Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-926/2023 11.12.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X16 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh2 nümayəndələri X8 və Nümayəndə iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı sahibliyə və istifadəyə verilməklə mənzilə köçürülməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiasının təmin edilməsini, mənzil hüquqlarının bərpa olunması, Naxçıvan şəhər 1 saylı hərbi şəhərcikdə yerləşən 39-cu binanın 2 otaqdan ibarət 32-ci mənzilin onun sahibliyinə və istifadəsinə verilməklə mənzilə köçürülməyi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini əsaslandıraraq bildirmişdir ki, anası Novruzova (Əliyeva) Surə Şirməmməd qızı 1975-ci ildən 30 mart 1993-cü ilə kimi SSRİ Müdafiə Nazirliyinin Naxçıvan şəhərində yarləşən 57 saylı hərbi ticarət idarəsində xadimə işləmişdir. X28 1990-cı ildə vəfat etmişdir. Bundan sonra 1992-ci ildə qüvvədə olan qanunla anasının mənzil almaq hüququ olduğu üçün qanuna müvafiq olaraq, komissiyanın rəyi əsasında SSRİ Müdafiə Nazirliyinin Naxçıvan rayon Mənzil İstismar Hissəsinin 667-№-li, 06 iyul 1992-ci il tarixli orderi ilə X5na Naxçıvan şəhər 1 saylı hərbi şəhərcikdə yerləşən 39-cu binanın 2 otaqdan ibarət 32-ci mənzili verilmişdir. Həmin orderdə anası X19 (18 avqust 2002-ci ildə vəfat etmişdir), 1973təvəllüdlü bacısı X64, 1975-ci təvəllüdlü qardaşı X85 (24 oktyabr 2010-cu ildə vəfat etmişdir), 1976-cı il təvəllüdlü, İİİ qrup əlil X91 və o, yəni xx xxxx 1985-ci il təvəllüdlü X35 adları qeyd olunmuşdur. Həmin mənzil order verilən vaxtdan adları qeyd olunan 5-nəfər ailə üzvünün sahibliyinə və istifadəsinə verilmiş, onlar ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşamışlar. Qanuna görə onların hamısının həmin mənzildən istifadə etmək hüquqları vardır. X5 1993-cü ildə xəstəliyi ilə əlaqədar pensiyaya çıxmış, vəfat edənə qədər işləyə bilməmişdir. O kiçik uşaq idi. Lakin xatırlayır ki, 1997-ci ilin iyun ayının əvvəllərində sonradan adlarını bildiyi Naxçıvan Qarnizonu Mənzil İstismar hissəsinin rəisi Məmməd Zamanov və həmin şəhərciyin komendantı Polad Sadiqov 20-nəfərdən artıq əsgərlə yaşadıqları mənzilə gələrək, Cavabdeh1 göstərişi ilə mənzilin qapısını sındıraraq mənzilə daxil olmuş, onların ağlamaqlarına, dəhşətli surətdə qorxmalarına baxmayaraq zorla, heç bir sənəd göstərmədən onları mənzildən çölə tökmüşlər. Sonra da evə girərək evdə olan əşyalarını qırıb dağıtmaqla çölə atmışlar. Həmin şəxslərin onların ailəyə qarşı törətdiyi dəhşətli, ağlasığmaz vəhşiliklər bu günə qədər onun gözləri qarşısından getmir, həmin vaxt keçirdiyi qorxu hissləri bu gün də onda qalıb, yadına düşəndə bu gün də həmin hissləri keçirir. Həmin vaxtdan da onlar müxtəlif ünvanlarda kirayədə yaşamağa məcbur olmuşlar. Anası vəfat edənə kimi onların ailəsinin həmin mənzilə köçüb yaşaması üçün mücadilə etmiş, cavabdeh tərəfin onlara qarşı etdikləri qanunsuzluqlar barədə müvafiq orqanlara şikayətlər yazmışdır. Anası 26 oktyabr 1997-ci ildə Naxçıvan Şəhər Məhkəməsinə iddia qaldırmışdır. Lakin o dövrdə Naxçıvan MR-da olan özbaşınalıqlara uyğun olaraq, məhkəmə də bu vəziyyətlə hesablaşaraq iddia ilə bağlı heç bir tədbir görməmişlər. Bundan əlavə Naxçıvan Qarnizonu Hərbi X24 Komandanlığı və onların ailəsinə qarşı qanunsuz hərəkətlər etmiş vəzifəli şəxslər barəsində qanuni tədbir görməmiş, əksinə onlardan çəkinərək, onların qanunsuz hərəkətlərinə, yəni onların ailəsinin qanunsuz, zor tətbiq edilməklə mənzildən çıxarılmasına qanuni don geyindirmək üçün, onların başına gətirilən bu müsibətdən 6-ay, mənzilin anasına verilməsinə əsas olmuş orderin verilməsindən isə 5-il 6-ay sonra “orderin etibarsız hesab edilməsi” barədə Naxçıvan şəhər məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Naxçıvan Şəhər Məhkəməsi iddia verildikdən 1-il 3-ay sonra, yəni 26 mart 1999-cu il tarixdə iddia ərizəsinə baxaraq anasına verilmiş 6 iyul 1992-ci il tarixli, 667-№-li orderin etibarsız hesab edilməsi barədə qətnamə çıxarmışdır. Həmin iş üzrə Naxçıvan MR Ali Məhkəməsinin MİÜMK-nın 20 aprel 1999-cu il tarixli Qərardad ilə Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 23 iyun 1999-cu il tarixli Qərardadı ilə Naxçıvan Şəhər Məhkəməsinin 26 mart 1999-cu il tarixli qətnaməsi, Naxçıvan MR Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 20 aprel 1999-cu il tarixli qərardadı ləğv edilmişdir. Həmin vaxtdan da onun və onların ailəsinin digər üzvlərinin həmin mənzilə sahib olmaq və ondan istifadə etmək hüquqları bərpa olunmuşdur. Lakin Naxçıvan MR-da olan gərgin vəziyyətə görə, onlara qarşı olan haqsızlıq, qanunsuzluq və ədalətsizlik bu günə qədər davam edir. Anası bu haqsızlıqlara dözə bilmirdi, ona görə də xəstəliyi daha da şiddətlənmiş və anası 2002-ci ildə vəfat etmişdir. Anası ölənə qədər müxtəlif orqanlara, o cümlədən qərardadı qəbul etmiş Azərbaycan Respublikası Ali Məhkəməsinə saysız, hesabsız şikayətlər yazmışdır. Həmin orqanlardan yalnız Azərbaycan Respublikası Ali Məhkəməsi ərizəyə reaksiya vermiş, ərizəni Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının icrası Baş İdarəsinə, Naxçıvan Şəhər Məhkəməsinə göndərərək, məktubda Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsinin, qərardadının icrasının məcburi olması və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalı olduğu xatırladılmış, anasının və onların pozulmuş hüquqlarının tam bərpası üçün zəruri tədbirlər görülməsi və nəticəsi barədə ərizəçiyə cavab verilməsi xahiş edilmişdir. Bütün bunlara baxmayaraq Naxçıvan MR-da müvafiq orqanlar tərəfindən qanunun tələblərinə əməl edilməmiş, ədalətin bərpa olunmasına imkan verilməmişdir. Anasının arzularından biri də onlarla birlikdə təkrar həmin mənzilə qayıtmaq, orada bir gün də olsun yaşamaq istəyi idi, lakin bu ona qismət olmamışdır. O bu günə kimi kirayədə yaşayır, anası öləndən sonra da onun Naxçıvan MRda hökm sürən “ab-hava”dan qorxduğu səbəbindən istifadə hüququ olan mənzilin onun sahibliyinə və istifadəsinə verməklə, mənzilə köçürülməyi barədə məhkəmədə tələb qaldırmağa cəsarəti çatmamışdır. 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən, order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Həmin Məcəllənin 49-cu maddəsinə görə, orderi etibarsız hesab etmək haqqında tələb orderin verildiyi gündən etibarən üç il ərzində irəli sürülə bilər. Mənzil Məcəlləsinin 53cü icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Mənzil Məcəlləsinin 60-cı maddəsinə görə, icarədar və ya onun ailə üzvləri üzrlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə, məhkəmə tərəfindən uzadıla bilər. Mənzil Məcəlləsinin 88-ci maddəsinin tələblərinə görə, dövlət və ya ictimai mənzil fondu evlərində yaşayış sahəsinin icarə müqaviləsi kirayədarın tələbi ilə yalnız qanunla müəyyən edilmiş əsaslar üzrə və ancaq məhkəmə qaydasında pozula bilər. Mənzil Məcəlləsinin 89-cu maddəsinin tələblərinə görə dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsindən çıxarma hallarına yalnız qanunla müəyyən edimiş əsaslar üzrə yol verilir. Yaşayış sahəsindən çıxarma məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60cı maddəsi haqqında 12 mart 1999-cu il Qərarında göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Qanunverici yuxarıda göstərilən qaydaları təsbit edərkən hüquqları pozulması ehtimal olunan icarədarın və ya onun ailə üzvlərinin həmin qanundan irəli gələn hüquqlarının tam və hərtərəfli təmin olunmasını əsas götürmüşdür. Məhz ona görə də, bu kateqoriyadan olan iddialar yalnız məhkəmə qarşısında qaldırıla bilər. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Beləliklə, icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti olaraq, o cümlədən altı ay və daha uzun müddətdə yaşayış sahəsindən getməsi onların yaşayış sahəsinə olan hüquqlarının itirilməsinə yönələn əsas kimi qəbul edilə bilməz. Əksinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulan norma tərəflərin öz hüquqlarından sui-istifadə hallarının qarşısını almağa yönəlir, onlara imkan verir ki, məhkəmə vasitəsi ilə öz qanuni hüquqlarının qorunmasını, qarşılıqlı hüquq və vəzifələrdən yaranan oxşar münasibətlərin tənzimlənməsini həyata keçirsin. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində nəzərdə tutulmuşdur ki, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Order əsasında onların ailəyə verilmiş mənzil sahəsindən onlar nə müvəqqəti, nə də daimi olaraq başqa yerə köçməmişlər. Onları cavabdehlər məcburi qaydada qanunun tələblərini pozaraq mənzildən zorla çıxarmışlar. Mənzilə qayıtmaqları üçün anası illərlə çalışsa da cavabdehlər onların mənzilə köçməyinə imkan verməmişlər. Onlar bilirdi ki, cavabdehlər Naxçıvan MR-da Ali rəhbər tərəfindən qoyulmuş rejimin qorxusundan qanuni hüquqlarını tələb etməkdən qorxmuşlar. Cavabdehlər həmin vaxt qüvvədə olan qanunvericiliyin tələblərini kobud surətdə pozaraq qanuni yolla sahibliyinə və istifadələrinə verilən mənzildən onları başqa yaşayış sahəsi verilmədən, mənzilə dair verilmiş order qüvvədə olduğu halda onları mənzildən zorla hədə-qorxu gəlməklə çıxarmışlar. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Lakin cavabdehlər onların Konstitusiya ilə təsbit olunan mənzil hüquqlarını pozmuşlar. Hazırda Naxçıvan MR-da “ab-hava” dəyişdiyindən, hüquqlarının bərpa olunacağına ümidi artdığına və inandığına görə cəsarət edib bu iddianı yazmağa qərar vermişdir. Cavabdeh2 nümayəndəsi Nümayəndə keçirilən məhkəmə iclasında məhkəməyə etiraz ərizəsi təqdim etmişdir. Həmin etiraz ərizəsində qeyd olunmuşdur ki, müəyyən səbəblərə görə İddiaçı Naxçıvan Qarnizonu Mənzil İstismar İdarəsinə qarşı “Sahibliyə və istifadəyə verilməklə mənzilə köçürülmə haqqında” iddiasını əsassız hesab edir. Belə ki, Naxçıvan şəhərində yerləşən 1 nömrəli hərbi şəhərcik Qapalı hərbi şəhərcikdir və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansında olmaqla xidməti yaşayış fonduna daxildir. Həmin hərbi şəhərciyin daxilində olan mənzillər sovet dövründə və Azərbaycan Silahlı Qüvvələri yaradıldıqdan sonra da xidməti yaşayış fonduna aid mənzillər olub. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 103.2-ci maddəsində xidməti yaşayış sahələri verilən vətəndaşların kateqoriyalarını müəyyənləşdirən orqanlar qeyd olunmuşdur. Həmin məcəllənin 103.2.1-ci bəndində isə Dövlət mənzil fonduna aid mənzillərin kimlərə verilməsinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirildiyi göstərilmişdir. Mənzil Məcəlləsinin 103.2.1-ci maddəsinin icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli 268 nömrəli “Xidməti yaşayış sahələri verilən vətəndaşların kateqoriyalarının təsdiq edilməsi haqqında” Fərmanının 1.3-cü bəndində xidməti evlərin yalnız “hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla)” verildiyi qeyd edilmişdir. X9 1992-ci ilə qədər və ondan sonrakı dövrdə də hərbi xidmətlə heç bir əlaqəsi olmamışdır. Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsində qeyd olunan mənzil xidməti mənzil kimi qeydiyyatdadır və xidməti mənzilin Müdafiə Nazirliyinin balansından çıxarılıb kiminsə şəxsi istifadəsinə və ya mülkiyyətinə verilməsi barədə hər hansı bir vəzifəli (səlahiyyətli) şəxsin (orqanın) əmr və ya sərəncamı yoxdur. İddiaçı anası mərhum X13 06 iyul 1992-ci ildə 667 nömrəli Orderlə 1 nömrəli hərbi şəhərcikdə 39 nömrəli binanın 32 nömrəli mənzilinin verildiyini və 1997-ci ildə həmin məzildən zorla çıxarıldıqlarını bildirmişdir. 1 nömrəli hərbi şəhərcik qapalı hərbi şəhərcik olmaqla “Xüsusi təyinatlı mənzil fondu”na aid olmuş, orada olan mənzillər xidməti yaşayış sahələri olmuşdur. Həmin mənzillər də hərbi qulluqçuların yaşaması üçün nəzərdə tutulmuşdur. X32 isə hərbi xidmətlə əlaqəsi olmamış, o sadəcə hərbi ticarət idarəsində xadimə vəzifəsində mülki işçi kimi işləmişdir. Bundan əlavə, X20 anası X7 ilə birgə 1980-ci ildə Naxçıvan şəhərində 2 nömrəli hərbi şəhərcikdə 48 nömrəli evdə 2 nömrəli xidməti mənzildə yaşamışdır. 04 noyabr 1988-ci ildə X4 334 nömrəli həmin mənzilə aid “Order” verilmiş, “Order”də X.Novruzovanın ailə tərkibi- qızı 1953-cü il təvəllüdlü Novruzova Surə və 1948-ci il təvəllüdlü Əliyev Əli qeyd olunmuşdur. 1990-cı ildə Əliyev Əli vəfat etmiş, həmin mənzildə Xədicə Novruzova və Surə Novruzova yaşamışlar. Surə Novruzova 06 iyul 1992-ci ildə 667 nömrəli Orderlə 1 nömrəli hərbi şəhərcikdə 39 nömrəli binanın 32 nömrəli mənzilini aldığı halda, əvvəlki yaşadıqları 2 nömrəli hərbi şəhərcikdə 48 nömrəli evdə 2 nömrəli xidməti mənzili təhvil verməli, orada yaşayan anası ilə birlikdə yeni mənzilə köçməli idi. Lakin, Surə Novruzova 1992-ci ildə həmin Orderə qızı 1973-cü il təvəllüdlü X36, oğlu 1975ci il təvəllüdlü X57, oğlu 1976-cı il təvəllüdlü X65, qızı 1985-ci il təvəllüdlü X35 adını qeyd etdirmişdir. Naxçıvan Şəhər məhkəməsinin 26 mart 1999-cu il tarixli Qətnaməsindən görünür ki, Surə Novruzova məhkəmədə ifadə verərkən 1992-ci ildə Hərbi Ticarət idarəsində işləyən zaman mənzilə ehtiyacı olduğundan həmin ildə 667 nömrəli Orderlə 1 nömrəli hərbi şəhərcikdən ev aldığını bildirmiş, həmin evi hansı yolla və hansı əsaslarla aldığını qeyd etməmiş, eyni zamanda ona 1988-ci ildə 2 nömrəli hərbi şəhərcikdə anası, əri və özünün yaşaması üçün ev verilməsini gizlətmişdir. Hazırda Naxçıvan şəhərində 2 nömrəli hərbi şəhərcikdə ev 48 mənzil 2-də X3 nəvəsi, X9 oğlu X91 və onu həyat yoldaşı X37, qızı X74, oğlu X92, oğlu X86 qeydiyyatda olmaqla orada yaşayırlar. X65 bacısı X64, bacısı qızı X38, bacısı qızı X21 isə həmin evdə qeydiyyatdadırlar. Həmçinin, iddiaçı Seyidova (Əliyeva) Rəfayə Əli qızı da həmin evdə yaşamış, sonradan onlara məlum olmayan səbəblərə görə oradan köçmüşdür. İddiaçı və onun 1992-ci ilə 1 nömrəli hərbi şəhərciyə köçmüş ailə üzvləri 1997-ci ildə 1 nömrəli hərbi şəhərcikdən çıxarıldıqdan sonra evsiz qalmamış, kirayədə yaşamamışlar. X1 1980-ci ildən 1992-ci ilədək yaşadığı 2 nömrəli hərbi şəhərcikdə onlara verilmiş ev 48 mənzil 2-də yaşamışlar. Hazırda da həmin evdə iddiaçının yuxarıda qeyd olunan qardaşı və onun ailə üzvləri yaşayır. 1992-ci ildə X13 667 nömrəli Orderlə verilmiş mənzil heç bir formada özəlləşdirilməmiş, həmin mənzilin kiminsə mülkiyyətinə verilməsi barədə rəsmi sənəd olmamışdır. X20 nə özü, nə də ki ailə üzvləri 1992-ci ildən 1997-ci ilədək 1 nömrəli hərbi şəhərcikdə yaşadıqları mənzildə qeydiyyata düşməmişlər. Bunun əvəzinə isə 2 nömrəli hərbi şəhərcikdə Surə Novruzovanın anasına verilmiş evdə pasport qeydiyyatına düşmüşlər. Səbəbi isə açıq-aşkar bəllidir ki, Surə Novruzovanın anası Xədicə Novruzovadan sonra evi təhvil verməmək üçün. Hansı ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.3-cü maddəsində qeyd olunmuşdur ki, “Xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz”. Beləliklə də, onların 1 nömrəli hərbi şəhərcikdə 5 il yaşamalarına baxmayaraq həmin mənzilə deyil, nənələrinin yaşadıqları mənzildə pasport qeydiyyatına düşmələrinin səbəbi hər iki evi öz əllərində saxlamaq istəmələri olmuşdur. Həmin dövrdə və hazırda da qüvvədə olan qanunvericiliyə görə ’’Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir”. X2 da 1988-ci ildə anası və əri ilə birgə yaşayış sahəsi ilə təmin olunmuşlar. Onlar, mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müraciət əsasında 1 nömrəli hərbi şəhərcikdə 1992-ci ildə ev almaq üçün isə əvvəlki yaşayış sahəsini təhvil verməli idilər. Lakin, qanunvericiliyə zidd olaraq X20 onun yaşayış sahəsi ilə təmin olunmasına baxmayaraq 1992-ci ildə hansısa yollarla qanunsuz olaraq 1 nömrəli hərbi şəhərcikdə mənzil əldə etmiş, lakin əvvəlki mənzili təhvil verməmişlər. Buna görə də, onların həmin mənzilə qaytarılması qeyri-qanunidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı iddiasının əsassız hesab olunaraq təmin olunmamasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Mehtiyev X29 məhkəmə informasiya sistemi vasitəsilə 25 noyabr 2023-cü il tarixdə məhkəməyə ərizə göndərmişdir. İddiaçı həmin ərizəsində qeyd olunmuşdur ki, o mənzil hüquqlarının bərpa olunması, Naxçıvan şəhər 1 saylı hərbi şəhərcikdə yerləşən 39-cu binanın 2 otaqdan ibarət 32-ci mənzilin onun sahibliyinə və istifadəsinə verilməklə mənzilə köçürülməyi barədə qətnamə çıxarılması barədə iddia qaldırmışdır. Anası Novruzova (Əliyeva) Surə Şirməmməd qızına məxsus Naxçıvan şəhər 1 saylı hərbi şəhərcikdə yerləşən 39-cu binanın 2 otaqdan ibarət 32-ci mənzildən anası Novruzova (Əliyeva) Surə Şirməmməd qızını, bacısı X44, qardaşları X66, X75 və onu cavabdeh Naxçıvan Qarnizonu Mənzil istismar hissəsinin rəisi Məmməd Zamanov və həmin şəhərciyin komendantı Polad Sadiqov 20-nəfərdən artıq əsgərlə yaşadıqları mənzilə gələrək, Cavabdeh1 göstərişi ilə 1997-ci ilin iyun ayının əvvəllərində mənzilin qapısını sındıraraq mənzilə daxil olmuşlar. Onları başqa yaşayış yeri ilə təmin etmədən və belə bir təklif irəli sürmədən zorla mənzildən qovmuşlar. Bundan sonra onların ailəsi ayrı-ayrı qohumların evlərində müxtəlif vaxtlarda iki-iki, üç-üç məskunlaşıb yaşamağa başlamışlar. Anası vəfat edənə qədər mənzilə qayıtmaları üçün müvafiq orqanlara çox saylı şikayətlər etmiş, lakin məlum səbəblərdən heç bir nəticəsi olmamışdır. O anası ilə birlikdə faktiki olaraq nənəsinin yaşadığı ünvan 1 ünvanda yaşamışlar. Anası rəhmətə gedəndən sonra da o nənəsi ilə birlikdə yaşamışdır. 2004-cü ildə X76 ilə ailə qurduqdan sonra əri ilə birlikdə onun atasının yaşadığı evə köçmüş, az bir müddətdə müvəqqəti olaraq orada yaşamışlar. Pasport qeydiyyatında olduğu Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 11, mənzil 16-da yerləşən ev isə qaynı X45 mülkiyyətindədir. Onlar heç vaxt ailə üzvləri ilə birlikdə həmin evdə yaşamamışlar, lakin formal olaraq həmin evdə qeydiyyata alınmışlar. Ailə üzvləri ilə birlikdə onlar həmişə müvəqqəti olaraq müxtəlif ünvanlarda qohumlarına məxsus evlərdə yaşamışlar. O ailə üzvləri ilə birlikdə 10 ildən artıqdır ki, mərhum dayısı X10 həyat yoldaşı X17 mülkiyyətində olan ünvan 1 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Nə onun, nə də həyat yoldaşı X46 evi yoxdur. 1997-ci ildən, yəni onların ailəsinin mənzil hüquqları cavabdehlər tərəfindən iddia ərizəsində qeyd etdiyi vəziyyətdə pozulduğu vaxtdan bu günə kimi onun daimi yaşamağa yeri olmamışdır. Hazırda iddiasını müdafiə edir. Mülki iş üzrə məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh1 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Mülki iş üzrə keçirilən məhkəmə iclasında X64 və X91 iddiaçı tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişlər. Mülki iş üzrə məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçı tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X47 və X77 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclaslarına gəlməmiş, X64 xx.xx.2023-cü il tarixdə məhkəməyə teleqram göndərərək teleqramda, iddiaçı Seyidova (Əliyeva) Rəfayə Əli qızının Naxçıvan Şəhər Məhkəməsində cavabdehlər Naxçıvan Qarnizonu 1 nömrəli Mənzil - İstismar Sahəsinə və Cavabdeh1 qarşı iddia qaldıraraq, mənzil hüquqlarının bərpa olunması, Naxçıvan Şəhər 1 saylı Hərbi Şəhərcikdə yerləşən 39-cu binanın 2 otaqdan ibarət 32-ci mənzilinin onun sahibiliyinə və istifadəsinə verilməklə mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etdiyini, həmin iş üzrə iddiaçı tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb olunduğunu, bu barədə məhkəmə tərəfindən ona məlumat verildiyini və iddia ərizəsinin surətinin ona təqdim olunduğunu, iddiaçı Seyidova (Əliyeva) Rəfayə Əli qızının onun doğma bacısı olduğunu, onun iddia ərizəsində göstərdikləri xüsusatları olduğu kimi təsdiq etdiyini, cavabdeh tərəfin onların ailəsini yaşadıqları qeyd olunan mənzildən iddia ərizəsində göstərildiyi kimi zor tətbiq etməklə çıxardıqlarını, anası Novruzova (Əliyeva) Surə Şirməmməd qızının vəfat edənə qədər bütün orqanlara şikayətlər yazmasına baxmayaraq, onun qanuni tələblərinin yerinə yetirilməsinə cavabdeh tərəfin mane olduğunu, onların ailəsinin, o cümlədən iddiaçı Seyidova (Əliyeva) Rəfayə Əli qızının mənzil hüquqlarını kobud surətdə pozduqlarını, onun məhkəmə iclaslarında iştirak edə bilməyəcəyinin üzrlü hesab edilməsini, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, X91 da xx.xx.2023-cü il tarixdə məhkəməyə teleqram göndərərək teleqramda, iddiaçı Seyidova (Əliyeva) Rəfayə Əli qızının Naxçıvan Şəhər Məhkəməsində cavabdehlər Naxçıvan Qarnizonu 1 nömrəli Mənzil - İstismar Sahəsinə və Cavabdeh1 qarşı iddia qaldıraraq, mənzil hüquqlarının bərpa olunması, Naxçıvan Şəhər 1 saylı Hərbi Şəhərcikdə yerləşən 39cu binanın 2 otaqdan ibarət 32-ci mənzilinin onun sahibiliyinə və istifadəsinə verilməklə mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etdiyini, həmin iş üzrə iddiaçı tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb olunduğunu, bu barədə məhkəmə tərəfindən ona məlumat verildiyini və iddia ərizəsinin surətinin ona təqdim olunduğunu, iddiaçı Seyidova (Əliyeva) Rəfayə Əli qızının onun doğma bacısı olduğunu, onun iddia ərizəsində göstərdikləri xüsusatları olduğu kimi təsdiq etdiyini, cavabdeh tərəfin onların ailəsini yaşadıqları qeyd olunan mənzildən iddia ərizəsində göstərildiyi kimi zor tətbiq etməklə çıxardıqlarını, anası Novruzova (Əliyeva) Surə Şirməmməd qızının vəfat edənə qədər bütün orqanlara şikayətlər yazmasına baxmayaraq, onun qanuni tələblərinin yerinə yetirilməsinə cavabdeh tərəfin mane olduğunu, onların ailəsinin, o cümlədən iddiaçı Seyidova (Əliyeva) Rəfayə Əli qızının mənzil hüquqlarını kobud surətdə pozduqlarını, onun məhkəmə iclaslarında iştirak edə bilməyəcəyinin üzrlü hesab edilməsini, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər tərəfindən göndərilən teleqramları nəzərə alaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bəhs edilən hadisə olanda 6-7 yaşında olduğunu, buna baxmayaraq hər şeyi xatırladığını, nənəsigillə birgə onların evində yaşadıqlarını, 1992-ci ildə ev veriləndən sonra həmin evə köçdüklərini və orada yaşadıqlarını, həmin evdə yaşaya-yaşaya 11 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olduğunu, 1997-ci ildə də onları vəhşicəsinə evdən çıxardıqlarını, əsgərlərin gəlib onlara “sizin bu evdə yaşamaq hüququnuz yoxdur” deyib çıxardıqlarını, anasının ev verildikdən bir il sonra, yəni 1993-cü ildə təqaüdə çıxdığını, ağır xəstə olduğunu, heç birinin gözünün qarşısından getmədiyini, 1997-ci ilə qədər maneəsiz yaşadıqlarını, evdən çıxarılma səbəbini uşaq olduğu üçün bilmədiyini, evdən çıxarılandan sonra Azərbaycan məhəlləsindəki evdə yaşadıqlarını, anasının ölümündən sonra orada yaşadığını, həmin evin nənəsinin evi olduğunu, bir həyətdə 4 ailə yaşadığını, ailə qurandan sonra kirayədə qaldığını, digər, yəni 2 nömrəli hərbi şəhərcikdəki evdə nənəsinin xalasıyla birgə yaşadığını, özünün kirayədə sonradan yaşadığını, nənəsinin Azərbaycan məhəlləsində yaşadığını, çıxarılandan sonra babasının evinə qayıtdığını, hal-hazırda dayısının evində yaşadığını, lakin qayınatasıgilin evində qeydiyyatda olduğunu, 2002-ci ildən sonra 2 nömrəli hərbi şəhərcikdə qeydiyyata düşdüyünü, mübahisəli mənzildən çıxarılandan sonra hamısının Azərbaycan məhəlləsindəki evə köçdüklərini, nənəsinin işləyib növbəyə duraraq evi aldığını, nənəsi öləndən sonra 2 nömrəli hərbi şəhərcikdəki evdə qardaşının ailəsi ilə birgə yaşadığını, mübahisəli evdən çıxarıldıqları vaxt əvvəl yaşadıqları 2 nömrəli hərbi şəhərcikdə yerləşən evdə xalası yaşadığı üçün o evə getmədiklərini, qardaşının köçəndən 2 il sonra həmin evdə yaşamağa başladığını, ev balaca olduğu üçün onların orada yaşamadığını, heç kimin qardaşını 2 nömrəli hərbi şəhərcikdəki evdən çıxarmadığını, həmin hərbi şəhərcikdəki evin qeydiyyatına düşməklərinə maneçilik yaradılmadığını bildirərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsində geniş şəkildə qeyd etdiyini, 1992-ci ildə X13 1 nömrəli hərbi şəhərcikdəki evə order verildiyini, həmin order əsasında mənzilə köçürüldüyünü, qanunamüvafiq olaraq orderin Müdafiə Nazirliyinin qurumu tərəfindən verildiyini, 1997-ci ilə kimi həmin mənzildə yaşadıqlarını, cavabdeh tərəfindən verilmiş sənəddə 1999-cu ildə oradan çıxarıldıqlarının qeyd olunduğunu, 1999-cu ildə təhvil verildiyinin deyildiyini, lakin şahid ifadələri və digər sənədlərlə 1997-ci ildə çıxarılmaqlarının təsdiq olunduğunu, X9 1997-ci ildə oradan çıxarılandan sonra müvafiq yerlərə müraciət etdiyini, həmin müraciətlərin iş materiallarına əlavə olunduğunu, həmin müaraciətlərə cavab verilmədiyi, qanunsuz çıxarılmalarına “hüquqi don” geyindirmək üçün prokurorluğun orderi etibarsız hesab etdirmək üçün məhkəməyə müraciət etdiyini, Naxçıvan Şəhər Məhkəməsinin orderi etibarsız hesab etdiyini, Naxçıvan Ali Məhkəməsinin həmin qərarı qüvvədə saxladığını, Azərbaycan Ali Məhkəməsinin isə iddia rədd etdiyini, orderin etibarlı olduğunu, Naxçıvan Şəhər Məhkəməsinə müraciət edildiyini, cavab məktublarından da ərizələrin müxtəlif orqanlara göndərildiyini qeyd olunduğunu, hara göndərilməsi ilə bağlı məlumat olmadığını, hərbi qulluqçuların heç birinə order verilmədiyini, 1997-ci ildən 2010-cu ilə kimi evin kimə verilməsi barədə məlumat olmadığını, 2010-cu ildə hərbi qulluqçulara verildiyini, iddiaçı tərəfin qorxudan iddia qaldırmaq imkanlarının olmadığını, ona görə rəhbərlik dəyişiləndən sonra iddia qaldırıldığını, Hərbi Şəhərciyin qapalı Hərbi Şəhərcik olduğunu, məhkəmə araşdırmasının nəticəsində zorla mənzildən çıxarılmalarının sübuta yetirildiyini, iddialarının tam əsaslı olduğunu bildirərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi Nümayəndə iddia ərizəsinə etirazda da fikirlərini bildirdiklərini, iddiaçının 1997-ci ildə 1 nömrəli qapalı hərbi şəhərcikdəki evdən, hansı ki, mülki şəxslərin yaşamasının düzgün olmadığı yerdən çıxarılandan sonra 2 nömrəli hərbi şəhərcikdəki, iddiaçının doğulub yaşadığı mənzildə yaşayışlarının təmin olunduğunu, həmin evdə qeydiyyata alındıqlarını, 1988-ci ildə həmin mənzilə order verildiyini, bu gün də o evə varis kimi hüququ çatan hər kəsin o evdə qeydiyyatda olduğunu, qardaşı o evdə yaşadığı üçün heç bir müstəqil tələbinin olmadığını, maneəsiz şəkildə qeydiyyata alındıqlarını, evsiz qoyulmadıqlarını, ancaq orderin etibarsızlığı məsələsindən sonra müraciətlər edildiyini, məcburi çıxarılma məsələsini dəqiq bilmədiyini, 1997-ci ildə evdən könüllü çıxarıldıqlarını, orderin etibarsızlığı ilə bağlı nəyə görə iddia qaldırıldığını bilmədiyini, müddət məsələsinin araşdırılmasını istədiklərini, Müdafiə Nazirliyinin balansında olduğunu, Xidməti mənzil olduğu üçün xidmət yerləri dəyişdiyindən hərbiçilərin müvəqqəti istifadəsində olduğunu, 3 hərbi şəhərcik olduğunu, 1, 2 və 43 nömrəli Hərbi Şəhərciklər olduğunu, 2 nömrəli Hərbi Şəhərcikdə 1988-ci ildə Xədicəyə ev verildiyini, Surə ilə Əlinin də həmin evdə qeydiyyata alındığını, 1992-ci ildə olan orderin hansı yolla əldə olunması ilə bağlı məlumat olmadığını, birinci mənzilin təhvil verilməli olduğunu bildirərək iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X22 ordu mənsubu olduqlarını, həmin hərbi şəhərcikdə məhkəmə, prokurorluq işçilərinin yaşadıqlarını, həmin dövrdə iddia olunan hərbi şəhərcikdə ev çatışmazlığı olduğu üçün dövlətin qərarı ilə, həm də qapalı hərbi şəhərcik olduğu üçün çıxarıldıqlarını, qanunda da həmin xidməti təyinatlı evlərin vərəsəliklə keçə bilmədiyinin qeyd olunduğunu, hər kəsə evlərininin əvəzinin verildiyini, bu ailəyə də əvvəllər yaşayış sahəsi ilə təmin olunduqları üçün o yaşayış sahəsinə köçmələrinin təmin olunduğunu, çıxarıldıqları evin əvəzi olaraq evlərinin əlindən alınmadığını, əslində 2 nömrəli hərbi şəhərcikdəki evin xidməti mənzil olduğunu və yalnız xidmət edilən dövr üçün verildiyini, yəni normalda evi təhvil verməli olduqlarını, heç kimin zorakılıqla çıxarılmadığını, sərəncam verilməklə çıxarıla biləcəklərini, lakin könüllü şəkildə çıxdıqları üçün sərəncama ehtiyac qalmadığını, bütün hər kəs kimi, könüllü şəkildə çıxarıldıqlarını, təklif olunduqdan sonra çıxdıqlarını, evlə təmin olunduqları üçün başqa ev verilmədiyini, 2 nömrəli Hərbi Şəhərcikdəki evlə bağlı orderdə Surənin adının olduğunu, Müdafiə Nazirliyinin orderi vermədiyini, orderi Rus ordusunun zabiti İmankovun verdiyini, onun da Azərbaycan əmlakına sərəncam səlahiyyətinin olmadığını, saxta möhürlə verildiyini, elə bir sərəncam hüquqlarının olmadığını, etiraz verdiklərini, sübutları təqdim etdiklərini bildirərək iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X26 ifadəsində 1996-cı ilin mart ayında mübahisəli mənzilə gəlin gəldiyini, ailəlikcə, yəni yoldaşı Rəşad, baldızı, qayınanası və qaynı ilə birgə yaşadıqlarını, mart ayında evləndiyini, iyul ayına qədər orada yaşadıqlarını, yayda bir gün axşam evdə olarkən Məhəmməd adında bir şəxsin gəlib onlara “evi boşaldın” dediyini, Kərəm müəllimin əmri ilə gəldiklərini qeyd etdiklərini, onların da getməyə yerlərini olmadığı üçün gecə qaldıqlarını, səhər təxminən 10:00-11:00 radələrində qapının döyüldüyünü, lakin açılmağa imkan verilmədən təpiklə açdıqlarını, əsgərlərin içəri daxil olub əşyaların yarısını podyezdən, yarısını pəncərədən aşağı atdıqlarını, qızının 6 aylıq olduğunu, səs-küydən qorxmaması üçün evdən uşağını alaraq çıxdıqlarını, yoldaşına zəng etdiklərini, onun gəldiyini, onlara yalnız 1 dəfə xəbərdarlıq edildiyini, niyə axşamdan deyildiyi halda evi boşaltmadıqlarını dediklərini, onların da başqa gedəsi yerlərinin olmadığını dediklərini, elə deyəndə əşyaları çıxarmağa başladıqlarını, özlərinin hər şeyi apardıqlarını, xalça, stol-stul kimi gücləri çatmayan şeyləri balkondan atdıqlarını, qalanlarını əlləri ilə apardıqlarını, əşyalarının binanın həyətində qaldığını, əsgərlərin dağınıq şəkildə atdıqlarını, özlərinin həmin gün əşyaları bir yerə yığdıqlarını, binanın həyətində qaldığını, qaranlıq düşənə qədər orada oturduqlarını, məcbur qalıb yoldaşının Azərbaycan məhəlləsində yerləşən baba evinə getdiklərini, əşyalarının isə orada qaldığını, səhər də gəlib aparmağa yer olmadığı üçün hamısını atasıgilin evinə yəni Kərimbəyli kəndinə apardıqlarını, 2-3 gün orada qalıb, yenə yoldaşının baba evinə qayıtdıqlarını, 1998-ci ilə kimi orada yaşadıqlarını, sonra yerləşə bilmədikləri üçün Rəşadın dayısının onlara ev aldığını, özünün ailəsi ilə birlikdə o evə köçdüyünü və hələ də o evdə yaşadığını, televizorun əllərində aparmaqlarına baxmayaraq sındığını, ancaq maqnitofonun balkondan atıldığı üçün sındığını, şifonerin evdə qaldığını, evdən əşyaları çıxarıldığı gün əri Rəşadın işdən gəldiyini, bir də dayıları İsanın gəldiyini, başqa heç kimin həmin gün oraya gəlmədiyini, Rəşadın dayısı Vəlinin sonrakı gün oraya gəldiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X27 ifadəsində anasının hərbi şəhərcikdəki evdə 40 ildən artıq xadimə işlədiyini, bütün ailə üzvlərinin Azərbaycan küçəsindəki evdə doğulduğunu, hamısının bir həyətdə qaldığını, anası ev alandan sonra bacısı Surəgil həmin evdə yerləşmədikləri üçün ora köçdüklərini, 18 il işlədiyini, sonra bacısı Surəyə da ev verdiklərini, bacısının 1992-ci ildən 1997-ə kimi öz ailəsi ilə iddia olunan evdə yaşadığını, 1997-ci ildə birdən birə gecə xəbərdarlıq edib çıxarılmaqlarını istədiklərini, səhər tezdən də gedib təsəvvürə gətirilə bilməyəcək dərəcədə basqın etdiklərini, təpiklə vurduqlarını, əşyaları evdən atdıqlarını, lakin bunları ona bacısını danışdığını, öz gözü ilə görmədiyini, sadəcə gördüyünün əşyaların 1 gün çöldə qalması və 2-ci gün maşın tutaraq aparmaları olduğunu, bacısının evinin əsgərlər tərəfindən boşaldıldığı gündən sonrakı gün oraya getdiyini, həmin vaxt əşyaları çöldə dağınıq, çox pis vəziyyətdə gördüyünü, bacısı oğlunun evli olduğunu və əşyaları onun qayınatasının evinə apardıqlarını həmin vaxtdan sonra bacısıgilin isə onların yaşadıqları həyətdə yaşadıqlarını, ondan sonra bacısının müvafiq orqanlara şikayətlər etdiyini, şifonerin qırıq olduğunu, Azərbaycan küçəsindəki evə yerləşə bilmədikləri üçün anasının növbəyə durub ev aldığını, bacısının yaşadığı binanı gördüyünü, universitetə gedəndə təxminən 100 metr içəridə binanın yerləşdiyini, tam xatırlaya bilmədiyini, ancaq yol qırağında olmadığını, içərilik olduğunu, tək bina olduğunu, əşyaların binanın qabağında olduğunu, həmin vaxt hərbi şəhərciyə girişlərində heç bir maneçilik olmadığını bildirdi. İş materiallarında olan iddia ərizəsindən görünür ki, iddiaçı X19 cavabdehlər Naxçıvan Qarnizonu Mənzil-İstismar hissəsi Naxçıvan Şəhər 1 saylı hərbi şəhərciyin rəisi Məmməd Zamanov və 1 saylı hərbi şəhərciyin komendantı Polad Sadiqova qarşı iddia ərizəsində 1997-ci ilin iyun ayında AR Konstitusiyasının 33, 43-cü maddələrini, AR Mənzil Məcəlləsinin 49, 89 və 95-ci maddələrini kobud surətdə pozaraq heç bir sənəd təqdim etmədən 20 nəfər əskərlə mənzilinin qapısını sındırmaqla içəri daxil olan və ailəsini küçəyə atıb qanuni mənzilinə heç bir hüququ olmayan başqa şəxsi yerləşdirən Naxçıvan Qarnizonu Mənzil-İstismar hissəsinin rəisi Məmməd Zamanovun və 1 saylı hərbi şəhərciyin komendantı Polad Sadiqovun əməllərinə hüquqi qiymət verilməsi, M.Zamanov, P.Sadiqov və onlara bu qanunsuz əmri verən şəxslər haqqında AR CM-in 167, 168-ci maddələri ilə cinayət işi başlayaraq aparılması üçün Naxçıvan qarnizonu hərbi prokuroruna göndərilməsi, Naxçıvan Şəhər 1 saylı hərbi şəhərcikdə yerləşən orderlə ona məxsus olan 39-cu binanın 32-ci mənzilinin ona qaytarılması və orada qanunsuz yaşayan şəxslərin çıxarılmasının təmin edilməsi, mənzildən zorakılıqla və qanunsuz çıxarılarkən yoxa çıxmış 300000 (üç yüz min) manat, 140000 (bir yüz qırx min) manat dəyərində saatın pulunun Naxçıvan Qarnizonu Mənzil-İstismar hissəsindən (M.Zamanov) və həmin hərbi şəhərciyin komendantı Polad Sadiqovdan tələb edilib ona verilməsi, mənzildən qanunsuz çıxarıldıqdan sonra onun, İİİ qrup əlil oğlu E.Əliyevin və azyaşlı qızının qohumlarının darısqal mənzilinə sığınmağa məcbur olduqlarını, oğlu Rəşad Əliyev isə ailəli olduğundan orada qalmaq imkanı olmadığından hər ay 100000 (bir yüz min) manata kirayə mənzil tutaraq 27 aydır ki kirayədə yaşayıb və bu müddət ərzində ******* (iki milyon yeddi yüz min) manat kirayə haqqı verdiyi üçün həmin ******* (iki milyon yeddi yüz min) manatın Mənzil-İstismar hissəsindən (M.Zamanov) və Polad Sadiqovdan alınıb ona verilməsi, iki ildən artıq müddətdə respublikanın Ali orqanlarına və müxtəlif təşkilatlara göndərmək üçün yüzlərlə ərizələrin yazdırılmasına, çap edilməsinə, göndərilməsinə, rabitə-poçt xidmətlərinə və sair xidmətlərə xərclədiyi ******* (iki milyon beş yüz min) manatın Mənzil-İstismar hissəsindən (M.Zamanov) və Polad Sadiqovdan alınıb ona verilməsi, iki ildən artıq müddətdə onun və ailə üzvlərinin özgə qapılarda qalıb qohumlarından aldığı borclarla yaşadığına, çəkdiyi əziyyətlər nəticəsində ağır xəstəliyə tutulmağına, qanuni orderlə aldığı mənzilindən çıxarılmağına görə çəkdiyi mənəvi əzablara mənəvi ziyana görə Naxçıvan Qarnizonu Mənzil-İstismar hissəsinin rəisi M.Zamanov və 1 saylı hərbi şəhərciyin komendantı Polad Sadiqovdan 50000000 (əlli milyon) manat alınıb ona verilməsi 55.640000 (əlli beş milyon altı yüz qırx min) manat pulun alınıb ona verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 26 mart 1999-cu il tarixli qətnaməsindən aydın olur ki, iddia müddəti bərpa edilməklə iddia təmin olunmuş, Naxçıvan Şəhər 1 saylı hərbi şəhərcikdə yerləşən 39-cu binanın 32-ci mənzilinin X13 verilməsi barədə Naxçıvan rayon mənzil istismar Hissəsinin 06 iyul 1992-ci il tarixli, 667 saylı orderinin etibarsız hesab edilməsi qət edilmişdir. İş materiallarında olan Naxçıvan MR Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 20 aprel 1999-cu il tarixli qərardadından aydın olur ki, Naxçıvan Şəhər Məhkəməsinin iddia müddətinin bərpa edilməsi və Naxçıvan Qarnizonu Hərbi Prokurorluğunun Naxçıvan Şəhər 1 saylı hərbi şəhərcikdə yerləşən 39 saylı binanın 32 saylı mənzilinin X13 verilməsi barədə Naxçıvan rayon mənzil istismar Hissəsinin 06 iyul 1992-ci il tarixli, 667 saylı orderinin etibarsız hesab edilməsi barədə iddiasının təmin olunmasına dair 26 mart 1999-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması və cavabdehin verdiyi kassasiya şikayətinin təmin olunmaması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 23 iyun 1999-cu il tarixli qərardadından aydın olur ki, protestin təmin olunması, həmin iş üzrə ilə Naxçıvan Şəhər Məhkəməsinin 26 mart 1999-cu il tarixli qətnaməsi və Naxçıvan MR Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 20 aprel 1999-cu il tarixli qərardadının ləğv edilməsi, Naxçıvan Hərbi Prokurorunun S.Novruzovaya qarşı orderin etibarsız hesab edilməsi barədə iddiasının təmin edilməməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə qərarlarının icrası baş idarəsinə göndərilmiş 12 mart 2001-ci il tarixli məktubdan görünür ki, vətəndaş S.Novruzovanın ərizəsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə qərarlarının icrası baş idarəsinə göndərərək, onun pozulmuş hüquqlarının tam bərpası üçün zəruri tədbirlər görmələri və nəticəsi barədə ərizəçiyə məlumat verilməsi xahiş edilmişdir. İş materiallarında olan və SSRİ Müdafiə Nazirliyi Naxçıvan rayon Mənzil-İstismar Hissəsi tərəfindən verilmiş 06 iyul 1992-ci il tarixli, 667 saylı orderin talonundan görünür ki, X14 qızı - 1973-cü il təvəllüdlü X64, oğlu- 1975-ci il təvəllüdlü X85, oğlu - 1976-cı il təvəllüdlü X91 və qızı - X58 ilə birlikdə ünvan 2 ünvanında yerləşən, sahəsi 35.8 m2 olan, 2 otaqlı mənzildə yerləşmə hüququ verilmişdir. Həmçinin orderin talonunda qeyd olunmuşdur ki, bu order yaşayış sahəsinə yerləşmək üçün yeganə sənəddir. Orderin başqa şəxsə verilməsi qəti qadağandır. İş materiallarında olan və SSRİ Müdafiə Nazirliyi Naxçıvan rayon Mənzil-İstismar Hissəsi tərəfindən verilmiş 04 noyabr 1988-ci il tarixli, 334 saylı orderin talonundan görünür ki, X4 qızı - 1953-cü il təvəllüdlü Novruzova Sura və kürəkəni- 1948-ci il təvəllüdlü Əliyev Əli ilə birlikdə ünvan 3 ünvanında yerləşən, sahəsi 25.2 m2 olan, 2 otaqlı mənzildə yerləşmə hüququ verilmişdir. Həmçinin orderin talonunda qeyd olunmuşdur ki, bu order yaşayış sahəsinə yerləşmək üçün yeganə sənəddir. Orderin başqa şəxsə verilməsi qəti qadağandır. İş materiallarında olan və Naxçıvan Qarnizonu Mənzil-İstismar İdarəsi 1 nömrəli Mənzil-istismar sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1892 nömrəli arayışdan görünür ki, mərhum X3 adına olan Müdafiə Nazirliyinə məxsus Naxçıvan şəhəri, 2 nömrəli qapalı hərbi şəhərcikdə 48 nömrəli ev, 2 nömrəli xidməti mənzildə (mənzilin özəlləşdirilməsinə, bağışlanmasına, girov qoyulmasına və pasport qeydiyyat işləri aparılmasına, vərəsələrik hüquqi ilə başqasına ötürülməsinə Azərbaycan Respublikası Müdafiə Nazirliyin əmri ilə qadağa qoyulmuşdur) nəvəsi X91 və ailə üzvləri – həyat yoldaşı X37, qızı X74, oğlu X92, oğlu X86, bacısı X67, bacısı qızı X38, bacısı qızı X21 yaşayır. İş materiallarında olan və Naxçıvan Qarnizonu Mənzil-İstismar İdarəsi 1 nömrəli Mənzil-istismar sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1893 nömrəli arayışda qeyd olunmuşdur ki, Naxçıvan şəhəri 1 nömrəli qapalı hərbi şəhərcik bina 39, mənzil 32 Müdafiə Nazirliyinə məxsus xüsusi təyinatlı xidməti yaşayış sahəsidir. Qeyd olunan xüsusi təyinatlı xidməti yaşayış sahəsi Rusiya ordusundan qəbul olunduqdan bu günə kimi xüsusi təyinatlı xidməti yaşayış sahəsi kimi qeydiyyatdadır və qapalı hərbi şəhərcikdə yerləşir. Xüsusi təyinatlı xidməti yaşayış sahəsinin özəlləşdirilməsinə, bağışlanmasına, girov qoyulmasına və vərəsələrik hüquqi ilə başqasına ötürülməsinə Dövlət tərəfindən qadağa qoyulub. Xüsusi təyinatlı xidməti yaşayış sahəsi yalnız Qarnizonda xidmət edən hərbi qulluqçulara xidmət dövrünə ayrıla bilər. İş materiallarında olan 328 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin uçot kartoçkasından görünür ki, ünvan 4 ünvanında yerləşən 2 otaqlı mənzil hazırda X48, onun həyat yoldaşı- X23, oğlu- X39 və qızı- X40 yaşayır. İş materiallarında olan və Naxçıvan şəhər VVADQ Şöbəsi tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli AZ-İ seriyalı, 011251 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X11 xx.xx.2002-ci il tarixdə kəskin qaraciyər çatışmazlığı səbəbi ilə Naxçıvan şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında 291 nömrə ilə qeyd aparılması aydın olur. İş materiallarında olan və Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş xx.xx.2010cu il tarixli AZ-İ seriyalı, 435251 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X57 xx.xx.2010-cu il tarixdə miokard infarkt səbəbi ilə Naxçıvan şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında 332 nömrə ilə qeyd aparılması aydın olur. İş materiallarında olan və Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən verilmiş 12 avqust 1985-ci il tarixli, Xİ-ЖГ seriyalı, 296198 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X73 və X18 birgə nikahından xx xxxx 1985-ci il tarixdə X68 adlı övladlarının doğulması aydın olur. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər VVADQ şöbəsi tərəfindən verilmiş 27 may 2004-cü il tarixli nikahın haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən X76 və X68 arasında 27 may 2004-cü il tarixdə nikahın bağlanması və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 101 nömrə ilə qeyd edilməsi aydın olur. İş materiallarına əlavə olunmuş NMR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların X33 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 11, ev 16 ünvanında yerləşən 0.0409 ha torpaq sahəsinin və onun üzərində olan 106.48 kv.m fərdi yaşayış evinin xüsusi mülkiyyət hüququ üzrə X45 adına Daşınmaz əmlakın dövlət reyestrində 18/12 nömrəli reyestr kitabının 2241 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş NMR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X33 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, X17 Naxçıvan şəhəri, Azərbaycan küçəsi, döngə 4-də mülkiyyətində olan 0.0219 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 45.50 kv.m yaşayış, — kv.m qeyri- yaşayış, 44.93 kv.m köməkçi sahədən ibarət 7B nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X17 adına daşınmaz əmlakın dövlət reyestrində 18/7 nömrəli reyestr kitabının 1303 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyi tərəfindən X63 X56 üzrə müavini, general-mayor Rəhim Cəfərova göndərilmiş 13 noyabr 2023-cü il tarixli, 3-13-43-3/2-423/2023 nömrəli məktubda qeyd olunmuşdur ki, “ünvan 5 ünvanına 2003-cü ildən etibarən 20.01,1969-cu il təvəllüdlü X41, xx.xx.1970-ci il təvəllüdlü Abbasova (Əscərova; Əsgərova) Xanım Allahverdi qızı, xx.xx.1972-ci il təvəllüdlü X59, xx.xx.1993-cü il təvəllüdlü Sümbül (Abbasova) Nərgiz İntiqam qızı, xx.xx.1996-cı il təvəllüdlü X15, xx.xx.1999-cu il təvəllüdlü Karaman (Abbasova) Ruqiyə İntiqam qızı, xx.xx.2001-ci il təvəllüdlü İsmayılova (Abbasova) Ülviyyə İntiqam qızı yaşayış yeri üzrə qeydiyyata alınmış və hazırda həmin ünvanda qeydiyyatdadırlar. Nəzərə çatdırılır ki, xx.xx.1981-ci il təvəllüdlü X42 xx.xx.2003-cü il tarixdə “ünvan 5 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmış və həmin ünvandan xx.xx.2013-cü il tarixdə ünvan dəyişikliyi səbəbi ilə qeydiyyatdan çıxarılmışdır. Digər şəxs xx.xx.1941-ci il təvəllüdlü X49 isə 01.11 2005-ci il tarixdə qeyd olunan ünvana yaşayış yeri üzrə qeydiyyata alınaraq şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilmiş və xx.xx.2014-cü il tarixdə ölüm səbəbindən şəxsiyyət vəsiqəsi deaktivləşdirilmişdir. Əlavə olaraq qeyd olunur ki, xx.xx.1985-ci il təvəllüdlü Seyidova (Əliyeva) Rəfayə Əli qızı xx.xx.2002-ci il tarixdə “ünvan 6 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmış, həmin ünvandan xx.xx.2005-ci il tarixdə qeydiyyatdan çıxarılmış və hazırda “ünvan 7 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş “Bina 39, mənzil 32 ünvanında yaşayan hərbi qulluqçular və ailə üzvləri haqqında” məlumatdan görünür ki, həmin mənzil xx.xx.1992-ci il tarixdə X20, xx.xx.2010-cu il tarixdə X31, xx.xx.2016-ci ildə X12, xx.xx.2018-ci il tarixdə X43, xx.xx.2019-cu il tarixdə isə X48 tərəfindən qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Prokurorluğu tərəfindən Naxçıvan Şəhər Məhkəməsinə göndərilmiş 28 sentyabr 1998-ci il tarixli məktubdan görünür ki, vətəndaş S.Novruzovanın Respublika Prokurorluğuna daxil olmuş ərizəsinə baxılmış, ərizəçinin mənzil mübahisəsi ilə əlaqədar mülki işə Naxçıvan Şəhər Məhkəməsinin sədri Ə.Talıbov tərəfindən baxılmamasından şikayətləndiyinin müəyyən olunduğu, S.Ş.Novruzovanın ərizəsi aidiyyəti üzrə baxılıb tədbir görülməsi üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Prokurorluğu tərəfindən Naxçıvan Şəhər Məhkəməsinə göndərilmiş 18 dekabr 1998-ci il tarixli məktubdan görünür ki, vətəndaş S.Novruzovanın mənzil mübahisəsi ilə əlaqədar Respublika Prokurorluğuna daxil olmuş ərizəsi aidiyyəti üzrə Şəhər Məhkəməsinin icraatında olan mülki işlə birlikdə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinə göndərilmiş 10 noyabr 1998-ci il tarixli məktubdan görünür ki, vətəndaş S.Novruzovanın mənzil mübahisəsinə Naxçıvan Şəhər Məhkəməsində uzun müddət baxılmamasına dair şikayəti və digər materiallar yoxlanılıb tədbir görülməsi üçün Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinə göndərilmiş, qeyd edilən mübahisənin məhkəmə tərəfindən baxılmamasının səbəbləri aydınlaşdırılıb, onun təcili, qanunun tələbləri qaydasında baxılması üçün təsirli tədbirlər görüb, nəticəsinin şikayətçiyə bildirilməsini xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən S.Novruzovaya göndərilmiş 11 may 2000-ci il tarixli məktubdan görünür ki, onun məhkəmə qərarının icra edilməməsi barədə ərizəsi araşdırılıb təcili icra tədbirləri görülməsi üçün aidiyyatı üzrə Naxçıvan şəhər məhkəmə nəzarətini və məhkəmə icraçıları qrupuna göndərilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən S.Novruzovaya göndərilmiş 16 mart 2001-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Təşkilat-Analitik İdarəsindən daxil olmuş ərizəsi baxılması üçün aidiyyatı üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Məclisi İnsan Hüquqları Daimi Komissiyası tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavininə göndərilmiş 01 mart 1999-cu il tarixli məktubdan görünür ki, vətəndaş S.Novruzovanın mənzil mübahisəsi ilə bağlı Milli Məclisə daxil olmuş ərizəsi aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Məclisi İnsan Hüquqları Daimi Komissiyası tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavininə göndərilmiş 21 aprel 1999-cu il tarixli məktubdan görünür ki, vətəndaş S.Novruzovanın mənzil mübahisəsi ilə bağlı Milli Məclisə təkrar daxil olmuş ərizəsi aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Məclisi İnsan Hüquqları Daimi Komissiyası tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavininə göndərilmiş 10 may 1999-cu il tarixli məktubdan görünür ki, vətəndaş S.Novruzovanın mənzil mübahisəsi ilə bağlı Milli Məclisə daxil olmuş ərizəsi aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Məhkəmə iddiaçının iddia tələbinin Cavabdeh2nə qarşı hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki,hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli mənzildən iddiaçı tərəf 1997-ci ildə çıxarılmışdır. Göründüyü kimi mübahisəli hüquq münasibəti 1997-ci ildə yaranmışdr. Qeyd olunan hala əsasən iddiaçının Naxçıvan şəhər 1 saylı hərbi şəhərcikdə yerləşən 39-cu binanın 2 otaqdan ibarət 32-ci mənzilin onun sahibliyinə və istifadəsinə verilməklə mənzilə köçürülməyi barədə tələbi iddiaçı tərəfin həmin mənzildən çıxarıldığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun olaraq həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinin tələbinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd edilən qanunvericilik normasının tələbini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq norması kimi 1964-cü ildən 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası SSR Mülki Məcəlləsinin müvafiq normaları tətbiq edilməlidir. 1964-cü ildən 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası SSR Mülki Məcəlləsinin 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən iddia müddətinin keçməsindən asılı olmayaraq pozulmuş hüququn müdafiə edilməsinə dair tələb baxılmaq üçün məhkəmə arbitraj və ya münsiflər məhkəməsi tərəfindən qəbul edilir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən təbiq olunur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır. İddia hüququ şəxsin öz hüququnun pozulmasını bildiyi və bilməli olduğu gündən əmələ gəlir. Yuxarıda sadalanan qanunvericilik normalarından da göründüyü kimi iddiaçı qanunla nəzərdə tutulmuş iddia müddəti keçdikdən sonra məhkəmədə iddia qaldırmışdır. Halbuki qeyd olunan normalardan da göründüyü kimi ümumi iddia müddəti 3 ildir. İddiaçı evdən çıxarılarkən yetkinlik yaşına çatmasa da onun hüquqlarının müdafiəsi qanuni nümayəndəsi vasitəsilə həyata keçirilə bilərdi. Yəni onun qanuni nümayəndəsi tərəfindən evdən çıxarılmaları ilə bağlı iddia qaldırıla bilərdi. Lakin iş materiallarına əlavə edilmiş iddia ərizəsindən görünür ki, iddiaçının anası tərəfindən yazılmış iddia ərizəsinin məhkəmənin icraatına götürülüb-götürülməməsi ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bununla da məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəf evdən çxarıldıqları vaxtdan 3 il müddət keçməsinə baxmayaraq iddia qaldırmamış sadəcə müvafiq qurumlara şikayət ərizələri yazmaqla kifayətlənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qanunla nəzərdə tutulmuş 3 illik iddia müddəti keçdikdən sonra iddiaçı məhkəməyə müraciət etmişdir. 1964-cü ildən 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası SSR Mülki Məcəlləsinin 82-ci maddəsinə əsasən iddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Məhkəmə arbitraj və ya münsiflər məhkəməsi iddia müddətinin keçməsi səbəbini üzrlü hesab etdikdə pozulmuş hüquq müdafiə edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir...İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03 aprel 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. “E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həmçinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı hüququ başa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. Qanunvericilik hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. xx.xx.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin: 100-cü maddəsinə əsasən Xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır. 101-ci maddəsinə əsasən Xidməti yaşayış sahəsi verilə bilən işçilərin kateqoriyaları siyahısı SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyi ilə müəyyən edilir. SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq, SSRİ Nazirlər Soveti tərəfindən müəyyən edilən hallarda, hərbi qulluqçuların ayrı-ayrı kateqoriyalarına xidməti yaşayış sahəsi verilə bilər. 103-cü maddəsinə əsasən xidməti yaşayış sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, Bu Məcələ və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Xidməti yaşayış sahəsi verilməsi haqqında qərar ixtiyannda xidməti yaşayış sahəsi olan müəssisənin, idarənin, təşkilatın müdiriyyəti, kolxozun idarə heyəti, digər kooperativ təşkilatlarının, onların birliklərinin idarə orqanları, həmkarlar ittifaqı orqanları və başqa ictimai təşkilatlar, qoşun hissəsinin komandanlığı tərəfindən qəbul edilir. Qəbul edilən qərara müvafiq olaraq, xidməti yaşayış sahəsi istifadə üçün rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin orderi üzrə verilir. Xidməti yaşayış sahəsini tutmaq üçün orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. Xidməti yaşayış sahəsindən istifadə üçün yaşayış sahəsini icarə müqaviləsi haqqında bu Məcəllənin 51, 62, 82, 83-cü maddələri ilə müəyyən olunmuş qaydalar tətbiq edilir. 105-ci maddəsinə əsasən xidməti yaşayış sahəsi vermiş müəssisədə, idarədə, təşkilatda azı on il işləmiş şəxslər digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarıla bilməzlər. 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının 1993-cü il tarixli qanununun 6-cı maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə subyektiv hüququ vardır. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədlərə əsasən belə qənaətə gəlir ki, X20 10 ildən artıq ona xidməti yaşayış sahəsi vermiş idarədə işlədiyindən əslində o və onun ailə üzvləri həmin yaşayış sahəsindən çıxarıla bilməzdi. İşin faktiki hallarından görünür ki, iddiaçı və ailəsi qeyd olunan mənzildən çıxarılmışlar. X6 qeyd olunan mənzildən çıxarıldıqdan sonra həmin evə köçürülmə tələbi ilə məhkəməyə müraciət etməmişdir. Qeyd olunanlardan da göründüyü kimi hazırki işdə iddiaçı olan İddiaçı qanuni nümayəndəsi olan anası evdən çıxarıldıqdan sonra 3 il müddətində həmin evə köçürülmə ilə bağlı iddia qaldırmamışdır. Bununla da iddia müddəti buraxılmışdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, iddiaçının iddia tələbi Cavabdeh2nə qarşı sahibliyə və istifadəyə verilməklə mənzilə köçürülməsinə dair hissədə iddia müddəti keçdiyindən rədd edilməlidir. Məhkəmə iddiaçının iddia tələbinin Cavabdeh1 qarşı hissəsi ilə bağlı isə aşağıdakıları qeyd edir. İşin məhkəmə araşdırması zamanı iş üzrə tərəflərin verdiyi izahatlarından və iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, hazırki mübahisəli mənzil digər cavabdehin balansındadır. Belə olan halda fiziki şəxs olaraq Cavabdeh1 qeyd olunan iddiaya cavab verməli olan şəxs deyildir. Məhkəmə iclası zamanı qeyd olunan hal aşkarlansa da cavabdeh təşkilat iddia ərizəsində göstərildiyindən fiziki şəxs olan digər Cavabdeh1 əsl cavabdehlə əvəzlənməsi məsələsinin müzakirəsinə zərurət qalmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. Həmçinin məhkəmə araşdırması zamanı Cavabdeh1 göstərişi əsasında iddiaçı tərəfin evdən çıxarılması halı öz təsdiqini tapmamışdır. İddiaçı tərəfin təşəbbüsü əsasında dindirilən şahidlər də qeyd olunan halı sübut edən izahat verməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X27 izahatında məhkəmədə qeyd etdiklərinin ona bacısının danışdığını, öz gözü ilə görmədiyini, sadəcə gördüyünün əşyaların 1 gün çöldə qalması və 2-ci gün maşın tutaraq aparmaları olduğunu, bacısının evinin əsgərlər tərəfindən boşaldıldığı gündən sonrakı gün oraya getdiyini, həmin vaxt əşyaları çöldə dağınıq, çox pis vəziyyətdə gördüyünü qeyd etmişdir. Digər şahid X26 isə ifadəsində özlərinin həmin gün əşyaları bir yerə yığdıqlarını, binanın həyətində qaldığını, qaranlıq düşənə qədər orada oturduqlarını bildirmişdir. Qeyd olunanlardan da göründüyü kimi məhkəmədə dindirilmiş şahidlərin ifadələri arasında ziddiyyət vardır. Həmçinin həmin şahidlərin ifadələrindən məhz Cavabdeh1 iddiaçı tərəfi evdən zorla çıxarmaqla bağlı göstəriş verməsi halı öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi Cavabdeh1 qarşı hissədə iddiaya cavab verməli olmayan şəxsə qarşı qaldırıldığına görə rədd edilməlidir. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia rədd edildiyindən iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 100 (yüz) manat miqdarında dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı sahibliyə və istifadəyə verilməklə mənzilə köçürülməsi tələbinə dair iddiası rədd edilməli; -iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı sahibliyə və istifadəyə verilməklə mənzilə köçürülməsi tələbinə dair iddiası rədd edilsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-926/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-926/2023
11.12.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver