Məhkəmə qərarları › İş №e-2(078)-36/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-36/2023

13.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-36/2023 13.02.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ (İddia ərizəsinin baxılmamış saxlanılması barədə) Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" ASC iddia tələbi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 31 yanvar 2018-cı il tarixli, 3101/01İPK saylı kredit müqaviləsi üzrə 13 sentyabr 2022-ci il tarixə olan 46998.90 (qırx altı min doqquz yüz doxsan səkkiz manat doxsan qəpik) manat əsas borc, 642.61 (altı yüz qırx iki manat altmış bir qəpik) manat faiz borcu, 378.01 (üç yüz yetmiş səkkiz manat bir qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 48019.52 (qırx səkkiz min on doqquz manat əlli iki qəpik) manat kredit borcunun, eyni zamanda “İpoteka predmetlərinə tutma yönəldiməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 46.45 (qırx altı manat qırx beş qəpik) manat və iddia ərizəsinin verilməsinə görə ödənilən 234.2 (iki yüz otuz dörd manat iyirmi qəpik) manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 58000 (əlli səkkiz min) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh1 məxsus **********11-05101-093028 reyestr nömrəli Naxçıvan MR, Naxçıvan şəhəri, Əlincə məhəlləsi, 5 mərtəbəli binanın 2-ci mərtəbəsində, 73.77 kv.m. ümumi, 46.32 kv.m yaşayış sahəsi, 27.45 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 18 nömrəli mənzilə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi, 1 (bir) ay ərzində həmin yaşayış evində qeydiyyatda olan Cavabdeh1, Cavabdeh2 və həmin evdə qeydiyyatda olan digər şəxslərin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin yararlı vəziyyətdə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə məhkəmə baxış iclası 13 fevral 2023-cü il tarixdə saat 10:00-a təyin olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə qanunvericiliklə nəzərdə tutulmuş qaydada iddia ərizəsində göstərilmiş ünvanlar üzrə rəsmi qaydada məlumat verilmiş, iddiaçı və cavabdehlər qeyd edilən tarixlərdə məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və ya mümkünsüzlüyü və bu səbəblərin üzrlü olması barədə sübut təqdim etməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin 259.0.6-cı 259.0.7-ci maddələri tətbiq edilir. Bunu nəzərə alan məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, həmin maddənin məzmununa görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə digər məhkəmə iclaslarında iddiaçı təşkilatın nümayəndəsinin iştirak etdiyi halda sonuncu məhkəmə iclasında hər hansı məlumat verilməməsi və iştirak etməməsinin iddia ərizəsinin baxılmamış saxlanıması nəticəsinə gəlinməsini onunla əsaslandırır ki, mülki işə məhkəmədə baxıldığı müddətdə cavabdeh və eyni zamanda digər cavabdehin nümayəndəsi Cavabdeh2 məhkəməyə "xxxx" ASC-nə olan borcunun ödənilməsi barədə qəbzlər təqdim etmiş, həmin qəbzlərə əsasən xx.xx.2022-ci il tarixdə 2000 manat, xx.xx.2023-cü il tarixdə 1466 manat ödəniş etmiş, lakin iddiaçı təşkilat tərəfindən ödənilən məbləğə görə iddia tələbinin həcminə münasibətdə heç bir dəqiqləşdirmə aparılmamışdır. Məhkəmə qeyd edir ki, iddia tələbi məhkəməyə daxil olduğu xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək cavabdehlər tərəfindən iddiaçı təşkilatın xeyrinə ümumilikdə 3466 manat ödəniş edilmişdir ki, hazırda cavabdehin iddiaçı təşkilata gecikdirilmiş əsas, faiz və cərimə borcu mövcud olub-olmaması barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə xatırladır ki, tələb borcun ödənilməsini və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbidir. Belə olan halda iddiaçının hüquqlarının təmin edilməsi gecikdirilmiş borcun ödənilməsi təmin edilməsi maliyyə arayışı ilə təsdiq edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Buna görə də, iddiaçı "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə Hökümət ödəniş portalında və ya AsanPay vasitəsilə ********* qəbz nömrəsi ilə ödənilmiş 234.2 (iki yüz otuz dörd manat iyirmi qəpik) manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə Hökümət ödəniş portalında və ya AsanPay vasitəsilə ********* qəbz nömrəsi ilə ödənilmiş 234.2 (iki yüz otuz dörd manat iyirmi qəpik) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar