Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-415/2022 17.03.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, iddiaçı “X2 Azərbaycan” QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə idia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı “X2 Azərbaycan” QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 183.21 (bir yüz səksən üç manat iyirmi bir qəpik) manat məbləğində maddi zərərin və 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151-ci maddəsinə əsasən iddia ərizəsinin mümkünlüyünə dair məsələ tərəfimdən araşdırılarkən ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-4-cü maddəsinin tələblərinə əsasən iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, həmin maddənin 284-4.1.3. bəndinin tələbinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa hakim ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. İddiaçı “X2 Azərbaycan” QSC ərizəsində Cavabdeh ilə "xxxx" QSC arasında 24.10.2016 -cü il tarixli Bank hesabı, debet karQ, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlandığını, müqavilə üzrə cavabdehin öhdəliklərini yerinə yetirmədiyini, iddiaçıya olan borcunu ödəməkdən imtina etdiyini, bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edildiyini və 15.09.2020-tarixli 2(078)-682/2020 saylı məhkəmə qətnaməsi qəbul edildiyini, nəticədə iddiaçı "xxxx" QSC ilə "xxxx" MMC arasında bağlanmış 18.01.2021-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş edildiyini, "xxxx" MMC öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etdiyini, Cavabdeh 14.04.2021-ci il tarixinə olan 675.84 manat və 22.05.2021-ci il tarixinə olan 545.51 manat məbləğİndəki vəsaitin "xxxx" MMC vasitəsi ilə təmin edildiyini və buna görə də "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə 183.21 (bir yüz səksən üç manat iyirmi bir qəpik) manat məbləğində xidmət haqqı ödənildiyini, belə ki, 18.01.2021-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC-yə cavabdeh(lər) tərəfindən"xxxx" QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində yəni ümumilikdə 183.21 manat məbləğində xidmət haqqı ödədiyini, qeyd etsə də, bununla bağlı lazımi sənədləri iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə yenidən iddia verməsinə mane olmur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də, iddiaçı “X2 Azərbaycan” QSC tərəfindən 29.12.2021-ci il tarixdə X1 və ya AsanPay vasitəsilə ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 264 və 276.2.2-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı “X2 Azərbaycan” QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi icraata qəbul olunmaqdan imtina olunsun. İddiaçı “X2 Azərbaycan” QSC tərəfindən 29.12.2021-ci il tarixdə X1 və ya AsanPay vasitəsilə ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu geri qaytarılsın. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №e-2(078)-415/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-415/2022
17.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver