Məhkəmə qərarları › İş №e-2(078)-924/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-924/2022

11.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-924/2022 11.10.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh8, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh4 oğuna qarşı miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunmasına dair iddia ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının mərhum atası X14 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin miras əmlak olaraq İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, valideynləri- atası X30 21 dekabr 1988-ci ildə, anası X31 06 iyul 1985-ci ildə vəfat etmişdir. Atasının vərəsələri-Cavabdeh4 Qurban oğlu, Əhmədova (Tahirova) Siddiqə Qurban qızı, X22, X51, X41 və İddiaçıdur. Atasının vərəsələri olan 6 övladından yalnız o həyatdadır, digərləri isə vəfat edib. Atasının vəfatından sonra ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi miras qalmışdır. O, atasının ölümündən sonra onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini miras əmlak olaraq faktiki qəbul edib, hal-hazırda ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Miras qalmış evin sığortasını və bütün kommunal xərclərini özü ödəyir. Ondan savayı bacıqardaşlarından kimsə mirası qəbul etməyib, hamısı ailə qurub öz evlərində yaşayıb və özlərinə məxsus evdə vəfat etmişlər. Bu vaxta qədər maddi imkanı olmadığına görə evi adına rəsmiləşdirə bilməmiş, rəsmiləşdirmək istədikdə isə mirasın qəbulu ilə bağlı müvafiq şəhadətnamə verilməsi üçün Naxçıvan şəhər 1 saylı Notariat Ofisinə müraciət etdiyində Notariat Ofisinin 10 mart 2022-ci il tarixli, 45 nömrəli məktubu ilə mirasın faktiki qəbulunun məhkəmə tərəfindən müəyyən olunduğu bildirilərək ona məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edərək izahatında iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında işə baxılan zaman cavabdehlər Cavabdeh8, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh4 oğuna işə baxılmasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilmiş, məhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh5 xx.xx.2022-ci il tarixdə məhkəmənin ünvanına teleqram göndərmişdir. Teleqramda iddianı qəbul etdiyini, xx.xx.1988-ci il tarixdə vəfat etmiş babası X14 vəfatından sonra bütün mirasın nədən ibarət olmasından və harada yerləşməsindən asılı olmayaraq qəbul etməmiş, etmir və vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində deyil. Miras əmlakla bağlı indi və gələcəkdə hər hansı iddia tələbi olmayacaq. Adının vərəsəlik siyahısına salınmasını istəmir. İddiaçı mirasın qəbulu faktının müəyyən edilməsi tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh1 xx.xx.2022-ci il tarixdə məhkəmənin ünvanına teleqram göndərmişdir. Teleqramda iddianı qəbul etdiyini, xx.xx.1988-ci il tarixdə vəfat etmiş babası X14 vəfatından sonra bütün mirasın nədən ibarət olmasından və harada yerləşməsindən asılı olmayaraq qəbul etməmiş, etmir və vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində deyil. Miras əmlakla bağlı indi və gələcəkdə hər hansı iddia tələbi olmayacaq. Adının vərəsəlik siyahısına salınmasını istəmir. İddiaçı mirasın qəbulu faktının müəyyən edilməsi tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh7 xx.xx.2022-ci il tarixdə məhkəmənin ünvanına teleqram göndərmişdir. Teleqramda iddianı qəbul etdiyini, xx.xx.1988-ci il tarixdə vəfat etmiş babası X14 vəfatından sonra bütün mirasın nədən ibarət olmasından və harada yerləşməsindən asılı olmayaraq qəbul etməmiş, etmir və vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində deyil. Miras əmlakla bağlı indi və gələcəkdə hər hansı iddia tələbi olmayacaq. Adının vərəsəlik siyahısına salınmasını istəmir. İddiaçı mirasın qəbulu faktının müəyyən edilməsi tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh6 xx.xx.2022-ci il tarixdə məhkəmənin ünvanına teleqram göndərmişdir. Teleqramda iddianı qəbul etdiyini, xx.xx.1988-ci il tarixdə vəfat etmiş babası X14 vəfatından sonra bütün mirasın nədən ibarət olmasından və harada yerləşməsindən asılı olmayaraq qəbul etməmiş, etmir və vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində deyil. Miras əmlakla bağlı indi və gələcəkdə hər hansı iddia tələbi olmayacaq. Adının vərəsəlik siyahısına salınmasını istəmir. İddiaçı mirasın qəbulu faktının müəyyən edilməsi tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh3 xx.xx.2022-ci il tarixdə məhkəmənin ünvanına teleqram göndərmişdir. Teleqramda iddianı qəbul etdiyini, xx.xx.1988-ci il tarixdə vəfat etmiş babası X14 vəfatından sonra bütün mirasın nədən ibarət olmasından və harada yerləşməsindən asılı olmayaraq qəbul etməmiş, etmir və vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində deyil. Miras əmlakla bağlı indi və gələcəkdə hər hansı iddia tələbi olmayacaq. Adının vərəsəlik siyahısına salınmasını istəmir. İddiaçı mirasın qəbulu faktının müəyyən edilməsi tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh8 xx.xx.2022-ci il tarixdə məhkəmənin ünvanına teleqram göndərmişdir. Teleqramda iddianı qəbul etdiyini, xx.xx.1988-ci il tarixdə vəfat etmiş həyat yoldaşının babası X14 vəfatından sonra bütün mirasın nədən ibarət olmasından və harada yerləşməsindən asılı olmayaraq qəbul etməmiş, etmir və vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində deyil. Miras əmlakla bağlı indi və gələcəkdə hər hansı iddia tələbi olmayacaq. Adının vərəsəlik siyahısına salınmasını istəmir. İddiaçı mirasın qəbulu faktının müəyyən edilməsi tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə cavabdehlər Cavabdeh8, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh4 oğunun iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında şahid X59 ifadəsində bildirmişdir ki, mərhum X30 ilə qonşu olmuşdur. Qurban kişinin sağlığında və onun ölümündən sonra yalnız Salman və onun ailəsi ünvan 3 ünvanında yaşamışlar. Bildikləri bundan ibarətdir. Məhkəmə baxışı iclasında şahid X42 ifadəsində bildirmişdir ki, mərhum X30 ilə qonşu olmuşdur. Qurban kişinin sağlığında və onun ölümündən sonra yalnız Salman və onun ailəsi ünvan 3 ünvanında yaşamışlar. Bildikləri bundan ibarətdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş materiallarını nəzərdən keçirib, iddiaçının, onun vəkili və nümayəndəsinin izahatını, şahidlərin ifadəsini, iş materiallarına olan sənədlərlə əlaqəli şəkildə tədqiq edib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə olunmuş: Naxçıvan şəhər 1 saylı Nikah evi tərəfindən verilmiş Arayışdan aydın olur ki, 1936- 1988-ci illərə dair Naxçıvan şəhər Qeydiyyat Şöbəsinin arxivində X14 nikah akt qeydi tapılmamışdır. xx.xx.2022-ci il tarixli çıxarışda qeyd olunmuşdur ki, X31 xx.xx.1985-ci il tarixdə qida infeksiyası diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmişdir. xx.xx.2022-ci il tarixli çıxarışda qeyd olunmuşdur ki, X30 xx.xx.1988-ci il tarixdə ağ ciyər-ürək çatışmazlığı diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmişdir. xx.xx.2022-ci il tarixli çıxarışda qeyd olunmuşdur ki, X41 xx.xx.2004-cü il tarixdə miokard infarktı diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmişdir. xx.xx.2022-ci il tarixli çıxarışda qeyd olunmuşdur ki, X51 xx.xx.2014-cü il tarixdə beyin qan dövranı çatışmazlığı diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmişdir. xx.xx.2022-ci il tarixli çıxarışda qeyd olunmuşdur ki, X15 xx.xx.2015-ci il tarixdə beyin infarktı diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmişdir. xx.xx.2022-ci il tarixli çıxarışda qeyd olunmuşdur ki, X22 xx.xx.2015-ci il tarixdə qaraciyər çatışmazlığı diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmişdir. xx.xx.2022-ci il tarixli çıxarışda qeyd olunmuşdur ki, Cavabdeh4 Qurban oğlu xx.xx.2016-cı il tarixdə ürəyin dayanması diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmişdir. xx.xx.2022-ci il tarixli çıxarışda qeyd olunmuşdur ki, X52 xx.xx.2017-ci il tarixdə miokard infarktı diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmişdir. xx.xx.2022-ci il tarixli çıxarışda qeyd olunmuşdur ki, X23 xx.xx.2020-ci il tarixdə kəskin ürək çatışmazlığı diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmişdir. xx.xx.2022-ci il tarixli çıxarışda qeyd olunmuşdur ki, X43 xx.xx.2022-ci il tarixdə dəqiqləşdirilməmiş beyindaxili qansızma diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmişdir. Naxçıvan Şəhər icra Hakimiyyəti 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 01/0274 nömrəli arayışdan aydın olur ki, mərhum X3 şəhəri, N.Naxçıvani 4/15 ünvanında qeydiyyatda olub və onun aşağıdakı vərəsələri vardır: -X31-həyat yoldaşı-vəfat edib; - Cavabdeh4 Qurban oğlu-oğlu-vəfat edib; - Əhmədova (Tahirova) Siddiqə Qurban qızı-qızı-vəfat edib; - X22-oğlu-vəfat edib; - X51-oğlu-vəfat edib; - X41-oğlu-vəfat edib; - İddiaçı-oğlu-1957. Naxçıvan Şəhər icra Hakimiyyəti 1 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 8366 nömrəli arayışdan aydın olur ki, mərhum X1 şəhəri, Atabəylər 4/1 ünvanında qeydiyyatda olub və onun aşağıdakı vərəsələri vardır: -X24-həyat yoldaşı-1969; - X18-qızı-1971; - X25-oğlu-1972. Naxçıvan Şəhər icra Hakimiyyəti 1 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 8366 nömrəli arayışdan aydın olur ki, mərhum X5 şəhəri, Əlincə 1A/26 ünvanında qeydiyyatda olub və onun aşağıdakı vərəsələri vardır: -X60-həyat yoldaşı-1954; - X44-qızı-1963; - Cavabdeh8 Vasif qızı-qızı-1966; - X53-qızı-1967; - X61-oğlu-1971; - X62-oğlu-1979; - X45-qızı-1980. Naxçıvan Şəhər icra Hakimiyyəti 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 01/0563 nömrəli arayışdan aydın olur ki, mərhum X2 şəhəri, N.Naxçıvani 5/46 ünvanında qeydiyyatda olub və onun aşağıdakı vərəsələri vardır: -X26-həyat yoldaşı-vəfat edib; - X8-qızı-1955; - X27-oğlu-1957; - X9-qızı-1959; - X15-qızı-1961; - X10-qızı-1965; - X11-qızı-1963; - X16-qızı-1967; - X27-oğlu-1971. Naxçıvan Şəhər icra Hakimiyyəti 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 01/0564 nömrəli arayışdan aydın olur ki, mərhum Tahirov X21 şəhəri, N.Naxçıvani 5/11 ünvanında qeydiyyatda olub və onun aşağıdakı vərəsələri vardır: -X12-həyat yoldaşı-1941; - X52-oğlu-1960; - X46-oğlu-1962; - X43-oğlu-1965; - X28-qızı-1968. Naxçıvan Şəhər icra Hakimiyyəti 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 01/0565 nömrəli arayışdan aydın olur ki, mərhum X4 şəhəri, N.Naxçıvani 4/15 ünvanında qeydiyyatda olub və onun aşağıdakı vərəsələri vardır: -X32-həyat yoldaşı-1956; - X54-oğlu-1985; - X47-oğlu-1999; - X55-oğlu; - X56-oğlu. Naxçıvan Şəhər icra Hakimiyyəti 3 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1532 nömrəli arayışdan aydın olur ki, mərhum X6 şəhəri, 19-cu məhəllə 5/28 ünvanında qeydiyyatda olub və onun aşağıdakı vərəsələri vardır: -Cavabdeh8-həyat yoldaşı-1959; - Cavabdeh5-qızı-1990; - Cavabdeh2-qızı-1992; - X71-oğlu-1996. Naxçıvan Şəhər icra Hakimiyyəti 4 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 450 nömrəli arayışdan aydın olur ki, mərhum X7 şəhəri, Çənlibel 9/5 ünvanında qeydiyyatda olub və onun aşağıdakı vərəsələri vardır: -X48-həyat yoldaşı-vəfat edib; - Cavabdeh1-qızı-2003; - Cavabdeh6-oğlu-2002; - X63-qızı-2001; - Cavabdeh4-oğlu-2017. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən 24 may 2022-ci il tarixdə verilmiş **********78-10301 nömrəli “Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən məlum olmuşdur ki, Naxçıvan şəhəri, N.Naxçıvani küçəsi döngə 4-də istifadədə olan 0.1248 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 92.2 kv.m olan 15 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X14 adına daşınmaz əmlakın dövlət reyestrində 18/47 nömrəli reyestr kitabının 9281 nömrəli vərəqində qeydiyyata alınmışdır. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 772 nömrəli arayışda qeyd olunmuşdur ki, ünvan 11 ünvanında, 0.1407 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 84.1 kv.m olan fərdi yaşayış evi 1966-cı ildə X14 adına inventarlaşdırılaraq 1401 inventar nömrəli texniki pasport verilmişdir. Naxçıvan MR Ədliyyə Nazirliyi Naxçıvan şəhər 1 nömrəli Notariat Ofisinin notariusu tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixli məktubuna xx.xx.2022-ci il tarixdə verilmiş 45 nömrəli cavab məktubundan məlum olur ki, mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddət buraxıldığından iddiaçıya aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə xx.xx.2015-ci il tarixli müqavilədən aydın olur ki, müqavilə ünvan 3 ünvanı üzrə İddiaçıla bağlanmışdır. Energetika Agentliyi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqısatqısının xx.xx.2017-ci il tarixli birtipli müqavilədən aydın olur ki, həmin müqavilə ünvan 3 ünvanı üzrə İddiaçıla bağlanmışdır. BA 234167 nömrəli xx.xx.2020-ci il tarixli, BA 084079 nömrəli xx.xx.2016-cı il tarixli Daşınmaz əmlakın icbari sığortası şəhadətnamələrindən aydın olur ki, ünvan 3 ünvanı İddiaçı tərəfindən sığorta edilmişdir. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki qanunvericilikdə vərəsəliyin açılması anı miras qoyan şəxsin ölümü ilə şərtləndirilmişdir. Miras qoyan X30 21 dekabr 1988-ci ildə vəfat etmişdir. Belə olan halda hazırki tələbə 01 sentyabr 2000-ci ilə qədər qüvvədə olan Mülki Məcəllənin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının qüvvədən düşmüş Mülki Məcəlləsinin 527-ci maddəsinə görə vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Həmin Məcəllənin 528-ci maddəsinə görə vərəsəlik miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 529-cu maddəsinə görə miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu vərəsəliyin açıldığı yer sayılır. Həmin Məcəllənin 552-ci maddəsinə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirası yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Maddənin məzmunundan da göründüyü kimi qüvvədən düşmüş Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirir: formal və qeyri-formal üsulunu. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə vərəsənin notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Qeyri-formal üsulun özü iki cür olur. 1.Miras əmlaka sahiblik etmək üsulu. 2.Miras əmlakı faktiki idarə etmək üsulu. Miras əmlaka faktiki sahiblik etmək üsulu odur ki, bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirib və ona sahib durur, onun üzərində fiziki “ağalıq edir”. Bu hərəkətlərdən vərəsənin mirası qəbul etmək niyyəti açıq-aşkar görünür və bəlli olur. Qeyri-formal üsulun ikinci növü miras əmlakı faktiki idarə etmək adlanır. Bir qayda olaraq vərəsə əmlaka yiyələndikdən sonra onu idarə etməyə başlayır. Miras əmlakın faktiki idarə edilməsi dedikdə vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımi vəziyyətdə saxlamaq, təmir etmək və ya saxlanılması üçün çəkilən xərcləri ödəmək, vergi ödəmək, sığorta haqqı və digər ödənişlər vermək və s. İş üzrə dindirilmiş şahidlərin ifadəsi ilə müəyyən edilmişdir ki, İddiaçı miras əmlakı atası X14 vəfatından sonra faktiki olaraq idarə etmişdir. Məhkəmə ödənilmiş dövlət rüsumu və digər xərclərlə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, İddiaçı tərəfindən “Kapital Bank” Naxçıvan filialına xx.xx.2022ci il tarixdə 20332 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Beləliklə, toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, X13 miras qalan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. X13 miras qalan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. İddiaçı tərəfindən “Kapital Bank” Naxçıvan filialına xx.xx.2022-ci il tarixdə 20332 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya qaytarılsın. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar