Məhkəmə qərarları › İş №e-2(078)-561/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-561/2023

23.05.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-561/2023 23.05.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı mənzildən məcburi qaydada çıxarılma tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı rəsmi qaydada məlumat verilmiş, lakin iştirak etməmiş, rəsmi qaydada ərizə ünvanlamış və nümayəndə və vəkil vasitəsilə təmsil olunmuşdur. Məhkəmə işə İddiaçı iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında izahat verən İddiaçı vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, təmsil etdiyi şəxs Naxçıvan şəhər Məhkəməsinin 27 yanvar 2022ci il tarixli, 2(078)-119/2022 nömrəli qətnaməsinə əsasən Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinin verdiyi icra vərəqəsi əsasında Naxçıvan şəhəri, C.Naxçıvanski küçəsi,ev 16A ünvanında yerləşən 0.0469 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 239.7 kv.m olan fərdi yaşayış evi, paylı mülkiyyətdə olan əmlakı Naxçıvan Muxtar Respublikasının Hərracların Təşkili üzrə Auksion Mərkəzində 09 yanvar 2023-cü il tarixdə 120000 (bir yüz iyirmi min) manata hərraca çıxarılıb satıldığı üçün əmlakın dəyərini tam ödəyərək hərracın qalibi olaraq alıb. Həmin əmlakı 01 fevral 2023-cü il tarixdə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində ********** qeydiyyat və **********04-10301 reyestr nömrə ilə rəsmiləşdirib adıına çıxarış alıb. Lakin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Naxçıvan şəhər İcra və Probasiya Şöbəsi tərəfindən paylarına münasibətdə pulu götürüb evdən çıxmalarını tələb ets də həmin pulu götürüb evdən çıxmayaraq iddiaçının mülkiyyətində olan evdə yaşamağına maneçilik törədirlər. Faktiki olaraq iddiaçı öz mülkiyyətində yaşaya bilmir. Buna görə də iddiaçı mübahisənin həlli üçün məhkəməyə müraciət etmişdir. Vəkil sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı deyil. Hənifəyev X1 qaynıdır. Evi Hüseyn alıb, qaynı Rəşadın adına sənədləşdiribdir. Həqiqətən də ev hərracda satılıb. Evi alan şəxs onlara 15000 manat pul verdi. Lakin o, pulu qəbul etməyib. Digər cavabdehlər onun övladlarıdır. Onlar hazırda ev tikib 6-7 aydan sonra mübahisəli evdən çıxacaqlar Sadəcə olaraq onlara vaxt lazımdır. Təklif etdikləri 15000 manat onsuz da çox aşağı məbləğdir. Cavabdeh3 sonda qeyd olunanların nəzərə alınaraq qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehin izahatlarını dinləyib, həmin izahatları iş materiallarına əlavə olunmuş sübutlarla əlaqəli tədqiq edib və onlara obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Naxçıvan Şəhər Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli 2(078)-119/2022 nömrəli qətnaməsi ilə ünvan 3 ünvanında yerləşən 0.0469 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 239.7 kv.metr olan fərdi yaşayış evinin açıq hərracdan satılması və satış pulu ümumi paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib şəkildə bölünməsi qət edilmişdir. İddiaçı və Naxçıvan MR Hərracların Təşkili üzrə Auksion Mərkəzi arasında 09 yanvar 2023cü il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləsindən aydın olur ki, Cəmşid Naxçıvanski küçəsi ev 16A ünvanında yerləşən 469 kv.m həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 239.7 kv.m olan fərdi yaşayış evi 120000 (bir yüz iyirmi min) manat müqabilində satılaraq İddiaçı tərəfindən alınmışdır. İş materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən Naxçıvan şəhəri, C.Naxçıvanski küçəsində 0.0469 ha torpaq səhəsində yerləşən ümumi sahəsi 239.7 kv.m olan 16A nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 18/1 nömrəli reyestr kitabında 43 nömrəli vərəqində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən 09 mart 2023-0cü il tarixdə verilmiş 7/2300 nömrəli məktubda qeyd olunmuşdur ki, Cavabdeh2 ünvan 1 ünvanında, Cavabdeh1 ünvan 4 və Cavabdeh3 isə Naxçıvan şəhəri Əlincə 21/30 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır. Konistitusiyanın 29-cu mddəsində qeyd olunur ki, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır. Həmin Məcəllənin 152.1-152.4-cü mаddələrinə əsаsən mülkiyyət hüququ subyеktin оnа mənsub əmlаkа öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə еtmək və оnа dаir sərəncаm vеrmək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs əmlakından maneəsiz (dinc) istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 11 iyul 2014-cü il tarixli Qərarında göstərilir: “Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 25 yanvar 2005-ci il tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Lakin Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri bəzən müstəqil əhəmiyyət qazanır. Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquqi tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Dogər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanılmasını təmin etməyə borcludurlar. Məhkəmə qeyd edir ki, İddiaçı mübahisəli əmlak üzrə məhkəmə qətnaməsi əsasında keçirilən hərracın qalibi olmuş, həmin əmlakın paylı mülkiyyətçisi hesab edilən Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 paylarına münasibətdə müvafiq pul məbləği onlara təqdim edilmiş, həmin pul məbləğinin notariusun depozit hesabında olması, cavabdehlər tərəfindən alınmaması izahatlardan aydın olmuşdur. Əmlakın paylı mülkiyyətə uyğun hüquqi taleyi hərracın keçirilməsi ilə həll edilmiş, hərracın qalibi olan kənar şəxs əmlakın tam mülkiyyətçisi hesab edilmişdir. Hazırda həmin əmlakda qeydiyyatda olan və yaşayan cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 mülkiyyətçi İddiaçı ilə heç bir ailə üzvü bağlılığı yoxdur, həmçinin hərracın keçirilməsi ilə paylı mülkiyyətçi statuslarına xitam verilmişdir. Belə olan təqdirdə iş üzrə İddiaçı xüsusi mülkiyyətindəki mənzildən iş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 məcburi qaydada çıxarılmasını tələb etməkdə haqlı olmuşdur. Beləliklə, yuxarıda göstərilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalı, iş üzrə İddiaçı mülkiyyətində olan ünvan 6 ünvanından cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 məcburi qaydada çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2023-cü tarixli 7759 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 alınaraq İddiaçı qaytarılmalıdır. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı mənzildən məcburi qaydada çıxarılma tələbinə dair iddia təmin olunsun. İddiaçı mülkiyyətində olan ünvan 6 ünvanından cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 məcburi qaydada çıxarılsın. İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2023-cü tarixli 7759 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 alınaraq İddiaçı qaytarılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar