Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-256/2023 27.01.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, İddiaçı Cavabdeh qarşı mənzilin tərkib hissəsindən yaşayış və istifadə hüququnun itirlmiş hesab olunması tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq müəyyənetdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ünvan 1 ünvanında yerləşən, İddiaçı tam mülkiyyət hüququ ilə məxsus olan mənzilin tərkib hissəsindən “yaşayış və istifadə” hüququnun itirilmiş (saxlanılmayan) hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış iddia ərizəsinin forma və məzmununa düzgün riayət olunmayaraq ərizədə cavabdehin xx.xx.2007-ci il tarixində rəsmi nikah qeydiyyatına düşməklə ailə həyatı qurduğunu, 2011-ci il tarixdə isə Naxçıvan şəhəri 7-ci küçə, döngə-1, ev-6 ünvanında fərdi yaşayış evi alaraq həmin ildə köçərək orada yaşamağa başladığını, cavabdehin qeydiyyatda olduqları evdə 1968-ci ildə doğularaq 2011-ci ilədək həmin evdə yaşadığını bildirmiş və F.Razyevin 2000-ci ilədək qüvvədə olan Mənzil qanunverciliyinin tələbinə görə mövcud olmuş “yaşayış və istifadə” hüququnun itirilmiş hesab edilməsini məhkəmədən xahiş etmişdir. Lakin Cavabdeh ünvan 1 ünvanında 2011-ci ilə qədər yaşadığından yeni Mənzil qanunvericiliyin tələbləri ilə tələb əsaslandırılmalı idi. Yeni Mənzil Məcəlləsində isə yaşayış və istifadə hüququnun itirilmiş hesab edilməsi anlayışı mövcud deyildir. İddiaçı öz tələbinin maddi hüquq normaları əsasında əsaslandırmasını qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun olaraq əsaslandırmalı və yaşayış və istifadə hüququna xitam verilməsini tələb etməli idi. Göstərilən Məcəllənin 152.1.1-ci maddəsinə müvafiq olaraq iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilən sənədləri geri qaytarır. Buna görə də hesab edirəm ki, yuxarıda göstərilən hüquq normaları baxımından iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Buna görə də İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2022-ci il tarixdə 12414 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151, 152.2, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq qəraraaldım: İddiaçı Cavabdeh qarşı mənzilin tərkib hissəsindən yaşayış və istifadə hüququnun itirlmiş hesab olunması tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2022-ci il tarixdə 12414 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər. Hakim:Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-256/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-256/2023
27.01.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver