Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-1393/2023 11.12.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh xx.xx.2022-ci il tarixli 1935 nömrəli icarə müqaviləsi üzrə 23500 (iyirmi üç min beş yüz) manat məbləğində vəsaiti Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X3 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004AZ74NABZ******************** VÖEN ********** S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1935 nömrəli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən dövlət mülkiyyətində olan 40000 kv.m torpaq sahəsi Cavabdeh icarəsinə verilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsi götürsə də müqavilənin şərtinə əməll olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmiş, müqavilə ləğv edilmədiyindən hal-hazırda qüvvədə olmaqla icarəçinin həmin müqavilə üzrə dövlət büdcəsinə ödənilməli olan 23500 (iyirmi üçü min beş yüz) manat icarə haqqı borcu vardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 23, Mülki Məcəllənin 700.1-ci maddələrinə istinad edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı təşkilata məhkəmə iclaslarının vaxtı və yeri barədə qabaqcadan məlumat verilməsinə baxmayaraq nümayəndə iştirak etməmiş, lakin xx.xx.2023-cü il tarizdə eektron kabinet vasitəsilə ərizə göndərərək nümayəndənin iştirakı olmadan işə baxılması xahiş edilmişdir. Məhkəmə işə iddiaçı təşkilat Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə cavabdeh X1 qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə digər Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: İş materiallarında olan: Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə 28 aprel 2022-ci il tarixli 1925 nömrəli müqaviləyə görə ünvan 2 ünvanında yerləşən 40000 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə verilir. Müqavilənin 1.2-ci bəndinə görə torpaq sahəsi istehsalat bazarının tikintisinin layihələşdirilməsi üçün verilir. Qeyd olunan istifadə məqsədləri yekundur və tərəflərin qarşılıqlı razılığı ilə dəyişdirilə bilər. Müqavilənin 2.2-ci bəndinə görə icarəçinin torpaq sahəsindən bu müqavilədə müəyyən edilmiş həddə sərbəst istifadə etmək, icarə haqqını vaxtında və tam ödəmək vəzifələri nəzərdə tutulmuşdur. Müqavilənin 3.1-ci bəndinə görə icarə haqqı 42000 manat, aylıq icarə haqqı 3500 manat təşkil edir. Müqavilənin 3.2-ci bəndinə görə icarə haqqı üzrə aylıq ödəmə hər cari ayın 10-dan gec olmayaraq ödənilməlidir. Müqavilənin 4.1-ci bəndinə görə icarə müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədə müəyyən edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 29 sentyabr 2022-ci il tarixdə Cavabdeh icarə müqaviləsi üzrə həmin tarixə yaranmış 17850 manat borcun ödənilməsinə dair bildiriş gönədirlmişdir. Şəxsi hesab vərəqəsində olan hesabatdan görünür ki, İcra Hakimiyyətinin sərəncamında olan torpaq sahəsinin icarə müqaviləsi üzrə X2 tərəfindən 22350 manat pul ödənilmiş, 23500 manat ödənilməli olan məbləğ təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə görə icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 710.1-ci maddəsinə görə torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 710.3-cü maddəsinə görə icarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında icarə müqaviləsi bağlanmış və müqavilədən irəli gələn öhdəlikləri tərəflər öz üzərlərinə götürmüşdür. Hesabdan çıxarışla müəyyən olunur ki, cavabdeh üzərinə götürdüyü icarə haqqını vaxtında və tam şəkildə ödəmək öhdəliyini pozaraq icarə haqqını tam ödəməmişdir. Cavabdeh nə məhkəmə iclaslarında iştirak etmiş, nə iddia tələbi ilə bağlı etirazını və sübutlarını təqdim etməmişdir. Buna görə də iddia tələbi əsaslı hesab edilərək təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Beləliklə, yuxarıda qeyd olunan xüsusatları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli 1935 nömrəli icarə müqaviləsi üzrə 23500 (iyirmi üç min beş yüz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə ödənilməlidir. Məhkəmə məsrəflərinə münasibət bildiriən məhkəmə qeyd edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.14-cü bəndinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən həmin qanunun 9.4-cü maddəsinə əsasən iddianın təmin edilmiş hissəsinə münasib olaraq dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 1935 nömrəli icarə müqaviləsi üzrə 23500 (iyirmi üç min beş yüz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X3 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004AZ74NABZ******************** VÖEN ********** S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülsün. İddia təmin edildiyindən 160.50 (bir yüz altmış manat əlli qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №e-2(078)-1393/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-1393/2023
11.12.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver