Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-1706/2024 17.12.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Nuruyeva Zəhra Nuru qızının katibliyi, Ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası X1 yeganə vərəsəsi olduğunu, habelə anasından qalmış miras əmlakı orada yaşamaqla faktiki olaraq qəbul etdiyini nəzərə alaraq ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 109.99 metr kvadrat olan paylı xüsusi mülkiyyətdən ibarət miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, ərizəçinin verdiyi izahatdan və eləcə də iş materiallarından aydın olur ki, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla Naxçıvan şəhəri, Qaraçuq kəndi, 5-ci küçə, dalan 1-də mülkiyyətində olan 0.2029 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 109.99 kv.m-dən ibarət 1 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında xx.xx.2024-cü il tarixdə İddiaçı, X2 və X1 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Çıxarışdan da göründüyü kimi, sözügedən əmlak paylı mülkiyyət hüququ əsasında İddiaçı, X2 və X1 adına qeydiyyata alınsa da, onların payları müəyyən olunmamışdır. İlk olaraq pay müəyyən olunmalı, bundan sonra mirasın qəbul edilməsi faktına baxılmalıdı. Buna görə də məhkəmə hesab edir ki, belə vəziyyətdə işə mahiyyəti üzrə baxmaq mümkün olmadığından ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, ərizə baxılmamış saxlanıldığından ərizəçi İddiaçı tərəfindən “Kapital Bank” Xəzər Naxçıvan filialına xx.xx.2024-cü il tarixdə 13932 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə geri qaytarılmalıdır. Göstərilənləri, Azərbaycan Respublikası MPM-in 259.0.10, 263, 264, 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə q ə r a r a a l d ı: Ərizəçi İddiaçı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi İddiaçı tərəfindən “Kapital Bank” Xəzər Naxçıvan filialına xx.xx.2024-cü il tarixdə 13932 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №e-2(078)-1706/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-1706/2024
17.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver