminə ilə Emin 2016-cı ildə tanış olublar. xx.xx.2017-ci ildə Aminə ilə Emin rəsmi olaraq nikaha daxil olublar. Toy mərasimi rəsmi nikah mərasimindən qabaq olub. Hələ nişanlı vaxtı Eminin atası və anası onlara gələrək Eminin hazırda şəhərdə kirayə yaşadığını və özünü dövlət orqanında işlədiyini bildirdi. Aminə də təzə olaraq həkim radioloq işləyirdi. Ailəliklə qərarlaşdırdılar ki, Aminə və Eminə ev alsınlar. Bunu o və əri Ramiz müəllim edib. Çünki Aminə yeganə övladları olduğu üçün evi onlar almaq istəmişdir. Heç Eminin atasının maddi imkanı yox idi. Aminə ilə Emin “Cahan” Gənclər Şəhərciyindən ev bəyəndilər. Evin qiyməti 91000 manat təşkil edirdi. Razılaşıb Nüsrət müəllim, o və Ramiz müəllim evi danışmağa getmişdir. Evin satış müdiri Hüseyn müəllim adlı şəxs idi. O onları qarşıladı və evin satış işlərinə başlayacağını bildirdi. Həmin vaxt Nüsrət müəllim dedi ki, Hüseyn müəllim onun tanışıdır. Onsuzda Emin dövlət orqanında işlədiyi üçün ona illik 4% ipoteka krediti verilir. Onlar hesabladılar ki, evin ilkin ödənişi 33000 (otuz üç min) manat təşkil edir. 33000 (otuz üç min) manatı götürüb Hüseyn müəllimlə razılığa getmişlər. Aminənin razılı ilə və onların istəyi ilə evi Eminin adına sənədləşdirəcəkdilər. Lakin həmin vaxt Emin işdə idi və 2 saat sonra gələcəyini bildirdi. O tələbələri hazırlaşdırdığı üçün və dərs hazırlıq saatı başladığı üçün Ramiz müəllimin də işi olduğu üçün 33000 (otuz üç min) manatı Nüsrət həkimə verib oradan uzaqlaşmışlar. Nüsrət müəllim oturub Emini orada gözlədi. Sonra da dedilər ki, bəs Emin bütün sənədlərə imza etdi və 33000 (otuz üç min) manatı ilkin olaraq ödəmişlər. Evin bütün təmir xərclərini özləri edib. Evin bütün cehiz əşyalarını o və Aminə alıb. Nə Emin nə də onun ailəsi 1 qəpik belə olsun ev üçün heç nə etməyiblər. Heç Aminə 2 il normal olaraq həmin evdə oturmayıb. Uşaqlarının hər ikisi xəstə olduğu üçün ancaq Bakıda və Türkiyə Respublikasında müalicələrdə olub. Sonra da Eminlə aralarında soyuqluq yarandı və Emin konkret olaraq Aminə ilə boşanmaq istədiyini bildirdi. Evin qapısının açarlarını dəyişdi və Aminəni və uşaqları evə qoymadı. Sonradan bilmişlər ki, Emin və atası evin ilkin ödəniş qiymətindən olan 33000 manat pulun 15000 (on beş min) manatını ödəyiblər. Yerdə qalan onların 15000 9on beş min) manatı isə mənimsəyiblər. Adət-ənənə baxımından fikirləşmişlər ki, Emin evin kişisidir. Ev kişinin adına olar. Emin onlara oğul kimi idi. O qədər ona inancları vardı ki, evin Eminin adına sənədləşdiriləməsini istəmişlər. O neçə illər bundan qabaq da ev ala bilərdi. Ancaq Aminə zövqlü qız olduğu üçün demişdir ki, qoy gələcək əri ilə özləri müasir ev tapıb alsınılar. O qazandığı pulumu dollar məzənnəsinə çevirib qızının xoş günü ücün saxlamışdı. O 33000 (otuz üç min) manat pulu Nüsrət müəllimə verən orada özü, Ramiz müəllim və Nüsrət həkim vardı. Başqa heç kim olmayıbdır. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, ilk tələb üzrə iddia rədd, ikinci tələb üzrə iddia qismən təmin edilməlidir. Məhkəmə hər iki iddianın bir-birinə bağlılığı və bir tələbin təmin edilməsinin digər tələbin rədd edilməsi əsası ilə mübahisəyə yanaşaraq hər iki tələbə vahid qiymət verilməsini məqsədəuyğun hesab edir. Hazırki işdə hər iki tələb üzrə aydınlaşdırılmalı yeganə hal ünvan 1 ünvanda inşa etdiyi 11 mərtəbəli yaşayış binasının D blok, 9-cu mərtəbəsində 6 nömrəli mənzilin İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə edilib-edilməməsidir. Bu halın aydınlaşdırılması hər iki iddianın hüquqi taleyini müəyyən edən başlıca şərtdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki işin məhkəmə araşdırması zamanı tərəflərin məhkəməyə verdiyi izahatlardan, eyni zamanda tərəflərin məhkəməyə sübut qismində təqdim etdiyi sənədlərlə aşağıdakı hallar müəyyən edilir. İddiaçı ilə Cavabdeh arasında 06 mart 2017-ci il tarixdə Naxçıvan şəhər Nikah evində nikah bağlanmış və bu barədə 53 nömrəli akt qeydi icra edilmişdir. Tərəflərin nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X17 və xx.xx.2020-ci il təvəllüdlü X13 adlı övladları doğulmuşdur. Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(110)-413/2022 nömrəli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasındakı Naxçıvan şəhər Nikah evində bağlanmış xx.xx.2017-ci il tarixli 53 nömrəli nikah pozulmuş, boşanmadan sonra xx.xx.2017-ci il tarixdə doğulmuş X17 və xx.xx.2020-ci il tarixdə doğulmuş X13 anası Cavabdeh yanında saxlanılmış, onların yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı qazancın (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında aliment tutularaq Cavabdeh xeyrinə ödənilməsi, alimentin tutulmasının xx.xx.2022-ci il tarixdən hesablanması və dərhal icraya yönəldilməsi, Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(110)-413/2022 saylı qərardadının ləğv edilməsi, alimentin tutulmasının icrası zamanı həmin qərardad əsasında aparılmış aliment ödənişləri nəzərə alınması qət edilmişdir. Şərur şəhər Mənzil-İstismar Sahəsi tərəfindən xx.xx.2022-ci il tarixli 1617 nömrəli arayışından belə müəyyən olunur ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası DİN BPQMİ-nin MAPS Şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından belə müəyyən olunur ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. 26 yanvar 2017-ci il tarixli Mənzil tikintisi haqqında müqavilənin surətindən aydın olur ki, "xxxx" MMC sonradan “CƏMİYYƏT” adlanacaq, nizamnamə əsasında hərəkət edən onun satış direktoru X5 şəxsində, digər tərəfdən gələcəkdə “Payçı” adlanacaq Naxçıvan MR.ünvan 3 ünvanında yaşayan vətəndaş İddiaçı arasında qeyd olunan müqavilə bağlanmış və müqaviləyə əsasən "xxxx" MMC ünvan 1 ünvanda inşa etdiyi 11 mərtəbəli yaşayış binasının D blok, 9-cu mərtəbəsində 6 nömrəli mənzilin ümumi sahəsi 104.42 kv.m, 3 otaqlı mənzili “PAYÇİ”-ya verməyi öz öhdəsinə götürür, “PAYÇİ” mənzilin pay haqqını müəyyənləşdirilən aylar üzrə ödəməyi və son nəticədə yuxarıda göstərilən mənzili qəbul etməyi öz üzərinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndində görə ilk pay haqqı mənzilin ümumi dəyərinin 17.44% həcmində müqavilə bağlanan zaman ödənilir. Qalan ödəmələr payçı tərəfindən ipoteka krediti ilə aparılacaq. xx.xx.2017-ci il tarixli 41 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsinə dair rəydə qiymətləndirmədə yalnız satışların müqayisəsi metodu istifadə edilməklə ünvan 4 ünvanında yerləşən mənzilin 28 fevral 2017-ci il tarixinə bazar dəyəri 72000.00 (yetmiş iki min) manat məbləğində müəyyən edilmişdir. Alınmış bu məbləğə 5% likvidlik tətbiq olunmaqla onun yekun bazar dəyəri 68400.00 (altmış səkkiz min dörd yüz) manat müəyyən olunmuşdur. 06 mart 2017-ci il tarixli 0603/01/İPK nömrəli Kredit müqaviləsinin surətindən aydın olur ki, "xxxx" ASC öz Nizamnaməsi əsasında fəaliyyət göstərən İdarə Heyətinin sədr müavini X20 şəxsində, bir tərəfdən, və irəlidə Borcalan adlandırılacaq və bu müqavilə üzrə məsuliyyət daşıyan Azərbaycan Respublikasının vətəndaşı: Naxçıvan MR, Şərur şəh, K- N.Seyidov, ev-4, m-14-də qeydiyyata alınmış İddiaçı (seriya AZEN2 ********) olan Şərur RPŞ tərəfindən 29 avqust 2011-ci ildə verilmiş şəxsiyyət vəsiqəsinə əsasən digər tərəfdən müqavilə bağlamışlar və müqavilənin şərtinə əsasən Kreditor müqavilənin şərtlərinə uyğun olaraq Borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında 57000 (əlli yeddi min) manat məbləğində illik 4% (dörd) faiz dərəcəsi ilə 360 (üç yüz altmış) ay müddətinə ipoteka krediti verir. Borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini müqavilədə göstərilmiş qaydada həyata keçirir. Kredit Borcalana ünvan 5 ünvanında yerləşən və mülkiyyət hüquqları Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 05 dekabr 2014-cü il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən müəyyən edilən daşınmaz əmlakın alınmasına verilir. 06 mart 2017-ci il tarixli Alqı-satqı və İpoteka Müqaviləsinin surətindən aydın olur ki, həmin tarixdə Kreditor-ipoteka saxlayan "xxxx" ASC, alıcı-ipoteka qoyan İddiaçı və satıcı "xxxx" MMC arasında 0603/01/İPK nömrəli müqavilə bağlanmış və ünvan 7 ünvanında yerləşən və mülkiyyət hüquqları Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 05 dekabr 2014-ci il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus daşınmaz əmlakı Alıcı-İpoteka qoyanın mülkiyyətinə verir. Daşınmaz əmlak haqqında aşağıdakı məlumatlar mövcuddur: daşınmaz əmlakın növü: mənzil; ümumi sahə (kvadratmetrlə): 86.54 kv.m; yaşayış sahəsi (kvadratmetrlə): 52.16 kv.m; otaqların sayı: 3 (üç); yerləşdiyi binanın mərtəbəliliyi: 11 (on bir). Müqavilə bağlananadək daşınmaz əmlak ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Daşınmaz əmlakın satış qiyməti 68400 (altmış səkkiz min dörd yüz) manatdır, mənzilin dəyərinin 11400 (on bir min dörd yüz) manat məbləğində olan hissəsi Alıcı-İpoteka qoyanın özü tərəfindən, 57000 (əlli yeddi min) manat məbləğində olan hissəsi isə Kreditor-İpoteka saxlayan tərəfindən 06 mart 2017 ci il tarixli 0603/01/İPK saylı Kredit müqaviləsinə əsasən Alıcı- İpoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli 04/696 nömrəli məktubunda qeyd olunmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına 17 mart 2017-ci il tarixdə Naxçıvan şəhər 1 saylı dövlət notariat kontorunun 06 mart 2017-ci il tarixli 4Ə-70 nömrəli “Alqı-satqı və ipoteka müqaviləsi” əsasında ünvan 8 ünvanında yerləşən, ümumi sahəsi 86,54 m2 olan mənzil qeydiyyata alınmışdır. Mənzil "xxxx" ASC-nin 06 mart 2017-ci il tarixli 02/118 nömrəli məktubuna əsasən 17 mart 2017-ci il tarixdə ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci ildə tərtib olunmuş 17964 inventar nömrəli Daşınmaz Əmlakın Texniki Pasportunun surətindən məlum olur ki, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi bina 13(D Bloku), 9-cu mərtəbə, 6-cı mənzil İddiaçı adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Həmin Məcəllənin 31.1 və 31.2-ci maddələrinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünəkən və ya ondan pay ayrılarkən mülkiyyətçilərin payları əgər onların razılaşmasında başqa qayda nəzərdə tutulmayıbsa bərabər sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Bu maddi hüquq normasında ər-arvad arasında onların ümumi əmlakı bölünərkən hər birinin bərabər pay alması prinsipi nəzərdə tutulmuşdur. Lakin yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda əmlakdakı payların qeyri-bərabər bölünməsi mümkün olur ki, bu zaman da əmlakın bərabər bölünməsini arzulamayan şəxs payının daha çox bölünməsi üçün əsas olan hallar barədə məhkəməyə sübut təqdim etsin. Qanunverici Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 31 və 32-ci maddələri ilə ərarvadın birgə nikah dövründə qazandığı əmlakın ümumiliyi prezumpsiyasını müəyyən etdiyindən, onların kimin adına olmasından asılı olmayaraq hər ikisi üçün hüquq və vəzifələr yaradır. Məhz əmlakın ümumiliyi prezumpsiyasından irəli gələrək hər hansı hüququn və ya öhdəliyin ümumi əmlak siyahısından çıxarılması üçün bu hal qanunda birbaşa nəzərdə tutulmalıdır. Ər-arvadın ümumi əmlakına daxil olmayan, hər birinin mülkiyyətini təşkil edən əmlakın dairəsi Mülki Məcəllənin 225.2 və 225.3-cü maddələri, eləcə də Ailə Məcəlləsinin 34-cü maddəsi ilə müəyyən edilmişdir. Qeyd edilən maddələrə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Konstitusiya Məhkəməsinin Plenumu G.Həsənzadənin şikayəti üzrə 2015-ci il 20 aprel tarixli Qərarında qeyd etmişdir ki, ərlə arvadın mülkiyyəti iki hüquqi rejimdə mövcud olur: ər-arvadın ümumi birgə mülkiyyəti və onların hər birinin şəxsi mülkiyyəti. Ər-arvadın ümumi birgə mülkiyyətinin əldə edilməsinin əsas şərti kimi nikah münasibətləri çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 178.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci bəndinə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Məhkəmə ailə qanunvericiliyinin, mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını, eləcə də daşınmaz əmlakın dövlət reyestri haqqında qanunvericiliyin yuxarıda qeyd edilən normalarını hazırki mübahisəyə tətbiq edərək aşağıdakı nəticəyə gəlir. İşin yuxarıda şərh olunmuş hallarından, işdə olan sənədlərdən, tərəflərin məhkəmə iclasında verdiyi izahatlardan, şahid ifadəsindən aydın olmuşdur ki, İddiaçı ilə Cavabdeh rəsmi nikah münasibətlərinə daxil olmazdan əvvəl nişanlı olduqları zaman mübahisə predmeti olan ünvan 9 ünvanında yerləşən mənzilin tikintisi haqqında 26 yanvar 2017-ci il tarixdə "xxxx" MMC ilə İddiaçı arasında müqavilə imzalanmışdır. Həmin müqavilənin 3.1-ci maddəsində qeyd edilmişdir ki, ilk pay haqqı mənzilin dəyərinin 17.44% həcmində müqavilə bağlanan zamanda ödənilir, qalan ödəmələr payçı tərəfindən ipoteka krediti ilə aparılacaqdır. Nikah haqqında şəhadətnamədən aydın olur ki, tərəflər 06 mart 2017-ci il tarixdə rəsmi nikaha daxil olublar. Belə olan halda məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən mənzilin tikintisi müqaviləsi imzalanarkən ilk pay haqqı olaraq mənzilin dəyərinin 17.44% həcmində ödədiyi məbləğ nikah münasibətlərindən əvvəl ödənildiyindən İddiaçı öz şəxsi mülkiyyəti hesab edilməlidir. Nə qədər ki, Cavabdeh, onun nümayəndəsi X9, vəkili X14, anası-şahid qismində ifadə verən X2 Emin Nüsrət oğlu tərəfindən ödənildiyi qeyd edilən həmin məbləğin onlar tərəfindən verildiyini, övladları üçün cehiz kimi nəzərdə tutularaq verildiyini, hətta daha artıq məbləğin 33000 (otuz üç min) manat pulun İddiaçı atasına verildiyini, onları aldadaraq az məbləğin ilkin ödəniş olaraq ödənildiyini bildirsələr də istinad etdikləri bu halın təsdiqi üçün mötəbər sübut təqdim etməmişdir. X1 Aminə Ramiz qızının anasıdır və qohumluq münasibətlərinin təsiri altında bu cür ifadə verilməsi istisna edilmir. Cavabdeh qeyd edilən pulun məhz onun valideynləri tərəfindən verilməsini təsdiq edən təkzibolunmaz mötəbər sübutlarını təqdim edə bilməmişdir. Belə olan halda nikaha daxil olana qədər X16 tərəfindən ilk pay haqqı olaraq ödənilmiş mənzilin ümumi dəyərinin 17.44% məbləği onun öz mülkiyyəti hesab edilməlidir. İş materiallarından aydın olur ki, tərəflər rəsmi nikah münasibətlərinə daxil olduqdan sonra mübahisəli mənzilin alqı-satqısı və ipotekası haqqında notarial qaydada müqavilə imzalanmışdır. Həmin müqavilədən aydın olur ki, mübahisəli mənzilin alqı-satqısında satıcı "xxxx" MMC, alıcı İddiaçıdur. Kreditor-ipoteka saxlayan "xxxx" ASC-dir. Müqavilə şərtlərindən həmçinin aydın olur ki, mübahisəli mənzil "xxxx" ASC tərəfindən alıcı İddiaçı 30 il müddətinə 4 faiz dərəcəsi ilə 57000 (əlli yeddi min) manat kredit verilməsi, aylıq ödənişlərin 272.13 manat olması, kreditin təminatı olaraq mübahisə predmeti olan əmlakın ipteka ilə yüklü edilməsi şərti ilə əldə edilmişdir. Aktdan aydın olur ki, mənzil alıcıya 28 mart 2017-ci il tarixdə təhvil verilmiş, 17 mart 2017-ci il tarixdə isə daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydiyyata alınmışdır. Qeyd edilənlər məhkəmə tərəfindən belə bir qənaətə gəlməyə əsas verir ki, ilk pay haqqı İddiaçı şəxsi əmlakı-öz mülkiyyəti hesab edilsə də, alqı-satqı müqaviləsi nikah münasibətlərinə daxil olduqdan sonra imzalandığından və əmlak nikaha daxil odluqdan sonra İddiaçı adına qeydiyyata alındığından mübahisəli əmlakın birgə nikah dövründə əldə edilən əmlak hesab edilməsi üçün kifayət qədər əsas vardır. Bu əsaslar ondan ibarətdir ki, əmlak tərəflərin birgə qazancı hesabına deyil, gələcəkdə qazanacaqları vəsait hesabına əldə edilmiş əmlakdır. Belə ki, alqı-satqı və ipoteka müqaviləsinin şərtlərindən də aydın olur ki, alıcıya bank tərəfindən mənzilin alınması üçün 57000 (əlli yeddi min) manat kredit verilmiş, həmin kredit hesabına mənzil alınmış və kreditin təminatı kimi mənzil ipoteka ilə yüklü edilmişdir. Kreditin hər ay 272.13 manat ödənişlər edilməklə 30 il müddətinə ödənilməli olması məhz ailənin ümumi vəsaiti hesabına həyata keçiriləcəkdir. Belə olan halda həmin əmlak birgə nikah dövründə əldə edilmiş əmlakdır və Cavabdeh sözügedən əmlakda payı mövcuddur və müəyyən edilməlidir. Həmçinin Cavabdeh sözügedən əmlakda pay hüququ eyni zamanda həmin əmlakın ipoteka ilə yüklü edilməsi nəzərə alınmaqla müəyyən edilməlidir. Məhkəmə payın müəyyən edilməsinə münasibətdə qeyd edir ki, ailə qanunvericiliyi payın bərabər və qeyri-bərabər bölgüsünü tanıyır və bunun üçün şərtləri müəyyən etmişdir. İşin yuxarıda şərh olunmuş hallarından da göründüyü kimi hazırki mübahisə predmeti olan əmlakda payın qeyri-bərabər bölünməsi qanuni və əsaslıdır. Belə ki, mənzilin ilkin pay haqqının nikahdan əvvəl ödənilməsi nəzərə alınmalı, həmin ödənilən məbləğin İddiaçı mülkiyyəti olması nəzərə alınmalı, qalan hissədə Cavabdeh və İddiaçı pay hüququ müəyyən edilməlidir. Bu payın həcmi isə mübahisəli mənzildə İddiaçı 50%+17.44%=67.44%, Cavabdeh 50%- 17.44%=32.56% olaraq müəyyən edilməlidir. Buna görə də məhkəmə ikinci iddia tələbinin qismən təmin edilməsi, ilk iddia tələbinin rədd edilməsi nəticəsinə gəlir. İkinci iddia tələbi ona görə qismən təmin edilir ki, mübahisəli əmlakda tərəflərin payı bərabər deyil, qeyri-bərabər müəyyən edilir. İlk iddia tələbi ona görə rədd edilir ki, Cavabdeh mübahisəli əmlakda qeyribərabər payı olsa belə pay hüququna malikdir və bir mülkiyyətçinin digər mülkiyyətçinin mənzildən məcburi qaydada çıxarılması qanunla yol verilən deyildir. Belə ki, Cavabdeh mübahisəli mənzildə yaşaması qanunsuz olmamış və onun mənzildən istifadəsi qanunsuz sahiblik və istifadə kimi qiymətləndirilə bilməz. Qeyd edilən hallar ilk iddianın əsassız, ikinci iddianın qismən əsaslı olması kimi qiymətləndirilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, ilk iddia əsassız olduğundan rədd edilmiş, bu halda ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. İkinci iddia qismən təmin edildiyindən mediasiya prosesində Cavabdeh tərəfindən ödənilmiş 50 9əlli) manat rüsum özünə aid edilməklə, qalan "xxxx" ASC Naxçıvan filialına xx.xx.2022-ci il tarixdə 23528 nömrəli qəbzlə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu İddiaçı alınaraq Cavabdeh qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı mənzildən məcburi çıxarılma, qanunsuz sahibliyə və istifadəyə son qoyulması və mülkiyyətdə olan daşınmaz əmlakdan istifadəyə maneənin aradan qaldırılmaqla qanuni sahibinə qaytarılması tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddiaçı Cavabdeh İddiaçı qarşı daşınmaz əmlakda ½ paylarda mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası qismən təmin edilsin. Mülkiyyət hüququ ilə İddiaçı məxsus olan ünvan 10 ünvanında yerləşən mənzildə əmlakın ipteka ilə yüklü olması nəzərə alınmaqla İddiaçı 67.44%, Cavabdeh 32.56% pay hüququ müəyyən edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2022-ci il tarixdə 23528 nömrəli qəbzlə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu İddiaçı alınaraq ona qaytarılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №e-2(078)-128/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-128/2023
09.06.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver