Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-1305/2024 28.11.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı və iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı yaşayış və istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 87.51 kv.m olan mənzilin tərkib hissəsindən “yaşayış və istifadə” hüququna kompensasiya ödənilmədən xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsində iddia tələbini əsaslandıraraq bildirmişdir ki, Aslanov X7 şəhəri, Əlincə məhəlləsi, ev 1A, mənzil 32 ünvanında yerləşən, ümumi sahəsi 87.51 kv.m olan mənzilə tam mülkiyyət hüququ ilə sahibdir. Həmin mənzil onun tam mülkiyyətindədir. Həmin mənzil xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınmışdır. İddiaçı özünə tam mülkiyyət hüququ ilə məxsus olan mənzil barəsində müstəqil sürətdə sərəncam verə bilmir və bu hüququ asılı hüquq olan “yaşayış və istifadə hüququ”ndan asılı olaraq məhdudlaşmışdır. Belə ki, qızı Cavabdeh qeyd edilən mənzildə pasport qeydiyyatında dayanır. Lakin o təxminən 1995-ci ildən ailə həyatı quraraq Bakı şəhərinə getmişdir. Birinci nikahı pozulduqdan sonra ikinci dəfə türk vətəndaşı ilə xx.xx.2013-cü ildə ailə həyatı qurmuşdur və həmin nikahdan Lamiyə adlı qızı olmuşdur. Hal-hazırda da cavabdeh Lamiyənin adına qeydiyyatda olan Abşeron rayonu Masasız qəsəbəsində yerləşən evdə yaşayır. Cavabdeh 1995-ci ildən qeyd edilən mənzildən (hazırki mübahisə predmeti olan mənzildən) çıxmış və bir daha həmin mənzilə geri qayıtmamışdır. Onun qeydiyyatı sadəcə formal xarakter daşıyır və özü də həmin şəxs qeyd edilən ünvanda qeydiyyatda olduğu üçün mənzil barəsində sərəncam verə bilmir. Onun yaranmış və artıq itirilən və formal xarakter daşıyan yaşayış və istifadə hüququna kompensasiya verilmədən xitam verilməsini istəyir və bu xitam qərarı əsasında da həmin şəxsi mənzilin pasport qeydiyyatından çıxarmaq istəyir. Nəticə etibarilə əmlak formal olaraq yüklü qalmaqda davam edir ki, bu da onun sərəncam vermək hüququnu, dolayı yolla mülkiyyət hüququnun bir elementi sayılan sərəncam hüququnu məhdudlaşdırmış olur. Cavabdehin qeyd edilən mənzildən istifadə və yaşayış üçün də ehtiyacı yoxdur. O 1995-ci ildən həmin mənzildən başqa yaşayış yerinə (ailə həyatı qurmaqla) köçüb daimi olaraq getmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil 06 noyabr 2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək ərizədə iddiaçının məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı tam mülkiyyət hüquq ilə məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 87.51 kv.m olan mənzilin tərkib hissəsindən yaşayış və istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdiyini, məhkəmə baxışı gedişatında Cavabdeh həmin mənzildə 1995-ci ilədək yaşadığının, 1995-ci ildə rəsmi nikahla ailə quraraq həmin evdən köçərək ayrıldığının və həmin tarixdən evdə yaşamadığının, hal-hazırda da, ailəsi ilə birlikdə Bakı şəhərində yaşamaqda olduğunun məlum olduğunu, bu səbəbdən də iddiaçı ilə cavabdeh arasında iddia tələbindən irəli gələn mülki hüquq münasibətlərinin yarandığı müddət baxımından iddia tələbin əsasının dəqiqləşdirilməsi zərurəti yarandığını, iddia tələbinə Cavabdeh İddiaçı tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 87.51 kv.m olan mənzilin tərkib hissəsindən yaşayış və istifadə hüququnun itirilmiş (saxlanılmayan) hesab edilməsi barədə qətnamə qəbul edilməsi çərçivəsində baxılmasını məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, e-2(078)-1305/2024 nömrəli qərardadı ilə, iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsinin təmin edilməsi və iddia tələbinə Cavabdeh İddiaçı tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 87.51 kv.m olan mənzilin tərkib hissəsindən yaşayış və istifadə hüququnun itirilmiş (saxlanılmayan) hesab edilməsi həddində baxılması qərara alınmışdır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarına gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında 1981-ci ildə ünvan 1 ünvanında yerləşən evin orderlə onlara verildiyini, evin həyat yoldaşının adına olduğunu, o öldükdən sonra özünün vərəsəlik qaydasında miras əmlakı qəbul etdiyini, qızı Mailənin 1995-ci ildən həmin evdən çıxıb getdiyini, qızı ilə danışmadıqlarını bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil izahatında Cavabdeh 1995-ci ildən etibarən ünvan 1 ünvanında yerləşən mənzildən getdiyini, cavabdehin İddiaçı tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 87.51 kv.m olan mənzilin tərkib hissəsindən yaşayış və istifadə hüququnun itirilmiş hesab edilməsini xahiş etdiklərini, iddia tələbini müdafiə etdiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində iddiaçı ilə 15 ildir qonşu olduqlarını, aralarında qonşuluq münasibətləri olduğunu, Ruhəngiz və Nəzakət xanımı tanıdığını, iddiaçının qızları olduğunu, arada gəlib getdiklərini, Mailəni tanımadığını, ümumiyyətlə bu illər ərzində cavabdehi həmin evdə görmədiyini, heç anasının yasına da gəlmədiyini, ünvan 1 ünvanında yerləşən mənzildə iddiaçının, onun oğlunun, gəlininin və nəvələrinin yaşadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X24 ifadəsində 1981-ci ildən iddiaçı ilə qonşu olduqlarını, qızı Mailəni tanıdığını, ancaq onun təxminən 1990-cı illərdən evlənib getdiyini, hal-hazırda harada yaşadığını bilmədiyini bildirdi. Məhkəmə iddiaçının, iddiaçının vəkili və nümayəndəsinin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutları, eyni zamanda, işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 87.51 kv.m olan mənzilin tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 12/2 nömrəli reyestr kitabının 261 nömrəli vərəqində qeydiyyata alınması aydın olur (reyestr nömrəsi: **********12-05101-093011, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2022). İddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər İcra Hakimiyyəti 1 saylı Mənzil- İstismar İdarəsi tərəfindən verilmiş 27 iyul 2024-cü il tarixli, 1226 nömrəli arayışdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı Cavabdeh (qızı, 1975-ci il təvəllüdlü), X14 (oğlu, 1981-ci il təvəllüdlü), X5 (gəlini, 1984-cü il təvəllüdlü), X8 (nəvəsi, 1998-ci il təvəllüdlü), X20 (nəvəsi, 2013-cü il təvəllüdlü) və X16 (nəvəsi, 2015-ci il təvəllüdlü) adlı ailə üzvləri vardır. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş 21 avqust 2024-cü il tarixli, 690308 nömrəli çıxarışdan görünür ki, X17 ilə Cavabdeh arasında 06 iyun 2013-cü il tarixdə Naxçıvan şəhər Nikah Evində nikah bağlanmış və bu barədə nikah kitabında 204 nömrə ilə qeyd edilmişdir. 23 sentyabr 2022-ci ildə Bakı şəhəri, Xəzər rayon Qeydiyyat şöbəsində nikah pozulmuşdur. İddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 26 iyul 2024-cü il tarixli, ******* nömrəli arayışdan görünür ki, Aslanov X7 şəhəri, Əlincə məhəlləsi, ev 1A, mənzil 32 ünvanında qeydiyyatdadır. X1, X5, X14, X20, X8 və Cavabdeh da həmin ünvanda qeydiyyatdadırlar. İş materiallarına əlavə olunmuş Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 16 oktyabr 2024-cü il tarixli, Vİİ-JQ seriyalı, 300180 nömrəli çıxarışdan görünür ki, X11 ilə X12 arasında 14 iyun 1996-cı il tarixdə Babək rayon Qeydiyyat şöbəsində nikah bağlanmış və bu barədə nikah kitabında 94 nömrə ilə qeyd edilmişdir. 24 oktyabr 2007-ci il tarixdə 44 saylı boşanma aktı açılmışdır. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 18 noyabr 2024-cü il tarixli, 04/1214 nömrəli məktubdan görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 87.51 m2 olan 4 otaqlı mənzil ünvan 4 Ofisinin xx.xx.2022-ci il tarixli, 2V-75 nömrəli vərəsəlik şəhadətnaməsi əsasında xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş 19 avqust 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X9 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçıdur və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 82.03 kv.m, yaşayış sahəsi 59.78 kv.m, yardımçı sahəsi 22.25 kv.m olan 4 otaqlı mənzildən ibarətdir. İş materiallarına əlavə olunmuş Culfa rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 17 avqust 2022-ci il tarixli arayışın surətindən görünür ki, Culfa rayonu üzrə 1955-ci ilə aid X9 Culfa rayon Qeydiyyat şöbəsində və Culfa rayon Qeydiyyat şöbəsi arxivində doğum akt qeydiyyatı tapılmamışdır. İş materiallarına əlavə olunmuş Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 17 mart 2020-ci il tarixli, AZ-İ seriyalı, 749432 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 14 mart 2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Culfa rayon VVAQ şöbəsi tərəfindən verilmiş 02 mart 1982-ci il tarixli, İİ-ЖГ seriyalı, 408795 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X18 arasında 01 avqust 1972-ci il tarixdə Culfa rayon VVAQ şöbəsində nikah bağlanmış və bu barədə həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 27 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra Hakimiyyəti 1 saylı Mənzil- İstismar İdarəsinin 8891 nömrəli, 11 avqust 2022-ci il tarixli arayışın surətindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan X9 İddiaçı (yoldaşı, 1946-cı il təvəllüdlü), X2 (qızı, 1973-cü il təvəllüdlü), Cavabdeh (qızı, 1975-ci il təvəllüdlü), X10 (qızı, 1977-ci il təvəllüdlü) və X14 (oğlu, 1981-ci il təvəllüdlü) adlı vərəsələri vardır. İş materiallarına əlavə olunmuş Cavabdeh tərəfindən verilmiş 09 avqust 2022-ci il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh həmin ərizədə xx.xx.2020-ci il tarixində vəfat etmiş X6 qalan miras əmlakı rəsmi və ya faktiki olaraq qəbul etmədiyini, gələcəkdə mirasın qəbulu ilə bağlı məhkəmədə iddia qaldırmayacağını qeyd etmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış"ın surətindən görünür ki, Naxçıvan şəhəri, Əlincə məhəlləsində 0.072 ha torpaq sahəsində yerləşən 1A nömrəli, 5 mərtəbəli binanın 3cü girişində, 4-cü mərtəbəsində, 82.03 kv.m ümumi, 59.78 kv.m yaşayış sahəsi, 22.25 kv.m yardımçı sahədən ibarət 4 otaqlı, 32 nömrəli (1981-ci ildə tikilmiş) mənzil tam mülkiyyət hüququ üzrə X9 adına daşınmaz əmlakın dövlət reyestrində 12/2 nömrəli reyestr kitabının 261 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdeh mübahisəli evdən istifadə ilə bağlı hüquq münasibətləri 1 sentyabr 2000-ci ilə qədər yarandığından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən bu hüquq münasibətlərinə həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan SSR-in 8 iyun 1992-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mənzil Məcəlləsi) müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli Qərarında göstərilir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsində göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 1982-ci ildən qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə, mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Lakin bu maddə həmin şəxslər arasında razılaşmanın formasını və reallaşmasının şərtlərini müəyyən etməməklə məsələni tərəflərin öhdəsinə buraxmış, yaşayış sahəsindən istifadə qaydası və xərclərdə iştirakın məbləği haqqında əmələ gələn mübahisələrin məhkəmə yolu ilə həllini müyyənləşdirmişdir. xx.xx.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin: 54-cü maddəsinə əsasən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 87-ci maddəsinə əsasən, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində (İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir) və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. “Respublika Məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 1992-ci il 16 oktyabr tarixli, 2 №-li qərarının (1994-cü il 20 may tarixli, 4 №-li və 1998-ci il 25 mart tarixli, 4 №-li qərarlarında edilmiş dəyişikliklərlə) 8-ci bəndində göstərilir ki, Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, qanunla daha uzun müddət nəzərdə tutulmamışdırsa, müvəqqəti olaraq başqa yerə getmiş kirayəçinin və onun ailə üzvlərinin yaşayış sahəsinə hüququ altı ay müddətinə saxlanılır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, bununla əlaqədar mübahisə yarandıqda, maraqlı şəxslərin iddiaları üzrə məhkəmə tərəfindən həyata keçirilir. Məhkəmə kirayəçinin və onun ailə üzvünün üzrlü səbəblərdən müəyyən edildiyindən artıq müddətə başqa yerə getdiyini müəyyən etdikdə, iddianı təmin etmir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh 29 ildir ki, mübahisəli mənzili daimi əsaslarla tərk etmişdir. Qeyd edilənlərə əsasən müəyyən edildi ki, İddiaçı mübahisəli mənzilin mülkiyyətçisidir və cavabdeh 29 ildir ki, mübahisəli mənzildə yaşamır, oranı daimi əsaslarla tərk etmişdir və onun qeydiyyatı formal xarakter daşıyır. Cavabdehin mübahisəli mənzildə qeydiyyatda qalması iddiaçıya mənzildən maneəsiz istifadə etməyə imkan vermir. Cavabdehin uzun müddətdir ki, mübahisəli mənzildə yaşamaması onun özünə başqa daimi yaşayış yeri seçməsi qənaətinə gəlməyə imkan verir. Cavabdehin mənzildə olan pasport qeydiyyatı hazırda formal xarakter daşımaqla “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsində təsbit edilmiş bu qanunun məqsədlərinin təmin edilməsinə xidmət etmir. Ona görə də, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs əmlakından maneəsiz (dinc) istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia tələbi təmin edilməli; -Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən yaşayış və istifadə hüququ itirilmiş hesab edilməli; -iddia təmin edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən yaşayış və istifadə hüququ itirilmiş hesab edilsin. İddia təmin edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-1305/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-1305/2024
28.11.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver