Məhkəmə qərarları › İş №e-2(078)-350/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-350/2023

13.04.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-350/2023 13.04.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı yaşayış və istifadə hüququnun itirilmiş hesab olunması və fərdi yaşayış evindən məcburi çıxarılma tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanında yerləşən İddiaçı tam mülkiyyətində olan fərdi yaşayış evinin tərkib hissəsindən yaşayış və istifadə hüququnun itirilmiş hesab olunması, həmin fərdi yaşayış evindən və evin yerləşdiyi torpaq sahəsindən məcburi çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil tələbini əsaslandıraraq ərizədə qeyd etmişdir ki, nümayəndəsi və vəkili olduğu İddiaçı xx.xx.1971-ci il tarixdə atası mərhum Əli Rəcəbovun mülkiyyətində olan ünvan 2 ünvan-Babək rayonu, Qaraçuq kəndi) yerləşən yaşayış evində anadan olmuş və 2017-ci ilin dekabr ayına qədər həmin evdə yaşamışdır. X1 xx.xx.2005-ci il tarixdə, atası isə X6 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Atası vəfat etdikdən sonra yuxarıda qeyd edilən yaşayış evində ailə üzvləri ilə birlikdə daimi əsaslarla yaşamağa davam etmiş və miras əmlaka öz əmlakı kimi sahiblik etməyə başlamışdır. Qardaşları Vəli, Kamil və Yunis Rəcəbovlar, habelə bacıları Cavabdeh2 və Tərlan Rəcəbovanın şəxsi yaşayış evləri olmuş və atası vəfat etdikdən sonra da öz evlərində yaşamışlar. Qeyd edilən şəxslər iddiaçının ata ocağına ara-sıra qonaq kimi gəlib getmişlər. İddiaçının atası vəfat etdikdən sonra davamlı olaraq əmək fəaliyyəti ilə məşğul olmaq üçün Türkiyə Respublikasına gedib gəlmişdir. xx.xx.2016-cı ildə iddiaçı öz ailəsi ilə (həyat yoldaşı və oğlu) birlikdə işləmək üçün müvəqqəti olaraq Türkiyə Respublikasına getmişdir. Bu müddət ərzində iddiaçının qızı Kəmalə qardaşı Vəlinin evində qalmışdır. xx.xx.2017-ci il tarixdə, iddiaçı Türkiyədə olduğu zaman ona bacısı Cavabdeh2, onun həyat yoldaşı Sabir Qurbanov və oğlu Cavabdeh1 tərəfindən qeyd edilən yaşayış evinin qapısının açıldığı və adıçəkilən şəxslərin həmin evə daxil olaraq orada yaşamağa başladıqları məlum olmuşdur. Bu səbəbdən, xx.xx.2018-ci il tarixdə Türkiyədən geri qayıtdıqdan sonra onun (iddiaçının) adı çəkilən yaşayış evində yaşamağı mümkün olmamış və o məcburən qardaşı Vəli Rəcəbovun evində yaşamağa başlamışdır. Bundan sonra bacısı və onun ailəsinin qeyd edilən evdən çıxarılması üçün daxili işlər orqanlarına və icra nümayəndəliyinə müraciətlər etsə də, bu müraciətlər nəticəsiz qalmışdır. İddiaçının atası vəfat etdikdən sonra o mirası faktiki olaraq qəbul etmiş, həmin yaşayış evinə əlavə tikililər tikmiş, müvafiq ödəniş və vergiləri vaxtlı-vaxtında ödəmişdir. Lakin, vərəsəlik şəhadətnaməsi almalı olduğunu bilmədiyi üçün 2018-ci ilin fevral ayına qədər bunun üçün müraciət etməmişdir. Qardaşları Vəli, Yunis, bacısı Tərlan, mərhum qardaşı Kamilin həyat yoldaşı və uşaqları mirasdan onlara çatası paydan iddiaçının xeyrinə imtina etmişlər. Cavabdeh Ceyran Rəcəbova sonradan mirasın qəbul edilmə vaxtının uzadılması məqsədilə müraciət etsə də bu müraciət təmin edilməmiş, apellyasiya instansiyası da yekun məhkəmə aktını qüvvədə saxlamışdır. İddiaçı bacısı ilə olan anlaşılmazlıqla əlaqədar olaraq miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi məqsədilə məhkəməyə müraciət etmişdir. Culfa Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(089)-97/2018 saylı qətnaməsi ilə hazırki iş üzrə iddiaçının ünvan 4 ünvanında yerləşən 0,2032 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş iki otaq və yardımçı tikililərdən ibarət olan fərdi yaşayış evini miras əmlak qismində qəbul etmə faktı müəyyən edilmiş və təsdiq edilmişdir. Həmin qətnamə əsasında Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** nömrəli xx.xx.2022-ci il tarixli Çıxarış alınmışdır (Daşınmaz əmlakın reyestr nömrəsi: **********71- 10301). Hazırki iş üzrə cavabdehlər isə 2017-ci ildə mirası qəbul etmələri ilə bağlı Naxçıvan şəhər Məhkəməsinə müraciət esələr də, Naxçıvan şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(078)-447/2017 nömrəli qətnaməsi ilə iddiaları rədd edilmişdir. Qeyd edilənlərə baxmayaraq, Cavabdeh1 iddiaçının mülkiyyət hüquqlarımı həyata keçirməyinə mane olur. O, ev və torpağa pay hüquqlarının olduğunu iddia edərək, məhkəmənin qəbul etdiyi qətnaməyə qarşı çıxır, əmlakına ciddi ziyan yetirir. Dəfələrlə polis müdaxilə etsə də, nəticə olaraq o, sadəcə olaraq, bir neçə günlük iddiaçının evindən uzaqlaşmış, sonra yenidən zorla onun mülkiyyətində olan əraziyə daxil olmuş və qalmağa səy göstərmişdir. İddiaçı və onun ailəsi isə bir müddət işləmək məqsədi ilə Türkiyə Respublikasına getdiyinə görə evin boş olduğundan istifadə edərək müntəzəm olaraq belə əməllərə yol verir. O, anasını yəni iddiaçının bacısı Cavabdeh2 da bu evə gətirərək bir müddət evin yanında yerləşən tikilidə yerləşdirmişdir. Qonşular və kəndin icra nümayəndəliyi də onun törətdiyi əməllərə şahid olmuşlar. Cavabdeh heç bir hüququ olmadan iddiaçının evinin divarını zədələmiş, nəticədə divarda çat əmələ gəlmişdir, evin taxta döşəməsini kəsmiş, evi qanunsuz olaraq bölmək qərarına gəlmişdir. İddiaçının ailəsi evə gəldikdə də bu hərəkətlərini törətməyə davam etməkdədir. Əlavə olaraq onu qeyd etmək lazımdır ki, hazırki iş üzrə iddiaçı mübahisə predmeti olan fərdi yaşayış evinin tam hüquqlu mülkiyyətçisidir və məlum olduğu kimi mülkiyyət hüququ toxunulmazdır. Ən ümdə və ən müqəddəs hüquqlardan biri olan “mülkiyyət hüququ” dövlət tərəfindən hüquqi olaraq təminat altına alınır və qorunur. Lakin hal-hazırda isə cavabdehlər faktiki olaraq iddiaçını öz mülkiyyətindən istifadə etməyə çox ciddi maneələr yaradır. Həmçinin o da qeyd olunmalıdır ki, hazırki iş üzrə cavabdehlərin mübahisə predmeti olan fərdi yaşayış evində yaşayış və istifadə hüquqları da yoxdur. Onlar 1990-cı ildən Naxçıvan şəhəri, Çənlibel məhəlləsi, ev 24, mən 17 də yaşamışlar. Hətta ondan öncə də təxminən 1980-1982-ci illər arasında Naxçıvan şəhəri, Qaraçuq kəndində yaşamışlar. Belə olan təqdirdə isə onların mübahisə predmeti olan fərdi yaşayış evinin tərkib hissəsindən heç bir yaşayış və istifadə hüquqlarından söhbət gedə bilməz. Qeyd etmək lazımdır ki, hazırki iş üzrə cavabdehlərin o dövrdə qüvvədə olan Mənzil Məcəlləsinə görə yarana bilən yaşayış və istifadə hüquqları elə o dövrün qanunvericiliyi ilə də itirilmişdir. “Mövcud olmayan hüquq, hüquq deyildir” prinsipi artıq burada özünü göstərmiş olur. Həmin şəxslərin o dövrdə qüvvədə olan maddi hüquq normasına əsasən mövcud olan yaşayış və istifadə hüquqları artıq itirilmişdir. Həmin dövrün Mənzil Məcəlləsinin 60-cı maddəsinin tələbi açıq-aşkar ortadadır. Cavabdehlər uzun müddətdir ki, oradan çıxmış və daimi olaraq başqa yaşayış yerinə köçmüşdürlər. Bu da hüquqi baxımdan qüvvədən düşmüş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin təsiri altına düşmüş olur ki, bu maddənin də tətbiqi zamanı onların bu yaşayış və istifadə hüquqları artıq itirilmişdir. Qeyd olunan iddia ərizəsi Naxçıvan Şəhər Məhkəməsinin 13 fevral 2023-cü il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. 03 aprel 2023-cü il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasında İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirak etməmiş, iştirak etməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. İş üzrə tərəflər iştirak etmədiyindən qeyd olunan məhkəmə iclası təxirə salınaraq 13 aprel 2023-cü il tarixə təyin edilmişdir. 13 aprel 2023-cü il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə iş üzrə tərəflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilmiş, iş üzrə tərəflər isə məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.4-cü maddəsinə görə isə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını və qanunvericiliyin sadalanan tələblərinin nəzərə alaraq hesab edir ki, hazırki vəziyyətdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsi tətbiq olunmalı və İddiaçı verdiyi iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0 və 259.0.6-ci maddələrinin tələbinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. İş materiallardan da aydın olur ki, hazırki iş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmış, məhkəmə iclasında iştirak etməmiş və işə onların iştirakı olmadan baxılıb-baxılmaması barədə məhkəməyə məlumat verməmişlər. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi hazırki vəziyyətdə yaranmış hüquqi şərait mülki işə baxmağa imkan vermir. İş üzrə tərəflərə izah olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 260.5-ci maddəsinə müvafiq olaraq məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, həmin Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 27 yanvar 2023-cü il tarixli, 7853 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı yaşayış və istifadə hüququnun itirilmiş hesab olunması və fərdi yaşayış evindən məcburi çıxarılma tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia qaldırarkən İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 27 yanvar 2023-cü il tarixli, 7853 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. İş üzrə tərəflərə izah olunsun ki, məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim edərsə, bu zaman məhkəmə ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar