Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-1607/2023 04.11.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı qanunsuz əmrin ləğv edilməsi, məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi və tutduğu sonuncu vəzifəyə uyğun işə bərpa olunmağı və ona dəymiş mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq müəyyənetdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən onun işdən çıxarılmağı barədə verilmiş qanunsuz əmrin ləğv edilməsi, məcburi işburaxma müddətinə görə əmək haqqının hesablanaraq ödənilməsi, tutduğu sonuncu vəzifəyə uyğun işə bərpa olunmağı və ona dəymiş mənəvi zərərə görə 20000 (iyirmi min) manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151-ci maddəsinə uyğun olaraq İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış iddia ərizəsinin mümkünlüyünə dair məsələ tərəfimdən araşdırılarkən müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə əməl edilmədən verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinin məzmununa əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar iddia ərizəsində göstərilməlidir. Maddənin də məzmunundan göründüyü kimi iddia tələbi dedikdə onun cavabdehi müəyyən hərəkətləri etməyə və müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehə qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi konkret tələb başa düşülür. Bu tələb işdə iştirak edən şəxslər arasındakı mübahisəli hüquq münasibətlərindən irəli gəlir. İddiaçı və ya ərizəçi tərəfindən məhkəməyə müraciət olunarkən hər bir halda tələb iddia ərizəsində konkret ifadə olunmalıdır. İddia ərizəsində cavabdeh kimi "xxxx" MMC kimi qeyd edilmiş, ərizənin mətnində X1 İttifaqı MMC qeyd olunmuşdur. Eyni zamanda ərizədə qeyd edilmişdir ki, cavabdehin VÖEN-i ********** dir.Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların axtarılması barədə məlumatların axtarılması bölməsində cavabdehin VÖEN-nini yazdığımız zaman cavabdehin hazırki adı "xxxx" MMC olaraq qeyd olunmuşdur . Ona görə də cavabdehin hazırki hüquqi statusu barədə heç bir məlumatımızın olmaması səbəbindən hesab edirik ki X1 İttifaqının hazırki hüquqi varisi "xxxx" MMC-dir. Ona görə də hesab edirik ki LG Bakı MMC iş üzrə cavabdeh qismində tanınmalıdır. Hazırki vəziyyətdə "xxxx" MMC-nin X2 İttifaqının hüquqi varisi olub-olmaması barədə Vergi İdarəsinə sorğu verilib cavab alınmamışdır. Elektron sistemdə VOEN nömrəsinin eyniliyinə əsasən bir hüquqi şəxs məhkəməyə verilmişdir. Hesab edirəm ki, iddiaçı tərəf iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən cababdeh hüquqi şəxslə bağlı bütün məlumatları tam dəqiqləşdirib müraciət etməlidir. Hazırki vəziyyətdə bu cür qeyri-dəqiqliklə iddia ərizəsinin icraata götürülməsi əsassız şəkildə məhkəmə iclaslarının gecikdirilməsi ilə nəticələnmiş olacaqdır. Buna görə də hesab edirəm ki, yuxarıda göstərilən hüquq normaları baxımından iddia ərizəsi qeyri-dəqiqdir, konkret deyil, iddia ərizəsi ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151, 152.2, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı qanunsuz əmrin ləğv edilməsi, məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi və tutduğu sonuncu vəzifəyə uyğun işə bərpa olunmağı və ona dəymiş mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddia ərizəsinin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-1607/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-1607/2023
04.11.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver