Məhkəmə qərarları › İş №e-2(078)-466/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-466/2024

28.03.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-466/2024 28.03.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı və digər iddiaçı X1 nümayəndəsi İddiaçı2 və İddiaçı1 iştirakı ilə, İddiaçı2, İddiaçı1 və X1 Cavabdeh qarşı mənzilin açıq hərracda satılması və satış pulunun bölüşdürülməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı2, İddiaçı1 və X2 Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ünvan 1 ünvanında yerləşən mənzilin iddiaçılar və cavabdehin paylarına uyğun olaraq naturada bölünməsi, bu mümkün olmadıqda açıq hərracda satılması və satışdan əldə ediləcək pul vəsaitinin İddiaçılar ilə cavabdeh arasında paylarına uyğun nisbətdə bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdirlər. İddiaçı və digər iddiaçı X1 nümayəndəsi İddiaçı2, İddiaçı1 və onların nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək daşınmaz əmlak üzrə payların müəyyən edilmədiyini, məhkəməyə paylar müəyyən olunduqdan sonra müraciət edilməli olduqlarını nəzərə alıb iddia ərizəsinin və sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı və digər iddiaçı X1 nümayəndəsi İddiaçı2, İddiaçı1 və onların nümayəndəsi və vəkili Vəkil ərizəsini nəzərdən keçirib belə nəticəyə gəlir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən geri qaytarılmalıdır. Belə ki, həmin maddənin məzmununa əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Buna görə də iddia ərizəsinə əlavə olunmuş İddiaçı1 vəkili və nümayəndəsi Vəkil tərəfindən xx.xx.2024-cü il tarixdə Hökümət ödəniş portalında və ya AsanPay vasitəsilə ********** qəbz nömrəsi ilə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: İddiaçı2, İddiaçı1 və X1 Cavabdeh qarşı mənzilin açıq hərracda satılması və satış pulunun bölüşdürülməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinə əlavə olunmuş İddiaçı1 vəkili və nümayəndəsi Vəkil tərəfindən xx.xx.2024-cü il tarixdə Hökümət ödəniş portalında və ya AsanPay vasitəsilə ********** qəbz nömrəsi ilə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar