Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-731/2025 02.09.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Qurbanəliyeva Günel Bayram qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı birgə mülkiyyətdə olan əmlakda payların müəyyən olunması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Mülkiyyətlərinizdə olan ünvan 1 ünvanında yerləşən əmlakda paylarının bərabər qaydada müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən əmlakı, mərhum anası X5 və İddiaçı adına xx.xx.2017-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmaqla Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış almaqla mülkiyyət hüququ əldə etmişdirlər. Mərhum anası X13 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. ünvan 1 ünvanında yerləşən əmlakı paylı mülkiyyət olsada payları müəyyən olunmamışdır. O payların bərabər qaydada yəni hər birinə 2/1 payın müəyyən olunmalıdır, o mərhum anasından qalmış mirasın qəbulu üçün məhkəməyə müraciət etmişdir. Bu səbəbdən birgə mülkiyyətdə olan əmlakda pay hüququnun müəyyən edilməsini istəyir. Məhkəmə iclası zamanı iş üzrə İddiaçı iddianı müdafiə edərək izahatında 2/1 bir payının müəyyən edilməsini, iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı iş üzrə iddiaçının vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edərək izahatında iddiaçıya önəmli olanın payın müəyyən olunması olduğunu bildirmiş, iddianı müdəfiə etdiyini, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasımı xahiş etmişdir. Məhkəmə iclası zamanı iş üzrə Cavabdeh5 izahatında Afaqın onun bibisi olduğunu, özünün neçə illərdir o evdən çıxdığını, orada qeydiyyatda belə olmadığını, sadəcə atasının ölməzdən qabaq orada qeydiyyatda olduğunu, özünün orada bir payının olmadığını bildirmişdir. Məhkəmə iclası zamanı iş üzrə Cavabdeh1 izahatında hamısının evi eşiyinin olduğunu, bacılarını çox istədiklərini, biz qardaşların hammısı ona baxmışıq, hər birinin razı olduqlarını, evi onun adına keçirmək istədiklərini, bir qardaşları ilə 30 ildir əlaqələrinin olmadığını bildirmişdir. Məhkəmə iclası zamanı iş üzrə Cavabdeh7 izahatında Afaqın onun bibisi olduğunu, özünün orada bir payının olmadığını bildirmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iştirak etməmiş, bununla bağlı məhkəməyə hər hansı məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Məhkəmə işə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, onları iş materiallarına əlavə olunmuş sübutlarla əlaqəli tədqiq edib və onlara obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan aydın olur ki, ünvan 1 ünvanında, ümumi sahəsi 0.00442 ha olan torpaq sahəsində yerləşən 122.63 kv.m fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X5 və İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 18/29 nömrəli reyestr kitabının 5677 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Naxçıvan Şəhər Nikah Evinin xx.xx.2025-ci il tarixli çıxarışda göstərilir ki, mərhum X1 şəhərində xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli AZ-İ 673388 nömrəli ölüm haqqında şəhadətnamədən aydın olur ki, X14 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2002-ci il tarixli AZ-İ 011155 nömrəli ölüm haqqında şəhadətnamədən aydın olur ki, Cavabdeh5 Süleyman oğlu xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli AZ-İ 699786 nömrəli ölüm haqqında şəhadətnamədən aydın olur ki, X13 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan Naxçıvan şəhər 2 saylı Nikah evinin xx.xx.2025-ci il tarixli arayışında göstərilir ki, X5 "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və xx.xx.2025-ci ilədək ailə tərkibinə dair məlumatlar aşkar edilmişdır. X13 xx.xx.1929 (öldüyü tarix xx.xx.2019)
1. Əri (arvadı): Cavabdeh5 Süleyman oğlu (xx.xx.1900) (VƏFAT EDİB)
2. Oğlu: Cavabdeh2 (xx.xx.1952)
3. Oğlu: X2 (xx.xx.1955) (VƏFAT EDİB)
4. Oğlu: Cavabdeh4 (xx.xx.1957)
5. Oğlu: X10 (xx.xx.1960) (VƏFAT EDİB)
6. QıZı: Cavabdeh7 (xx.xx.1965)
7. Oğlu: X14 (xx.xx.1967) (VƏFAT EDİB)
8. QıZı: İddiaçı (xx.xx.1970)
9. Oğlu: Cavabdeh1 Salim oğlu (xx.xx.1972) İş materiallarında olan Naxçıvan şəhər 2 saylı Nikah evinin xx.xx.2025-ci il tarixli arayışında göstərilir ki, X6 "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və xx.xx.2025-ci ilədək ailə tərkibinə dair məlumatlar aşkar edilmişdır. X14 xx.xx.1967 (öldüyü tarix xx.xx.2024)
1. Atası: Cavabdeh5 Süleyman oğlu (xx.xx.1900) (VƏFAT EDİB)
2. Anası: X13 (xx.xx.1929) (VƏFAT EDİB)
3. Qardaşı: Cavabdeh2 (xx.xx.1952)
4. Qardaşı: X2 (xx.xx.1955) (VƏFAT EDİB)
5. Qardaşı: Cavabdeh4 (xx.xx.1957)
6. Qardaşı: X10 (xx.xx.1960) (VƏFAT EDİB)
7. BacıSİ: Cavabdeh7 (xx.xx.1965)
8. İddiaçı (xx.xx.1970)
9. Qardaşı:Cavabdeh1 (xx.xx.1972) İş materiallarında olan Naxçıvan şəhər 2 saylı Nikah evinin xx.xx.2025-ci il tarixli arayışında göstərilir ki, X3 "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və xx.xx.2025-ci ilədək ailə tərkibinə dair məlumatlar aşkar edilmişdır. X10 xx.xx.1960 (öldüyü tarix xx.xx.2024)
1. Əri (arvadı): X4 (xx.xx.1972)
2. Oğlu: X11 (xx.xx.1990)
3. Oğlu: X12 (xx.xx.1993) İş materiallarında olan X20 mərkəzinin qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli arayışında göstərilir ki, Cavabdeh4 xx.xx.1957-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Bu barədə xx.xx.1957-ci ildə Naxçıvan şəhər nikah evi tərəfindən 714 №li akt qeydi tərtib olunmuşdur. Atası Cavabdeh5 Süleyman oğlu, anası X7r. İş materiallarında olan X20 mərkəzinin qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli arayışında göstərilir ki, Cavabdeh1 xx.xx.1972-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Bu barədə xx.xx.1972-ci ildə Naxçıvan şəhər Nikah evi tərəfindən 741 nömrəli akt qeydi tərtib olunmuşdur. Atası Cavabdeh5 Süleyman oğlu, anası X8r. İş materiallarında olan X20 mərkəzinin qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli arayışında göstərilir ki, Cavabdeh7 xx.xx.1965-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Bu barədə xx.xx.1965-ci il tarixdə Naxçıvan şəhər nikah evi tərəfindən 59 Nli doğum akt qeydi tərtib olunmuşdur. Atası: Cavabdeh5 Süleyman oğlu, anası: X7r. İş materiallarında olan xx.xx.1970-ci il tarixli doğum haqqında şəhadətnamənin surətində göstərilir ki, İddiaçı xx.xx.1970-ci ildə Naxçıvan şəhərində anadan olmuşdurAtası Cavabdeh5 Süleyman oğlu, anası X7r. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır. Həmin Məcəllənin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci bəndinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünəkən və ya ondan pay ayrılarkən mülkiyyətçilərin payları əgər onların razılaşmasında başqa qayda nəzərdə tutulmayıbsa bərabər sayılır. Məhkəmə hesab edir ki, ünvan 1 ünvanında, ümumi sahəsi 0.00442 ha olan torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 122.63 kv.m fərdi yaşayış evinə İddiaçı ½ hissədə və X5 1/2 hissədə pay hüquqları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə ödənilmiş dövlət rüsumu və digər xərclərlə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, İddiaçı tərəfindən hökümət ödəniş portalı vəya AsanPay vasitəsilə xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Beləliklə, göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi:
İddia təmin edilsin. ünvan 1 ünvanında, ümumi sahəsi 0.00442 ha olan torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 122.63 kv.m fərdi yaşayış evinə İddiaçı ½ hissədə və X5 1/2 hissədə pay hüquqları müəyyən edilsin. İddiaçı tərəfindən hökümət ödəniş portalı vəya AsanPay vasitəsilə xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 tutularaq iddiaçıya qaytarılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Gülnar Səfərəliyeva