Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-522/2022 10.06.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ (İddia ərizəsinin baxılmamış saxlanılması barədə) Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, cavabdeh təşkilat Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X1, cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs1 və ƏlMaraqlı şəxs2 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı tikintiyə mülkiyyət hüququnun tanınması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı tikintiyə mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 293.4 m2 torpaq sahəsində tikdiyi zirzəmi, açıq balkon, mətbəx, şüşəbənd, İ otaqdan ibarət fərdi yaşayış evi üzərində mülkiyyət hüququmun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işə məhkəmə iclasında baxılarkən müəyyən edilmişdir ki, iddia ərizəsi ilə bağlı məsələnin qabaqcadan məhkəmədənkənar həll edilməsi qaydasına əməl edilməmişdir. Mülki işə əlavə edilmiş məktubdan aydın olur ki, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə müraciət edilmiş, 07 fevral 2022-ci il tarixdə 04/88 nömrəli cavab məktubunda göstərilmişdir ki, mübahisənin məhkəmə qaydasında həll edilməsi izah edilmişdir. Qeyd etmək lazımdır ki, bəzi kateqoriya işlər üçün mübahisənin qabaqcadan məhkəmədənkənar həll edilməsi qaydası müəyyən edilə bilər. Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinə görə həmin əsasla ərizənin baxılmamış saxlanılmasına yalnız o hallarda yol verilir ki, bu ya qanunvericilikdə, yaxud da tərəflər arasında bağlanılmış müqavilə ilə həll edilmiş olur. Mülki işə əlavə edilən Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin mütəxəssisi tərəfindən verilən 10 iyun 2022-ci i tarixli rəyindən aydın olur ki, ünvan 2 ünvanında İddiaçı adına olan torpaq sahəsinə baxış keçirilmiş,ölçü aparılarkən məlum omuşdur ki, İddiaçı istifadəsində 454.38 kv.metr torpaq sahəsi mövcuddur. 1973-cü ildə X2 2569 inventar nömrəli texniki pasportla verilmiş torpaq sahəsi 293.4 kv.metr təşkil edir. İstifadəsində olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi isə 161 kv.metr təşkil edir. İddiaçı qanunsuz tikilisinin 80 kv.metr bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinə düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.3-cü maddəsinə görə özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Göründüyü kimi qanunun həmin norması özbaşına inşa edilmiş tikiliyə o şəxsin mülkiyyət hüququnun tanınmasına imkan verir ki, tikilinin inşa edildiyi torpaq sahəsi onun mülkiyyətində olsun. Hazırki vəziyyətdə ünvan 3 ünvanından inşa edilmiş özbaşına tikilinin yerləşdiyi torpaq sahəsinin 80 kv.metr hissəsi bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsidir. İddiaçı həmin torpaq sahəsinin onun mülkiyyətinə verilməsi ilə bağlı bələdiyyə orqanına müraciət etməli, torpaq sahəsi onun mülkiyyətinə verildikdən sonra üstündə inşa edilmiş tikilinin sənədləşdirilməsi üçün qeydiyyat orqanına müraciət etməli və müvafiq imtina cavabı aldıqda məhkəməyə müraciət edə bilər. Bu halda isə özbaşına tikilinin məhz onun mülkiyyətində olan torpaq sahəsində yerləşməsini əsas göstərərək həmin tikiliyə mülkiyyətin tanınmasını tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, İddiaçı tərəfindən Hökümət Ödəniş portalında və ya AsanPay vasitəsilə xx.xx.2022-ci il tarixli ********* nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı tikintiyə mülkiyyət hüququnun tanınması tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya özbaşına tikilinin yerləşdiyi torpaq sahəsinin onun mülkiyyətinə verilməsi üçün müvafiq bələdiyyə orqanına müraciət etmək hüququ izah edilsin. İddiaçı tərəfindən Hökümət Ödəniş portalında və ya AsanPay vasitəsilə xx.xx.2022-ci il tarixli ********* nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №e-2(078)-522/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-522/2022
10.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver