Məhkəmə qərarları › İş №e-2(078)-319/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-319/2022

01.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-319/2022 01.04.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 43, "X1", 4-cü mərtəbə, 3-cü ofis ünvanında yerləşən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun məcburi qaydada alınması tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y yə n e t d i m: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 211 manat 68 qəpik abunə və xidmət haqqının və 30 manat dövlət rüsumunun, cəmi 241 manat 68 qəpik vəsaitin "xxxx" MMC-nin xeyrinə tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında bağlanmış Abunə Müqavilələrinə əsasən **********, **********, **********, ********** və ********** nömrəli mobil nömrələr ilə iddiaçının rabitə xidmətlərindən istifadə etmiş və nəticədə onun 211 manat 68 qəpik məbləğində abunə və xidmət haqqı borcu yaranmışdır. Cavabdehin öz borcunu ödəməsinin son tarixi 08 aprel 2020-ci il müəyyən olunsa da, o, müqavilənin qeyd olunan şərtlərini pozaraq borcunun ödənilməsini təmin etməmişdir. Bunları nəzərə alaraq, cavabdehdən 211 manat 68 qəpik abunə və xidmət haqqının və 30 manat dövlət rüsumunun, cəmi 241 manat 68 qəpik vəsaitin "xxxx" MMC-nin xeyrinə tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: Tərəflər arasında bağlanmış Abunə Müqavilələrinə əsasən, abunəçi xidmət haqqını, müqavilə ilə müəyyənləşdirilən digər ödənişləri və ya hər hansı borc məbləğlərini hər faktura dövrünün sonunda müvafiq hesab-fakturada nəzərdə tutulan son ödəmə tarixinə qədər həyata keçirir. Hesab-fakturada göstərilən ödəniş müddətləri abunəçi tərəfindən pozularsa, Azercell abunəçiyə faktura kəsildiyi tarixdən 45 təqvim günü sonra növbəti təqvim günündən başlayaraq gecikmə faizi tətbiq edir ki, bu da ödənişin gecikdirildiyi hər təqvim günü üçün həmin günə olan borc məbləğinə 0.1% miqdarında hesablanır. 20 aprel 2021-ci il tarixli cari-hesab arayışlarının surətinə əsasən, cavabdehin öz borcunu ödəməsinin son tarixi 08 aprel 2020-ci il müəyyən olunsa da, o, müqavilələrin qeyd olunan şərtlərini pozaraq borcunun ödənilməsini təmin etməmişdir. Məhkəmə sübutları obyektiv, qərəzsiz, qanunauyğun olaraq araşdırıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən 14 fevral 2022-ci il tarixdə daxil olmuş iddia ərizəsi üzrə 14 fevral 2022-ci il tarixdə cavabdehə bildiriş göndərilmişdir. Lakin cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən və əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməklə, Cavabdeh **********, **********, **********, ********** və ********** nömrələrinə əsasən rabitə xidmətlərindən istifadəyə görə 211 manat 68 qəpik abunə və xidmət haqqı və iddia təmin edildiyinə görə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 241 manat 68 qəpik məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Belə ki, tərəflər arasında bağlanmış Abunə Müqavilələrindən görünür ki, Cavabdeh iddiaçının rabitə xidmətlərindən istifadə etmiş və nəticədə onun 211 manat 68 qəpik məbləğində abunə və xidmət haqqı borcu yaranmışdır. Cavabdehin öz borcunu ödəməsinin son tarixi 08 aprel 2020-ci il müəyyən olunsa da, o, müqavilələrin qeyd olunan şərtlərini pozaraq borcunun ödənilməsini təmin etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216- 220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i: İddia təmin edilsin. Cavabdeh **********, **********, **********, ********** və ********** nömrələrinə əsasən rabitə xidmətlərindən istifadəyə görə 211 manat 68 qəpik abunə və xidmət haqqı və iddia təmin edildiyinə görə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 241 manat 68 qəpik məbləğində pul vəsaiti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Tərəflər qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar